Ingilis dili Miqdar Sifətləri ( Quantifiers)
Mövzu ilə əlaqəli açar sözlər
ingilis dili a little a few Quantifiers qaydası Some, any, much, many, a lot of a few, a little haqqında ingilis dili quantifiers ingilis dili a little a few ingilis dili much many ingilis dili qrammatika testleri
|
Quantifiers tests 1 - ci hissə <<< Bura bax
Quantifiers tests 2 - ci hissə <<< Bura bax
Quantifiers tests 3 - ci hissə <<< Bura bax
A lot, much, many, a little, a few
► A lot of; lots of; plenty of
Bu üç ifadə eyni mənada istifadə olunur ancaq ən ümumi olanı a lot of'dur. Üçü də həm sayılabilən isimlərlə və həm də sayılamayan isimlərlə istifadə olunurlar. Sayılabilən isimlərlə istifadə olunduqları zaman isimlər daima cəm olur. Sayılamayan isimlerlə istifadə olunduqları zaman isə tək olurlar.
A lot of, lots of ve plenty of təsdiq cümlələrdə istifadə olunurlar. Ancaq müsbət( təsdiq) bir cavab gözlənərək soruşulan sual cümlələrində də istifadə oluna bilirlər
EXAMPLES (NÜMUNƏLƏR)
- There are a lot of pens in my bag. (Çantanda birçox qələm var.)
- There is a lot of milk in the bucket. (vedrədə çox süt var.)
- She wants a lot of money but her husband doesn't have any. (O çox pul istiyir ancaq ərində heç yoxdu.)
- My mother bought a lot of apples at the market yesterday. (Anam dünən bazardan xeyli alma aldı.)
- Your bag is very large. Do you have a lof of books in it? (Çantan çox böyük. İçində çox kitabın mı var?)
- Is there a lot of sugar in your glass? (Stəkanında çox şəkər var?)
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
► Many
Many daima sayılabilən isimlərlə istifadə olunur və isimlər həmişə cəm olur. Many ümumiyətlə sual cümlələrində və inkar cümlələrdə istifadə olunur.
- I haven't written many letters today. (Bugün çox məktub yazmadım)
- Does she want many dresses? (Çox çox paltar istiyirmi?)
- There aren't many pnotos in my album. (Albomumda çoxlu şəkil yoxdur.)
- Didn't you need many workers while you were building this house? (Bu evi tikərkən çox fəhləyə ehtiyacın olmadı mı?)
Many, rəsmi İngilizcədə və cümlə başlarında təsdiq cümlələrdə də istifadə edilə bilir.
- Many people agree with you, sir. (Birçox insan sizinlə eyni fikirdə, cənab.)
- The Minister of Tourism declared that many tourists visited the country this summer. (Turizm Naziri keçən il ölkəyə birçox turistin gəldiyini bildirdi.)
Günlük danışmalarda əksəriyətlə özündən əvvəl too, so, a great, a good kimi ifadələr istifadə olunduğu zaman many təsdiq cümlələrdə istifadə olunabilir.
- There were too many people outside the building on the day of the murder. (Cinayet günündə evin çölündə həddindən artıq çox insan vardı.)
- I bought my wife so many dresses that she couldn't decide which to wear first. (Həyat yoldaşıma o qədər çox paltar aldımki ilk hansını geyinəcəyinə qərar verə bilmədi.)
- You need to read a great many books if you want to learn English. (İngiliscə öyrənmək istiyirsənsə xeyli kitap oxumalısan.)
► Much
Much, daima sayılamayan isimlərlə istifadə olunur və sayılamayan isimlərin cəm forması olmayacağı üçün isimlər həmişə tək olurlar. Much ümumiyətlə sual cümlələrində və inkar cümlələrdə istifadə olunur.
- I haven't written much information about this flower in my book. (Kitabımda bu çiçək haqqında çox məlumat yazmadım.)
- Does she want much money? (Çox pul istəyirmi?)
- Didn't you need much cement while you were building this house? (Bu binayı tikərkən çox sementə ehtiyacın olmadı mı?)
Rəsmi İngiliscədə mübtəda şəklində much, təsdiq cümlələrdə istifadə olunur.
- Much money will be spent on food next century. (Gələcək əsirdə yeməyə çox pul xərclənəcək.)
- Much time has passed since the government abolished this law. (Hakimiyyət bu qərarı götürəndən bəri çox zaman keçdi.)
Günlük danışıqlarda özündən əvvəl too və so ifadələri gəldiyində təsdiq cümlələrdə much much istifadə olunabilir.
- The man drank too much wine and died instantly. (Adam həddindən artıq çaxır içdi və o dəqiqə öldü .)
- Camels drink so much water before a long travel that they could go for days without drinking any water. (Dəvələr uzun bir səyahətə çıxmadan o qədər çox su içirlər ki, su içmədən günlərcə yol gedəbilirlər.)
► A few, few, very few, quite a few
A few ve few həmişə sayılabilən isimlərlə istifadə olunur və isimlər həmişə cəmdəolur.
- There are a few men at the bus-stop. (Avtobus dayanacağında bir neçə adam var.)
- I have seen few camels so far. (İndiyə qədər az dəvə görmüşəm.)
Few ilə a few arasında fərq vardır.
a few; cümləyi söyləyənin nəzərində "birneçə, birazcıq" mənasını verir.
few; cümləyi söyləyənin nəzərində "yox deyecək qədər az " mənasını verir.
- I have a few books in my bookcase. (Kitaplığımda birneçə kitab var.)
(Cümləni söyləyənə görə birneçə kitab vardır və miqdarı azdır.)
- I have few books in my book case. (Kitablığımda az kitab var.)
(Cümləni söyləyənə görə kitab vardır yox kimidir. Yəni var sayılmaz.)
Very few isə ( çox az ) deməkdir və sayılabilən isimlərlə istifadə olunur.
- They bought very few things. (Çox az şey satın aldılar.)
- We saw very few people there. (Orada çox az insan gördük.)
Very few yerinə only a few da istifadə olunur.
- They bought only a few things. (Çox az şey satın aldılar.)
- We saw only a few people there. (Orada çox az insan gördük.)
Quite a few ise "olduqca çox, xeyli" mənasına gəlir və yenə sayılabilən isimlərlə istifadə olunur.
- There were quite a lot of people in front of the hotel. (Otelin qabağında xeyli insan vardı.)
- I bought quite a lot of books last month. (Keçən ay olduqca çox kitab satın aldım.)
► A little, very little
A little ve little daima sayılamayan isimlərlə istifadə olunur və sayılamayan isimlər cəm olamayacağı üçün hər zaman tək olur.
- There is a little milk in the bottle. (Butulkada biraz süt var.)
- I have drunk little water this morning. (Bu səhər az su içdim.)
Little ile a little arasında fərq vardır. A little cümləni söyləyənə görə "biraz, az" mənasındadır. Little cümləni söyləyənə görə "yox deyiləcək qədər az" mənasındadır.
- I have a little money. (Biraz pulum var.)
(Cümləni söyləyənə görə onun az miqdarda pulu vardır.)
- I have little money. (Az pulum var.)
(Cümleni söyləyənə görə onun yox deyiləcək qədər az pulu vardır. Bu cümlədə “var sayılmaz ama, biraz var” mənası başa düşülməlidir.)
Very little ( çox az ) mənasına gəlir və sayılamayan isimlərlə istifadə olunur.
- He drank very little milk. (O çox az süt içdi.)
- There is very little butter in the fridge. (Soyuduca çox az nehrəyağı var.)
Very little əvəzinə, only a little da istifadə olunabilir.
- He drank only a little milk. (O çox az süd içdi.)
- There is only a little butter in the fridge. (Soyuduca çox az nehrəyağı var.)
Some / Any (Biraz / Heç)
SOME
Some, biraz bir neçə mənasında istifadə edilir və həm sayılabilən, hem də sayılamayan isimlərlə birlikdə istifadə olunur. Sayılabilən isimlərlə birlikdə istifadə edildiyində birneçə, sayılamayan isimlərlə istifadə edildiyində isə biraz mənalarına gəlir.
Some, sayılabilən isimlərlə istifadə edildiyi zaman isimlər cəm olur, sayılamayan isimlərlə isə hər zaman tək olaraq gəlir. Birneçə istisna hal xaricində some hər zaman təsdiq cümlələrdə istifadə olunur. Bu istisna hallar aşağıda etraflı izah edilmişdir.
EXAMPLES (NÜMUNƏLƏR)
- There are some children in front of your house. (Evinizin önündə birneçə uşaq var.)
- There are some flowers in a vase on his table. (Masanın üstündə güldan içerisində birneçə çiçək var.)
- Her mother has some pairs of shoes. (Anasının bir neçə cüt ayaqqabısı var .)
- Some people called the police this morning. (Birneçə adam bu səhər polisi axtardılar.)
Yuxarıdakı cümlələrdə some, sayılabilen isimlərlə istifadə edilməkdədir və isimlər həm cəm olaraq görülməktədir.
- There is some water in the bottle. (butulkada biraz su var.)
- I have got some money in my purse. (pul qabımda biraz pulum var.)
- Dad is going to buy some sugar. (Atam biraz şəkər alacaq.)
- He needs some medicine. (onun biraz dərmana ehtiyacı var.)
Bu cümlələrdə some sayılamayan isimlərlə istifadə olunmuşdur və tək olaraq düşünülmüştür.
► Some ifadəsi normaldə olumlu cümlələrdə istifadə olunur. Ancaq bəzi hallarda sual cümlələrində də istifadə olunabilir. Egər sual cümləsini quran adam cavabının hə olacağını düşünür vəya belə bir cavab umursa, sual cümləsində some kullanılabilir.
- Have you got some coffee? (Biraz kofeniz var mı?)
- Dad, can you give me some money? (Ata mənə biraz pul verə bilərsən?)
► Some ayrıca, xahiş vəya təklif mənasını verən sual cümlələrində də istifadə olunur. Bu cümlələr struktur olaraq sual cümləsi olsa da, məna olaraq sual deyil, xahiş vəya təklif cümlələridir.
- Would you like some more orange juice? (Biraz daha portağal suyu alardınız?)
- May I have some of your pens? (Qələmlərdən birneçəsini alabilərəm?)
ANY
Any ifadəsi heç mənasında istifadə edilməktədir və həm sayılabilən həm də sayılamayan isimlərlə istifadə edilir. Sayılabilən isimlərlə istifadə edildiyində hər zaman cəm, sayılamayan isimlərlə istifadə edildiyində isə tək olur. Any ifadəsi yalnızca inkar və sual cümlələrində istifadə olunur.
EXAMPLES (NÜMUNƏLƏR)
- There aren't any students in the classroom. (Sinifdə heç tələbə yoxdur.)
- Are there any cars in the garage? (Garajda heç maşın var mı?)
- Did he bring any friends to the party last week? (keçən həftə qonaqlığa heç dost gətirdi mi?)
- Doesn't your teacher have any books on this subject? (Bu mövzu haqqında müəlliminizin heç kitabı yoxdu?)
Yuxarıdaki cümlələr sayılabilən isimlərdir və görüldüyü kimi hamısı cəmdədir.
- There isn't any jam in the fridge. (Soyuducuda heç mürəbə yoxdur.)
- Have you got any money in your purse? (pulqabında heç pul var ?)
- Don't you eat any butter for breakfast? (səhər yeməyində heç kərəyağı yemirsən?)
► Any ifadəsi, yalnızca If və weather kimi bağlayıcılarla birlikdə istifadə olunarsa, təsdiq cümlələrdə isttifadə olunabilir.
- I'm not sure if/weather there is any jam in the jar. (Balonda mürəbbə olup olmadığından əmin deyiləm.)
- I'll always help you if you have any problems. (Problemlərin olarsa sizə daima köməkçi olacağam.)
Some of, Any of, None of ...
► SOME OF
Some of; sayılabilən isimlərlə istifadə olunduğu zaman cəm isim alır və "bəziləri vəya bir qismi" mənasına gəlir. Sayılamayan isimlərlə istifadə olunduğunda (bir kısmı) şəklində tərcümə olunur.
EXAMPLES (NÜMUNƏLƏR)
- Some of the cars were new. (Maşınlardan bəziləri təzə idi.)
- Some of the students were answering the question. (Tələbələrin bir qismi suallara cavab verirdi.)
- Some of the money was stolen. (Pulun bir qismi oğranıldı.)
- I found some of them. (Onların bəzilərini tapdım.)
- He drank some of the orange juice. (Portağal suyunun bir qismini içdi.)
► ANY OF
Any of; inkar cümlələrdə "heçbiri" mənasına gəlir. inkar cümlələrdə mübtəda olaraq istifadə oluna bilməz.
EXAMPLES (NÜMUNƏLƏR)
- I don't like any of them. (Onların heç birini xoşlamıram.)
- They don't want to see any of us. (Heçbirimizi görmək istəmirlər.)
- I can't answer any of the questions. (Sualların heç birinə cavab verə bilmərəm.)
Any of sual cümlələrində və təsdiq cümlələrdə "hərhansı biri" mənasına gəlir.
- Have you seen any of them? (Onlardan hərhansı birini gördün mü?)
► MOST OF
Most of, "çoxu, əksəriyyəti" mənasına gəlir.
EXAMPLES (NÜMUNƏLƏR)
- Most of the students were listening to the teacher. (Tələbələrin çoxu müəllimə qulaq asırdı.)
- Most of them wanted to stay here. (Onların çoxu burada qalmaq istiyirdi.)
- I answered most of the questions. (Sualların çoxuna cavab verdim.)
- Most of us were ready. (əksəriyətimiz hazır idi.)
► ONE OF
One of; "biri" mənasına gəlir və tək fellə istifadə olunur.
EXAMPLES (Nümunələr)
- One of the boys was ill. (Uşaqlardan biri xəstə idi.)
- One of them was waiting for you. (Onlardan biri səni gözlüyürdü.)
- I liked one of the cars. (Maşınlardan biri xoşuma gəldi.)
- One of the players is ill. (oyunçulardan biri xəstə idi.)
► ALL OF
All of, "hamısı" mənasına gəlir.
EXAMPLES (NÜMUNƏLƏR)
- All of the animals were hungry. (Heyvanların hamısı ac idi.)
- All of us were waiting for the teacher. (Hamımız müəllimi gözləyirdik.)
- He didn't eat all of the apples. ( Almaların heçbirini yemədi.)
► NONE
None tək olaraq istifadə olunur və "heçbir şey, heç kimsə" mənalarında istifadə olunur. Bunlardan hansının yerində istifadə olunan cümlənin gəlişinden vəya hadisələrin axışından başa düşülür.
A: Have you got any brothers? (Heç qardaşınız varmı?)
B: None. ( I have none.) (Heç yox)
A: How much money do you want? (Nə qədər pul istiyirsən?)
B: None. (I want none.) (Heç istəmirəm.)
► NONE OF
none of (heçbirisi) mənasında istifadə olunur. Tək ya da cəm olaraq istifadə edilə bilməkdədir. Cəm olaraq istifadəsi daha ümumidir. Təsdiq cümlələrdə istifadə olunur və inkar məna daşıyır.
- None of the boys are / is happy. (Uşaqlardan heçbiri xoşbəxt deyil.)
- None of them want / wants to go. (Onların heçbiri getmək istəmir.)
Cox beyendim tesekkurler
tessekkkur
Təşəkkürlər
Çox sağolun
Çox sağolun
Tesekkir
Cox gözəl izah edirsiniz.Tesekkurler.
❤️❤️
❤️❤️
Əməyinizə sağlıq ❤️
Çoox sağ olun. Mümkün olsa məchul növüde izah ederdiniz. Əvvəlcədən təşəkkürlər
Her movzunuzu beyenirem.Allah razi olsun
Allah razı olsun sizdən. Əla
Çox sağ olun
Çox sağ olun
Çox sağ olun
Çox sağ olun
Çox sağ olun
Çox yardımçı oldu Təşəkkürlər
ela
təşəkkürlər
Həqiqətən çox gözəl izah olunub sağolun
Möhtəşəm çox gözəl izah olunub, ətraflı və anlaşılan. Çox sağolun.
her kese salam 33 yasim var real
Tesekkurler
BEN VE ALLAH
Çox gözəl izah etmisiniz təşəkkürlər ❤️❤️
Nice
Bu nədi mən test isdəmişfim
Nice perfecy
Həqiqətən əla izahdı çox bəyəndim.☺️
Çox sağolun ürəkkkk
perfect