Materials

Sadə keçmiş zaman və Keçmiş bitmiş zamanın fərqi


1 2537

Sadə keçmiş zaman və Keçmiş bitmiş zamanın fərqi 

 

Keçmiş qeyri - müəyyən zaman / Keçmiş bitmiş zaman (I went / I had gone)

 

Bu dərsimizdə Past Perfect Tense və Simple Past Tense arasındaki istifadə fərqlilikləri üzərində izahlar verəcəyik.

 

► Əgər keçmişdə olmuş tək bir hərəkətdən bəhsedirsək, ümumiyətlə Past Perfect Tense deyil, Simple Past Tense istifadə edirik. 

 

-  I handed the pen to him. (Qələmi ona uzatdım.)

- Sorry we're late, we missed the last bus. (Üzr istiyirəm gecikdik. Axırıncı avtobusa çata bilmədik.)

 

► Eyni cümlə içində Simple Past Tense və Past Perfect Tense istifadə edilirsə, hər zaman üçün ilk reallaşan hərəkət Past Perfect ilə, ikinci reallaşan hərəkət isə Simple Past Tense ilə ifadə edilir.

Aşağıdakı cümlələrə göz gəzdirək.

- When he stopped laughing, everyone left. (Gülməyi qurtardığında, hərkəs çıxdı.)
  Əvvəl o gülməyi bitirdi, sonra hamı çıxdı.

- When he stopped laughing, everyone had left. (Gülməyi qurtardığında hamı çıxmışdı.)
Əvvəl hamı çıxdı, sonra o gülməyi bitirdi.

 

- I got up when the phone rang. (Telefon zəng edəndə ayağa qalxdım)
  Əvvəl telefon zəng çaldı, sonra qalxdım.

- I had gone to bed when the phone rang. (Telefon zəng çaldığında yatmışdım.)
  (Əvvəl mən yatdım, sonra telefon zəng çaldı.)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

Past Perfect Tense və Simple Past Tense arasındakı əlaqəni başa düşə bilmək üçün zaman ifadələrini yaxşı öyrənmək lazımdır. Aşağıda bu iki zamanla birlikdə istifadə edilən zaman ifadələri verilmişdir.

Həmçinin bax >>> Ingilis dili qrammatika qaydalar

 

 

 

 

AFTER (After + keçmiş bitmiş zaman (sadə keçmiş zaman) + Sadə keçmiş zaman)

 

Normal olaraq after bağlayıcısından sonra Past Perfect Tense istifadə edilir.

 

- After I had drunk coffee, I left home. (Kofe içdikdən sonra evdən çıxdım.)

Bu tər cümlələrdə , after bağlayıcı hansısa hərəkətin daha əvvəl olduğunu göstərdiyi üçün, Past Perfect Tense yerinə, Simple Past Tense də istifadə ediləbilir.

 

- After John wrote the letter, he posted it. (John məktubu yazdıqdan sonra göndərdi.)

- After John had written the letter, he posted it.  (John məktubu yazdıqdan sonra göndərdi.)

 

Yukarıdakı iki cümlənin zamanları fərqli olmasına baxmayaraq, ikisi də eyni mənanı daşıyır və fərqləri yoxdur. Çünki əmələ gəlmə sırası onsuzda after bağlayıcısının istifadəsiylə başa düşülməkdədir.

 

► BEFORE (Before + sadə keçmiş zaman + keçmiş bitmiş zaman (sadə keçmiş zaman)

 

Normal olaraq before bağlacısından sonra Simple Past Tense istifadə edilir. Çünkü before bağlacısının olduğu hərəkət, diər hərəkətdən daha sonra reallaşmaqdadır.

 

- Before I left home, I had drunk coffee. (Evdən çıxmadan əvvəl kofe içmişdim.)

Eyni after bağlacısında olduğu kimi before bağlayıcısıda da hərəkətlərin sıralanışı ilə əlaqəli dəqiq bir məlumat verdiyi üçün, bu tərz cümlələrin ikisi də Simple Past Tense ilə yazılırsa yanlış olmaz.

 

- Before I came home, I did some shopping. (Evə gəlməzdən əvvəl biraz alışveriş etdim.)

- Before I came home, I had done some shopping. (Evə gəlməzdən əvvəl biraz alışveriş etdim.)

Yuxarıdakı iki cümlənin zamanları fərqli olmasına baxmayaraq, ikisi də eyni mənanı daşımaqdadır və fərqləri yoxdur. Çünki hərəkətlərin düzəlmə sırası onsuzda before bağlacısının istifadəsiylə başa düşülür.

 

► TILL / UNTIL (Till/Until + sadə keçmiş zaman + sadə keçmiş zaman (keçmiş bitmiş zaman)

 

İki hərəkətdən daha əvvəl edilmiş olanı vurğulanmak istənilirsə, till bağlacısının olduğu cümlə  past perfect tense ilə ifadə edilir. Bu vurğu lazım deyilsə Simple Past Tense istifadə edilə bilir.

 

- I didn't turn off the TV until everybody had gone to bed. (Hamı yatana qədər televizoru bağlamadım.)

- She worked in a bank until she got married. (Evlənənə qədər bir bankada işlədi.)

 

    Daha çox nümunəyə bax

 

WHEN (When + keçmiş qeyri müəyyən zaman + keçmiş bitmiş zaman)

 

- When we arrived, my mother had already cooked the dinner. (Evə çatdığımızda anam çoxdan yeməyi hazırlamışdı.)

 

- My mum had cleaned my room when I arrived home. (Evə çatdığımda anam otağı təmizləmişdi.)

 

BY THE TIME (By the time + sadə keçmiş zaman + keçmiş bitmiş zaman)

 

- By the time we finished our homework, the film had already finished. (Ev tapşırığımızı bitirdiyimizdə, film artıq bitmişti.)

 

- By the time the police arrived the bank, they had escaped. (Polis banka çatdığında, onlar artıq qaçmışdılar.)

 

Hazırladı: Ceyhun Yusifov

  • Çox sağolun doğurdan mənə köməklik etdi... Sadəcə biraz mürəkkəb yazılmışdı bəzi yerləri usaqlar başa düşməyə bilər... Ama düşdü

arrow