Materials

İngilis dili Zərflər ( Adverbs ) +Cümlələr


10 11217

İngilis dili Zərflər ( Adverbs )

 

Zərflər (adverb) hərəkətləri xarakterize edir. Hərəkətlərin necə edildiyi haqqında məlumat verirlər.
 

 

Zərf cümlələri

  • - How does he she sing?  (O) necə mahnı oxuyur.)

  • - She sings beautifully. (O çox gözəl mahnı oxuyur.)

  • - I always drive carefully. (Həmişə diqqətli maşın sürürəm.)

  • - They are speaking angrily. (Onlar sinirli sinirli danışırlar.)

 

► Zərflər ümumiyətlə -ly hissəciyinin bir sifətə əlavə olunmasıyla emələ gətirilir.


- beautiful/beautifully (gözəl- gözəl(cə) gözəl bir şəkildə)
- careful/carefully (diqqətli- diqqətlicə/ diqqətli bir şəkildə)

► Bəzi sifətlər zərf halına çevrildiyində dəyişməz. Bunların ən vacib olanları aşağıdakılardır:

- fast (sürətli) - fast (sürətli, sürətli bir şəkildə), hard (çətin) - hard (çətin bir şəkildə, çox)

 

► Good (yaxşı) böyük ehtimalla ən vacib istisnadır. 'good' sifətinin zərf forması 'well' (yaxşıca, yaxşı bir şəkildə)dir. Bu tez tez edilən xətalı bir zərfdir!

SƏHV!!: He plays tennis good.

 DÜZGÜN: He plays tennis well.



► Zərflər eyni zamanda bir sifəti də xarakterizə edirlər. Bu vəziyətdə zərf bəhs edilən sifətdən əvvəl istifadə olunur.
 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

 

Zərf cümlələri

  • She is extremely happy. (O son dərəcə xoşbəxtdir.)

  • They are absolutely sure. (Onlar əlbətdəki əmindirlər.)

  •  I am terribly sorry. (Çox pis olmuşam.)

  •  The prices are unbelievably low. (Qiymətlər inanılmaz dərəcədə aşağıdır.)


► Əsas bir sifətin dərəcəsi artırılmış formasıyla 'very' istifadə edilməz.

Nümunə: good – fantastic

 

► Tezlik zərfləri (adverbs of frequency) həmişə (always), heçvaxt (never), bəzən (sometimes), tez tez (often) vs.) ümumiyətlə əsas hərəkətdən əvvəl gəlir.
 

Zərf cümlələri

  •  He is often late for class. (O ümumiyətlə dərsə gecikir.)
  • Do you always eat in a restaurant?  (Həmişə restoranda mı yemək yeyirsiniz?)
  • They don't usually travel on Fridays. (Ümumiyətlə onlar Cümə günləri səyahət etmirlər.)

 

► The fat man jumped over the wall surprisingly easily. (Kök adam asanliqla divarın üstündən təəccüblü bir şəkildə  hoppandı.)

 

- The lady speaks very fast. (Qadın çox sürətli danışır.)

 

Bu iki cümlədə de easily və fast zərfdir. Bunlar felləri izah edirlər. Ancaq easily və fast sözləridə  yenə özləri kimi zərf olan surprisingly və very tərəfindən izah olunurlar.

 

Adjectives and Adverbs (Sifətlər və Zərflər Qarşılaşdırma)

 

Sifətlər və zərflər bir arada öyrənilsə, öyrənmək daha effektiv və təsirli olur. Zərflər ümumiyətlə sifətlərin ( adjectives) sonlarına ‘ ly ‘ hissəciyi gətirilərək qurulur.  


- He is a slow player. (O yavaş bir oyunçudur.)
- He plays slowly. (O yavaş oynayır.)

- He is a brave boy. (O cəsur bir oğlandır.)
- He fights bravely. (O cəsurca döyüşür.)

 

Qeyd etdiyimiz kimi bu cümlələrdə sifətin sonuna – ly hissəciyi gətirilərək zərf əldə edilmişdir. Sifət olan sözlər ismi, zərf olan sözlərdə feli izah etmişdir.

 

Aşağıda, sonuna -ly gətirilərək zərf əmələ gətirən bəzi sifətlər və nümunələr verilmişdir.

 

►happy - happily
- She is a happy girl. (O xoşbəxt bir qızdır.)
- She is dancing happily. (O xoşbəxt bir şəkildə rəqs edir..)


► sad - sadly
- My dad is very sad today. (Atam bugün çox qəmgin.)
- The singer is singing sadly. (Müğənni qəmgin şəkildə mahnı oxuyur.)


► quick - quickly
- John is a quick player. (John cəld bir oyunçudur.)
- John plays basketball quickly. (John cəld formada basketbol oynayır.)


► bad - badly
- Some students are really bad. (Bəzi tələbələr həqiqətən çox pis.)
- Some students behave badly in the classroom. (Bəzi tələbələr sinifdə çox pis rəftar edirlər.)

 

► Yuxarıda bəhsedilən qayda bütün zərflərə şamil edilmir. Bəzi sifətlər, bu qaydanın xaricində qalırlar və qaydasız olaraq dəyişirlər. Bu zərflərin mütləq əzbərlənməsi lazımdır.  

 

► good – well

 

- Mr. Halloway is a good teacher. (Cənab Halloway yaxşı bir müəllimdir.)
- He teaches well. (O yaxşı öyrədir.)

Birinci cümlədə “good” ismi izah edərkən "well" feli izah edir. Standart qaydaya əsasən good sifəti zərf olduğunda goodly olması lazım gəlir. Ancaq qaydasız olduğu üçün bütün qaydalardan müstəqil olaraq dəyişməkdədir.

 

► Bəzi sözlər isə həm sifət olaraq və həm də zərf olaraq istifadə olunabilirlər. Bunların tamamilə əzbərlənməsi lazımdır.

İngiliscə zərflər

  • fast - fast (sürətli)
  • hard - hard  (çətin, ağır)
  • early - early (erkən)
  • late - late (gec)
  • high - high (yüksək)
  • low - low (aşağı)
  • near - near (yaxın)
  • far - far (uzaq)
  • deep - deep (dərin)
  • much - much (çox)
  • little - little (az)
  • direct - direct (birbaşa)
  • wrong - wrong (yanlış)
  • enough - enough (kifayət)
  • pretty - pretty (xoş, gözəl)
  • straight - straight (düz, birbaşa)
  • kindly - kindly (nəzakətli)

 

 

 

Yuxarıda qeyd edilənlərin xaricində həm sifət həm də zərf olaraq istifadə oluna bilən sözlər vardır, ancaq ən ümumiişlək olanlar yuxarıda verilənlərdir.  

Zərf nümunə cümlələr

  • I want a fast car. (Sürətli bir maşın istəyirəm.)
  • My car must go fast. (Maşınım sürətli getməlidir.)
  • There is a bus-stop near my house. (Evimin yaxınlığında bir avtobus dayanacağı var.)
  • The bus goes near my house. (Avtobus evimin yaxınlığından keçir.)
  • Deep rivers are dangerous. (Dərin çaylar təhlükəlidir.)
  • Don't dive very deep. (Çox dərinə girmə.)
  • The traffic sign is wrong. (Nəqliyat lövhəsi səhvdir.)
  • People will get it wrong. (İnsanlar onu səhv başa düşəcəklər.)
  • The wall around the garden is high. (Bağın ətrafındakı divar yüksəkdir.)
  • The trees near it grow high too. (Yanındakı ağaçlar da böyüyür)
  •  

► Ümumiyətlə -ly ilə bitən sözlər adverb ( zərf) olur. Ancaq -ly ilə bitən sifətlərdə vardır. Bunların kindly (nəzakətlicə) xaricində adverb (zərf) halı yoxdur. Aşağıda bu zərflərə birneçə nümunə verilmişdir.


lovely, lively, lonely, lowly, likely, elderly, timely, silly

 

► Bunların adverb ( zərf) halı mənasını verəcək formada istifadə etmək lazım gələ vəziyətlərdə, bu mənalara yaxın başqa adverb ( zərf) lər istifadə edilir ya da zərf cümləciyi şəklində izah edilir.

- All my friends are friendly. (Dostlarımın hamsı səmimidirlər.)
- They behave in a friendly way. Candan davranırlar. (Canayaxın bir formada rəftar edirlər )

- A new rise in salaries are likely. The government will probably give a rise in salaries.
 (Maaşlarda yeni bir artış ehtimalı var. Yeni hakimiyyət ehtimalki maaşları artıracaq.)

 

Yuxarıdakı cümlələrdə göründüyü kimi friendly sifətdir və zərf halı in a friendly way şəklində izah edilmişdir. Və “likely” sifətdir və zərf halı “probably” olaraq izah edilmişdir.

 

► Bəzi sifətlərə -ly əlavə olunduğunda; adverb (zərf) olurlar. Ancaq bunlar sifət olduqları zamanki mənanı zərf olduqları zaman fərqli mənalara gəlirlər.

Məsələn, high yüksək deməkdir ancaq highly yüksək(cə) deyil"olduqca"mənasında istifadə edilməkdədir. Low aşağı deməkdir. Ancaq lowly aşağı(ca) deyil"təvəzökarlıqla" deməkdir.

Məhz bunun kimi sifət mənası ile zərf mənası birbirindən dəyişik formalarda məna verən  sözlər vardır və nəzərə alınmalıdır. Bunların qaydaları yoxdur. İstisna halları vardır və əzbərlənmələri vacibdir. Bunlar aşağıdakı sözlərdir. 

Sifət və Zərf sözlər

  • high: yüksək- highly: olduqca
  • low: aşağı- lowly : təvazökarlıqla
  • near: yaxın- nearly: demək olarki
  • late: gec - lately: son zamanlarda
  • hard: çətin, ağır- hardly: demək olarki heç, güc bəla ilə
  • direct: direkt, birbaşa- directly: birbaşa, açıqca
  • warm: isti- warmly - səmimiyətlə
  • hot: qaynar- hotly: canla başla
  • cool: sərin- coolly : soyuq şəkildə
  • cold: soyuq- coldly: soyuqca
  • present: hal hazırda, - presently: dərhal, o dəqiqə
  • short: qısa- shortly: qısacası, dərhal
  • scarce: nadir, qıt - scarcely: güc bəla
  • bare: çılpaq, yalın- barely: birtəhər, güc bəla
  • sure: əmin, dəqiq- surely: əminliklə, ehtiyatla

Hazırladı: Ceyhun Yusifov

arrow