İNGİLİS DİLİ İNDİKİ DAVAMEDİCİ ZAMAN - PRESENT CONTINUOUS TENSE
Present Continuous Tense Azərbaycan dilindəki İndiki davamedici zamanın qarşılığıdır. Ümumiyətlə danışma müddətində etdiyimiz hərəkətlərdən bəhs edərkən istifadə olunur. Digər istifadə formalarıda aşağıda ətraflı olaraq qeyd edilmişdir.
Auxiliary Verbs (Köməkçi fellər) : am/is/are
Present Continuous Tense ilə cümlı qurularkən am / is / are köməkçi felləri istifadə olunur və felin sonuna -ing hissəciyi gətirilir. Aşağıda bu zamanın istifadəsiylə əlaqəli vədvəl verilmişdir.
Həmçinin bax
İNDİKİ DAVAMEDİCİ ZAMAN - PRESENT CONTINUOUS TENSE NÜMUNƏ CƏDVƏL
(+) AFFIRMATIVE (TƏSDİQ) |
(-) NEGATIVE (İNKAR) |
(?) QUESTION (SUAL) |
I am playing (Oynayıram) |
I am not playing (Oynamıram) |
Am I playing? (Oynayıram?) |
You are playing (Oynayırsan) |
You aren’t playing (Oynamırsan) |
Are you playing? (Oynayırsan?) |
He is playing (O -kişi- oynayır) |
He isn’t playing (Oynamır) |
Is he playing? (Oynayırmı?) |
She is playing (O -qadın- oynayır) |
She isn’t playing (Oynamır) |
Is she playing? (Oynayırmı?) |
It is playing (O -cansız, heyvan- oynayır) |
It isn’t playing (Oynamır) |
Is it playing? (Oynayırmı?) |
We are playing (Oynayırıq) |
We aren’t playing (Oynamırıq) |
Are we playing? (Oynayırıq?) |
They are playing (Oynayırlar) |
They aren’t playing (Oynamırlar) |
Are they playing? (Oynayırlarmı?) |
İndiki davamedici zaman Video dərslik ətraflı
USE OF PRESENT CONTINOUS TENSE (İNDİKİ DAVAMEDİCİ ZAMANIN İSTİFADƏSİ)
♦ USE 1 - Now (İndi)
► We use the Present Continuous with Continuous Verbs to express the idea that something is happening now, at this very moment. (Present Continuous Tense bir şeyin tam bu anda olduğunu vəya edildiyini izah etmək üçün istifadə edilir.)
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
EXAMPLES ( İNGiLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR)
- You are learning English now. (İndi sən ingilis dili öyrənirsən.)
- You are not sleeping now. (Sən indi yatmırsan.)
- I am sitting. (Otururam.)
- I am not standing. (Ayaqüstə deyiləm.)
- What are you doing? (Nə edirsən?)
- I am teaching English. (İngilis dili öyrədirəm.)
- Madonna is riding a bike. (Madonna velosipet sürür.)
- Joe is smoking. (Joe siqaret çəkir.)
- Bill Gates is travelling by plane. (Bill Gates təyyarə ilə səyahət edir.)
- Jane is taking a photograph. (Jane şəkil çəkir.)
- People are waiting for bus. (İnsanlar avtobus gözləyirlər.)
- Why aren’t you doing your homework? (Niyə ev tapşırığını etmirsən?)
Daha çox nümunəyə bax
♦ USE 2 Longer Actions in Progress Now (hələdə davam edən uzun müddətli hadisələr)
► In English, now can mean "this second," "today," "this month," "this year," "this century" and so on. Sometimes we use the Present Continuous to say that we are in the process of doing a longer action which is in progress.
(İngilis dilində "now" yəni "indi" bu mənalara gəlir. "tam bu anda", "bu ay", "bu il", "bu əsr" vs. Bəzən Present Continuous Tense’i uzun davam edən bir hadisəni etmə müddətində olduğumuzu izah etmək üçün istifadə edirik.)
Nümunə üçün “ Karate öyrənirəm” deyən bir şəxsin, danışarkən karate etməsi gözlənilə bilməz.
İNGİLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR - İNDİKİ DAVAMEDİCİ ZAMAN CÜMLƏLƏR
- I am studying to become a doctor. (Həkim olmaq üçün oxuyuram.)
- I am not studying to become an engineer. (Mühəndis olmaq üçün çalışmıram.)
- I am reading a book. (Bir kitab oxuyuram.)
- I am not reading any newspapers right now. (Hal hazırda heç bir qazet oxumuram.)
- Are you working on any special projects? (Xüsusi bir layihə üzərindəmi işləyirsən?)
♦ USE 3 Near Future (Yaxın gələcək)
► Sometimes, speakers use the Present Continuous to indicate that something will or will not happen in the near future. (Bəzən Present Continuous Tense bir şeyin o anda deyil də yaxın bir zamanda olacağını vəya olmayacağını izah etmək üçün istifadə olunur.)
İNGİLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR - İNDİKİ DAVAMEDİCİ ZAMAN CÜMLƏLƏR
- I am meeting some friends after work. (İşdən sonra dostlarla görüşəcəm.)
- I am not going to the party tonight. (Bu gecə qonaqlığa getməyəcəm.)
- Isn’t he coming with us tonight. (O bu gecə bizimlə gəlməyəcəkmi?)
♦ USE 4 Complaining with "Always" ("Always" istifadə edərək şikayət etmək)
► The Present Continuous with words such as "always" expresses the idea that something often happens. Notice that the meaning is like Simple Present but with negative emotion.
(Present Continuous Tense "Always" kimi sözlərlə istifadə olunduğunda bir şeyin edildiyini vəya olduğunu müəyyən edir. Mənası Simple Present Tense’ə oxşayır və həmişə negativdir. Bir şeyden şikayet edərkən istifadə olunur.).
Always sözü xaricində eynni zamanda "constantly" veya “ forever” spzləri ilə də istifadə olunduğunda da, Present Continuous Tense narahat edən xoş olmayan bir hərəkətdən şikayət etmə mənasını verir. Məna olaraq Simple present tense!i xatırlatsada , inkar bir məna daşıyır. "always" “forever” vəya "constantly" sözləri cümlədə "be" və "verb+ing." arasında gəlirlər.
İNGİLİSCƏ NÜMUNƏ CÜMLƏLƏR - İNDİKİ DAVAMEDİCİ ZAMAN CÜMLƏLƏR
- She is always coming to class late. (O həmişə dərsə gec gəlir.)
- He is always talking. (O həmişə danışır.)
- I don’t like them because they are always complaining. (Onları xoşlamıram çünki həmişə şikayət edirlər.)
- My brother is always wearing my shirts without asking me. (Qardaşım məndən soruşmadan tişörtlərimi geyir.)
- Mary is always late for work. Someone should warn her. (Mary həmişə işə gec gəlir. Birisi ona xəbərdar etməli.)
- She is constantly speaking. I wish she would shut up. (O daim danışır.Kaş biraz sussa.)
- You are forever talking about your father-in-law. (Sən ancaq qayınatan haqqında danışırsan.)
► Bəzi fellər Present Continuous Tense ( İndiki davamedici zaman) ilə istifadə ediləbilməz. Bu fellər "state verbs" olaraq adlandırılır.
İndiki davamedici zaman formaları bir hərəkətin fiziki və vizual olaraq edildiyini göstərirlər. Dolayısıyla mücərrəd düşünmək, sevmək, başa düşmək, sahib olmaq kimi mücərrəd mənalı fellər continuous (be+ -ing) struktur formasında istifadə ediləbilməzlər. Bu fellər Simple Tense ilə ifadə edilirlər . Məsələn “I love you” Simple Present tense ilə yazılmasına baxmayaraq, Azərbaycan türkçəsinə “ Səni sevirəm “ deyə tərcümə olunur.
- She is loving chocolate. – Səhv
- She loves chocolate. - Doğru
- I am hating you - Səhv
- I hate you - Doğru
- She isn’t understanding me - Səhv
- She doesn’t understand me - Doğru
İngiliscə hal vəziyyət felləri ( stative verbs ) Video dərslik
Bu fellərdən bəziləri aşağıda verilmişdir.
- Mental State (Zehinlə əlaqəli hərəkətlər vəya hallar)
know, realize, understand, recognize
believe, feel, suppose, think
imagine, doubt, remember, forget
want, need, desire, mean
- Emotional State (Duyğularla əlaqəli hallar)
love, like, appreciate, please, prefer
hate, dislike, fear, envy
mind,care
astonish, surprise, amaze
- Possession (Sahib Olma)
have, belong, possess, own
- Sense, Perception (Hiss, İdrak)
taste, smell, hear, feel, see
- Other Stative Verbs (Digər fellər)
look, seem, appear, sound, resemble, look like
cost, owe, weigh, equal
be, exist, matter,
consist of, include,contain
► Bəzi fellərdə həm Continuous həm də Simple formada istifadə olunabilirlər. "love - like - hate - understand" kimi fellər bu kategoriyə daxil olur. Ancaq bu fərqli istifadə, məna fərqliliyinədə yol açır. Aşağıda iki zamanla da istifadə olunabilən və fərqli mənalar daşıyan fellər verilmişdir.
- THINK
(a) “What do you think about the new English teacher? I think he is a nice man !”
(Yeni ingilis dili müəllimi haqqında nə düşünürsən? Məncə o yaxşı bir adamdır.)
(b) I am thinking about the exam tomorrow. It will be a difficult one.
(Sabahki imtahan haqqında düşünürəm. Çətin bir imtahan olacaq.)
(a) cümləsində think, fikir göstərən mücərrəd mənalı bir feldir. Şəxslərin müəyyən mövzularda fikir sahibi olmaları bir vəziyyət deyildir. (b) cümlesində isə think , fiziki və vizual bir xüsusiyəti olan mücərrəd bir hərəkətdir. Misal üçün birşey düşündüyünü görərək başa düşdüyümüz bir şəxsə “ Elə dərin dərin nə düşünürsən” deyə soruşarıq. Düşünmə hərəkəti fiziki bir hal olmuşdur.
- HAVE
(a) I have two cats and a dog. Do you have any pets? (Mənim bir itim və bir pişiyim var. Sənin ev heyvanın var mı?)
(b) I am having a nice time in my speaking classes. (Danışıq siniflərində yaxşı bir vaxt keçirirəm.)
Birinci cümlədə “have” feli sahib olmaq mənasında heçvaxt continuous olaraq istifadə edilə bilməz. İkinci nümunədə isə “have” feli yaxşı vaxt keçirmək, əylənmək mənasında mücərrəd bir formadadır.
- SMELL
(a) All flowers smell nice. (Bütün çiçəklər xoş iy verir.)
(b) The little girl is smelling the flowers. (balaca qız çiçəkləri iyləyir.)
Birinci cümlədə “smell” mücərrəd bir hərəkətdir. Çiçeklər iy vermə hərəkətini fiziki və vizual bir şəkildə etməzlər. Bu bir haldır. İkinci cümlədə iseə “smell” feli aktiv bir mənadadır. Balaca qızın bu iyləmə hərəkətini fiziki olaraq etməsi görülüb, başqalarına da göstəriləbilir.
TIME EXPRESSIONS IN PRESENT CONTINUOUS TENSE (İNDİKİ DAVAMEDİCİ ZAMANDA ZAMAN BİLDİRƏN İFADƏLƏR)
Time expressions zaman bildirən ifadələrdir və İngilis dilində həmişə fərqli ifadələr istifadə olunur. Xüsusilə imtahanlarda cümlənin hansı zaman olduğunu başa düşmək üçün time expression’ların bilinməsi çox vacibdir.
- At the moment / now (Hal hazırda / indi)
The students are studying in the classroom at the moment / now. (Hal hazırda tələbələr sinifdə dərs oxuyurlar.)
- At present (Hal hazırda)
At present all the farmers in the village are harvesting their crops. (Kəndəki fermerlər hal hazırda məhsullarını toplayırlar.)
- For the time being (hələ/ hələki)
My father will buy a new car soon. For the time being he is using mine. (Atam tezliklə yeni bir maşın alacaq. Hələki mənimkini istifadə edir.)
Eyni zamanda "Look! , Listen! Be Careful!" kimi nidalarda, arxasından gələn cümlənin indiki davamedici zaman olacağını göstərir. Xüsusilə imtahanlarda bu işarələri tutmaq çox vacibdir.
- Listen! Somebody is following us. (Qulaq as! Kimsə bizi təqib edir.)
- Look ! A car is coming. (Bax! Bir maşın gəlir.)
► Spelling Of Final –ing (-ing hissəciyinin yazılışı)
Felin son hərfindən asılı olaraq bəzən -ing hissəciyi fərqli formalarda yazılabilir. Aşağıdaki bu mövzuyla əlaqəli qaydalar verilmişdir.
- Bir samit hərf + -e gəlirsə -e düşür və –ing əlavə olunur.
dance - dancing
ride - riding
take – taking
- Bir sait + Bir samit hərf gələrsə samit hərf iki dəfə yazılır və – ing əlavə olunur.
cut - cutting
plan - planning
run – running
QEYD: w,y, və x hərfləri iki dəfə yazılmaz.
snow - snowing
fix - fixing
pay – paying
- İki sait + bir samit hərf varsa -ing əlavə olunur; samit hərf iki dəfə yazılmaz
keep - keeping
read – reading
- İki samit hərf varsa -ing əlavə olunur; samit hərf iki dəfə yazılmaz
sing - singing
wash - washing
İndiki davamedici və İndiki sadə zaman fərqi
Simple Present Tense Azərbaycan türkçəsindəki indiki zamanın qarşılığıdır. Present Continuous Tense isə İndiki davamedici zamanın qarşılığıdır.
- I usually go to work by bus. But today I am driving. (Ümumiyətlə işə avtobusla gedirəm. Ancaq bugün maşınla gedirəm.)
- I always drink tea at breakfast. But this morning I am drinking coffee. (Səhər yeməyində həmişə çay içirəm, ama bugün kofe içirəm.)
Present continuous tense damaetməkdə olan hərəkətlər üçün istifadə olunur. Simple present tense isə vərdiş, qanunauyğunluq, təkrar və davamlılıq bildirir. Aşağıdaki iki nümunəyə göz gəzdirək.
- I work in a bank. (Mən bir bankda işləyirəm.)
Bu cümləni deyən şəxs, mütamadi olaraq bir bankda işlədiyini ifadə etməkdədir.
- I am working in a bank. (Mən bir bankda işləyirəm.)
Bu cümləni deyən şəxsin isə mütamadi olaraq harada işlədiyini başa düşəbilmərik. Misal üçün normal halda öz mağazası olan bir elektrikçi, müvəqqəti olaraq bankda elektrik işi görməktədir və bu cümləni istifadə etmiş olabilir. Yəni indiki davamedici zamanla qurulan cümlələr anlıq hadisələri izah edir və ümumi bir halla əlaqəli məlumat verməz
Bu iki zamanın birbirinə qarışdırılması ümumiyətlə Azərbaycan dilində düşünməkdən qaynaqlanmaqdadır. Əgər quracağımız və ya yazacağımız cümlələri əvvəl Azərbaycan dili olaraq ağlımıza gətirib, sonra bunları İngilis dilinə tərcümə etməyə çalışsaq, bəzi qarışıqlıqlar ortaya çıxabilər.
- Hər səhər qazet oxuyuram. (=oxuyuram)
- I read newspaper everday. (doğru)
- I am reading newspaper everyday. (səhv)
- Atam hərgün işə metroyla gedir. (=gedir)
- My father goes to work by metro everyday. (doğru)
- My father is going to work by metro everyday. (səhv)
- Biz hər yay Bakıya gedirik
- We go to Baku every summer. (doğru)
- We are going to Baku every summer. (səhv)
- Hər axşam ona zəng edirəm.
- I call him every evening. (doğru)
- I am calling him every evening. (səhv)
- Həmişə kompyuter oyunları oynayıram.
- I always play computer games. (doğru)
- I am always playing computer games. (səhv)
- Çiçəkləri sevirəm.
- I love flowers. (doğru)
- I am loving flowers. (səhv)
- Anam donuzları sevmir.
- My mother doesn't like pigs. (doğru)
- My mother isn't liking pigs. (səhv)
Nəticə olaraq indiki davamedici zaman ümumiyətlə danışıq müddətində keçən hərəkətləri izah etməkdədir. Bu hərəkətlər,alışılmamış xarakterdədir, ya da adi hərəkətlərin xaricində hərəkətlərdir. Ancaq indiki davamedici zaman, hərəkətin danışıq müddətində edilir olmasıda gərəkməz. Yəni "bir kitab oxuyuram" deyən bir şəxs, o anda restoranda yemək yeyədə bilər. Hərəkət əgər təkrar edilirsə, normal günlük işlər, adət ya da vərdiş bildirirsə mütləq indiki zaman istifadə olunur. Son olaraq iki nümunəyə göz gəzdirək.
- I live in İstanbul.
- I am living in İstanbul.
Bu iki nümunədən birincisi, deyən şəxsin mütamadi olaraq İstanbul'da yaşadığını ifadə edir. İkinci cümləni deyən şəxsin isə, hərhansı bir səbəblə keçici olaraq İstanbul'da yaşadığı başa düşülür.
Çox möhtəşəm
Çox əla!
Möhtəşəm
Möhtəşəm
Çox sağ olun
Çox faydalı oldu
tshk
Super!
mohtesem