Budaq cümlələri - Relative clauses
Təyin budaq cümləsi
Relative Clauses ( Budaq cümlələri) , iki cümləni birləşdirmək üçün və ümumiyətlə danışarkən vəya yazarkən dilin səlistliyini göstərmək üçün istifadə olunur. Aşağıdakı nümunələrə göz gəzdirək
- A women opened the door. She was wearing a white dress. (Bir qadın qapını açdı. O ağ bir paltar geyinirdi.)
Bu iki cümləni birləşdirmək istəsək, who vəya which istifadə edərək iki cümləni bir birinə bağlamamız lazım gəlir. Vacib olan qayda budur: İkinci cümlə hər zaman ilk cümlədəki bir sözlə əlaqəli məlumat verməktədir. Buradakı nümunəyə baxdığımızda ikinci cümlədəki “O” birinci cümlədəki qadınla əlaqəli bizə məlumat verir. Onda demək ki woman sözündən sonra who istifadə edib ikinci cümləni yazmaq lazım gəlir. Yəni:
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
- The woman who was wearing a white dress opened the door. (Ağ paltar geyinən qadın qapını açdı.)
Gördüyünüz kimi who sözü əlavə məlumat verə biləcəyimiz sözün düz ardından gəlmişdir. Sözlərin yerlərini dəyişdirərək cümlə fərqli bir mənada da deyilə bilər.
- The woman who opened the door was wearing a white dress. (Qapını açan qadın ağ bir paltar geyinirdi.)
Əgər who vəya which sözünü, əlaqəli sözdən sonra istifadə etməzsək cümlənin mənası pozulur. Aşağıdakı nümunəyə baxaq.
- The woman opened the door who was wearing a white dress. (Qadın, ağ paltar geyninən qapını açdı.) Yanlış
Gördüyünüz kimi who vəya which əvvəlinə gəldiyi sözü xarakterizə etməkdədir. Bu səbəbdən bu mövzu üzərində işləyərkən ən vacib məsələ, hansı sözlə əlaqəli məlumat verildiyini tapıb, who vəya which sözünün o sözün əvvəlinə qoymaqdır. Aşağıdakı nümunələrə baxaq.
1) I received the report. (Məruzəni aldım.) You had sent the report. (Sən məruzəni göndərmişdin)
2.) I found the book. (Kitabı tapdım.) The book was important. (Kitab vacib idi.)
Birinci nümunədəki cümlələri öz aralarında birləşdirsək;
I received the report which you had sent. (Göndərmiş olduğunuz məruzəni aldım.)
Diqqət etdinizsə ilk nümunədəki tamamlıq mövqeyində olan “the report” sözü nisbi əvəzlik (relative pronoun) olan “which” ilə yer dəyişdirdi. “which” eyni zamanda iki cümləni bir birinə bağlayaraq bir bağlayıcı funksiyasınıda yerinə yetirdi. “which you had sent” cümləciyi “Relative pronoun, Relative Clouse veya Adjective Clouse” olmaq üzərə 3 formada adlandırıla bilir.
QEYD: Tamamlıq ikən relative pronoun ilə qısaltılanlar Azərbaycan türkçəsinə “...dığı” olaraq tərcümə edilir. Başqa bir deyişlə relative pronoundan sonra “mübtəda” varsa Azərbaycan türkçəsinə “...dığı” olaraq tərcümə edilir.
İndidə ikinci cümlədəki nümunələri birləşdirək.
I found the book which was important.
Which: Cansızlar və heyvanlar üçün istifadə olunur
Who: İnsanlar üçün istifadə olunur.
That: Həm who həm də which yerinə “that” istifadə ediləbilir. İkisi də tamamlıq (obyekt) formada ikən “...dığı”; Mübtada formasında ikən isə “...an, ...ən” olaraq tərcümə edilir.
Relative pronoundan sonrakı cümlə bir cümləcik olur və əvvəlindəki ismi xarakterizə edir. Azərbaycan türkçəsinə tərcümə edərkən bu cümləciyin mənasını isimdən əvvəl söyləmək lazım gəlir.
- The agreement which they signed. (Onların imzaladığı razılaşma)
- The workers who I met. (Qarşılaşdığım işçilər.)
- The man who you are waiting for. (Gözlədiyiniz adam.)
- The scientist who devised this method. (Bu metodu tapan elm adamı.)
- The student who won the scholarship. (Təqaüd qazanan tələbə.)
- A car which runs 100 miles on hour. (Saatda 100 mil gedən maşın.)
QEYD: Relative pronounun əvvəlində mütləq bir isim olmalıdır və yan cümləcik bu ismi xarakterizə edər.
- Unfortunately, we can not publish the article which you have sent. (Təəssüfki göndərdiyiniz məqaləni nəşr edə bilmirik.)
Əgər “the article”ı xarakterizə edən bir sifət sözü olsaydı “article”dan əvvəl yazılması lazım gələrdi. “the article” bir sifət cümləciyi ilə xarakterizə olunduğu üçün relative pronoun ilə sonrasından gəlmişdir. Tərcümədə sifət cümləciyinin (adjective clause) mənası isimdən əvvəl deyilir.
- He had to dismiss the boy who made noise. (O, səs-küy edən uşağı qovmaq məcburiyətində qaldı.)
The man who robbed the bank was cought by the police. (Bankı qarət edən adam polis tərəfindən tutuldu.)
► OF WHOM və OF WHİCH
...ki onu, ...ki onların mənasında da tərcümə edilə bilirlər. ”of whom” canlılar üçün; “of which” cansızlar üçün istifadə olunur. bu iki nisbi əvəzlik (relative pronoun) bir qrup ismində bəzilərini müəyyən edərkən istifadə olunur.
- I have four sons who are students. (Tələbə olan 4 oğlum var.)
Bu cümlədə sifət cümləciyi - adjective clause (tələbə olan) uşaqların hamsına aid edilir. Bəs bu 4 uşağın hamsı deyildə, ikisi vəya üçü tələbə olsa cümləmizi necə söyləyəcəyik? O zaman burada “of whom" və "of which” fəaliyətə keçir.
Əgər ikisi tələbə olan dörd uşaq var isə cümlə bu şəkildə qurulur:
- I have four sons, two of whom are students. (İkisi tələbə olan dörd oğlum var.)
Vergüllə və qrupdan müəyyən edilmək istənən sayın nisbi əvəzlikdən (relative pronoun) əvvəl gəldiyinə diqqət edin. Bu istifadə də artıq sifət cümləciyi (adjective clause) 4 uşağı deyil ; Nisbi əvəzlikdən əvvəl gələn və uşaqlardan ikisini müəyyən edən “two”yu xarakterizə edir.
- He had many houses which were in Baku. (Onun Bakıda olan bir çox evi vardır.)
- He had many houses, some of which were in Baku. (Onun, bəziləri Bakıda olan bir çox evi vardır.)
- My friend has three cars, on of which is a foreign mark. (Dostumun biri xarici marka olan 3 maşını vardır.)
- I have three friends, for one of whom I bought a present. (Birisi üçün hədiyə aldığım 3 dostum var.)
- I have got a hundred students, fourty of whom are married. (Qırxı evli olan yüz tələbəm var.)
► WHOSE
...ki onun, ...ki onların mənasındadır. Yiyəliklik bildirən bir əvəzlikdir. Həm canlı həm də cansızlar üçün istifadə edilir.
- The woman who was wounded was crying. (Yaralanan qadın ağlıyırdı.)
- The woman whose husband was wounded was carying. (Əri yaralanan qadın ağlıyırdı.)
QEYD. Mütləq ama mütləq “whose”dan əvvəl və sonra bir isim olmalıdır. Sonrasında bir əvəzlik vəya bir başqa söz gələ bilməz. Sonrasında gələn ismin qarşısında qətiyən “the” artikılı ola bilməz. Bu xüsusiyət posessive'likdən meydana gəlməkdədir.
- I bought a car whose engine was out of order. (Mühərriki xarab olan bir maşın aldım.)
- The houses whose roofs were shaking in the storm collapsed. (Damları fırtınada sirkələnən evlər dağıldı.)
- Our manager,whose son studies in the USA will go there next month. (Oğlu USA'da okuyan müdürümüz növbəti ay oraya gedəcək.)
THAT CÜMLƏDƏN NƏ ZAMAN ATILABİLƏR?
That sözü bir yan cümləciyi bir əvvəlki hərəkətə bağlamaq üçün istifadə edilən bir bağlayıcıdır. Bu strukturda istifadə edildiyində that bəzən "tamamlayıcı (möhkəmləndirici) that." adıyla da xatırlanılır.
Nümunələrə göz gəzdirək:
- Sadigh knew [that] he was about to be fired. (Sadiq qovulmaq üzərə olduğunu bilirdi.)
- She definitely felt [that] her fellow employees hadn't supported her. (İş dostlarının onu dəstəkləmədiyindən əmindi vəya hiss edirdi.)
- I hope [that] she doesn't blame me. (ümüd edirəm bizi günahlandırmaz.)
Təşəkkürlər