Materials

When və While qaydası - Keçmiş və Keçmiş davamedici zamanda istifadəsi


12 9782

When və While qaydası 

 

Past Continuous Tense - Keçmiş davamedici zaman cümlələrində "when" və "while"  bağlayıcıları tez tez istifadə olunur. Bu səbəbdən  zamanı doğru istifadə edəbilmək üçün bu bağlayıcıların istifadələrinin yaxşı öyrənilməsi vacibdir.

When və While bağlayıcılarının Past Continuous Tense ( Keçmiş davamedici zaman)  cümlələrində istifadələri ümumiyətlə bu iki düstur ilə izah olunabilir.

 

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

When və While qurulması

 

- when + simple past tense

- When I saw him, he was playing tennis. (Onu gördüyümdə tennis oynuyurdu.)

- when / while + past continuous tense ( ingilis dili zaman zərfləri)


- When / While I was playing football, I broke my leg. (Futbol oynayarkən ayağım qırıldı.)

 

 

When və While bağlayıcılarının istifadəsiylə əlaqəli ümumi qaydalar aşağıda verilmişdir.

 

► Keçmişdə davam etməkdə olan bir hərəkət sırasında bir başqa hərəkət olmuş və davam edən hərəkəti bölmüşsə, bu hal həm when, hem də while bağlayıcıları istifadə edərək ifadə ediləbilir.

 

- I was eating dinner when the guests arrived. (Qonaqlar gəldiyində yemək yeyirdim.)

- I hurt my leg while I was playing football. (Futbol oynayarkən ayağımı incitdim.)

 

                                       

While, When və As haqqında video dərslik ətraflı

 

When qaydası

 

► "When"  ilə qurulmuş bir zərf cümləciyi (adverbial clause), ümumiyətlə əsas cümlədəki (main clause) hərəkətin davam etməkdə olduğu zamanı izah edər. "Bir hərəkət olduğunda bir başqa hərəkət olurdu" formasında bir məna daşıyır. Bu səbəblə "when" in olduğu cümlədə Simple Past ( keçmiş zaman), əsas cümlədə isə Past Continuous ( keçmiş davamedici zaman ) istifadə edilir.

İngilis dili when bağlayıcısı - keçmiş zaman

 

Keçmiş zaman ingilis dili cümlələr

 

- When he came in, I was studying. (O içəri girdiyində, mən dərs oxuyurdum.)
               adverbial             main

 

- I was reading when he came in. (O gəldiyində, mən kitab oxuyurdum.)

- When I went out, it was snowing. (çölə çıxdığımda qar yağırdı.)

- They were arguing when I entered the room. (Otağa girdiyimdə, onlar mübahisə edirdilər.)

 

When bağlayıcısının yuxarıdak cümlələrdə istifadəsi, "When + Simple Past, Past Continuous" şəklində formullaşdırılabilir.

 

► "When" ard arda edilmiş hərəkətləri izah etmək üçündə istifadə edilir. Bu vəziyətdə hər iki cümlə də Simple Past Tense ilə qurulur.

 

- When he arrived, we went into the cinema. (O çatdığında, biz sinemaya girdik.)
  (Əvvəl o gəldi, sonra biz sinemaya girdik.)

 

- When he left work, he got on a bus and went home. (İşdən çıxdğında, o avtobusa minib evə getdi.)

- When the teacher asked a question, I raised my hand. (Müəllim sual soruşduğunda, əlimi qaldırdım.)

 

When bağlayıcısının yuxarıdakı cümlələrdə istifadəsi, "'When + Simple Past, Simple Past" şəklində formullaşdırıla bilər.

 

While qaydası

 

► "While"  bağlayıcısı ümumiyətlə, əsas cümlədəki hərəkət əsnasında davam etməkdə olan bir başqa hərəkəti izah etmək üçün də istifadə edilir. Bu səbəblə, "while" in olduğu cümlə Past Continuous, əsas cümlə isə Simple Past'dir.

 

İngilis dili while bağlayıcısı - keçmiş zaman

 

- While  I was studying, he came in. (Mən dərs oxuyarkən o gəldi.)
                    adverbial            main

 

- I left home while my parents were sleeping. (Valideynlərim yatarkən evdən çıxdım.)

I took a photograph while you were sleeping. (sən yatarkən, fotoqraf çəkdim.)

While bağlayıcısının yuxarıdakı cümlələrdə istifadəsi, "While + Past Continuous, Simple Past" şəklində formullaşdırılabilir.

 

QEYD: Bu tərz cümlələrdə "while" yerinə "when" istifadə mümkündür, ancaq "while" istifadəsi daha ümumişləkdir.

 

- When/While I was walking home from work, I bumped into an old friend on the street.
(İşdən evə doğru gedərkən, küçədə köhnə bir dostumla qarşılaşdım.)

 

- Yesterday, a stray dog was nearly hit by a car when/while it was crossing the road.
(Dünən bir küçə yolu  keçərkən az qalsın bir maşının altında qalırdı.)

 

► "While"  cümləciyi, əsas cümlədəki hərəkətlə eyni anda olan bir hərəkəti izah etmək üçün də istifadə edilir. Bu vəziyətdə hər iki cümlə də Simple Past Tense ilə qurulur.

 

- I sang while I washed the dishes. (Qabları yuyarkən mahnı oxudum.)

- She watched me while I made the cake. (Mən kek düzəldərkən o mənə baxdı.)

- I waited outside while she had an interview. (O intervyu edərkən mən çöldə gözlədim.)

While bağlayıcısının yuxarıdakı cümlələrdə istifadəsi, "While + Simple Past, Simple Past" şəklində formullaşdırılabilir.

 

► "While" birbirinə paralel davam edən iki hərəkəti izah etmək üçündə istifadə edilir. Bu vəziyətdə hər iki cümlədə de Past Continuous Tense istifadə edilir. "While"ın bu formada istifadəsiylə ümumiyətlə təəssüflənmək, inciklik gibi duygular ifade edilir.

 

- While the teacher was lecturing, the students were talking among themselves. (Müəllim dərsi izah edərkən tələbələr öz aralarında danışırdılar.)

 

- I was studying while everybody at home was sleeping. (Evdə hərkəs yatrkən mən dərs oxuyurdum.)

 

While bağlayıcısının yuxarıdakı cümlələrdə istifadəsi, "While + Past Continuous, Past Continuous" şəklində formullaşdırılabilir.

 

 

► While ile eyni mənada istifadə edilən digər bağlayıcı "as" dir.

 

- While/As I was coming here, I ran into an old friend. (Buraya gələrkən köhnə bir dosta rastladım.)

- I had a look at the old magazines while/as I waited at the doctor's. (Həkimdə gözləyərkən, köhnə jurnallara bir göz attım.)

 

► "Just as", daha vurğulu bir izah formasıdır.

 

- The postman came Just as I was leaving home. (Tam mən evdən çıxarkən, poçtalyon gəldi.)

- Just as I sat down at the table, the phone rang. (Tam masaya oturdum ki telefon çaldı.)

Hazırladı: Ceyhun Yusifov

 

arrow