Materials

İngilis dili Məchul növ ( Passive voice ) haqqında ətraflı


12 53083

İngilis dili Məchul növ ( Passive voice qayda ) 

 

Bu dərsimizdə məchul növ ( passive voice ) və məchul növ cümlələr necə qurulur izahını verəcəm. İngilis dili Passive voice "məchul" mənasındadır. Bir cümlənin Active - məlum növ istifadəsində hərəkəti edən müəyyəndir və  mübtəda olaraq adlandırılır.  Passive voice istifadəsində isə mübtəda xəbərdən təsirlənir. Hərəkəti edənin, yəni mübtədanın bilinmədiyi vəya vacib olmadığı vəziyətlərdə passive voice istifadə edilir. 



Active voice- məlum növ: I saw him. (Onu gördüm.)

Passive voice- məchul növ: He was seen by me. (O mənim tərəfindən görüldü.)

 

(Bu nümunədə görüldüyü kimi aktive cümlənin əşyası, məchul cümlənin mübtədası mövqeyinə keçməkdədir.)

 

Passive - Məchul: The window was broken. (Pəncərə qırıldı.)

 

(Bu cümlədə pəncərəni kimin qırdığının əhəmiyyəti yoxdur. İzah edilmək istənən yalnızca pəncərənin qırıq olmasıdır.)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

Bilindiyi kimi bəzi fellər xəbər olduqlarında əşya qəbul edirlər və belə fellər "keçidli fellər"dir. Əşya qəbul etməyən fellərə isə "keçidsiz fellər" deyilir. Keçidsiz fellərin olduğu bir cümlədə xəbərə məruz qalmayan bir əşya olmadığı üçün məchul formasıda ola bilməz.  

 

                    

<<<<< Məchul növ Cümlələr >>>>>

 

Məlum növ: Mən yaxşı üzürəm (Bu cümlədə üzmək keçidsiz feldir.)

Məchul növ: Mən yaxşı üzülürəm. (Yanlış! Üzmək felinin məchulu yoxdur.)

 

Bunun kimi getmək, gəlmək, yatmaq kimi fellərdə keçidsiz fellərdir.

 

MƏLUM

MƏCHUL

1. The Simple Present

- The boy breaks the windows. (Uşaq pəncərələri qırar.)

  S + V + O


- The windows are broken. (by the boy.)
  (Pəncərələr (uşaq tərəfindən qırılar.)
 
  S + am / ise /are + V3

2. Present Continuous

- The boy is breaking the windows. (Uşaq pəncərələri qırır.)

  S + am / ise /are + Ving + O


- The windows are being broken. (by the boy.)
  Pəncərələr (uşaq tərəfindən) qırılır.

  S + am / ise /are + being + V3

 

3. Simple Past

The boy broke the windows. (Uşaq pəncərələri qırdı.)

S + V2 + O

 


The windows were broken. (by the boy.)
(Pəncərələr (uşaq tərəfindən) qırıldı.)

S + was / were + V3

 

4. Past Continuous

- The boy was breaking the windows. (Uşaq pəncərələri qırırdı.)

  S + was / were + Ving + O

 


The windows were being broken. (by the boy.)
(Pəncərələr (uşaq tərəfindən) qırılırdı.)

S + was / were + being + V3

 

5. Present Perfect

-  The boy has broken the windows. (Uşaq pəncərələri qırıb.)

  S + have / has +V3 + O

 


The windows have been broken. (by the boy.)
(Pəncərələr (uşaq tərəfindən) qırılıb.)

  S + have / has + been + V3

 

6. Past Perfect

- The boy had broken the windows. (Uşaq pəncərələri qırmışdı.)

  S + had + V3 + O

 


The windows had been broken. (by the boy.)
(Pəncərələr (uşaq tərəfindən) qırılmışdı.)

  S + had + been + V3



7. Going to future

- The boy is going to break the windows. (Uşaq pəncərələri qıracaq.)

  S + am / is / are + going to + V1 + O

 


The windows are going to be broken.
(Pəncərələr (uşaq tərəfindən) qırılacaq.)

  S + am / ise /are going to + be + V3

 

8. Future Tense

- The boy will break the windows. (Uşaq pəncərələri qıracaq.)
S + will + V1 + O

 


The windows will be broken. (by the boy.)
(Pəncərələr (uşaq tərəfindən) qırılacaq)

S + will + be + V3

 

9. Modals

The boy can break the windows. (Uşaq pəncərələri qırabilər.)

(Bütün modal'lar üçün bu qayda keçərlidir. Modal + Be + V3 istifadə edilir.)

 


The windows can be broken. (by the boy.)
((Pəncərələr (uşaq tərəfindən) qırılabilər.)

10. Perfect contionals or modals

The boy must have broken the windows. (Uşaq pəncərələri qırmış olmalı.)

 

The windows must have been broken. (by the boy.)
(Pəncərələr (uşaq tərəfindən) qırılmış olmalı.)

 

                                       

İngiliscə qrammatika mövzuları Video dərsliklər ətraflı

 

► Cədvəldəki nümunələrdə göründüyü kimi məlum cümlənin əşyası, məchul cümlənin əşyası olmaqdadır.

Məlum - My mother is cleaning our windows.
                                                             Əşya

Məchul Our windows are being cleaned. Pencerelerimiz təmizlənilir.
                          Mübtəda

 

► Məchul növdə vacib olan meydana gələn hadisə olduğu üçün, hərəkəti edən şəxs, yəni mübtəda vacib deyildir və bu səbəbdən çoxluqla hərəkətin kimin tərəfindən edildiyindən bəhsedilməz.

 

Məlum növ - Somebody stole my money. (Kimsə pulumu oğurladı.)

Məchul növ - My money was stolen. (Pulum oğurlandı.)

 

   Daha çox nümunə cümləyə bax

 

► Ancaq həm məchul cümlə istifadə edib həm də edənin kim ya da nə olduğu müəyyən edilməsi istənilir, vəya edən şəxs müəyyən edilmədən cümlə tam başadüşülmürsə, edənin kim ya da nə olduğu by sözü əlavə olunaraq müəyyən edilir.


- Our windows was broken by one of my friends. (Pəncərəmiz dostlarımın biri tərəfindən qırıldı.)

- Istanbul was conquered by Mehmet the Second. (İstanbul İkinci Mehmet tərəfindən fəthedildi.)

 

► Məchul formalarda, xüsusilə məlum cümlənin əşyasını tapmaq və məchul cümlənin mübtədası olaraq istifadə etmək lazım gəlir.  Ancaq əşyanı taparkən, səhv etməməyə çox diqqət etmək lazım gəlir. Bəzi əşyalar, özündən əvvəl vəya sonra gələn xarakterik sifətlərdən vəya əlavəliklərdən qopa bilməz. Aşağıdakı nümunəyə diqqətlə baxaq.  


A - Somebody has painted the statue in the park between the stadium and the museum. (Birisi stadion və muzey arasında olan parkdakı heykəli qırmış.)

 

Bu cümlədə diqqət edilsə, əşya sadəcə the statue deyildir. The statue in the park between the stadium and the museum birbaşa əşya olaraq düşünülməlidir. Dolayısıyla məchul cümlə;

P - The statue in the park between the stadium and the museum has been painted. (Stadyon və müzey arasında olan parkdakı heykəl boyanmış.)

 

► Bir cümlədə iki əşya varsa, Indirect object ( feldən ikinci olaraq təsirlənən əşya ) i məchul cümlənin əşyası etmək daha uyğundur.


A - My parent gave me a book. (Valideynim mənə kitab verdi.)

P - I was given a book. (Mənə kitab verildi.)


Ancaq direct object (feldən ilk təsirlənən əşya) məchul cümlənin mübtədası edilirsə, səhv olmaz. Ancaq prepositionlara (sözönləri) diqqət etmək lazım gəlir.

P - A book was given to me. (Mənə bir kitab verildi.)



► Preposition‘lu fellərlə əmələgəlmiş bir cümləni məchul növ edərkən preposition (sözönü) birbaşa felin hemen sonunda gəlmiş vəziyyətdə qalmalıdır.


A - They were looking for the pet. (Onlar ev heyvanını axtarırlardı.)

P - The pet was being looked for. (Ev heyvanı axtarılırdı.)

A - You should blow up the tyres before every trip. (Hər səyahətdən əvvəl təkərləri doldurmalısan.)

P - The tyres should be blown up before every trip. (Hər səyahətdən əvvəl təkərlər doldurulmalıdır.)

 

► Say, believe, think, know, find kimi fellərlə qurulan məchul cümlələrə diqqət etmək lazım gəlir. Bu tərz fellər istifadə olunduğunda, çoxluqla cümlələr iki şəkildə məchul formada qurulabilir. Aşağıdakı nümunələri diqqətlə gözdən keçirək.

A - People say that that man is a thief. (İnsanlar o adamın oğru olduğunu deyir.)

P - It's said that that man is a thief. (O adamın oğru olduğu deyilir.)
P- That man is said to be the thief. (O adamın oğru olduğu deyilir.)

 

A - Everybody knows he was rich. (Onun zəngin olduğunu hərkəs bilir.)

P - It is known that he was rich. (Onun zəngin olduğu bilinir.)
P - He is known to have been rich. (Onun zəngin olduğu bilinir.)

 

A - They thought we were happy. (Onlar xoşbəxt olduğumuzu zənn etdilər.)

P - It was thought that we were happy. (Xoşbəxt olduğumuz zənnedilmiş.)
P - We were throught to have been happy. (Xoşbəxt olduğumuz zənnedilmiş.)

 

A - People believe he has killed his wife. (Xalq onun arvadını öldürdüyünə inanır.)

P - It is believed that he has killed his wife. (onun, arvadını öldürdüyünə inanılır.)
P - He is believed to have killed his wife. (onun, arvadını öldürdüyünə inanılır.)

 

 

► İçində’ any, anybody, anything olan inkar cümlələr məchul növə tərcümə edilərkən any‘lər no‘ya çevrilir.


- They didn't bring any flowers. (Onlar heç çiçək gətirmədilər.)

- No flowers were brought. (Heç çiçək gətirilmədi.)

- They haven't arrested anybody. (Onlar heçkimi həbsetməyiblər.)

- Nobody has been arrested. (Heçkim həbs edilməyib.)

- He didn't do anything. (O heçbir şey etmədi.)

- Nothing was done. (Heçbir şey edilmədi.)

 

► Nobody və no one ilə başlayan cümlələr iki şəkildə məchul qurulur.



- Nobody can lift this rock. (Bu qayanı heçkim qaldıra bilməz.)

- The rock can't be lifted ( by anybody). (Bu qaya heç kim tərəfindən qaldırılabilməz.)
- The rock can be lifted by nobody. (Bu qaya heç kim tərəfindən qaldırılabilməz.).)


İlk cümlədə by istifadə etmək şərt deyildir ancaq ikinci cümlədə şərtdir.


- Nobody has used this computer. (Bu kompyuteri heçkim istifadə etməyib.)

- This computer hasn't been used ( by anybody ). (Bu kompyuter heçkim tərəfindən istifadə edilməyib.)
- This computer has been used by nobody. (Bu kompyuter heçkim tərəfindən istifadə edilməyib.)

 

► Who ilə başlayan və mübtədanı soruşan sual cümlələri də iki fərqli formada məchul qurulur.



- Who killed the man? (Adamı kim öldürdü?)

- Who was the man killed by? (Adam kim tərəfindən öldürüldü?)
- By whom was the man killed? (Adam kim tərəfindən öldürüldü?)

İlk cümlə daha çox danışıq dilində istifadə edilir və who yerinə whom da gələbilər. İkinci cümlə isə daha resmi bir istifadə formasıdır.

 

Hazırladı: Ceyhun Yusifov

 

 

arrow