Materials

Simple Present Tense Form - İndiki sadə zaman forması


30 59542

İNGİLİS DİLİ SİMPLE PRESENT TENSE FORM - İNDİKİ SADƏ ZAMAN HAQQINDA

 

Simple Present Tense Azərbaycan türkçəsindəki indiki sadə zamanın qarşılığıdır və çox ümumi işlək olaraq istifadə olunur. Bu zamanın istifadəsiylə əlaqəli aşağıdakı cədvələ göz gəzdirək.


("He,she və it" üçüncü şəxsin təki olduqları üçün təsdiq cümlədə görüldüyü kimi felin sonuna  "s" hissəciyi əlavə olunmuşdur. Ancaq inkar və sual cümlələrində köməkçi fel istifadə edildiyi üçün "s" istifadə olunmamışdır).

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

                             

 

SİMPLE PRESENT TENSE FORM - İNDİKİ SADƏ ZAMAN HAQQINDA VİDEO DƏRSLİK

 

 

(+) AFFIRMATIVE - TƏSDİQ (-) NEGATIVE - İNKAR (?) QUESTION - SUAL
I play ( oynayıram ) I dont play ( oynamıram ) Do I play ( oynayıram? )
You play ( oynayırsan )  You dont play ( oynamırsan ) Do you play ( oynayırsan? )
He plays ( O oynayır) - kişi cinsi He doesnt play ( oynamır ) Does he play (oynayır? )
She plays ( O oynayır )  - qadın cinsi She doesnt play ( oynamır ) Does she play ( oynayır? )
It plays ( O oynayır ) - Cansız It doesnt play ( oynamır ) Does it play ( oynayır? )
We play ( oynayırıq ) We dont play ( oynamırıq ) Do we play ( oynayırıq? )
They play ( oynayırlar ) They dont play ( oynamırlar ) Do they play ( oynayırlar? )

 

 

QURULMASI

 

► İndiki sadə zamanın təsdiq forması mübtədadan sonra felin məsdər forması gətirilərək qurulur.

 

 I work in a school. (Mən məktəbdə işləyirəm.)
- You live in Baku. (Sən Bakıda yaşayırsan.)

 

Ancak üçüncü şəxsin təkində (he,she,it) təsdiq cümlələrdə felin sonuna  "s" hissəciyi gətirilir.  

 

 - She works in a bank. (O bir bankda işləyir.)
- He lives in Paris. (O Paris’də yaşayır.)

 

Burada diqqət edilməsi lazım gələn vacib bir nöqtə var.  “Bizim dostumuz Londonda yaşayır ." cümləsini qurmaq istəsək;

Our friend lives in London. (Bizim dostumuz  Londonda yaşayır.)

deməyimiz lazım gələcəkdir. Buradakıbizimcəm kimi başa düşülən felin sonuna -s gətirilməzsə yanlış olar. Çünkü, əsl söz, yəni işi görən mübtəda, “biz” deyil, “bizim dostumuzdur. Yəni tək bir şəxsdir.

 

        Daha çox bax


DİQQƏT: İnkar və sual cümlələrində does vəya doesn’t istifadə edildiyi üçün felin sonuna "s" hissəciyi gəlməz.

 

 

 

►  İndiki sadə sual forması, mübtadanın 3 cü şəxsin təki vəya digərləri olması vəziyətinə vağlı olaraq, cümlənin başına do vəya does gətirilərək qurulur. Yəni təsdiq cümləni eynən götürüb, başına do vəya does gətirdiyimizdə cümləmiz sual formasına çevrilir.

 

- I go to school. (Mən məktəbə gedirəm.)  - Təsdiq cümlə
- Do I go to school?  (Mən məktəbə gedirəm?) –Sual cümləsi

- You go to school. (Sən məktəbə gedirsən.) – Təsdiq cümlə
- Do you go to school? (Sən məktəbə gedirsən?) – Sual cümləsi

 

Tək şəxslərdə cümlənin başına  “do” yerinə “does” gətirilir və təsdiq cümlədə felin sonuna gətirilən -hissəciyi qaldırılır. .

 

- He goes to school. (O, məktəbə gedir.) – Təsdiq cümlə
- Does he go to school? (O, məktəbə gedir mi?) – Sual cümləsi

- He writes an e-mail. (O e-mail yazır.) Təsdiq cümlə
- Does he write an email? (O, e-mail yazır mı?) – Sual cümləsi

 

► İndiki sadə zamanın inkar forması yenə mübtədanın 3.cü şəxsin təki vəya digərləri olmasına bağlı olaraq mübtədadan "don’t" vəya "doesn’t" gətirilərək qurulur. 3. cü tək şəxslərdə "doesnt" gətirildiyində felin sonundakı -s hissəciyi yenə götürülür.

 

- I like ice-cream. (Dondurmanı xoşlayıram.) – Təsdiq cümlə
- I don’t like ice-cream. (Dondurmanı xoşlamıram.) – İnkar cümlə

- She plays tennis. (O tennis oynayır.) – Təsdiq cümlə
- She doesn’t play tennis. (O tennis oynamır.) - İnkar cümlə

 

 

-S HİSSƏCİYİ ÜÇÜN XATIRLADICI SENARYO

 

İndiki sadə zamanda 3.cü şəxsin təkində felin sonuna  -s hissəciyinin əlavə olunması, sual və inkar cümlələrdə isə felin sonundakı  -s hissəciyinin qaldırılması ümumiyətlə çətin öyrənilən bir mövzudur. Ağılda saxlamaq və unutmamaq üçün belə bir senaryo düşünüləbilər.

 

Simple Present Tense strukturunu böyük bir şirkət olaraq düşünün. does və doesn’t köməkçi fellərini şirkətin sahibləri olaraq, -hissəciyinidə bu şirkətin katibəsi olduğunu xəyal edin. Şirkətdə hərşey müsbət ikən, yəni cümlə təsdiq olduğunda bütün işlərə katibə (-s) baxar. Ancaq hərhansı bir inkar bir vəziyət vəya problem olduğunda sahiblər (does, doesn’t) gəlir və təbii olaraq katibə (-s) aradan çəkilir.

 

 

USE (İSTİFADƏSİ)

 

► USE 1 Repeated Actions (Təkrarlanan hərəkətlər)
 
 Use the Simple Present to express the idea that an action is repeated or usual. The action can be a habit, a hobby, a daily event, a scheduled event or something that often happens. 
 
(Simple Present Tense bir hərəkətin mütamadi olaraq təkrarlandığı vəya alışılmış olduğu fikrini verir.

Bu hərəkət bir vərdiş, hobbi, günlük bir hadisə, planlanmış bir hadisə vəya tez tez təkrarlanan bir hadisə olabilər.)
 
 EXAMPLES:
 
- I play tennis. (Tennis oynayıram)
 
- She does not play tennis. (O tennis oynamır.)
 
- The train leaves every morning at 8 am. (Qatar hər səhər saat 8’də hərəkət edir.)
 
- The train does not leave at 9am. (Qatar saat 9’da hərəkət etmir.)
 
- She always forgets her purse. (O həmişə koşilokunu yaddan çıxardır.)
 
- He never forgets his wallet. (O heçvaxt koşilokunu yaddan çıxartmır.)
 
- Every twelve months, the Earth circles the sun. (Hər oniki ayda bir dünya günəşin ətrafında bir dövrə edir.)
 
- The sun does not circle the Earth. (Günəş dünyanın ətrafında dönmür.)

 

 

 

► USE 2 Facts or Generalizations (Faktlar vəya Ümumiləşdirmələr)
 
The Simple Present can also indicate the speaker believes that a fact was true before, is true now, and will be true in the future. It is not important if the speaker is correct about the fact. It is also used to make generalizations about people or things.
 
(Keçmişdə, bugün və gələcəkdə danışan şəxsin nöqteyi nəzərdən doğruluğunu heç itirməyən şeylər üçün istifadə olunur. Eyni zamanda insanlar vəya digər şeylərlə əlaqəli ümumiləşdirmə edərkən bu zaman istifadə olunur.)

 


 EXAMPLES - İNDİKİ ZAMAN NÜMUNƏ CÜMLƏLƏR
 
- Cats like milk. (Pişiklər südü sevir.)
 
- Birds do not like milk. (Quşlar südü sevmir.)
 
- California is in America. (Kaliforniya Amerika’dadır.)
 
- California is not in the United Kingdom. (Kaliforniya İngiltərə’də deyildir.)
 
- Windows are made of glass. (Pəncərələr şüşədən düzəlir.)
 
- Windows are not made of wood. (Pəncərələr taxtadan düzəlmir.)

 


 



TIME EXPRESSIONS IN SIMPLE PRESENT TENSE (İNDİKİ SADƏ ZAMANDA ZAMAN İFADƏLƏRİ)

 

Time expressions zaman bildirən ifadıələrdir və İngilis dilində hər zaman üçün fərqli ifadələr istifadə olunur. Xüsusilə imtahanlarda cümlənin hansı tense olduğunu başa düşmək üçün time expression’ların bilinməsi çox  vacibdir. 

 

İndiki sadə  zamanla ən çox istifadə edilən zaman ifadələri "adverbs of frequency" (tezlik zərfləri) dir.
 
- always (həmişə)  -  She always listens to classical music. (O həmişə klasik müsiqiyə qulaq asır.)

- usually (adətən) -  I usually go to cinema at weekends. (Adətən həftə sonları sinemaya gedirəm.)

- often (tez tez) -  They often visit us. (Onlar bizə tez tez ziyarət edirlər.)

- sometimes (bəzən) -  She sometimes writes me a letter. (O bəzən mənə məktub yazır.)

- rarely (nadir hallarda) -  I rarely smoke. (Nadir hallarda siqaret çəkirəm.)

- never (heçvaxt,) -  I never drink alcohol. (Mən heçvaxt içki içmirəm.)

- every (hər) - I go fishing every Sunday. (Hər bazar günü balıq  tutmağa gedirəm.)


MORE EXAMPLE SENTENCES

SIMPLE PRESENT TENSE 15 TƏSDİQ CÜMLƏ

 

1) I play basketball every day at school. (Hərgün məktəbdə basketbol oynayıram.)

2) I learn piano with my friends. (Dostlarımla piano öyrənirəm.)

3) You speak French very well. (Sən çox yaxşı fransızca danışırsan.)

4) Some people like spending time at home. (Bəzi insanlar evdı vaxt keçirməyi xoşlayırlar.)

5) He catches the train at 6 AM every morning. (O hər səhər saat 6 da qatara çatır.)

6) Akshin goes to gym every day. (Akşin hər gün idman zalına gedir.)

7) Susan loves to play piano. (Susan piano çalmağı sevir.)

8) English people always carry umbrella. (İngilis xalqı həmişə çətir gəzdirirlər)

9) It usually rains every day here. (Adətən yağış burada hərgün yağır.)

10) It smells very delicious in the kitchen. (Mətbəxdən ləzzətli iylər gəlir.

11) We generally sing songs all together. ( Biz ümumiyətlə mahnıları birlikdə oxyuruq.)

12) We go to a gallery every Sunday. (Biz hər bazar günü sərgi evinə gedirik.)

13) They drive their kids to school every day. (Onlar uşaqlarını hərgün məktəbə aparırlar.)

14) They work for a chemical company. (Onlar bir kimya şirkəti üçün işləyirlər.)

15) My uncles lives in a big house in New York. (Əmim New York’da böyük bir evdə yaşayır.)

 




SIMPLE PRESENT TENSE 15 İNKAR CÜMLƏ

 

1) We don’t have dinner at five o’clock in Azerbaijan. (Biz Azərbaycanda axşam yeməyini saat 5 də yemirik.)

2) John and his friends don’t go out when it is cold. (Hava soyuq olduğunda John və dostları çölə çıxmırlar.)

3) Kind neighbours don’t listen music loudly at night. (Yaxşı qonşular gecə yüksək səslə  musiqiyə qulaq asmırlar.)

4) They don’t watch TV in the evenings. (Onlar axşaları televizora baxmırlar.)

5) I don’t believe you. (Sənə inanmıram.)

6) I don’t trust people who lie. (Yalan danışan insanlara etibar etmirəm.)

7) You don’t know that guy, do you? (O adamı tanımırsan, elə deyilmi?) 

8) My family don’t let me go out at night. (Ailəm gecə  çölə çıxmağıma icazə vermir.)

9) My friend Michael does not want to stay here anymore. (Dostum Michael artıq burada qalmaq istəmir.)

10) It doesn’t smell good in this part of town. (Şəhərin bu hissəsi yaxşı qoxmur.)

11) It doesn’t matter anymore. (Artıq fərq etməz.)

12) He doesn’t like swimming in the pool. (O hovuzda üzməkdən xoşu gəlmir.)

13) She doesn’t call me even when she needs my help. (O mənə ehtiyacı olduğunda belə məzə zəng etmir.)

14) She does not go to bed before 1 AM at the weekend. (O həftə sonunda gecə 1 dən əvvəl yatmır.)

15) Many people prefer to live in countryside in these days. (Bugünlərdə birçox  insan kənd ərazilərində yaşamağı üstün tutur.)



SIMPLE PRESENT TENSE 15 SUAL CÜMLƏSİ

 

1) Do you believe what he says? (Onun dediklərinə inanırsan?) 

2) Do you and your friends like this place? (Sən və dostların bu yeri xoşlayırsınız?)

3) Does your father still work in the same company? (Atan hələdə eyni şirkətdə işləyir?) 

4) Do you swim in the summer? (Yayda üzürsən?)

5) Do you often go to the cinema? (Sinemeya tez tez gedirsən?)

6) Do people in Azerbaijan work at weekends? (Azərbaycanda insanlar həftəsonunda işləyirmi?)

7) Do students in Azerbaijan have to wear school uniform? (Azərbaycandakı tələbələr məktəb forması geymək məcburiyətindədirlərmi?)

8) Does Laila have a lot of friends at school? (Leylanın məktəbdə çox dostu varmı?)

9) Does your parents know where you are now? (Ailən indi harada  olduğunu bilirlərmi?)

10) Does she eat a lot lately? (O son zamanlarda çoxmu yeyir?)

11) Does your father speak Spanish fluently? (Atan səlist şəkildə ispan dilini danışırmı?)

12) Does she tidy her room every morning? (O hər səhər otağını səliqəyə salırmı?)

13) Do you know where this sound comes from? (Bu səsin haradan gəldiyini bilirsənmi?)

14) Does Jane like eating out? (Jane çöldə yemək yeməyi xoşlayırmı?)

15) Does the cake taste good? (Tortun dadı gözəldimi?)

 

İndiki zaman qrammatika Testləri 

 

arrow