Materials

Sifətin dərəcələri ingilis dili


17 31011

İngilis dili Sifət 

 

İsimləri izah edən sözlərə sifət deyilir.

- a beautiful house -  gözəl bir ev
- the fast car – sürətli maşın

 

Bu cümlələrdə house ( ev )car ( maşın ) sözləri isimdir. Beautiful ( gözəl ) və fast ( sürətli ) sözləri ise sifətdir. Yəni beautiful sözü house sözünü, fast sözü isə car sözünü izah edir.

 

                                               

İngilis dili Sifət, sifətin müqayisə və üstünlük dərəcəsi Video dərslik

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

 

 

Əvəzliklər ismin yerinə istifadə oluna bildikləri üçün sifətlər tərəfindəndə izah oluna bilirlər.  

.

- He is strong, handsome, rich and humble. ( O güclü, yaraşıqlı, zəngin və təvazökardır.)

 

- They are old but excellent. (Onlar yaşlı ancaq mükəmməldirlər.)

 

Bu cümlələrdə sifətlər əvəzlikləri izah edir.

 

 

 

► Azərbaycan türkçəsində olduğu kimi İngilis dilindədə sifətlər, izah etdiyi isimlərdən əvvəl gəlirlər. Tək vəya cəm olmağının fərqi yoxdur.

- a good man - yaxşı bir adam
- good men - yaxşı adamlar
- a beautiful rose – gözəl bir  qızılgül

 

 

► Bir isimdən əvvəl birdən çox sifət gələbilər. Sifətlərin araları vergül ilə ayrılabilir vəya vergülsüzdə yazılabilirlər. 

- a big fat man - böyük kök bir adam
- the thin, tall woman - uzun, incə qadın

 

► Rəng bildirən iki sifət arxa arxaya gəldiyi zaman aralarına “and” əlavə olunur. İkidən çox rəng arxa arxaya geldiyində son iki rəngin arasına and qoyulur.

- the yellow and red uniform - Sarı qırmızı forma
- a white, blue and green tent - ağ, mavi və yaşıl çadır

 

►  Bir isimdən əvvəl birdən çox sifət gəldiyi zaman, həmişə olmasa da çox zaman diqqət edilməsi lazım gələn bir ardıcıllıq var. Ümümi sifətlər xüsusi sifətlərdən əvvəl gəlir. Ancaq bildirməkdə fayda var, bu dəqiq bir qayda deyildir. Bəzən sıralama dəyişəbilər.

 

Sifət quruluşu

Ümumi məna + böyüklük, kiçiklik + yaş, qədimilik, yenilik + rəng + aid olduğu


a beautiful large brand - new yellow British golden spoon. ( gözəl, böyük, təptəzə, sarı, İngilis məhsulu, qızıl bir qaşıq )

 

 

- an old Turkish woman - Qoca bir Türk qadını
- a nice woolen sweater – Gözəl bir yun sviter

İngiliscə sifətə aid sözlər və cümlələr  <<<< Bura Click Et

 

► Sifətlər ümumi olaraq isimləri izah etməklə bərabər bəzən felləridə izah edirlər. Bu fellər limitlidir:

be / get / become / seem / appear / look / smell / sound / taste / feel.


- Be quiet. Don't be noisy. (Sakit ol. Səs-küy çıxartma.)


- The cat is getting wet in the rain. (Pişik  yağışda  islanır.)


- Last night he became ill. (Keçən gecə o xəstə oldu.)


- Your coffee tastes wonderful. (Kofeniz mükəmməl dadır ( dadı var ).


- The fish smells bad. (Bu  balık pis iy verir.)


- You look happy today. (Bugün xoşbəxt görünürsən.)

 

 

► İngilis dilində sifətlərin çoxu həm isimlərdən əvvəl gəlib sifət tamlaması edərlər həm də be, seem, look kimi fellərdən sonra xəbər olaraq gəlirlər.

- a fat man - kök bir adam


- The man is fat. - Adam kökdür.


- easy questions – asan suallar


- The questions are easy. – suallar asandır.


- a sad boy – məyus bir uşaq


- The boy looks sad – Uşaq məyus görünür

 

 

Predicative adjectives – Predikativ sifətlər ( xəbər mövqeyində)

► Bəzi sifətlər isə sadəcə predicative ( xəbər ) olaraq istifadə olunurlar. Bu sifətlər isimlərin əvvəlinə gətirə bilmərik. Bu sifətlərdən ən çox istifadə olunanları bunlardır.  

 

 asleep, awake, alike, afraid, alive, alone, ashamed, glad, pleased, sorry, upset, elder.

 

- The man is asleep. ( Adam yuxuda vəya yatıb ) deyə bilərik. Ancaq  asleep man deyəbilmərik.

 

Attributive adjectives – Təyinedici sifətlər



► Bir də bunların tam əksi olaraq yəni attributive( təyinedici) olaraq istifadə olunan ancaq predicative (xəbər) olaraq istifadə olunmayan sifətlər vardır. Bu sifətlər aşağıdakı kimidir.  
 

chief, main, principal, sheer, utter, mere, only, sole, total

 

- His shoop is on the main street. ( Onun mağazası əsas küçədədir ) deyəbilərik. Ancaq  “The street is main” deyə bilmərik.

 

 

 

Sifətin müqayisə dərəcəsi ( Comparatives )

 

Sifətə "daha" xüsusiyətini qazandıran "-er" və "more" əlavəsi ilə əmələ gələn formalardırr. Azərbaycan türkçəsində Sifətin müqayisə dərəcəsi olaraqda ifadə edilirlər. .

 

Cümlə quruluşu: sifət + -er / more + sifət + than 

 

- She is more intelligent than she looks. (O göründüyündən daha ağıllıdır).

>>>>>> Sifət müqayisə dərəcəsi  <<<<<<<

 

 

Bu quruluş forması Azərbaycan türkçəsinə "... –dən daha + sifət" şəklində tərcümə olunur.

 

İngilis dilində əşyanı izah sifətlər qaydalı və qaydasız olmaqla  iki formada dərəcələndirilir. 

 

► Bir hecalı sifətlərə  -er elavə olunur.

 

  •  My car is faster than yours. (Mənim maşınım səninkindən daha sürətlidir.)  
  • Women are generally shorter than men. (Qadınlar ümumiyətlə kişilərdən daha qısa olurlar.)

 

 

 

►  İkidən çox hecalı sifətlərdə  more sözü sifətlərdən əvvəl gətirilir.

 

  • Her new dress is more beautiful than her old one. ( onun təzə paltarı əvvəlkindən daha gözəldir.)
  • Nowadays cities are more attractive than villages. (İndilərdə şəhərlər kəndlərdən daha cəlbedicidirlər.)

 

► İki hecalı sifətlərin bəzilərinə  -er əlavə olunur, bəzilərindən əvvəl isə  more sözü gətirilir.  Hansı vəziyətlərdə hansı əlavəni gətirəcəyinizi öyrənəbilmək üçün aşağıdakı izahlara göz gəzdirin.


Sonunda  -y hərfi gələn sifətlər -er əlavəsi gətirilir  -y    -ie‘yə çevrilir.

 

- In India cows are holier than any other animals. (Hindistanda inəklər digər heyvanlardan daha müqəddəsdirlər.)

 

- English is easier than French. (İngilis dili fransızcadan daha asandır.)

 

Birçox iki hecalı sifətdən əvvəl more sözü gətirilir.

 

- Some films are more boring than others. (Bəzi filmlər digərlərindən daha sıxıcıdırlar.)

 

- That small boy’s life is more tragic than his father’s. (O balaca uşağın həyatı atasınkından daha faciəlidir.)

 

- I am more doubtful nowadays than I used to. (Bugünlərdə əvvəlkindən daha şübhəciyəm.)

 

Bəzi sifətlər isə yuxarıda göstərilən qaydaların xaricində  qaydasız olaraq dəyişirlər. Müəyyən bir qayda olmadığı üçün əzbərlənmələri lazım gəlir. Aşağıda bu sifətlər verilmişdir.

 

good (yaxşı) - better (daha yaxşı) - the best (ən yaxşı)

bad (pis) - worse (daha pis) - the worst  (ən pis )

much (çox ) - more (daha çox) - the most (ən çox)

many (çox) - more (daha çox) - the most (ən çox)

little (az) - less (daha az) - the least (ən az)

 

İNGİLİS DİLİ AS.....AS QAYDASI

 

►  Sifətləri istifadə edərək eynilik ifadə etmək istədiyimiz zaman isə  as … as qəlibindən istifadə edirik.

 

  •  This dictionary is as small as a booklet. (Bu lüğət bir kitabcıq qədər kiçikdir.)
  • Old cars were as comfortable as modern cars. (Köhnə maşınlar müasir maşınlar qədər rahat idi.)

>>>>>> Sifət As qaydası video   <<<<<<<<


"As" forması birdən çox məna üçündə istifadə ediləbilir. Fərqli mənaları başa düşəbilmək üçün mötərizə içində verilən tərcümə hissəsinə baxılması lazım gəlir.

 

 

Sifət  - As cümlələr

 

  • - He can’t dance as well as me. (O mənim qədər yaxşı rəqs edə bilməz)

  • - She is clever as well as (being) beautiful. (O gözəl olmağı qədər ağıllıdırda.)

  • - My hair is as long as his. (Mənim saçım onunki qədər uzundur.)

  • - I’ll work as long as I live. (Yaşadığım müddətcə işləyəcəm.)

  • - He can come as long as he is sober. (Ayıq olduğu müddətcə gələbilər.)

  • - I’ll come in as soon as five minutes. (Beş dəqiqə kimi qısa bir zamanda gələcəyəm.)

  • - As soon as she saw him, she fainted. (Onu görər görməz ürəyi getdi.)

  • - I went as far as Baku. (Bakı qədər uzağa getdim)

  • - As far as I know, she is a vet. (Bildiyim qədəriylə o bir baytardır.)

 

İNGİLİS DİLİ "more and more və  -er and  -er" QAYDASI

 

 

► More and more və  -er and  -er qəlibindən istifadə edərək getdikcə artan vəya azalan işləri izah edə bilərik. 

 

Sifət cümlələr - More and er

  • She is becoming more and more aggressive. ( O getdikcə dahada agresivləşir.)
  • The weather is getting colder and colder. (hava getdikcə dahada soyuyur.)
  • Life is getting more and more difficult. (Həyat getdikcə dahada çətinləşir.)
  • The smell became nicer and nicer. (Qoxu getdikcə yaxşılaşdı.)

 

 

► The more … the more …  qəlibi iki şeyin birbirinə təsir etdiyi vəziyətləri, bir şey dəyişdiyində, digər şeyində dəyişdiyini izah etmədə istifadə olunur. Azərbaycan dilinə " Nə qədər, bir o qədər " kimi tərcümə olunur.

 

Sifət cümlələr - The more... the more

  • - The more you work, the more you earn. Nə qədər çox işləsən, bir o qədərdə çox qazanarsan.)
  • - The more you earn, the more you want. (Nə qədər qazansan bir o qədərdə çox istəyərsən.)
  • - The faster he ran, the more tired he became. ( Sürətli qaçdıqca daha çox yoruldu.)
  • - The larger the house is, the better. (Ev nə qədər geniş olsa bir o qədər yaxşıdır.)
  • - The sooner, the better. (Nə qədər tez olsa bir o qədər yaxşıdır.)
  • - The faster you write, the more illegible your writing will be. (Nə qədər sürətli yazsan, yazın bir o qədər anlaşılmaz olar.)

 

► Bəzi iki hecalı sifətlərlə həm –er hissəciyi əlavə olunaraq həmdə başına more sözü gətirilərək müqayisə ediləbilər.

 

Bunlar -ow, -er  və -le hecalarıyla bitən sifətlər ilə,  handsome, polite, tired, quiet, pleasant, stupid, cruel, wicked, common sözləridir.

 

- A monkey is cleverer / more clever than a donkey. (Meymun eşşəkdən daha ağıllıdır.)

- Television is commoner / more common than radio today. (Bugün televizor radyodan daha ümumi işləkdir.)

 

► Daha növündən yəni more vəya -er ilə  qarşılaşdırma ( müqayisə ) edərkən sifət və zərflərdən əvvəl bəzi xarakterik sözlərdə gələbilir. Bu sözlərin ən çox istifadə olunanları aşağıdakılardır.

a little / a bit (biraz)
much / far ; a lot; lots (çox)
somewhat / rather (bir miqdar, biraz)
even (hətta)

 

 

Sifət cümlələr - Müqayisə dərəcəsi

 

  • This book is more expensive that that one. (Bu kitab o kitabdan daha pahalıdır.)

  • She runs much faster than me. (O məndən daha sürətli qaçır.)

  • He is far better than me. (O məndən daha yaxşıdır.)

  • He was even more surprised when he saw me. (O məni görəndə daha çox təəccübləndi.)

  • He drives a lot more carefully then he used to. (O əvvəlkindən çok daha diqqətli maşın sürür.)

 

► "More" sözü həmişə bir sifəti xarakterize etməz. Bəzən bir ismin necəliyinin müəyyən edilməsində də istifadə ediləbilir.

 

- More people than ever leave their villages for a major city. (İndiyə qədər olduğundan daha çox / çox insan böyük şəhərdə yaşamaq üçün kəndlərini tərkedirlər.)

 

SİFƏTİN ÜSTÜNLÜK DƏRƏCƏSİ

 

Superlative ( üstünlük dərəcəsi ) quruluşu, Azərbaycan türkçəsindəki "ən" ifadəsinin qarşılığıdır. Qurulması, sifətin müqayisə dərəcəsindən fərqlidir.

 

- My sister is the most beautiful girl in her class. (Bacım sinifində  ən gözəl qızdır.)

Sifətlər superlative formada istifadə olunarkən bəzi qaydalara uygun olaraq hissəciklər qəbul edirlər. Aşağıda bu hallar izah edilmişdir.  

>>>>>> Üstünlük dərəcəsi video ətraflı <<<<<<

 

► Bir hecalı sifətlərə “-est” əlavə olunur.

Sifətin üstünlük dərəcəsi cümlələr

  •  You are the richest man in this company. (Sən bu şirkətdəki ən zəngin adamsan.)
  • That man is the fattest man I have ever seen. (O adam indiyə qədər gördüyüm ən kök adamdır)
  • This is the cheapest raincoat in my shop. (Bu mağazamdakı ən ucuz plaşdır.)
  • Cheetah is the fastest animal in the world. (Çita dünyadaki ən sürətli heyvandır.)

 

► İkidən çox hecalı sifətlərdə “most” sözü sifətlərdən əvvəl gətirilir.

 

Sifətin üstünlük dərəcəsi cümlələr

 

  •  Mr. President is the most successful politician in the world. (Cənab Prezident dünyadakı ən uğurlu siyasətçidir.)
  • Our teacher is the tallest man in our school. (Müəllimiz məktəbimizdəki ən hündür adamdır.)
  • The armchair is the most comfortable piece of furniture in the room. (Kreslo otaqdakı ən rahat mebeldir.)
  • Her story is the most unbelievable one I’ve ever heard. (Onun hekayəsi indiyə qədər eşitdiyim ən ağlagəlməz hekayədir.)

 

► İki hecaların bəzilərinə  “-est” əlavə olunur, bəzilərindən əvvəl isə  most sözü gətirilir. Hansı  sifətə hansı əlavəni gətirəcəyimizə getireceğimize qərar verəbilmək üçün aşağıdaki qaydalar tətbiq olunur.

 

- Sonunda “-y” hərgi gələn sifətlər “-est” hissəciyi gətirilir, “-y” isə “-ie”‘yə çevrilir.

 

- In my class the prettiest girl is Ayşe. (Sinifimdə ən gözəl qız Ayşədir.)

- Chimpanzee is the happiest animal in the National Park. (Şempanze Milli Park’dakı ən xoşbəxt heyvandır.)

 

- Bəzi iki hecalı sifətlərlə həm -est əlavəsi gətirilərək və həm də başına most sözü gətirilərək müqayisə ediləbilir. Bunlar -ow, -er ve -le hecalarıyla bitən sifətlər ilə, handsome, polite, tired, quiet, pleasant, stupid, cruel, wicked, common sözləridir.



The poor woman has the hollowest / the most hollow cheeks I’ve ever seen. (Kasıb yaşlı qadın həyatımda gördüyüm en batıq  yanaqlara sahib.)

 

The apricot tree is the gentlest / most gentle tree in my garden. (Qayısı ağacı bağçamdakı en mülayim ağacdır.)

 

 

► “Ən” növündən olan müqayisələrdə sifətdən əvvəl the vəya my, his növündən müəyyənedicilər gətirilməlidir.

 

- She is my best friend. (O mənim ən yaxşı dostumdur.)

- We are the best team in the city. (Biz şəhərdəki ən yaxşı komandayıq.)

 

► İndiyə qədər  bahsedilən qaydaların heçbirinə uyğun gəlməyən və tamamilə qaydasız bir formada funksiya daşıyan sifətlər vardır və bunlar tamamilə əzbərlənməlidir.

 

good (yaxşı) - better (daha yaxşı) - the best (ən yaxşı)

bad (pis) - worse (daha pis) - the worst  (ən pis )

much (çox ) - more (daha çox) - the most (ən çox)

many (çox) - more (daha çox) - the most (ən çox)

little (az) - less (daha az) - the least (ən az)

far (uzaq) - further / farther (daha uzaq) - the furthest (ən uzaq)

 

 

arrow