İndiki bitmiş və Keçmiş zamanın fərqi + Cümlələr
Present Perfect or Simple Past (I have gone or I went)
Present Perfect Tense ( İndiki bitmiş zaman) və Simple Past tense ( Keçmiş zaman ) mövzuları ümumilikdə birbirinə qarışır və iki zamanın da doğru olaraq izahediləbilməsi üçün iki zamanın fərqlərinin çox yaxşı öyrənilməsi lazımdır. Dərsin izahına başlamadan əvvəl bir neçə nümunəylə iki zaman arasındakı fərqləri izah etməyə çalışaq.
► İngiltərə'yə gedən bir turistin, getdiyinin ikinci günündə vəsiqəsini itirdiyini və polis məntəqəsinə getdiyini düşünün. Bu insan polis məntəqəsindəki polislərə bu cümləni quracaqdır.
- I have lost my passport. (Vəsiqəmi itirmişəm.)
Bu cümləylə izah etmək istədiyi , o anda vəsiqənin olmadığıdır və polislərdən mövzuyla əlaqəli kömək istəməsidir. Bu səbəbdən də Present Perfect Tense istifadə edilmişdir.
Eyni adam vəsiqəsini tapıb ölkəsinə qayıtdıqdan sonra dostlarına və ailəsinə bu hadisəni izah edərkən isə bu cümləni qurar.
- I lost my passport on the second day of my travel. (Səyahətimin ikinci günündə vəsiqəmi itirdim.)
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
Bu cümlədə isə başından keçən bir hadisəni xatirə olaraq izah etməkdədir və vəsiqəsini tapdığını vəya yenidən çıxardığı mənasını verir. Bu səbəbdən də cümləni Simple Past Tense ilə qurmuşdur. Gördüyünüz kimi cümlələrin Azərbaycan türkçəsində tərcümədə bir fərq yoxdur, ancaq istifadə və məna baxımından birbirlərindən fərqlidirlər.
► İndi isə iki cümləyə baxın.
- I have broken my leg. (Ayağımı qırmışam.)
- I broke my leg. (Ayağımı qırdım.)
Birinci cümlə Present Perfect Tense ilə qurulduğu üçün keçmişdə olan bir hərəkətin təsirlərinin hələ davam etməkdə olduğu görülür. Bu halda bu cümləni danışan şəxsin ayağının gipsdə olması lazəm gəlməkdədir.
Ancaq ikinci cümlə Simple Past Tense ilə qurulmuştur və yenə cümləni quran şəxs başından keçən bir hadisəni izah etməkdədir. Bu hərəkət on il əvvəldə olmuş olabilir və cümləni danışan insanın ayağı artıq düzəlmişdir.
► Açarını itirən bir insanı düşünün və aşağıdakı nümunələrə göz gəzdirək.
- Tom is looking for his key. He can't find it. He has lost his key. (Tom açarını axtarır və tapa bilmir. Açarını itirib.)
Yuxarıdakı cümlədə itirmək hərəkətin olduğu cümlə Present Perfect Tense ilə qurulmuştur və bu səbəbdən cümləni söyləyən şəxsin o anda açarlara sahip olmadığı mənasını verir.
Yarım saat sonra açarını itirən şəxsin açarlarını tapdığını düşünün və aşağıdakı nümunələrə göz gəzdirək.
- Now Tom has found his key. He has it now. (Tom açarını tapıb. Artıq özündədir.)
- Has he lost his key? (O açarını mı itirib?)
- No, he hasn't. He has found it. (Xeyir, açarını tapıb.)
Gördüyünüz kimi adam açarını itirmiş olmasına baxmayaraq, tapdıqdan sonra danışıldığı üçün , Present Perfect Tense ilə soruşulan suala xeyir cavabı verilmişdir. İndidə aşağıdaki iki nümunəyə göz gəzdirək.
- Did he lose his key? (O açarını mı itirdi?)
Yes, he did. He lost kiy key. But now he has found it. (Bəli, açarını itirdi. Ama indi tapdı.)
Bu nümunədə sual Simple Past Tense ilə soruşulduğu üçün eyni suala cavab bəli olaraq verilmiştir. Yəni keçmişdə qalan bir hərəkətdən bəhsedilməkdədir.
► Present Perfect Tense həmişə bu anla əlaqəli bir məna daşıyır. Yəni "Tom has lost his key" cümləsini gördüyümüzdə Tom'un bu anda açarının olmadığını başa düşürük.
Past Simple Tense isə keçmişlə əlaqəli bir məna daşıyır. "Tom lost his key" cümləsini gördüyümüzdə Tom'un açarını tapıb tapmadığı haqqında fikir sahibi ola bilmərik. Anladığımız tək şey Tom'un keçmişdə bir zamanda açarını itirməsidir.
NÜMUNƏLƏR
- John grew a beard but now he has shaved it off. (John saqqal saxladı ancaq indi təraş olub.)
Bu cümlə Simple Past tense ilə qurulduğu üçün bu anda saqqlarının olmadığı başa düşülməkdədir.
- They went out for dinner and they've just come back. (Onlar axşam yeməyinə getdilər və biraz əvvəl gəliblər.)
Mövzu ilə ilə daha çox bax
Bu cümlədə isə ilk cümlə Simple Past Tense ilə, ikinci cümlə də Present Perfect tense ilə qurulmuşdur. Beləcə bu anda gedənlərin geri qayıtdığı mənasını verməkdədir.
► Birisinə yeni bir məlumat vəya xəbər vermək üçün Present Perfect Tense istifadə edirik. Ancaq o hərəkətlə əlaqəli danışmağa davam edərsək Past Simple Tense istifadə edirik.
- I've broken my leg. (Ayağımı qırmışam.)
- Really? How did you do that? (həqiqətən? Necə oldu?)
- I fell off the ladder. (Nərdivandan düşdüm.)
cox gozel
cox gozel