Materials

Keçmiş bitmiş və Keçmiş bitmis davamedici zaman fərqi


0 1670

İngilis dili qrammatika Keçmiş bitmiş və Keçmiş bitmis davamedici zaman fərqi + TQDK Test sualları + Cümlələr

 

 Keçmiş bitmiş və Keçmiş bitmis davamedici zaman  (I had been going and I had gone)

 

►Keçmiş bitmiş ( Past perfect tense ) və Keçmiş bitmiş davamedici zaman (Past perfect continuous tense )  bundan əvvəlki dərslərdə ətraflı olaraq izahı verildi. Bu mövzuda isə iki zamanın arasındakı istifadə fərqliliklərinə diqqət veriləcək  və beləcə bu zamanların doğru istifadəsi öyrədiləcəkdir.

 

Aşağıdakı Past Perfect Continuous Tense ilə düzələn cümlələrə göz gəzdirək.

- My mum had been expecting the news for a long time. (Anam uzun zamandır xəbər gözləməkdəydi.)

- She had been running for two hours, and her feet hurt. (İki saatdır qaçırmış və ayaqlarını incitmiş.)

- Jack was arrested, even though he hadn't been doing anything illegal. (Jack qeyri -qanuni heçbir şey etmədiyi halda həbs olundu.)


Gördüyünüz kimi Past Perfect Continuous Tense keçmişdəki müəyyən bir zaman vəya hərəkətə qədər vəya müəyyən bir zaman vəya hərəkətin daha əvvəlinə qədər davam edən hərəkətləri ifadə etmək üçün istifadə edilir.

Həmçinin bax >> Keçmiş bitmiş zaman ( Past perfect tense )

 

► Aşağıda da Past Perfect Continuous ( Keçmiş bitmiş davamedici ) və Past Perfect Tense ( Keçmiş bitmiş zaman) ilə qurulmuş cümlələr yer almaqdadır. Nümunə cümlələri oxuyaraq iki zaman arasındakı fərqləri görməyə çalışın.

 
- She had been suffering from headache when she was on TV. (Televizora çıxdığında başı ağrımaqdaydı.)

- She had suffered from insomnia when she was very young. (Çox cavan ikən yuxusuzluq çəkmişdi.)

 

- I'd been finishing my homework in my room and hadn't seen Jack come home. (otağımda ev tapşırığını bitirirdim  və bu səbəbdən Jack'in evə gəldiyini görmədim.)

- I'd finished all my homework, so I had very little to do. (Bütün ev tapşırıqlarımı bitirmiştim, yəni edəcək çox az işim qalmışdı.)

 

- Sue had been saving since last year to buy a house. (Sue bir ev alabilmək üçün keçən ildən bəri pul yığırdı.)
 
- Akshin had saved enough money to buy the car he wanted. (Akshin istədiyi maşını alabilmək üçün kifayət qədər pul yığmışdı.)
 
Yuxarıdakı nümunələrdə görüldüyü kimi, Past Perfect Continuous tense bir hərəkətin vəya vəziyətin müddəti və davamlılığı üzərində dayanarkən  istifadə edilməkdədir. Past Perfect Tense isə keçmişdəki bir hərəkət vəya vəziyətin bitmiş olması vəya təsirləri üzərində dayanarkən istifadə edilir.

Həmçinin bax >> Sadə keçmiş qeyri müəyyən zaman və keçmiş bitmiş zamanın fərqi

 

 

► Bazı hallarda isə bu iki zaman arasındakı fərq, yalnızca hansısa mənaya vurğu edildiyilə bağlı olaraq dəyişəbilir. Aşağıdaki nümunələrə göz gəzdirək.


- I'd been working hard, so I felt that I deserved more money. (Çox çalışırdım, bu səbəbdən daha çox pula layiq olduğumu düşündüm.)


Bu cümlə məna olaraq hərəkət üzərinə,yəni işləmək üzırinə cəmlənir.

 

- I'd worked hard, and the report was now finished, (Çox çalışdım amma məruzəm bu anda bitmiş vəziyətdədir.)


Bu cümlə isə məna olaraq hərəkətin nəticələri üzərinə cəmlənmişdir.

► Əgər bir hərəkətin, keçmişdəki müəyyən bir zamana qədər nə qədər çəkdiyindən söhbət gedirsə, yəni müddət üzərinə cəmləniriksə Past Perfect Continuous Tense istifadə olunur. Ancaq əgər keçmişdəki hərəkətin, yenə keçmişdəki başqa bir hərəkətə qədər bir neçə dəfə təkrarlandığı üzərində dayanırıqsa, bu dəfə Past Perfect Tense istifadə edirik.

 

- We hadn't been eating anything for about 10 hours. (10 saatdır birşey yemirdik.)

- We had been looking at the women for about 20 minutes before we realised who she was. (Kim olduğunu başa düşmədən əvvəl təxmini 20 dəqiqə boyunca qadına baxdıq.)

- I'd heard this proverb many timesbefore. (Bu atalar sözünü daha əvvəl dəfələrlə eşitdim.)

• The teacher had given them bad marks after each exam. (Müəllim hər imtahandan sonra onlara pis bir qiymət  vermişdi.)

 

Həmçinin bax >>> Keçmiş bitmiş davamedici zaman forması 

 

► Yenədə, hal ifadə edən fellər davamedici zaman ilə istifadə olunmazlar. Bu kimi hallarda bir hərəkətin keçmişdə nə qədər çəkdiyindən bilə bəhs etsəkdə, Past Perfect Tense istifadə edirik.

- I had always believed that it wouldn't be easy to get married. (Həmişə evlənmənin asan bir şey olmadığına inanmışdım.)

 

arrow