Materials

İngilis dili Gələcək Zaman ( Future Tense ) haqqında ətraflı + Cümlələr


8 29829

İngilis dili Gələcək Zaman - Future Tense haqqında

 

 

Future Tense (Will and Shall)

 

Simple Future Tense ( Sadə gələcək zaman) ən asan halıyla gələcək zamanla əlaqəli cümlə qurarkən istifadə olunur. Will və shall köməkçi felləridir, ancaq son zamanlarda shall köməkçi felinin istifadəsi xeyli azalmışdır.

 

                  

Gələcək zaman Video dərslik ətraflı

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

 

QURULMASI

 

TƏSDİQ

İNKAR

SUAL

I will go (Gedəcəyəm)

I will not (won't) go (Getməyəcəm)

Will I go? (Gedəcəyəm)

You will go (Gedəcəksən)

You won't go (Getməyəcəksən)

Will you go? (Gedəcəksən?)

He will go (Gedəcək)

He won't go (Getməyəcək)

Will he go? (Gedəcək?)

She will go (Gedəcək)

She won't go (Getməyəcək)

Will she go? (Gedəcək?)

It will go (Gedəcək)

It won't go (Getməyəcək)

Will it go? (Gedəcək?)

We will go (Gedəcəyik)

We won't go (Getməyəcəyik)

Will we go? (Gedəcəyik?)

They will go (Gedəcəklər)

They won't go (Getməyəcəklər)

Will they go? (Gedəcəklərmi?)

 

    Həmçinin bax

 

USE (İSTİFADƏSİ)

 

► Simple Future Tense istifadə olunan gələcək zaman cümlələrində hərhansı bir planlama vəya niyət yoxdur. Gələcəktə şərtlərdən dolayı meydana gələcək hərəkətlərdən bəhsedilirkən istifadə olunur.

Bu cümlələr qurularkən köməkçi fellər will ve shall istifadə olunur. Ancaq shall son zamanlarda istifadədən qalxmışdır və yerini bütün şaxslər üçün “will” e vermişdir. Sadəcə rəsmi yazışmalarda istifadəsi vardır.

 

- I will be a mother. (Ana olacağam.)

- Summer will come again. (
Yay yenə gələcək.)

- Will I see that man in your factory? (
Fabrikinizdəki o adamı görəcəyəm?)

- They will live in the same city? (
Onlar eyni şəhərdə yaşayacaqlar.)

 

► Danışma anında, gələcəklə əlaqəli hərhansı bir qərar verildiyində, will future tense istifadə olunur. Yəni daha əvvəldən  planlanmış ve dəqiqləşmis hərəkətlər üçün bu zaman istifadə olunmur. Bu forma Azərbaycan dilinə tərcümə olunurkən çox, "gedəcəyəm, gələcəyəm" kimi -caq, -cək lə deyil, "gedim, gəlim" şəklində tərcümə olunur.

 

 

 

- The phone is ringing. (Telefon zəng edir.)
- I will answer it. (
mən cavab verərəm.)

- This book is great. (bu kitab əladır)
- Really? I will read it then. (
Həqiqətən mi? Onda oxuyum.)

- You can't carry this luggage yourself. I will help you. (Bu yükü özün daşıyammazsan. Sənə kömək edim.)

- I'll write to you as soon as I get there. (Oraya çatar çatmaz sənə yazaram.)

- A: I want to tell you something. But it is secret. (Sənə nəsə demək istiyirəm. Ancaq sirdir.)
  B: I see I won't tell anybody. I promise. (
Başa düşürəm. Kimsəyə demərəm. Söz verirəm.)

Bu hala ən yaxşı nümunə, restoran  veya kafelərdəki diyaloglar olabilir. Aşağıdaki diyaloğu oxuyun.

A: What would you like to have to drink? (İçməyə nə istərdiniz?)
B: I will have a cola, please. (
kola verin, zəhmət olmasa.)

 

Yuxarıdakı nümunə, danışma müddətində verilən nümunələr arasında ən yaxşı nümunələrdən birisidir..

 

► Gələcəkdə olan hadisələr haqında təxmin etmə, zənnetmə, ümüd etmə, əmin olma, narahat olma kimi hallarda da Future Tense istifadə olunur. Bu hallarda da ümumiyətlə “if, when, as soon as, while” kimi bağlayıcılar istifadə olunuraq cümlənin mənası dahada möhkəmləndirilir

- I'm sure they'll help me. (əminəm mənə kömək edəcəklər.)

- He'll probably pass his class. (
O böyük ehtimalla sinifi keçəcək.)

- Perhaps she'll talk to me. (
Bəlkidə mənimlə danışacaq.)

- I think I'll win. (
zənn edirəm qalib gələcəyik.)

 

► Radyo, televizor vəya qazet kimi kütləvi medya vasitələrində rəsmi yerlərə aid gələcəyə dair programlar xəbər olaraq  deyilərkən yenə Future Tense istifadə olunur.

 

- The Minister of Education will open a new school in Agdash tomorrow, and he will have lunch with local people.
 

( Təhsil naziri sabah Ağdaşda təzə bir məktəb açacaq və yerli əhaliylə günorta yeməyi yeyəcək.)

 

-The president of United States will visit England next week. (Amerika prezidenti gələn həftəyə İngiltərə'yə ziyarət edəcək.)

 

► Future tense ( Gələcək zaman ) ayrıca qarşı tərəfə birşey təklif edərkən istifadə olunur.

 

 

 

A: I have a bad headache. (Çox pis başım ağrıyır.)
B: Oh, I will bring you an asprine, then. (
Ah, onda sənə bir asprin gətirim.)

 

A: I am feeling very tired. (Özümü çox yorğun hiss edirəm.)
B: I will make your bed then. (
Onda sənin çarpayını düzəldim.)

A:  I'm really hungry.  (Həqiqətən çox acam.)
B:  I'll make some sandwiches.  (
Sənə biraz sandviç hazırlıyım.)

A:  I'm so tired. I'm about to fall asleep.  (Çok yorgunam. Yatmaq üzərəyəm.)
B:  I'll get you some coffee.  (
Sənə biraz kofe gətirim.)

 

       Daha çox bax

 

► Future tense ( Gələcək zaman ) qarşı tərəfə söz vermək üçündə istifadə olunur.

 

- I will call you when I arrive. (çatanda sənə zəng edərəm.)

 

- I promise I won't tell him about the party. (Söz verirəm. Ona qonaqlıq haqqında heçbirşey söyləməyəcəm.)

 

►Simple Future Tense ilə sual cümləsi düzəltmək, digər bütün zamanlarla eynidir. Aşağıdaki nümunələri incəliyək.

 

- What will she drink at breakfast? (O, səhər yeməyində nə içəcək?)

- Will we learn English next year? (
Gələcək il İngilis dili oyrənəcəyik?)

- Will they come to see us in Spring? (
Onlar yazda bizi görməyə gələcəklər mi?) 

- Will she make a cake on Friday? (
O, cümə günü bir kek bişirəcəkmi?)

- Will you give all your papers to the teacher? (
Siz bütün kağızları müəllimə verəcəkmisiniz?)

- When will they come to Agdash? (
Onlar nə zaman Ağdaşa gələcəklər?)

- How will he paint this wall? (
O, bu divarı necə boyayacaq?)

- Where will you go tomorrow? (
sabah haraya gedəcəksiniz?)

- What will your father give you? (atanız sizə nə verəcək?)

- Where will they play football on Sunday? (
onlar bazar günü harada futbol oynayacaqlar?)

 

 

 

GƏLƏCƏK ZAMAN TO BE GOİNG TO HAQQINDA

 

Going to future tense, daha əvvəldən planlanmış və qərar verilmiş hərəkətlər üçün və gələcəklə əlaqəli təxmin yürütmək üçün istifadə olunur.

 

Aşağıdaki tabloda going to future tense formasının təsdiq, inkar və sual cümlələrini göstərməktədir.

 

GOING TO FUTURE TENSE NÜMUNƏ CƏDVƏL

 

                  TƏSDİQ

                  İNKAR

                 SUAL

I am going to swim (Üzəcəyəm.)

I am not going to swim (Üzməyəcəm)

Am I going to swim? (Üzəcəyəm?)

You are going to swim (Üzəcəksən)

You aren't going to swim (Üzməyəcəm)

Are you going to swim? (Üzəcəksən)

He is going to swim (Üzəcək)

He isn't going to swim (Üzməyəcək)

Is he going to swim? (Üzəcəkmi?)

She is going to swim (Üzəcək)

She isn't going to swim (Üzməyəcək)

Is she going to swim? (Üzəcəkmi?)

It is going to swim (Üzəcək)

It isn't going to swim (Üzməyəcək)

It is going to swim? (Üzəcəkmi?)

We are going to swim (Üzəcəyik)

We aren't going to swim (Üzməyəcəyik.)

Are we going to swim? (Üzəcəyik?)

They are going to swim (Üzəcəklər)

They aren't going to swim (Üzməyəcəklər)

Are they going to swim? (Üzəcəklər?)

 

                            

Gələcək zaman to be going to qaydası Video dərslik ətraflı

 

USE (İSTİFADƏSİ)

 

 ► Going to future tense, daha əvvəldən planlanan və qərarlaşdırılan gələcəklə əlaqəli hərəkətlərdən bəhsedərkən istifadə olunur.

 

- Mary called this morning. We're going to meet at 7 this evening. (Səhər Mary zəng elədi. 7'də görüşəcəyik.)

 

A: Have you decided what to do for holiday? (Tətil üçün nə edəcəyinizə qərar verdinmi?)
B: Yes, I am going to sleep at home. (Hə, evdə yatacağam.)

 

- Would you like me to take you home? (Səni evə aparmağımı istəyirsən?)
- Oh, thanks. John is going to pick me up. (
Təşəkkürlər. John məni aparacaq.)

 

 

 

Yuxarıdakı cümlələrdə ancaq danışanın bəhs etdiyi hərəkəti əvvəlcədən planladığı anlaşılmaqdadır.

 

► Going to future tense, danışan dəqiq sübutlara dayanaraq gələcəklə əlaqəli təxmində bulunursa istifadə olunur.

 

- Look at those black clouds. It's going to rain. (O qara bulutlara baxsana. Yağış yağacaq.)

- Hey, slow up. You're going to hit somebody. (Hey, biraz yavaşla. Birisini vuracaqsan.)

- Look at that little kid on the wall. He's going to fall. (Divarın üstündəki balaca uşağa bax. Düşəcək.)

 

Yuxarıdakı cümlələrin hamısında, danışanın gələcəkdə olacaq bir hərəkətlə əlaqəli təxminləri vardır. Dəqiq sübut ifadəsi İngilizce öyrənən birçox insanın başını çaşdırır. Buradakı dəqiq sübut ifadəsi, danışanın söylədiyi hərəkətin gerçəkləşəcəyinə dair güclü bir inancın olması və bu inancı dəstəkləyən bəzi dəllilərin mövcut olması deməkdir. Yoxsa divarın üzərində gəzən bir uşağın düşməsi üçün dəqiq bir sübut tapmaq imkansızdır. Ancaq divarın incə olması, uşağın yalpalıyor olması kimi səbəblər, təxmini dəstəkləyən dəlillər olaraq başa düşülür.

 

► Going to future tense danışan insan gələcəklə əlaqəli bir niyətindən bəhsederkən də istifadə olunur.

 

- We're going to paint our livingroom tomorrow. (Sabah oturma otağını boyuyacağız.)

- John has won the lottery. He says he's going to to buy a house in Cambridge. (John loteriyanı  qazandı. Cambridge'də bir ev alacağını deyir.)

 

 

- I'm going learn French next summer. (Növbəti yay Fransızca öyrənəcəyik.)

- I'm going to be a doctor when I grow up. (Böyüyəndə həkim olacağam )

 

► Going to future tense ümumiyətlə"go" və "come felləriylə istifadə olunmur. Bu fellərlə cümlə qurularkən present continuous tense istifadə olunur.

 

- I am going to go to London tomorrow. (SƏHV)
- I am going to London tomorrow. (
DOĞRU)

- Are you going to come to the party? (SƏHV)
- Are you coming to the party? (
DOĞRU)

 

 

Will or Going To (Qarşılaştırma)

 

Going to və will future tense İngiliscə öyrənən hərkəsin tez tez qarşılaşdığı iki zamandır. Əslində hər ikisi də gələcək zaman üçün istifadə olunur, ancaq iki zaman arasında muəyyən fərqlər vardır.

Qısaca, going to əvvəlcədən qərarlaşdırılmış vəya olmasına dəqiq gözüylə baxılan işlər üçündə istifadə olunur.
 

Will isə danışma anında, o anda qərar verilən işləri iah etmədə istifadə olunur. Bunu bir nümunəylə açıqlıyaq.

 

Adam televizora baxarkən oğlu gəlir və belə deyir

 

- Dad, can you help me with my homework? (Ata, ev tapşırığıma kömək edə bilərsən?)
- No, I can't. I am busy now. I will help you later. (yox edəmmərəm. İndi məşğulam. Sənə sonra yardım edərəm

 

Bu ilk diyalogda adam yardım etməyə danışma anında qərar verdiyi üçün will istifadə edir.

İndidə aşağıdakı biraz daha fərqli dialoqu oxuyun.

 

- Dad, can you repair my bicycle? (Ata, velosipetimi təmir edə bilərsən?)
- No, I can't. I am going to help Mary this afternoon. I'll repair your bicycle tomorrom. 
  (Yox edəmmərəm. Günortadan sonra Mary'yə Kömək edəcəyəm. Velosipetini sabah düzəldərəm.)

 

Bu diyalogda isə ilk cümlədə danışan going to istifadə edir. Biz də Mary'ye yardım etmə sözünü daha əvvəl verdiyini başa düşürük. İkinci cümlədə will istifadə olunur çünki oğluna yardım etmə qərarını o anda verir

 

 

 

Will ve Going To Future Tense istifadəsindəki fərqlər aşağıda detaylı olaraq izah edilmişdir. 


► Bir iş könüllü olaraq ediləcəyi zaman "will" istifadə olunur. Bu könüllü hərəkət şəxsin qarşısındakına etdiyi təkliftir.

 

                          

Will və To be going to Video dərslik ətraflı

 

A: I'm really hungry.  (Həqiqətən çox acam.)
B: I'll make some sandwiches. (Sənə biraz sendviç hazırlıyım.)

A: I'm so tired. I'm about to fall asleep.  (Çox yorğunam. Yatmaq üzərəyəm.)
B: I'll get you some coffee. (Sənə biraz kofe gətirim.)

A: The phone is ringing.  (Telefon zəng edir.)
B: I'll get it.  (mən baxaram.)


► "Will" ümumiyətlə söz verərkən istifadə olunur.

 

- I will call you when I arrive. (çatanda sənə zəng eliycəm.)

- I promise I will not tell him about the surprise party. (Söz verirəm. Ona sürpriz qonaqləq haqqında heçbirşey deməyəcəyəm.

 

► Going to Future Tense bahsedilən hərəkətin daha əvvəldən planlanmış olduğunu ifadə edir.      

 

- He is going to spend his vacation in Hawaii. (Tətilini Hawai'de keçirəcək.)

- We are going to meet each other tonight at 6:00 PM. (Bu gec\ 6'da görüşəcəyik.)

A: Who is going to make John's birthday cake. (John'un doğumgünü tortunu kim düzəldəcək?)
B: Sue is going to make John's birthday cake. (John'un doğungünü tortunu Sue düzəldəcək.)


► "Will" ve "Going to" gələcəklə əlaqəli zənn etmədə istifadə olunur. Əgər zənninizi dəstəkləyən çox açıq bir sübut varsa "be going to" forması, yoxsa "will"   dən istifadə olunur. Bəzi hallarda hər iki hal məqbul sayılır.

 

 

- The year 2021 will be a very interesting year. (2021 ili çox maraqlı bir il olacaq.)
- The year 2021 is going to be a very interesting year. (2021 ili çox maraqlı bir il olacaq.)

 

- It will rain. (Yağış yağacak)
- It's going to rain. (Yağış yağacak. Əgər göyüzü qara buludlarla dolsa və yağışın yağacağı dəqiqdirsə "going to" istifadə olunur.)

 

DİQQƏT!

 

Xüsusilə  "Will" Future Tense'li cümlələri AZƏRBAYCAN dilində fərqli şəkillərdə tərcümə olunur. Aşağıdaki nümunələrə baxaq.

 

- I will go to Italy. (İtalya'ya gedəcəyəm.)
- I will bring you an asprin. (Sənə bir asprin gətirim.)
- I will open the door. (qapını mən açaram.)

 

Qısaca danışan şəxsinniyətinə bağlı olaraq mənada dəyişir. 
  
TIME EXPRESSIONS IN FUTURE TENSES 

Time expressions zaman bildirən ifadələrdir və İngilizcə'də hər zaman üçün fərqli ifadələr istifadə olunur. Xüsusilə imtahanlarda cümlənin hansı tense olduğunu başa düşmək üçün time expression'ların bilinmesi çox vacibdir. 
 
- next year/month/week/saturday (gələcək il/ay/həftə/Şənbə)
- tomorrow ( sabah)
- soon (tezliklə)
- in two minutes/four weeks (iki dəqiqə/dört həftə içində
- 5 minutes later (5 dəqiqə sonra)

 

 

arrow