Materials

İngilis dili sözönləri - ədatlar ( prepositions)


6 36582

Prepositions -  Sözönləri

 

 

Bu yazımızda İngilis dilində ən çox istifadə olunan prepositions( sözönləri) Azərbaycan dilindəki qarşılıqları və nümunələri ilə birlikdə nəzərdən keçirəcəyik.

Azərbaycan türkçəsində sözlərin sonuna gətirdiyimiz və hərəkətimizə (xəbər vəya fel) məna olaraq yer, yön ( istiqamət) və fərqli xüsusiyyətlər qazandıran əlavəliklər olan ədatlar ( sözönləri), İngilis dilində prepositions olaraq adlandırılmaqdadır. 

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

Ən vacib fərq, Azərbaycan türkçəsində sonda gələn bu əlavəliklər İngilis dilində isimlərin əvvəlinə gəlməsidir. Məsələn

 

Azərbaycan türkçəsində “ bağçada” sözünə nəzər yetirsək, burada əvvəlcə bağça ismi və ardından – da ədatı ( sözönü) istifadə olunur. Ancaq İngilis dilində əvvəlcə in preposition’ı  və daha sonra garden ismi sıralanaraq in garden olaraq əmələ gəlir.

 

 

 

 

          

Sözönləri video dərslik

 

 

İngilis dilində ən çox istifadə olunan sözönlərini izahlandıracaq və nümunələr vermiş olsaq;

 

in: -də, –da, içində

 

  • in the train: qatarda
  • in my bag: çantamda, çantamın içində
  • in the restaurant: restoranda
  • in the fridge: soyuducuda, soyuducunun  içində

in eyni zamanda illərdənaylardan və əsrlərdən  əvvəl istifadə olunur;

  • in 2016: 2016’da
  • in May: Mayda
  • in 21st century: 21- ci əsrdə

in sözönünün bir digər  xüsusiyətidə də səhərgünorta və axşam zaman formalarını müəyyən edərkən istifadə olunmasıdır;

  • in the morning: səhər vaxtı (səhər vaxtı içində)
  • in the afternoon: günortadan sonra (günorta vaxtı içində)
  • in the evening: axşam vaxtı (axşam vaxtı içində)

in eyni  zamanda müəyyən bir zaman dilimi içərisində  müddət bildirərkən içində  və sonra mənasında da istifadə olunur;

  • in two weeks: iki həftə içində, iki həftə sonra
  • in two hours: iki saat içində, iki saat sonra
  • in two months: iki ay içində, iki ay sonra

 

         Daha çox bax

 

on: -də, -da, üzərində, üstündə

 

on  sözönünün  ilk mənası konkret olaraq üzərində, üstündədir. Çox zaman düz səthlərdən bəhsedərkən on ədatından (sözönü)  daha çox istifadə edirik.

  • on the table: stolun üstündə
  • on the roof: damın üstündə
  • on Republic Street: Respublika küçəsində (küçənin üstündə)

on eyni zamanda günlərdən əvvəl gəlir;

  • on Monday: Bazar ezərtəsi
  • on 7th of May, 1992 (1992 ci ilin 7 Mayında, bu nümunə də il də olmasına baxmayaraq, vurgulanan zaman dilimi gün olduğu üçün on istifadə etməliyik.)
  • on my mother’s birthday: anamın doğum günündə

 

at: -də, -da

at sözönünün ən bilinən xüsusiyəti saatlardan əvvəl istifadə olunmasıdır;

  • at 7 o’clock: saat 7’də
  • at 1 pm: saat 1’də
  • at 8 am: saat 8’də

Tam günorta vaxtı və gecə zaman dilimləri üçün at istifadə edirik;

  • at noon: günorta vaxtı
  • at night: gecə (gecə müddətində mənasında)

Müəyyən tətillərdən əvvəl at istifadə edirik;

  • at Christmas: Milad’da
  • at Easter: Pasxada

to:-ə, -a

To sözönü  İngilis dilin ən çox istifadə olunan sözönlərindən biridir. İstiqamət bildirir;

  • to you: sənə
  • to London: Londona
  • to the hospital: xəstəxanaya

 

for: üçün, -dir, -dır

 

For sözönüsünün ilk mənası bir şey üçün’dür;

  • for you: sənin üçün
  • for health: sağlamlıq üçün

For ədatı müəyyən bir müddətdir, zamandır mənasındada istifadə olunur;

  • for 2 days: iki gündür
  • for 10 years: on ildir

of: -(n)in, -(n)ın

of sözönü  İngilis dilinin ən çox istifadə olunan sözönlərindəndir. Mənsubiyyətlilik  bildirir;

  • colour of the house: evin rəngi
  • picture of my cat: pişiyimin rəsmi

of ədatı miqdar  müəyyən edərkən ölçü vahidi  və əşyanın arasına girir;

  • two bottles of milk: iki butulka süt
  • a piece of cake: bir parça tort

until: …qədər

until ədatı bir yerə qədər  ya da bir zamana qədər mənasını verir;

  • until June: İyuna  qədər
  • until 3 o’clock: saat 3’ə qədər
  • until the King Street: King Küçəsinə  qədər
  • until last month: keçən aya qədər
  • until the evening: axşama qədər

under: altında

under sözönü həm konkret həm də mücərrəd olaraq altında mənasında istifadə olunur;

  • under the table: masanın altında
  • under pressure: təzyiq  altında

with: ilə

  • with you: səninlə
  • with my friends: dostlarımla
  • with some support: biraz dəstək ilə

by: ilə, yanında, qədər

 

by birçox fərqli  məna daşıyan  bir sözönü olmasına baxmayaraq, funksiyası başa düşüldüyündə  istifadəsi olduqca asandır.

By ədatının ilk mənası gələcəkdə  bir zaman diliminə qədər’dir;

  • by tomorrow: sabaha qədər
  • by this time next year: gələcək il bu zamana qədər (ən gec mənada.)

By ədatının bir digər mənası ilə’dir. Nəqliyyat vasitələr ilədə istifadə olunur.

  • by car: maşınla
  • by train: qatarla
  • by subway:metroyla

By sözönü bir digər mənası yanında(n))dır.

  • by the door: qapının yanında
  • by your house: evinin oradan, evinin yanından
  • by the lake shore: göl kənarında

 

İngilis dilində sözönlərinin çox dəyişik formaları vardır. Bu səbəbdən sözönlərinin öyrənilməsi üçün mütləq nümunələr üzərindən işləmək lazımdır. Azərbaycancası bəzən fərqli olacağından Azərbaycan dilində izahlı İngliscə nümunələr üzərindən işləmək daha faydalı olar.

 

Yer bildirən sözönləri

 

• Across

- Her house is across the street.  (Evi küçənin qarşısındadır )

- They live across the street from you.  (Sizin qarşınızdakı küçədə yaşayırlar.)

 

•  After

- The first street after the bridge is our street. (Körpüdən sonrakı ilk küçə bizimkidir.)

 - Put a period after each sentence.  (Hər cümlədən sonra bir boşluq qoyun.)

 

•  Against

- His bicycle was leaning against the fence. (Velosipeti hasara qarşı söykənirdi.)

- Don't lean against the stove.  (Sobaya qarşı söykənmə.)

 

•  Among

- The house is among pine trees.  (Ev şam ağaclarının arasında.)

- The letter might be among those papers.  (Məktub  bu kağızların arasında olabilər.)

 

•  Around

- The shop is just around the corner.  (Mağaza elə oradaca tinin çevrəsindədir ( ətrafında).)

 - Let's take a walk around the park.  (Gəlin parkın çevrəsində yürüyüş edək.)

 

•  At

- She is at the store.  (O mağazadadır.)

- She is a student at a small university.  (O, balaca bir universitet tələbədir.)

 

•  Before

- I have your assignment before me now.  (İndi bu dəqiqə ev tapşırığın qarşımdadır.)

- In giving dates, place the month before the day.  (görüş verərkən gündən əvvəl ayı yazın .)

 

•  Behind

- The garage is behind the house.  (Garaj evin arxasında.)

- There is something behind the tree.  (Ağacın arxasında birşey var.)

 

•  Below

- They live in the apartment below yours.  (Onlar sizin mənzilin aşağısındakı mənzildə yaşıyırlar.)

- This land is below sea level.  (Bu ərazi dəniz səviyyəsinin aşağısındadır.)

- Your grade is below average. (Qiymətlərin ortalamanın aşağısındadı.)

 

•  Above

- This city is three thousand feet above sea level.  (Bu şəhər dəniz səviyyəsindən üç min fit yuxarıda yerləşir.)

- Your name is above mine on the list.  (Sənin adın siyahıda mənimkinin üstündədi.)

 

•  Between

- His house is between the bank and the school. (Onun evi bankla məktəbin arasındadır.)

- Helen is sitting between Jack and Tom.  (Helen Jack ilə Tom arasında oturur.)

 

• By

-• The matches are over there by the cigarettes.  (Kibritlər orada siqaretlərin yanındadır.)

- That house by the lake is her dream house.  (Gölün yanındakı bu ev onun xəyalındakı evdir.)

 

 

• In 

- She is sitting in a leather chair in the lobby.  (O, lobidə dəri bir stulda oturur.)

- She was sleeping in an armchair. (O bir kresloda yatırdı.)

- She lives in a small village.  (O balaca bir kən yaşayır.)

 

•  In front of

- The ball stopped in front of the car.  (Top maşının qarşısında durdu.)

- There is a car parked in front of my house.  (Evimin qarşısında saxlanmış( park edilmiş) bir maşın var.)

 

• In back of

- Helen is standing in back of Martha. (Helen Martha'nın arxasında dayanır.)

 

• Inside

- It is warmer inside the house.  (Evin içi daha istidir.)

- These plants should be kept inside the house.  (Bu bitkilər evin içində muhafizə edilməlidir.)

 

•  Beside

- The napkin is placed beside the plate.  (Salfetka boşqabın yanına qoyulur.)

 

•  Near

- You shouldn't smoke near gasoline.  (Gazolinin yaxınında siqaret çəkməməlisən.)

- They are sitting near the window. (Onlar pəncərənin yanında otururlar.)

 

•  On

- She sat on the sofa. (O divanın üstündə oturdu.)

- Put a stamp on the envelope. (Zərfin üzərinə pul yapışdır.)

- He found the book on the table.  (Masanın üzərində bir kitap tapdı.)

 

• On top of

- She wants whipped cream on top of her pie.  (O, peroqun üstünə krem istiyir.)

- The carpenter is on top of the house. (Təmirçi evin üzərində.)

 

• Opposite

- The school is opposite the park. (Məktəb parkın qarşısındadır.)



• Outside

- There's a bird's nest outside my window. (Pəncərəmin çölündə bir quş yuvası var.)

- The flowers were left outside the house all night. (Çiçəklər bütün gecə evin çölünə qoyuldu.)

 

• Over

- The window is over the radiator.  (Pəncərə radyatorun üzərindədir.)

- A plane flew over the school at noon. (Günorta məktəbin üstündən bir təyyarə keçdi.)

 

• To

- Martha went to school today. (Martha bugün məktəbə getdi.)

 

 

• Under

- The dog is under the desk.  (İt iş masasının altındadır.)

- Put it under the table. (Masanın altına qoy.)

 

•  Underneath

- The book is underneath the papers. (Kitab kağızların altında.)

 

• Up

- I saw her walking up the street.  (Onu küçədən yuxarıya yeriyərkən gördüm.)

 

• Down

- There is a small restaurant a mile down the road. (Yolun bir mil aşağısında balaca bir restoran var.)

 

• Through

- She took a walk through the park. (Parkın içindən getdi.)

 

 


 

 

Yön bildirən sözönləri

 

•  Across

- I am going across the street to see my friend. (Dostumu görmək üçün küçənin qarşısından gedirəm.)

 

•  At

- The child threw a stone at the dog. (Uşaq itə bir daş atdı.)

 

•  By way of

- Can we drive to Agdash by way of Samakhı? (Ağdaşa Şamaxı üzərindən gedə bilərik?)

- You can go there by way of the Shirvan Canal. (Oraya Şirvan  Kanalından keçib gedə bilərsən.)

 

•  Into

- We saw her going into the theater.  (Onu teatıra girərkən gördüm.)

- The dog ran into the room.  (İt otağın içərisinə doğru qaçdı.)

 

•  Down

- We saw you walking down Oxford Street. (Səni Oxford küçəsindən aşağıya doğru gəzərkən gördük.)

 

•  Out of

- She took some money out of her purse.  (Çantasından ( içindən)  biraz pul çıxartdı.)

- The children ran out of the burning building. (Uşaqlar yanan binadan qaçaraq çıxdılar.)

 

• To

- She went to the supermarket. (O süpermarketə getdi.)

 

•  Through

- The bird flew through the open window.  (Quş açıq pəncərədən uçub getdi)

 

•  Towards

- This road leads towards the sea.  (Bu yol dənizə doğru gedir.)

- He walked towards the post office. (O poçt məntəqəsinə doğru etdi.)

 

•  Up

- The fish were swimming up the river. (Balıq çaydan yuxarıya doğru üzürdü.)

 

 

 

Məqsəd/ Səbəb bildirən sözönləri

 

• For

Take this medicine for your headache. (Başının ağrısı üçün bu dərmanı at.)

   

• Of

- She died of a heart attack. (O, ürək tutmasından öldü.)

 

• Due to

- More people are using public transportation due to the fuel shortages. (Yanacaq mənbələrinin azalmasıyla  bağlı olaraq  birçox insan artıq ümümi nəqliyyatdan istifadə edir.)

 

 


 

Zaman bildirən sözönləri

 

• About

- I think she will be away about a week. (Düşünürəm o təxminən bir həftə uzaqda olacaq.)

 

• After

- Would you please call after 9? (Zəhmət olmasa saat 9'dan sonra zəng edə bilərsinizmi?)

 

• Around

- I will get to my office around nine. (Ofisimə saat 9 arası çatacağam.)

 

• At

- She told me to meet her at six o'clock. (Saat 6'da onunla görüşməmi söylədi.)

 

•  Before

-You should take this medicine before mealtime. (Bu dərmanı yeməkdən əvvəl atmalısan.)

 

• By

- She should be back by seven. (Saat 7'yə qədər qayıtmalıdı.)

 

• During

-I think I will be in Agdash during the winter. (Düşünürəm qış boyunca Ağdaşda olacağam.)

 

• Until

- I work from nine until five every day. (Hərgün saat 9'dan 5'ə qədər işləyirəm.)

 

• In

- I can meet you in an hour. (Bir saat içində səninlə görüşəcəyəm.)

- She will graduate in 1989. (1989'da məzun olacaq.)

 

 

 

Tərz bildirən sözönləri

 

• By

- I enjoy going there by bus. (Oraya avtobusla getməyi sevirəm.)

 

• In

- You can't go to school in jeans. (Məktəbə jins gedə bilməzsən.)

 

• Like

- This boy is walking like a duck. (Uşaq ördək kimi yeriyir.)

 

• With

- She is writing with a pencil. (O bir qələm yazır.)

 

Mövzuyla əlaqəli İngilis dili TQDK tipli test sualları 

arrow