İngilis dili Vasitəli və Vasitəsiz Nitq ( Reported Speech)
Indirect Speech (reported speech de deyilir) – Vasitəli nitq birisinin dediyi cümləni dolayı yolla danışmağa deyilir. Ümumiyətlə danışıq dilində istifadə olunur. Əgər danışılan hərəkət keçmiş zamanda düzəlmişsə, cümlə keçmiş zaman olur. Bu qəlib ümumiyətlə sözü gedən zamandan bir əvvəlki keçmiş zamanla ifadə edilir. Yəni normal cümlələri, dolaylı olaraq danışarkən ingiliscə "one step back" deyə qəbul edilən qayda tətbiq olunur və danışılan cümlə bir addım əvvəlki tense ilə ifadə edilir.
Mətn ilə əlaqəli açar sözlər
vasitəli və vasitəsiz nitq reported speech ingilis dili ingilis dili qrammatika testleri
|
Direct Speech : He said; "The test is difficult. (O dedi ki; "Test çox çətindir.")
Indirect Speech : He said the test was difficult. (Testin çətin olduğunu dedi.)
Direct Speech : She said; "I watch TV everyday. (O dedi ki; "Mən hər gün televizora baxıram.")
Indirect Speech: She said she watched TV every day. (Hər gün televizora baxdığını dedi.)
Direct Speech: I come to school every day. (Jack dedi ki; "Mən hərgün məktəbə gedirəm.")
Indirect Speech: Jack said he came to school every day. (Jack hər gün məktəbə getdiyini dedi.)
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
Yuxarıda verilən nümunələrdə göründüyü kimi, dolaylı danışıqda cümlənin zamanı dəyişir və bir addım geri gedir. Ancaq əgər danışılan hərəkət; sadə indiki zaman, keçmiş zaman vəya gələcək zaman ilə ifadə edilirsə, istifadə edilən zaman eyni qalar, dəyişməz.
- He says the test is difficult. (Testin çətin olduğunu deyir.)
- She has said that she watches TV every day. (Hər gün televizora baxdığını demiş.)
- Jack will say that he comes to school every day. (Jack hərgün məktəbə gəldiyini deyəcək.)
► Əgər danışılan mövzu, həmişə doğruluğunu qoruyan bir hərəkətdən bəhsedirsə, yenə indiki sadə zaman istifadə edilir.
- The teacher said that phrasal verbs are very important. (Müəllim Phrasal Verbs ‘ lərin çox vacib olduğunu dedi.)
► Danışıq birisinə vəya birilərinə çatdırılarkən, əvəzliyin cümlədə sözü keçən əşya ilə uyğun vəziyətə gələbilməsi üçün əvəzliyi də dəyişdirmək lazım gəlir.
- She said, "I want to bring my children." (Uşaqlarımı gətirmək istəyirəm”, dedi.)
- She said she wanted to bring her children.“ (Uşaqlarını gətirmək istədiyini dedi. )
Gördüyünüz kimi I əvəzliyi, dolaylı danışıq zamanı she olaraq dəyişmişdir.
- Jack said, "My wife went with me to the show." ("Həyat yoldaşım mənimlə şouya getdi" dedi.)
- Jack said his wife had gone with him to the show. (Jack, şouya həyat yoldaşıyla birlikdə getdiyini dedi.)
Bu nümunə də, my wife, his wife olaraq dəyişmişdir.
► Aşağıdakı cədvəldə, keçmiş zamanda dolaylı danışıqda zaman dəyişiklikləri göstərilmişdir. Diqqət etdiyiniz kimi, doğrudan danışıqda istifadə olunan zaman, dolaylı danışıqda bir addım geri getməkdədir.
Direct Speech |
Indirect Speech |
He said, "I live in Paris." |
He said he lived in Paris. |
He said, "I am cooking dinner." |
He said he was cooking dinner. |
He said, "I have visited London twice." |
He said he had visited London twice.” |
He said, "I went to New York last week." |
He said he had gone to New York the week before.” Keçən həftə New Yorka getdiyini dedi.” |
He said, "I had already eaten." |
He said he had already eaten.” |
He said, "I am going to find a new job." |
He said he was going to find a new job. |
He said, "I will give Jack a call." |
He said he would give Jack a call. |
He said, "I have been working on that project for over two weeks." “İki həftədən daha uzun müddətdir bu layihə üstündə çalışıram. “, dedi. |
He said he had been working on that project for over two weeks. ” İki həftədən daha uzun müddətdir bu layihə üstündə çalışdığını dedi.” |
He said, "I can come tonight." |
He said he could come that night. |
He said, "I may buy a new car." |
He said he might buy a new car. |
He said, "I might go to Baku." |
He said he might go to Baku. |
He said, "I must give Ken a call." |
He said he had to give Ken a call. |
He said, "I have to give Ken a call." |
He said he had to give Ken a call. . |
* He said, "I should see a doctor" |
He said he should see a doctor. |
► İngilis dilində bir cümləni dolaylı olaraq danışdığımız zaman, cümlə içindəki bəzi sözlər dəyişir. Bu dəyişiklik, cümlədəki mənanın pozulmaması üçün düzəlir. Aşağıdakı nümunəyə göz gəzdirək.
- John said; "I will go to İstanbul tomorrow." (John; "Sabah istanbula gedəcəyəm," dedi.")
Yuxarıdakı cümlənin 10 Aprel günündə deyildiyini zənn edək. 14 Aprel günü, yuxarıdakı cümləni başqa birinə danışan bir kimsə, mənanın pozulmaması üçün "sabah" sözünü dəyişdirmək məcburiyətindədir.
- John said that he would go to İstanbul the next day. (John, növbəti gün İstanbul'a gedəcəyini dedi.)
Əgər yuxarıdakı cümlədəki "sabah" sözünü eynisiylə istifadə etsək, yəni;
- John said that he would go to İstanbul tomorrow. (John sabah İstanbul'a gedəcəyini dedi.)
Desək, John'un 15 Aprel tarixində İstanbul'a gedəcəyini demiş oluruq. Halbuki John'un İstanbul'a getmə tarixi 11 Apreldir. Əgər bu cümlə 11 Aprel başqa birisinə deyilirsə, "sabah" sözü, "bugün" olaraq dəyişdiriləbilər.
Başqa bir nümunə daha verək,
- John said; " I like this city." (John, "Bu şəhəri sevirəm." dedi.)
Yuxarıdakı cümləni quran şəxsin, o anda New York'ta olduğunu zənn edək. Daha sonra İstanbul'da bu cümləni deyən şəxs;
- John said that he liked that city. (John o şəhəri sevdiyini dedi) şəklində demək məcburiyətidədir. Əgər "this" sözü dəyişdirilməzsə, dolaylı cümlə İstanbul'da qurulduğu üçün, John'un İstanbul'u sevdiyi mənası ortaya çıxar və cümlə pozular.
Aşağıda zaman zərflərində meydana gələn dəyişikliklər, bir cədvəl halında verilmişdir.
DIRECT SPEECH |
INDIRECT SPEECH |
|
She said she was going the next day. |
|
They replied they would leave that night. |
|
We said we were going to do it in two days' time. |
|
The mayor said the roads would be compleded the following week / following year. |
|
Tuncay said they had had a very large dinner the day before. |
|
His father said he had painted all the walls two days before. |
Aşağıdakı sözlər də, nəql edilən cümlənin mənasına bağlı olaraq dəyişəbilər. Ancaq bunlarla əlaqəli dəqiq olaraq dəyişir deyiləbilməz. Cümlənin mənasına baxaraq qərar verilir.
here - there (bura - ora)
this - that (bu - o)
go - come (getmək – gəlmək)
Reported Questions (Vasitəli Nəql edilən suallar)
Sual cümlələrini nəql etmək üçün iki vacib addım izlənilir. Birinci olaraq cümlə sual qəlibindən çıxarılır, ikinci olaraq da bir zaman geriyə doğru gedilir. Cümləni sual qəlibindən çıxarıb, düz cümlə halına gətirməyin məntiqi budur;
- He said, "How do you go to work? (O dedi ki, "işə necə gedirsən?)
Yuxarıda dırnaq içində verilən cümlə bir sual cümləsidir və sonunda bir sual işarəsi vardır. Bu cümləni vasitəli sual olaraq nəql etmək üçün ask, want to know, wonder vəya inquire kimi fellər istifadə olunur, ancaq ən çox istifadə olunan ask felidir.
- He asked how I got to work. (O işə necə getdiyimi soruşdu.)
Gördüyünüz kimi sualı vasitəli olaraq nəql etdiyimiz zaman cümlə artıq sual olmaqdan çıxmaqdadır və cümlənin sonuna sual işarəsi gəlməz. Çünki cümlənin əsl hərəkəti "soruşmaq" dır. Bu səbəbdən də cümlə artıq sual qəlibiylə yazılmaz.
► Əgər nəql edilən cümlənin başında bir sual sözü varsa, əvvəl cümlə düz cümlə halına gətirilir, sonra da bir zaman geriyə doğru çəkilir.
- “Where have you been to, Stephan?” Mary asked. (“Haralarda idin, Stephan?” Mary soruşdu.)
- Mary asked Stephan where he had been to. (Mary, Stephan'a harada olduğunu soruşdu.)
- Akshin said, “Why are you angry?.” (“Niyə əsəbisən?” dedi Akşin.)
- Akshin inquired why I was angry. (Akshin niyə əsəbi olduğumu soruşdu.)
- Sue said, "How are you?) ("Necəsən?" dedi Sue.)
- Sue asked how I was. (Sue necə olduğumu soruşdu.)
► Əgər nəqledilən sual cümləsi, yes/no question isə, yəni bəli/yox sualdırsa, ask felindən sonra cümləyə if vəya whether əlavə olunur və zaman bir addım geriyə çəkilir. Bəli/xeyir suallarında cümlənin başında bir köməkçi fel vardır və soruşulan sualın cavabı mütləq bəli vəya xeyir ilə başlayır.
- “Were you frightened?” he said. (“Qorxdun mu?” dedi.)
- He wondered if I had been frightened. (Qorxub qorxmadığımı bilmək istədi.)
- “Did anybody go there?” she said. (“Oraya kimsə getdi mi ?” dedi.)
- She asked whether anybody had gone there. (Oraya kimsənin gedib getmədiyini soruşdu.)
- "Will you call me tonight?" he said. ("Mənə bugün zəng edəcəksən?" dedi.)
- He asked if I would call him that night. (O mənim ona bugün zəng edib etməyəcəyimi soruşdu.)
Reported Speech (imperatives - must, shall, let's, will)
Yuxarıdakı iki dərsdə, vasitəli nəql etmədə düz cümlələr və sual cümlələri üzərində duruldu. Bu dərsdə isə əmr cümlələri, tövsiyyə cümlələri və digər hallar üzərində durulacaqdır.
► Əmr cümlələrində çox hallarda tell və ardından xitab edilən şəxs gətirilir və feldən əvvəl to istifadə edilir.
- He said, “Open the door.” (O, "Qapını aç," dedi.)
- He told me to open the door. (Mənə qapını açmağı dedi.)
- They said, “Close the window, John” (Onlar, "John, Qapını aç," dediər.)
- They told John to close the window. (John'a pəncərəni bağlamağı dedilər.)
İnkar cümlələrdə to dan əvvəl not gətirilir.
- He said, “Don't open the door.” (O, "Qapını açma," dedi.)
- He told me not to open the door. (Mənə qapını açmamağı dedi.)
- They said, “Don't close the window, Mary.” (Onlar, "Pəncərəni bağlama Mary," dedilər.)
- They told Mary not to close the window. (Mary'yə pəncərəni bağlamamağı dedilər.)
► Əmr, tövsiyə, xahiş və təklif cümlələri aşağıdakı fellər istifadə olunaraq nəql edilir.
- advise (Tövsiyə etmək)
- ask (Xahiş etmək)
- command (əmr etmək)
- order (əmr etmək)
- forbid (qadağan etmək)
- remind (xatırlatmaq)
- warn (xəbərdarlıq etmək)
- If I were you, I would buy a new one”, he said. (O, "Yerində olsaydım yeni birisini alardıç," dedi.)
- He advised me to buy a new one. (Yeni birisini almağımı tövsiyyə etdi.)
“Would you wait a little for me? ” I said. ("Məni biraz gözləyə bilərsənmi?" dedim.)
- I asked him to wait a little for me. (Məni biraz gözləməsini xahiş etdim.)
- She said “Would you like to come to my party, Peter?” (O, "Qonaqlığıma gəlmək istəyirsənmi Peter," dedi.)
- She invited Peter to her party. (Peter'i qonaqlığa dəvət etdi.)
- The general said, “Keep off the new tank.” (General “Yeni tankdan kənar gəzin” dedi.)
- The general ordered them to keep of the new tank. (General yeni tankdan kənar gəzmələrini əmretdi.)
"SHALL" IN REPORTED SPEECH (SHALL I - SHALL WE)
Future Tense'də, will yerinə istifadə olunan shall olduğu zaman və birisindən məlumat xahişi olduğu zaman, cümlə nəql edilərkən shall yerinə would istifadə olunur.
- “When shall I see my family again?” she wondered. (“Ailəmi yenidən nə zaman görəcəyəm?” deyə maraqlandı.)
- She wondered when she would see her family again. (Ailəsini bir daha nə zaman görəcəyini bilmək istədi)
- “Where shall we go after school today?” the students asked. (“Bugün məktəbdən sonra haraya gedəcəyik?” Tələbələr soruşdu.)
The students asked where they would go after school that day. (Tələbələr o gün məktəbdən sonra haraya gedəcəklərini soruşdular.)
► Birisindən təlimat və tövsiyə istəyi olunduğu zaman should ya da was / were to istifadə olunur.
- The assistant said, “Shall we open the shop on Sunday, sir?” (Bazar günü mağazanı açaq mı?” dedi köməkçi.)
- The assistant asked the manager if they should / were to open the shop on Sunday. (Köməkçi müdürə mağazanı bazar günü açmaları lazım gəlirmi deyə soruşdu.)
- The girl asked, “What shall I wear for the party, Khalil?” (“Qonaqlığa nə geyinim Xəlil?” qız soruşdu.)
- The girl asked asked Khalil what she should / was to wear for the party. (Qız, Xəlilə qonaqlığa nə geyinəcəyəm deyə soruşdu.)
► Birisinə bir yaxşılıq etmə təklifi vəziyyətlərində yenə shall istifadə edilir.
- “Shall I paint your house?” I said to my friend. (Dostuma “Evini boyayım mı?” dedim.)
- I offered my friend to paint his house. (Dostuma evini boyamağı təklif etdim.)
- “Shall we go to the cinema after school? ” I said. (“Məktəbdən sonra sinemaya gedək mii?” dedim.)
- I suggested going to the cinema after school. (Məktəbdən sonra sinemaya getməyi təklf etdim.)
"WILL, WOULD, COULD" IN REPORTED SPEECH (WILL YOU, WOULD YOU, COULD YOU)
► "Will" əgər gələcək zaman (future tense) istifadə edilən bir cümlədə köməkçi fel olaraq istifadə edilirsə, normal qaydalara görə "would" olaraq dəyişir.
- They asked “Will the teacher come to the party next week?” (“Müəllim gələn həftə qonaqlığa gələcək mi?” deyə soruşdular)
- They asked if the teacher would come to their party to following week. (Bir sonrakı həftə müəllimin qonaqlığa gəlib gəlməyəciyini soruşdular.)
► Əgər will, would vəya could, xahiş cümlələrində istifadə edilirsə, aşağıdakı formada dəyişdirilir.
- “Will you help me, please?” she said. (O, “Zəhmət olmasa mənə kömək edərsən” dedi.)
- She asked me to help her. (O məndən ona kömək etməyimi xahiş etdi.)
- “Will you eat one more apple?” (Bir ədəd daha alma yeyərsənmi?)
- “Would you eat one more apple?” (Bir ədəd daha alma yeyərdinmi?)
- He offered me one more apple. (Mənə bir alma daha təklif etdi.)
- “Could you post this letter for me?” (Bu məktubu mənim üçün göndərə bilərsənmi?)
- She asked me to post that lettef for him. (Məktubu göndərməyimi xahiş etdi.)
"LET'S" IN REPORTED SPEECH
► Let's ilə başlayan cümlələr suggest + V ing şəklində vəya should istifadə edərək nəql edilir.
- He said “Let's change the furniture in the living room.” (O, “Gəlin qonaq otağındakı mebeli dəyişdirək.” dedi.)
- He suggested changing the furniture in the living room. (Qonaq otağındakı mebeli dəyişdirməyi təklif etdi.)
- He suggested that they should change the furniture in the living room. (Qonaq otağındakı mebeli dəyişdirmələrinin lazım olması barəsində təklif etdi)
"YES AND NO" IN REPORTED SPEECH
Yes vəya no ilə cavab verilməsi lazım gələn vəziyətlərdə, sualın zamanına görə uyğun köməkçi fel istifadə olunur. .
- My mother said ‘Did you buy it?' I said no. (Anam, "Onu aldın mı? Deyə soruşdu. "Xeyir," dedim.)
- My mother asked me if I had bought it. I said I hadn't. (Anam onu alıb almadığımı soruşdu. Almadığımı dedim.)
My friend, “Can you swim?”, I said “Yes” (Dostum, "Üzə bilirsən?" deyə soruşdu. "Bəli," dedim.)
My friend asked me if I could swim. I said I could. (Dostum üzə bilib bilmədiyimi soruşdu. Bildiyimi dedim.)
"MUST" IN REPORTED SPEECH
► Əgər "must" sözü, nəticə çıxartmaq üçün istifadə edilirsə, vasitəsiz cümlədə eyniylə qalır.
- The man said, “That little boy helps everybody. He must be kind-hearted.” (Adam “O balaca oğlan hərkəsə kömək edir. Yaxşı ürəyi olmalı. dedi”)
- The man said that the little boy helped everybody and added that he must be kind-hearted. (Adam oğlanın hərkəsə kömək etdiyini dedi və yaxşı ürəyi var deyə əlavə etdi.
► Daimi ve davamlılığını qoruyan əmr cümlələrində də "must" dəyişmir.
- The president said, “Everybody must be obedient to the Creator.” (Prezident “Hərkəs Yaradıcıya qarşı itaətkar olmalıdır” dedi.)
- The president said that everybody must be obedient to the Creator. (Prezident hərkəsin Yaradıcıya qarşı itaətkar olmalı olduğunu dedi.)
► Tövsiyə və niyət bildirən vəziyətlərdə "must" eyni olaraq qalır.
- My friend said “You must see a doctor.” (Dostum “Bir həkimə görünməlisən.” dedi.)
- My friend told me that I must see a doctor. (Dostum həkimə görünməyimin lazım gəldiyini dedi.)
► Gələcəyə aid məcburiyyət bildirən must əgər o işi hələ tamamlamamışsa "would have to" ilə izah edilir. Əgər tamamlanmışsa "had to" istifadə edilir.
- My father “Your brother lost his job at that company. You must find him another job.” (Atam “Qardaşın o şirkətdəki işini itirdi. ona başqa bir iş tapmalısan.” dedi.)
Burada məcburiyyət gələcəyə yönəlmişdir. Yəni; must = will have to'dur. Əgər bu cümlə söyləndiyi müddətdə, hələ iş tapma məvburiyəti davam edirsə, "would have to" istifadə edilir.
- My father told me that my brother had lost his job in the company and added that I would have to find him another job. (Atam, qardaşımın işini itirdiyini və ona bir iş tapmaq məcburiyətində olduğumu mənə dedi.)
Bu cümlə nəql edilərkən əgər iş tapılmışsa, had to istifadə edilir.
My father told me that my brother had lost his job and anned that I had to find another job. (Atam qardaşımın işini itirdiyini və ona bir iş tapmaq məcburiyətində olduğumu mənə dedi.)
► Mustn't dəyişməz.
- Jack said “You mustn't smoke. ” (Jack, "Siqaret çəkməməlisən," dedi.)
- Jack said I mustn't smoke. (Jack siqaret çəkməməyimin lazım gəldiyini dedi.)
► Needn't çox hallarda dəyişmir
- Mary, “You needn't come tomorrow.” (Mary, "Sabah gəlməyinə ehtiyac yox," dedi.)
- Mary said I needn't come the following day. (Mary növbəti gün gəlməyimin lazım olmadığını dedi.)