Materials

Keçmiş bitmiş zaman ( Past perfect tense )


9 20014

 Keçmiş bitmiş zaman ( Past perfect tense )

 

Past Perfect Tense - Keçmiş bitmiş zaman (I had gone)

 

Past Perfect Tense ( Keçmiş bitmiş zaman) Azərbaycan dilində "miş"li keçmiş zamanın qarşılığı olaraq istifadə olunabilir. Keçmişdə olan iki hadisədən, daha əvvəl olanını ifadə edərkən bu zamanı istifadə edirik. Past Perfect Tense, Present Perfect Tense'in keçmiş halıdır. Aşağıdakı nümunələrə göz gəzdirək.

 

- This is her first swimming lesson. She is very excited and she doesn't know what to do. She has never swum before.
  (Bugün onun ilk üzmə dərsi. Çox həyəcanlı və nə edəcəyini bilmir Daha əvvəl heç üzməyib.)

- It was her first swimming lesson. She was very excited and she didn't know what to do. She had never swum before.
  (Onun ilk üzmə dərsiydi. Çox həyacanlıydı və nə edəcəyini bilmirdi. Daha əvvəl heç üzməmişdi.)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

Present Perfect Tense ( indiki bitmiş zaman) ilə Past Perfect Tense ( kecmis bitmis zaman formasi) arasındakı fərqi başadüşə bilmək üçün aşağıdaki iki nümunəyə göz gəzdirək.

 

- I have never seen an elephant. (Heçvaxt fil görməmişəm.)

 

Present Perfect Tense ilə qurulan bu cümlədə, cümləni deyən  şəxsin daha əvvəl heç fil görmədiyi başadüşülməktədir.

 

- I had never seen an elephant. (Daha əvvəl heç fel görməmişdim.)

 

Past Perfect Tense ( keçmiş bitmiş zaman)  ilə qurulan bu cümlədə isə, cümləni deyən şəxsin fili gördüyü başa düşülür. Yəni bu cümləni fili ilk dəfə gördüyündə söyləyəbilir.

 

 

 

 

PAST PERFECT TENSE FORMASI - KEÇMİŞ BİTMİŞ ZAMAN FORMASI


[HAD] + [PAST PARTICIPLE]



NÜMUNƏLƏR

- I had studied a little English when I came to the U.S. (İngiltərəyə gəldiyimdə azacıq ingiliscə öyrənmişdim.)

- They had never met an American until they met John. (John'la tanış olana qədər heç bir Amerikalıyla tanış olmamışlardı.)



  PAST PERFECT TENSE - KEÇMİŞ BİTMİŞ ZAMAN "CƏDVƏL"

 

(+) POSITIVE

(-) NEGATIVE

(?) QUESTION

I had played (Oynamışdım)

I hadn't played (Oynamamışdım)

Had I play (Oynamış mıydım?)

You had played (Oynamışdın)

You hadn't played (Oynamamışdın)

Had you play (Oynamış mıydın?)

He had played (Oynamışdı)

He hadn't played (Oynamamışdı)

Had he play (Oynamış mıydı?)

She had played (Oynamışdı)

She hadn't played (Oynamamışdı)

Had she play (Oynamış mıydı?)

It had played (Oynamışdı)

It hadn't played (Oynamamışdtı)

Had it play (Oynamış mıydı?)

We had played (Oynamışdıq)

We hadn't played (Oynamamışdık)

Had we play (Oynamış mıydıq?)

They had played (Oynamışlardı)

They hadn't played (Oynamamışlardı)

Had they play (Oynamışlar mıydı?)

 

 

 

 

     Daha çox nümunəyə bax

 

KEÇMİŞ BİTMİŞ ZAMANIN İSTİFADƏSİ

 

►  Past Perfect Tense, keçmişdə meydana gələn iki hadisədən birisinin, digərinə görə daha əvvəl bitmiş olduğunu ifadə etmek üçün istifadə olunur. Eyni zamanda keçmişdə başverən bir hərəkətin müəyyən bir zamandan əvvəl olduğunu söyləmək üçündə istifadə olunur.

 

NÜMUNƏLƏR:

 

- The woman had died until the doctor arrived. (Həkim çatana qədər qadın ölmüşdü.)

- I had never seen such a nice beach before I went to Side. (Side'yə getmədən əvvəl belə gözəl bir sahil görməmiştim.)

- Had you ever visited the U.S. before your trip in 1992? (1992 ilindəki səyahətindən əvvəl heç Amerika'ya getmiş miydin?)


- Yes, I had been to the U.S. once before in 1988. (Bəli, 1998'dən əvvəl Amerika'da olmuşdum.) 

 

When I got home yesterday, my mother had already cooked the dinner. (Dünən evə çatdığımda, anam yeməyi bişirmişdi.)

By the time we got to the theatre, the play had already started. (Teatıra çatdığımızda, pyes başlamışdı.)

I had read a lot about Scotland before I went there. (Şotlandiyaya getmədən əvvəl haqqında çox şey oxumuşdum.)

 

► Keçmişdə müəyyən bir hərəkət vəya zamandan əvvəlki müddəti izah etmək üçündə  Past Perfect Tense istifadə olunur.

Həmçinin bax >>> Ingilis dili qrammatika qaydalar 

 

NÜMUNƏLƏR:

We had had that car for ten years before it broke down. (Bu maşın xarab olmadan əvvəl on il bizim olmuşdu.)

By the time Alex finished his studies, he had been in London for over eight years. (Alex təhsilini bitirdiyində səkkiz ildən çox zamandır Londra'da yaşamışdı.)

 

When Sam was born, I had been a doctor for 10 years. (Sam anadan olduğunda, mən artıq 10 il idiki həkim idim.)

My son had already learnt how to read by the time he started the primary school. (Oğlum məktəbə başladığında artıq oxumağı öyrənmişdi.)

 

► Past Perfect Tense keçmişdə ard arda gerçəkləşən iki hadisədən daha əvvəl olanını izah etmək üçün istifadə olunur. Bu hərəkətlərdən sonra olan Simple Past Tense ilə ifadə edilir. Əslində  birçox halda  Past Perfect Tense istifadə edilməyəbilir. Ancaq cümlənin iki mənalı olmasını aradan qaldırmaq üçün bu zaman istifadə edilməkdədir.

 

- When I came home, my mother had left. (Evə gəldiyimdə anam çıxmıştı.)

Yuxarıdakı cümlədə hərəkətlərin baş vermə sırasına baxaq.

 

Birinci hərəkət - My mother left

İkinci hərəkət - I came home

 

Yəni hərəkətlər ilk əvvəl anam evdən çıxdı, sonra mən evə gəldim şəklində sıralanabilir.

- When I came home, my mother left. (Evə gəldiyimdə, anam çıxdı.)

 

İndidə yuxarıdakı cümlələrin başvermə sırasına baxaq

Birinci hərəkət - I came home

İkinci hərəkət - My mother left

 

Yəni hərəkətlər ilk əvvəl mən gəldim, sonra anam çıxdı şəklində sıralanır. Görüldüyü kimi simple past tense ilə past perfect tense istifadəsi arasındakı fərq hərəkətlərin başvermə sırası nöqteyi nəzərdən xeyli müəyyəndir.

 

► Cümlədə before ya da after istifadə edilirsə, hansı hərəkətin daha əvvəl gerçəkləşdiyi onsuzda bəlli olduğu üçün past perfect tense istifadə edilməyəbilir. Bu cümlələrdə past perfect yerinə simple past istifadəsi məna fərqinə səbəb olmaz.

 

- After the meeting (had) finished, everybody went home. (İclas bitdikdən sonra hərkəs evinə getdi.)

- Jack (had) left before I got to the office. (mən ofisə getmədən əvvəl Jack çıxmıştı.)

- After the old man (had) died, the doctor came. (Yaşlı adam öldükdən sonra həkim gəldi.)

 

► Etməyi planladığımız vəya ümit etdiyimiz ancaq edəmədiyimiz hərəkətləri izah etmək üçün də Past Perfect Tense istifadə olunur.

 

-  I had wanted to visit the gallery before I left Paris, but it's closed on Sundays. (Paris'dən ayrılmadan əvvəl galeriyə ziyarət etmək istemişdim, amma bazar günləri bağlı imiş.)

 

- Jane had hoped to retire at 60, but they persuaded her to stay on for a few more years. (Jane 60 yaşında pensiyaya çıxmağı ümit etmişdi amma birneçə il daha davam etməsi fikirində onu razı saldılar.)

 

Hazırladı: Ceyhun Yusifov

 

arrow