Materials

İngiliscə had better nədir


0 2625

İngilis dili qrammatika had better qaydası ətraflı + Cümlələr

 

HAD BETTER

 

Had better” qarşı tərəfə bir mövzuda tövsiyyə və yaxud nəsihət verərkən istifadə olunur. Məna tərəfiylə "should" modal felinə çox yaxınlıq təşkil edir və eyni mənanı verir. “Had better”in inkar forması “had better not” şəklində düzəlir

 

Normal halda “had”,  have felinin keçmiş zaman halı olduğu üçün zaman, bu formanı istifadə edənlər üçün keçmişlə əlaqəli bir məna olduğunu zənn edərək səhv istifadə olunabilər. Had Better keçmişlə əlaqəsi yoxdur. İstifadə olunduğu cümlələrdə indiki  vəya gələcək zamanı ifadə edirlər.  

 

"Had" özündən əvvəl gələn mübtəda birləşəbilir I‘d (I'd, you'd, etc.) şəklində qısaltılaraq istifadə olunabilir.

 

► Bir işin görülməsinin yaxşı olacağını qüvvətli bir xəbardarlıq vəya tövsiyyə olaraq ifadə etmək üçün istifadə olunur.

 

- You had better study harder, or you will fail. (Daha çox oxusan yaxşı olar, yoxsa sinifdə qalarsan.)

 

► İnkar formasında, better ifadəsindən sonra inkar hissəciyi olan “not” əlavə olunur.

 

- You had better not go now. (İndi getməsən yaxşı olar.)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

► Sual formasında sadəcə “had” əvvəldə deyilir.

 

- Had we better let him know? (Ona xəbər versək yaxşı olarmı?)

- Yes, we had better. (Qısa cavablarda “had better” təkrarlanır)

 

► Deyil mi? (Question tag) sualında yalnız “had” istifadə olunur.

 

- I had better phone him, hadn't I? (Ona telefonla zəng etsəm yaxşı olar, elə deyilmi?

 

 

EXAMPLES (NÜMUNƏLƏR)

 

- We'd better stop for lunch. I'm very hungry. (Günorta yeməyi üçün dayansaq yaxşı olar. Çox acam.)

- You'd better wear a coat. It's cold outside. (Jaket geysən yaxşı olar. Çöl soyuqdur.)

- I'd better go now or I'll be late. (İndi getsəm yaxşı olar yoxsa gecikəcəm.)

- It's a very nice tie. You had better not change it. (Çox gözəl bir qalstuk. Məncə dəyişdirməməlisən.)

- I'd better not drink any more coffee. (Daha çox kofe içməsəm yaxşı olacaq.)

 

- Hadn't you better ask him first? (Əvvəl ondan soruşsaq yaxşı olmazmı ?)

 

Həmçinin bax >> İngilis dili qrammatika və testlər

 

IT'S TIME

 

► Özündən sonra to və feli gəldiyi zaman, edilməsi lazım gələn hərhansı bir şeyin vaxtının gəldiyini bildirir.

 

- It's time to go to bed. (Yatma vaxtı gəldi.)

- It's time for us to have dinner. (Şam yeməyi vaxtı çatdı.)

 

► Özündən sonra şəxs və keçmiş zaman gələrsə, bir şeyin edilməsinin vaxtının keçdiyi vəya gec qalındığı vurğulanır.

 

- It's time we went to bed. (Yatma vaxtımız keçir. / Çoxdan yatma vaxtımız gəldi)

- It's time they painted the house. (Evi boyamağın vaxtı gəlibdə keçir belə.)

 

 

arrow