Materials

Gerund və Infinitive qaydası


0 18543

Gerund və Infinitive haqqında

 

Gerund Infinitive ətraflı izah + nümunə cümlələr

 

İngilis dilində cümlə qurmaq əslində olduqca asandır. Əsas olaraq mübtəda, xəbər və tamamlıq sırasına göre qurduğunuz zaman bəsit cümlələri asanlıqla qurabilərsiniz.

Ancaq çox vaxt məsələ, iki feli arxa arxaya istifadə etməyə gəldiyində vəziyət çətin bir hal almaöa başlayır. “Hansı feli əvvəl, hansını sonra, arasında başqa bir gəlirmi?” deyərkən isim- fellərin və məsdərlərin funksiyası burada ortaya çıxır.

Bir cümlə içində iki hərəkəti arxa arxaya istifadə etməyimiz lazım gəldiyində və ya iki fel arasına -to hissəciyini ılavə etməyimiz ya da ikinci felə -ing hissəciyini əlavə etməyimiz lazım gəlir. To əlavə etdiyimiz quruluş Infinitive, -ing əlavə edilən quruluş forması isə Gerund form olaraq adlandırılır. Bu quruluş formaları haralarda istifadə edilir, gerund, infinitive nümunə cümlələr ilə birlikdə baxaq.

   Ətraflı mövzuya bax

 

 

 

Gerund nədir? Haralarda istifadə edilir?

Gerund, Azərbaycan dilində  isim-feli mənasında istifadə edilir.. Felə -ing hissəciyi əlavə olunması ilə əmələ gəlir.

Məsələn;

I heard him talking on the phone.
(Onu telefonda danışarkən eşitdim.)

The car needs cleaning.
(Maşının təmizlənməyə ehtiyacı var.)

Nümunələrdə də göründüyü kimi iki cümlənin əsas felləri hear ve need ikən ardından talk və clean felləri -ing hissəciyi əlavə edilərək istifadə edilmişdir.

 

Gerund istifadə yerləri

 

Müəyyən fellərdən sonra Gerund istifadə edilir.

Özündən sonra ancaq Gerund istifadə edilən fellər << buraya Click et

Avoid

Qaçınmaq, yayınmaq

Consider

Düşünmək, hesab etmək

Deny

Rəddetmək, inkar etmək

Look forward to

Bir şeyi ümüdlə gözləmək

Involve

Əhatə etmək

Risk

Risk etmək

Spend

Xərcləmək, keçirmək

Mind

Qulas asmaq, diqqət etmək

Mention

Bəhsetmək

Admit

Qəbul etmək, etiraf etmək

Imagine

Təsəvvür etmək

Suggest

Təklif etmək

Escape

Qaçıb canını qurtarmaq

Report

Məruzə etmək

Suffer

Əziyyət çəkmək

Understand

Başa düşmək

Keep

Tutmaq, saxlamaq

Finish

Bitirmək

Start

Başlamaq

Try

Cəhd etmək, çalışmaq

Begin

Başlamaq

Lose

İtirmək

Continue

Davam etmək

 

Daha çox nümunəyə bax

Məsələn:

She spent all day shopping.
(O, bütün gününü alışveriş etməklə keçirdi.)

He suggested going to the cinema.
(O, sinemaya getməyi təklif etdi.)

They considered moving abroad.
(Onlar xaricə köçməyi düşündülər.)

He avoided answering my question.
(O, mənim sualımı cavablamaqdan qaçındı.)

 

Cümlədə mübtəada olaraq istifadə edilir.

Məsələn:

Swimming keeps you fit.
(Üzmək səni formda saxlayır.)

Cycling is a popular form of exercise.
(Velosipetə minmək idmanın məhşur bir formasıdır.)

 

Sözönlərindən (Prepositions) sonra istifadə edilir.

Sözönləri ilə istifadə edilən fellər siyahı  << buraya Click et

Məsələn:

He left without saying goodbye.
(O sağollaşmadan çıxıb getdi.)

We are thinking of buying a new car next month.
(Biz gələn ay yeni bir maşın almağı düşünürük.)

 

Ümumi bəyənmələrdən bəhsedərkən istifadə edilir. (Love, like, enjoy, dislike, prefer və hate felləri ilə)

Məsələn:

She likes going for long walks.
(O, uzun gəzintilərə çıxmağı xoşlayır.)

She enjoys painting.
(O, rəsm çəkməkdən zövq alır.)

 

Sifət olaraq istifadə edilir.

Məsələn:

I saw a speaking bird.
(Mən danışan bir quş gördüm.)

Gerund quruluşundan sonra isim gələrək isim tamamlaması olaraq da istifadə edilir.  

Məsələn:

Swimming pool  Üzgüçülük hovuzu
Living room – Oturma otağı
Shopping center – Alışveriş mərkəzi

 

Infinitive Nədir? Haralarda istifadə edilir?

 

Infinitives, məsdərlər olaraq bilinir. Məsdər, hərəkətin gəlmək, getmək gibi -mak, -mək hissəcikləri əlavə olunması ilə formalaşan bir quruluşdur və fərqli məqsədlərlə istifadə edilir.

Infinitive, ikiyə  bölünür. To infinitive və bare infinitive.

To inf. – İkinci feldən əvvəl -to hissəciyi gəlir.
Bare inf. – İkinci feldən əvvəl hərhansı bir hissəcik gəlməz.

 

Məsələn;

You must study -bare inf.
(Dərs oxumalısan.)

She wants to finish her work. -to inf.
(O işini bitirmək istəyir.)

He refused to talk. -to inf.
(O danışmağı rədd etdi.)

Nümunələrdə göüründüyü kimi  want və refuse fellərinin ardından gələn finish və talk felləri, -to hissəciyi ilə istifadə edilmişdir. Ancaq must felinin ardından gələn study, hərhansı bir hissəcik qəbul etməmişdir.

 

Infinitive Növləri

Bare Infinitive:

Modal verbs sğzlərindən sonra bare inf gəlir. (can, must, may, should, vb.)

 

Məsələn:

You must study hard.
(Çox dərs oxumalısan.)

 

Let, make, see, hear, feel sözlərindən sonra sonra bare inf gəlir.

Məsələn:

They made him pay the damage.
(Onlar ona xəsəri ödətdilər.)

 

Present Infinitive:

To + Verb qəlibi istifadə edilir.

Məsələn:

They didn’t want to go.
(Onlar getmək istəmədilər.)

 

Present cont. Infinitive:

To + Be + Verb + ing qəlibi istifadə edilir.

Məsələn:

He seems to be working hard.
(O, çox çalışan kimi görünür.)

 

Perfect Infinitive:

To + Have + Fiilin 3. halı qəlibi istifadə edilir.

Məsələn:

She seems to have missed the bus.
(O, avtobusu keçirmişə oxşayır.)

 

Perfect cont. Infinitive:

To + Have + Been + Verb + ing qəlibi istifadə edilir.

Məsələn:

He claims to have been working on the computer all morning.
(O, bütün səhəri kompyuterdə  işlədiyini iddia edir.)

 

Infinitive form istifadə yerləri

Müəyyən fellərdən sonra infinitive istifadə edilir.

Appear

Görünmək

Decide

Qərar vermək

Hope

Ümüd etmək

Plan

Planlaşdırmaq

Expect

Gözləmək

Promise

Söz vermək

Refuse

Rəddetmək

Agree

Razılaşmaq

Ask

Soruşmaq

Choose

Seçmək

Happen

Baş vermək

Advice

Məsləhət vermək

Learn

Öyrənmək 

Want

İstəmək

Prepare

Hazırlamaq

Know

Bilmək

Demand

Tələb etmək, istəmək

Manage

İdarə etmək

Arrange

Təşkil etmək

Teach

Öyrətmək

 

Məsələn:

They planned to go on holiday.
(Onlar tətilə çıxmağı planlaşdırdılar.)

He promised to help us.
(O, bizə kğmək edəcəyinə söz verdi.)

I hope to see you.
(Səni görməyi ümüd edirəm.)

He advised me to apply for the job.
(O, mənə işə müraciət etməyimi məsləhət etdi.)

 

Bir məqsəd ifadə edərkən istifadə edilir.

Məsələn:

He went to the market to buy some food.
(O, marketə bir qədər yemək almağa getdi.)

 

Cümlədə mübtəda olaraq istifadə edilir.

Məsələn:

To join an activity club is a good idea.
(Bir aktivite klubuna qoşulmaq yaxşı bir fikirdir.)

To fill out this list is very difficult.
(Bu siyahını doldurmaq çox çətindir.)

 

‘Too’ və ‘Enough’ sözlərindən sonra to inf istifadə edilir.

Məsələn:

He is too short to reach the tree.
(O, ağaca çatmaq üçün çox qısadır.)

I have got enough money to buy a new dress.
(Yeni bir paltar almaq üçün kifayət qədər pulum var.)

(It + be + adjective) veya (It + be + adjective + of + noun/pronoun) qəlibləri ilə to inf istifadə edilir.

Məsələn:

It is important to get there on time.
(Oraya vaxtında çatmaq vacibdir.)

It was nice of him to help.
(Köməkçi olması çox yaxşı idi.)

 

Would like/ love/ prefer qəliblərindən sonra istifadə edilir.

Məsələn:

I would like to learn a foreign language.
(Xarici bir dil öyrənmək istəyirəm.)

 

Something, anything, nothing, anywhere, someone kimi sözlərin ardından istifadə edilir.

Məsələn:

Take something to drink on the bus.
(Avtobusda içmək üçün nəsə götür.)

Is there anything to eat?
(Yeməyə nəsə var mı?)

 

Gerund vəya Infinitive Gətirildiyində Mənası Dəyişən Fellər

 

Bəzi fellər, arxalarından -ing form vəya to- infinitive gətirilmə vəziyyətlərinə görə məna dəyişikliyinə məruz qalırlar. Bu felləri və hansı mənada istifadə edildiklərini əzbərləməyimiz lazım gəlir.

 

Forget + to- inf: Unutmaq, xatırlamamaq.

Məsələn:

I forgot to buy a newspaper.
(Qazet almağı unutdum.)

 

Forget + -ing form: xatırlaya bilməmək, yaddan çıxartmaq ‘heç unuda bilmirəm.’ mənasında.

Məsələn:

I will never forget traveling by plane for the first time.
(İlk dəfə uçaqla səyahət etdiyimi  heçvaxt yaddan çıxartmayacam.)

 

Remember+ to- inf: Xatırlamaq, unutmamaq.

Məsələn:

Remember to call Jack tonight.
(Bugün Jack’ə zəng etməyi unutma.)

 

Remember+ -ing form: yadına gəlmək.

Məsələn:

I remember talking to him before.
(Onunla daha əvvəl danışdığım yadıma gəlir.)

 

Mean+ to- inf: İstəmək, niyət etmək.

Məsələn:

She means to open her own shop.
(O öz mağazasını açmağı niyət edir.)

 

Mean+ -ing form: Məna vermək, mənasına gəlmək.

Məsələn:

She is determined to get a ticket for the concert, even if it means paying a lot of money.
(O, buna çox pul ödəmək mənasına gəlsə bilə, konsert üçün bilet almağa qərarlıdır.)

 

Regret+ to- inf: Təssüf hiss keçirmək. (Present tense ilə və tell, inform, say felləri ilə istifadə edilir.)

Məsələn:

We regret to inform you that you have failed the exam.
(İmtahandan kəsildiyinizi sizə bildirməkdən təəssüf hissi keçiririk.)

 

Regret+ -ing form: peşman olmaq. (Past tense)

Məsələn:

I regret making that mistake; I lost my job.
(Bu xətanı etdiyim üçün peşmanam; işimi itirdim.)

Go on+ to- inf: Sonra mənasında. Bir şeydən sonra bir şey etmək.

Məsələn:

She introduced herself and went on to talk about her new book.
(O özünü təqdim etdi və yeni kitabı haqqında danışamağa davam etdi.)

 

Go on+ -ing form: Davam etmək.

Məsələn:

They went on talking for hours.
(Onlar saatlarca danışmağa davam etdilər.)

 

Stop+ to- inf: Bir şeyi tərk edib başqa bir iş görmək.

Məsələn:

He stopped to drink some tea and then continued working.
(O çay içməyi kəsdi və işləməyə davam etdi.)

 

Stop+ -ing form: Tamamilə dayandırmaq, kəsmək.

Məsələn:

He stopped eating junk food because it is unhealthy.
(O abur cubur yeməklər yeməyi kəsdi çünki sağlam deyil.)

 

Try+ to- inf: Əlindən gələnin ən yaxşısını etmək.

Məsələn:

He tried to win the race.
(Yarışı qazanmaq üçün əlindən gələni etdi.)

 

Try+ -ing form: çalışmaq, yoxlamaq.

Məsələn:

If you can’t go to sleep, try drinking some milk.
(Əgər yata bilməsən, süt içməyə calış ( yoxla).)

 

Like+ to- inf: Edilməsi doğru vəya faydalı şeylərdən bəhsedərkən.

Məsələn:

I like to pay my bills as soon as I get them.
(Fakturalarımı alan kimi ödəməyi xoşlayıram.)

 

Like+ -ing form: Ümumi bəyənməni ifadə etmək.

Məsələn:

He likes running.
(O, qaçmağı xoşlayır.) 

 

Be sorry+ to- inf: Hal hazırda edilən şey üçün üzr istəmək.

Məsələn:

I am sorry to interrupt, but can I ask you a question?
(Sözünü kəsdiyim üçün üzr istəyirəm ancaq sənə bir sual verə bilərəm?)

 

Be sorry for+ -ing form: Əvvəldən edilmis bir şey üçün üzr istəmək

Məsələn:

I am sorry for shouting at you.
(Üstünüzə qışqırdığım üçün üzr istəyirəm.)

 

Be afraid+ to- inf: Bir şeyi etməyə könülsüz, həvəssiz olmaq.

Məsələn:

He is afraid to touch the dog.
(O, itə toxunmaqdan ürkür.)

 

Be afraid of+ -ing form: Bir şeydən qorxmaq.

Məsələn:

She doesn’t want to ride the horse. She is afraid of falling.
(O, ata minmək istəmir. Düşməkdən qorxur.)

 

QEYD:

  1. Bu fellər ilə həm to infinitive həm də gerund hərhansı bir məna dəyişikliyi olmadan istifadə ediləbilir:

(Begin- başlamaq, start- başlamaq, continue- davam etmək)

Ancaq ard arda iki -ing strukturu istifadə ediləbilməz.

Məsələn:

They started talking/ to talk.
(Onlar danışmağa başladılar.)

It is starting to get cold.
(Hava soyumağa başlayır.) – Düzgün

It is starting getting cold. – Səhv

  1. Bu fellərdən sonra tamamlıq ( object) varsa to infinitive gəlir. Tamamlıq yoxdursa gerund yəni -ing hissəciyi gəlir:

 

(Advice- nəsihət vermək, allow- icazə vermək, permit- icazə vermək, encourage- cəsarətləndirmək, cəsarət vermək, recommend- tövsiyə etmək)

Məsələn:

He advised us to book in advance.
(O bizə əvvəlcədən rezerv etməyimizi tövsiyə etdi.)

We advise booking in advance.
(Əvvəlcədən rezerv etməyinizi tövsiyə edirik.)

Hazırladı: Ceyhun Yusifov

arrow