Materials

İngilis dili Keçmiş davamedici zaman + Cümlələr


1 17916

İngilis dili Keçmiş davamedici zaman - Past continuous tense form

 

 

Past Continuous Tense yəni Keçmiş davamedici zaman, Azərbaycan türkçəsində keçmiş zamanın hekayəsi olaraq da ifadə edilir   və  "gedirdim" "gəlirdim" zamanlarının qarşılığıdır. Köməkçi fel olaraq  "was - were" istifadə olunur və felin sonuna  -ing hissəciyi əlavə olunur. Past Continuous Tense təsdiq, inkar və sual formalarının istifadəsiylə əlaqəli aşağıdakı cədvələ göz gəzdirək.

 

(+) TƏSDİQ CÜMLƏ

(-) İNKAR CÜMLƏ

 (?) SUAL CÜMLƏSİ

I was playing (Oynayırdım)

 I wasn't playing (Oynamırdım)

Was I playing? (Oynayırdım?)

You were playing (Oynayırdım)

 You weren't playing (Oynamırdın)

Were you playing? (Oynayırdın?)

He was playing (Oynayırdı)

He wasn't playing (Oynamırdı)

Was he playing? (Oynayırdı?)

She was playing (Oynayırdı

She wasn't playing (Oynamırdı)

Was she playing? (Oynayırdı?) 

It was playing (Oynayırdı)

 It wasn't playing (Oynamırdı)

Was it playing? (Oynayırdı?)

We were playing (Oynayırdıq)

 We weren't playing (Oynamırdıq)

Were we playing? (Oynayırdıq?)

They were playing (Oynayırdılar)

They weren't playing  (Oynamırdılar)

Were they playing? (Oynayırdılar?)

 

          

Keçmiş davamedici zaman video dərslik

 

 

 

EXAMPLES ( İNGİLİSCƏ CÜMLƏLƏR)

 

- I was studying lesson. (Dərs oxuyurdum.)

- She was smoking when I saw her. (Onu gördüyümdə siqaret çəkirdim.)

- They were drinking tea when I arrived. (Mən çatdığımda onlar çay içirdilər.)

 

USE (İSTİFADƏSİ)

► USE 1 Interrupted Action in the Past (Keçmişdə yarıda kəsilən hərəkətlər)

 

Use the Past Continuous to indicate that a longer action in the past was interrupted. The interruption is usually an action in the Simple Past.

 

(Past Continuous Tense ( Keçmiş davamedici zaman ) keçmişdə yarıda kəsilən uzun hadisələri izah etmək üçündə istifadə olunur. Daha uzun olan hərəkəti yarıda kəsən hərəkət ümumiyətlə Simple Past tense ( Keçmiş zaman ) ilə ifadə edilir.)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 


EXAMPLES  - NÜMUNƏ CÜMLƏLƏR

- I was watching TV when she called. (O zəng etdiyində mən televizora baxırdım.)

- When the phone rang, she was writing a letter. (Telefon zəng çaldığında o məktub yazırdı.)

- While we were having a picnic, it started to rain. (Piknik edərkən yağış yağmağa başladı.)

- Sally was working when Joe had the car accident. (Joe maşın qəzası keçirdiyində  Sally işləyirdi.)

- While John was sleeping last night, someone stole his car. (Dünən gecə John yatarkən birisi onun maşınını oğurladı.)


► USE 2 Specific Time as an Interruption (Keçmişdə müəyyən zamanda edilən hərəkətlər)

In USE 1, described above, the Past Continuous is interrupted by an action in the Simple Past. However, you can also use a specific time as an interruption.

 

(Birinci istifadədə keçmişdə başqa bir hadisəylə kəsilən hərəkətlərdə Past Continuous Tense ( Keçmiş davamedici zaman ) istifadə etdiyimiz demişdik. Bununla bərabər keçmişdə müəyyən bir anda edilən hərəkətdən bəhs edərkən də Past Continuous Tense istifadə ediləbilir.)

 

EXAMPLES

- Last night at 10 p.m, I was eating dinner. (Dünən gecə saat 10'da yemək yeyirdim.)

- At midnight, we were still driving through the desert. (Geceyarısı hələdə səhrada maşın sürürdük)

 

DİQQƏT!

 

Simple Past Tense'de ( Keçmiş zaman ) istifadə edilən zaman ifadələri hərəkətin tam olaraq başlama vəya bitiş zamanını bildirir. Past Continuous Tense'de ( Keçmiş davamedici zaman ) isə, müəyyən edilən zaman hərəkətin başlanğıcı vəya bitişini deyil, yalnızca o anda hərəkətin edilməkdə olduğunu məyyən edir.

 

EXAMPLES - İNGİLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR

 

- Last night at 6 p.m., I ate dinner. (Saat 6'da axşam yeməyini yedim.)

- Last night at 6 p.m., I was eating dinner. (Keçən gecə saat 6 da yemək yeyirdim.)


► USE 3 Parallel Actions (Paralel hərəkətlər)

 

When you use the Past Continuous with two actions in the same sentence, it expresses the idea that both actions were happening at the same time. The actions are parallel.

(İki hərəkəti eyni anda Past Continuous Tense ( Keçmiş davamedici zaman ) ilə istifadə etdiyimizdə, müəyyən edilən iki hərəkətin eyni anda edildiyi fikri ortaya çıxır.  Yəni hərəkətlər paraleldir.)

 

EXAMPLES

- I was studying while he was making dinner. (O yeməyi hazırlayarkən mən dərs oxuyurdum)

- While Ellen was reading a book, Tim was watching television. (Ellen kitab oxuyarkən Tim televizora baxırdı.)

- They were eating dinner, discussing their plans and having a good time. (Onlar yemək yeyir, planları haqqında müzakirə edir ve yaxşı vaxt keçirirdilər.)

 

► USE 4 Atmosphere (Atmosfer)

 

In English we often use a series of Parallel Actions to describe atmosphere in the past.

(İngilis dilində ümumiyətlə keçmişdəki bir havanı (atmosferi) təsvir etmək üçün bir sıra hərəkəti arxa arxaya istifadə edirik. Bilindiyi kimi keçmişdə qalmış hadisələrin hekayə edilmələri Simple Past ( Keçmiş zaman ) ilə qurulurdu. Simple Past ilə hekayə edilən hadisələrdəki təsvir hissələri  Past Continuous ( Keçmiş davamedici zaman ) ilə qurulur.)

 

EXAMPLES - NÜMUNƏ CÜMLƏLƏR

 

- The village was very quiet. The men and the women were thinking deeply and the children were watching them sadly. At that moment they saw the enemy planes over the village. All of them got up and scattered to their homes in a terrible fright.

 

Kənd çox səssiz idi. Kişilər və qadınlar dərin dərin fikirləşirlər və uşaqlarda onlara məyus şəkildə baxırdılar.. O anda kəndin üstündə düşmən uçaqlarını gördülər. Hamsı ayağa qalxdı ve dəhşətli bir qorxuyla evlerinə spələndilər.)

 

- When I walked into the office, several people were busily typing, some were talking on the phones, the boss was yelling directions, and customers were waiting to be helped. One customer was yelling at a secretary and waving his hands. Others were complaining to each other about the bad service.

 

Ofisə girdiyimdə bi neçə insan məşgul bir şəkildə yazı yazır, bəziləri telefonda danışır, müdür əmirlər verir və müştərilər kömək üçün gözləyirdilər. Müştərinin biri katibəyə bağırır və əllərini yelləyirdilər. Digərləri bir birinə pis xidmətdən dolayı şikayət edirdilər

 

► Past Continuous Tense eyni zamanda gələcək zaman üçün dəqiq planlanmış və düzəltmə edilmiş hadisələri izah etmədə Present Continuous'un istifadə edilməsi kimi keçmiş zamana aid dəqiqləşmiş və hər növ düzəltmələri edilmiş, ediləcək hadisələrin danışılmasında bu zaman istifadə edilir.  

 

EXAMPLES - İNGİLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR

 

- He was in a great hurry. Because he was meeting his friend at the airport that morning. (Çox tələsirdi. Çünki o səhər hava limanında dostunu qarşılayacaqdı.)

- He was happy as he was having dinner with his darling in the evening. (Sevgilisiylə axşam yeməyi yeyəcəyi üçün xoşbəxt idi.)

 

► Mütamadi olaraq edilib, can sıxıcı olan hadisələrin izah edilməsində “always” , “continually”, “constantly” kimi sözlər istifadə edilərək şikayət etmək üçün istifadə olunur.

 

EXAMPLES - İNGİLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR

 

- My sister was always wearing my best dress. (Bacım dayanmadan ən yaxşı köynəyimi geyinirdi.)

- They were constantly having rows at nights. (Gecələri aralıqsız dava edirdilər.)

 

► Xüsusilə iş görüşlərində vəya rəsmi yerlərdə, birisinə keçirmiş olduğu olduğu bir zaman dilimi haqqında sual soruşulduğu zaman daha nəzakətli olunması baxımından Simple Past yerinə bu zaman istifadə edilir.

- What were you doing before your present job? (İndiki işinizdən əvvəl nə iş görürdünüz?)

- What were you doing after you left your job? (İşinizdən ayrıldıqdan sonra nə işlə məşğul idiniz?)


TIME EXPRESSIONS IN PAST CONTINUOUS TENSE (ZAMAN MÜƏYYƏN EDƏN SÖZLƏR)

 

Time expressions zaman müəyyən edən ifadələrdir ve İngilis dilində hər zaman üçün fərqli ifadələr istifadə edilir. Xüsusilə imtahanlarda cümlənin hansı zaman olduğunu başa düşmək üçün time expression'ların bilinməsi çox vacibdir.

 while - when - as


  - I saw him while he was driving. (Onu maşın sürəndə gördüm.)

- My mother arrived home when I was watching TV. (Televizora baxarkən anam gəldi.)
 
- They helped me as I was carrying some heavy bags. (Bəzi ağır çantaları daşıyarkənn mənə kömək etdilər.)

 

                                       

While, When və As haqqında video dərslik ətraflı

 

 

Simple Past and Past Continuous (I went / I was going)

 

Bundan əvvəlki iki dərsimizdə, onsuzda iki zamanın istifadəsiylə əlaqəli ətraflı olaraq bəhs etmişdik.  

 

► Əgər, keçmişdə tamamladığımız bir hərəkətdən danışırqsa Simple Past Tense istifadə edirik

.

A: What did you do last night? (Keçən gecə nə etdin?)

B: I watched television first, then I studied English. (Televizora baxdım, sonra da İngilis dilinə çalışdım.)

 

►  Əgər, keçmişdə tamamladığımız bir hərəkəti deyildə, sözü danışılan zamanda etməkdə olduğumuz işi danışırıqsa, Past Continuous Tense istifadə edilir.

 

A: What were your parents doing when you got home last night? (Dünən gecə evə getdiyində ailən nə edirdi?)

 

B: They were waiting for me to eat dinner with them. (Axşam yeməyini onlarla yemək üçün məni gözləyirdilər.)

 

► Daimilik bildirən tense'lərlə istifadə edilməyən fellər (non-progressive verbs), Past Continuous Tense ilə də istifadə ediləbilməz. Ama bu tərz cümlələri Azərbaycan türkçəsinə tərcümə etdiyimiz  zaman Past Continuous Tense ilə qurulan cümlələrlə eyni quruluş forması ortaya çıxar. Bu səbəbdən qarışdırılmaması ehtimaldır.

- I already knew the news about him. (Mən onunla əlaqəli xəbəri onsuzda bilirdim.)

- She thought that I would go to the party as well. (O, qonaqlığa mənimdə gedəcəyimi zənn edirdi.)

- The flowers looked nice yesterday, but now they are fading. (Çiçəklər dünən gözəl görünürdü, ancaq indi solurlar.)

 

► Keçmişdə vərdişlərimizi ya da tez tez etdiyimiz hərəkətləri, Past Continuous Tense ilə deyil, Simple Past Tense ilə deyirik.

 

- I went to the cinema very often when I was at university. (Universitedə ikən sinemaya çox tez tez gedərdim / gedirdim.)

 

Yuxarıdakı cümləni Azərbaycan türkçəsində iki formada tərcümə edə bilərik. " Üniversitetdəykən sinemaya çox tez tez gedərdim." ya da " Üniversitetdəykən sinemaya çox tez tez gedirdim." Bu cümlədəki "gedirdim" ifadəsi  ilk anda Past Continuous Tense kimi görünsə də, keçmişdə müəyyən bir nöqtədə davam etməkdə olan bir hərəkəti deyil də, ümumilikdə olan bir hərəkəti izah etdiyi  üçün Simple Past Tense istifadə eməyimiz lazım gəlir

.

Bu vəziyətlə əlaqəli olaraq iki nümunəni gözdən keçirəcəyik. İki cümləni də Azərbaycan türkçəsinə tərcümə edərkən eyni zaman hissəciyi istifadə olunduğu halda, ifadə etdikləri mənalar bir birindən fərqlidir.

 

- When he was young, he played football in the school team. (O gənc ikən, məktəb komandasında futbol oynuyurdu.)  

 

- When I saw him yesterday, he was playing football. (Dünən onu gördüyümdə, futbol oynuyurdu.) 

 

► Ancaq əgər keçmişdə tez tez etdiyimiz hərəkətləri təkcə limitli bir müddət etdiyini vurğulamaq istəyirsək, bu cümlələrdə past continuous tense istifadə edəbilərik.

 

- When Jack was in hospital, we were visiting him twice a day. (Jack xəstəxanada ikən, iki gündə bir onu ziyarət edirdik.)

- To get fit for the race, I was going to the sports centre every day. (Forma girmək üçün, hərgün idman mərkəzinə gedirdim.)

 

To talk about a temporary situation that existed at or around a particular time in the past, we use the past continuous:

► Əgər keçmişdə uzun davam etmiş bir vəziyətdən vəya hərəkətdən bəhs edərsək, simple past tense istifadə edirik. Ancaq əgər yaşanan bu hal vəya hərəkət müvəqqətidirsə, bunu vurgulamaq üçün past continuous tense istifadə edə bilirik.

 

- He worked hard all hislife. (O bütün həyatı boyunca çox çalışdı)


Bu cümlədə qəti surətdə past continuous tense istifadə ediləbilməz. Çünki keçici bir hal deyildir.

 

-  I was working in a car factory during the summer of 1976. (1976 ilinin yayında bir maşın fabrikində işləyirdim.)


Bu cümlədə hər iki zaman da istifadə ediləbilir, çünki keçici bir müddətdən bəhsedilməkdədir.

 

► Əgər keçmişdə tez tez edilən və təkrarlanan hərəkətlər, başqa bir hərəkətin olmasına səbəb olmuşsa, past continuous tense istifadə ediləbilir.

 

• During the time I started to get chest pains, I was playing tennis a lot. (Sinə ağrılarım başladığında, çox tennis oynuyurdum.)

 

Hazırladı: Ceyhun Yusifov

 

arrow