Materials

İngilis dili Modal fellər + Cümlələr


2 12458

 

İngilis dili MAY Modal feli

 

May” bu andakı ya da gələcəkdəki ehtimalları ya da nəzakətli bir şəkildə icazə istəməyi ifadə etmək üçün istifadə olunur.  İcazə istəmək üçün "can" ifadəsiylə müqayisədə daha rəsmi səslənir. Bu səbəbdən rəsmi icazədə və yazışma dilində "may" daha çox istifadə olunur. "Might" ilə arasında çox bir məna fərqi yoxdur.

 

- It may rain tomorrow. (Sabah yağış yağabilər.)

- It might rain tomorrow. (Sabah yağış yağabilər.)

 

Yuxarıdakı iki cümlə arasındakı məna fərqi yoxdur. İkisi də təxminən % 30'luk bir ehtimalı nəzərdə tutmaqdadır.

 

                   

MAY MODAL FELİ VİDEO DƏRSLİK

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

 

► İnkar formaları “may not" və “might not" şəklində düzəlir və istənilən icazəni rəddetmək yəni xeyir mənasına gəlir.  May və might, not ilə birləşmirlər, ayrı yazılırlar.

>>>>> Modal fellər testləri (1) <<<<<

 

Bu modal'da diqqət edilməsi lazım olan xüsuslardan biri “maybe” ilə “may be” nin qarıştırılmamasıdır. Maybe (bitişik yazılan ) bir ədatdır və “bəlkə olabilsinki” mənasını verir.

 

- Maybe it will rain tomorrow. (Sabah bəlkə yağış yağa bilər.)

- Jane may be ill. (Jane xəstə olabilər.)

 Qarşı tərəfdən nəzakətli bir formada bir şey istəyərkən vəya xahiş edərkən mübtəda həmişə I ( mən) olur. May köməkçi felindən sonra  I mübtədası xaricində hərhansı bir mübtəda istifadə olunmaz.

 

- May I please open the window? (zəhmət olmasa pəncərəni açabilərəm?)

- May you please open the door ? (SƏHV)

 

► İcazə istəmək vəya qarşı tərəfə icazə vermək üçün MAY istifadə olunur.

 

- You may turn on the radio if you want to. (İstəsəniz radyoyu açabilərsiniz.)

- May I sit next to you? (Yanınıza oturabilərəm?)

 

► Şübhəli ya da ehtimal daxilində olan hərəkətlər üçündə  MAY istifadə olunur.

 

- I may get a good mark in the English exam, but I am not sure. (İngiliscə imtahanımdan yaxşı bir qiymət ala bilərəm, ancaq əmin deyiləm.)

 

- The street is wet. Our car may slip. (Yol suludur, maşınımız sürüşəbilər.)

 

► Gələcəyə dair bir məqsəddən bəhsedərkən də bəzi hallarda MAY istifadə olunabilir.

 

- I buy a ticket for the theatre beforehand so that I may sit near the stage (Səhnəyə yaxın oturabilərəm deyə bileti əvvəlcədən alıram.)

 

► Keçmişlə əlaqəli ehtimallardan bəhsedərkən MAY istifadə olunur və sonra have və felin 3. Forması gəlir

 

- You may have forgotten to lock the door. (Qapını bağlamağı unutmuş olabilərsən.)

 

- Your father may have seen you smoking just now. (Atan biraz əvvəl səni siqaret cəkərkən görmüş olabilər.)

 

 

 - They may have moved to another house yesterday. (Dünən başqa bir evə köçmüş olabilərlər.)

 

- They may have bought a house last year. (Keçən il bir ev satın almış olabilərlər.)

 

Youtube kanalımız >>> İngilis dili qrammatik qaydalar

 

 

İNGİLİS DİLİ MIGHT MODAL FELİ

 

Might ilə may arasında ehtimal bildirən cümlələrdə hərhansı bir məna fərqi yoxdur. Ancaq bu iki ifadə istifadəsinə görə bəzi fərqliliklər göstərəbilər.

 

►Keçmişlə əlaqəli icazə vermək vəya icazə almaq üçün istifadə olunabilir.

 

- Our teacher told us we might go out when the bell rang. (Müəllimimiz zəng çaldığında çölə çıxa biləcəyimizi söylədi)

 

► Keçmişlə əlaqəli arzulardan bəhsedərkən istifadə olunur.

 

- I hoped you might pass your class. (Sinifini keçməyini ümid etmişdim.)

 

 

► Gələcəklə əlaqəli şübhə ya da zəyif ehtimal bildirmək üçün istifadə olunur.

 

- You might miss the train because you are a little late. (Biraz gecikdiyin üçün qatarı itirə bilərsən.)

- I might come again. (Yenə gələbilərəm ) 



► Bəzi hallarda məqsəd bildirən cümlələrdə istifadə olunur.

 

- He attended an English course in order that he might learn English well. (İngilis dilini yaxşıca öyrənəbilmək üçün ingilis dili kurslarına davam etdi.)

 

► Çox nəzakətli bir formada vəya çox rəsmi yerlərdə vəya yazışmalarda icazə istəmək vəya icazə vermək üçün istifadə olunur.

- Might I read your newspaper? 
(Qazetinizi oxuya bilərəm?)

- You might send the book in advance. (Kitabı qabaqcadan göndərə bilərsəniz.)

 

► Keçmişdə reallaşma ehtimalı olan ancaq reallaşmayan hərəkətlər üçündə istifadə olunur.

 

- You might have hurt him, but you didn't. (Onu incidə bilərdin, ancaq eləmədin.)

- They might have come by bus, but they preferred to walk. (Avtobusla gələbilərlərdi ancaq gəzməyi üstün tutdular.)

 

 

 

İNGİLİS DİLİ MODAL FELLƏR (Must and Have To) HAQQINDA

 

Must və have to çox zaman birbirinin yerinə istifadə olunabilirlər. Aralarında istifadəsi üçün xırda fərqliliklər vardır. Bu dərsimizdə bu fərqlər vurğulanacaqdır.

 

► Cümlədə  Must istifadə olunduğu zaman cümləni deyən birisi öz şəxsiyyətini orataya qoyduğu və öz hisslərini və şəxsi aspektini dilə gətirdiyi başa düşülür.

Have to istifadə olunduğu zaman isə, məcburiyətin cümləni deyən insandan meydana gəlmədiyi və öz hisslərini dilə gətirmədiyi, öz iradəsi xaricindən meydana gələn bir məcburiyətdən ortaya çıxdığı başa düşülür.

 

                              

MUST VƏ HAVE TO MODAL FELİ VİDEO DƏRSLİK

 

 

- She must clean her room. (O otağını təmizləməlidi.)

 

Bu cümlədə otağın təmizlənməsi lazım olduğu vurğulanmaqdadır və bu fikir cümləni deyən insanın şəxsi fikridir.

 

- The students must study English at least ten hour a week. (Tələbələr həftədə ən az on saat İngilis dili oxumalıdırlar.)

 

Bu cümlədəkii məcburiyyət, yenə cümləni deyən insanın öz fikridir.

 

- You have to wear a uniform int this school. (Bu məktəbdə forma geyməlisiniz.)

 

Bu cümlədə vurğulanan məcburiyyətin, cümləni deyən insanla əlaqəsi yoxdur. Yalnızca məktəbin qaydasını, yəni öz xaricində meydana gəlmiş bir qaydadan bəhsedilməkdədir.

 

- It will be very cold tomorrow. We will have to make a fire in the house. (Sabah hava çox soyuq olacaq. Evdə ocaq qalamalı olacağız.)

 

Bu cümlədə görüldüyü kimi şərtlərdən meydana gələn bir məcburiyyətdən bəhsedilməkdədir.

 

- My grandfather is too old. He has to walk with a stick. ( Babam çox yaşlıdır. Dəyənəklə gəzmək məcburiyyətindədi.)

 

► Bəzi hallarda, məcburiyyət insanın öz iradəsi xaricində, yəni xaric bir qayda vəya qanunla əlaqəli belə olsa, cümləni deyən insan bu məcburiyyəti mənimsiyirsə "must" istifadə olunabilir.

 

 

 

- People have to keep quite when they are in a mosque. (İnsanlar məsciddəykən səssiz olmalıdırlar.)

 

Bu cümləni deyən birisi, sadəcə məscidlərdə tabeolunması lazım gələn bir qaydadan bəhsetməkdədir.

 

People must keep quite when they are in a mosque. (İnsanlar məsciddəykən səssiz olmalıdırlar.)

 

Bu cümləni deyən insan isə, tabeolunması lazım gələn qaydanı özüdə qəbul etməkdədir.

 

► Xüsusilə birinci şəxsin təki və cəmi istifadə olunduğu zaman, must ilə have to arasındakı məna fərqi yaxşıca azalır və çox zaman birbirlərinin yerinə istifadə olunabilirlər. Aralarındakı tək fərq, “have to” vərdişləri ifadə etmədə, “must” isə vacib və o dəqiqə edilməsi lazım gələn hallarda istifadə olunur.

 

- I have to get into my car and go to work at a quarter to seven every morning on week days. (Həftə arası hər səhər saat yeddiyə 15 dəqiqə qalmış maşınıma minib işə getməliyəm.)

 

- I have to finish a novel every month. (Hər ay bir roman bitirməliyəm.)

Yukarıdakı cümlələrdə bəhsedilən məcburiyyət, əslində bir vərdişdir.

 

- I must finish this novel till tomorrow morning. I will return it to the library. (Sabah səhərə qədər bu rəmanı bitirməliyəm. Kitabxanaya təhvil verəcəm.)


 
İNGİLİS DİLİ HAVE TOHAVE GOT TO HAQQINDA



Bir dəfəyə məxsus məcburiyyət hallarını ifadə edərkən, have to və have got to istifadə olunabilir, iki struktur arasında məna baxımından hərhansı bir fərq yoxdur.

 

- I have to / have got to water my flowers on the balcony today. (Bugün balkondaki çiçeklerimi sulamam lazım.)

 

Görüldüyü kimi yuxarıdakı cümlə, bir dəfəyə məxsus, tək bir hərəkətdən bəhsetməkdədir.

 

Ancaq mütəmadi olaraq edilən və vərdiş halına gəlmiş məcburi hallarda, yalnızca "have to" istifadə olunur. Bu cür cümlələrdə "have got to" istifadə oluna bilməz.

 

- I have to water my flowers on the balcony every Sunday. (Balkondakı çiçəklərimi hər bazar sulamalıyam)

 

Bu cümlədə vərdiş halına gəlmiş bir vəziyyətdən bəhsedilməkdədir. Bu hallarda have got to bir o qədərdə istifadə olunmur.

 

OBLIGATION IN THE PAST (Keçmişdə öhdəlik)

 

Keçmiş zamanda bir öhdəlikdən bəhsediləcəyi zaman sadəcə “had to” istifadə olunur. "Must" köməkçi felinin keçmiş zamanı da "had to" dur.

 

- We had to whitewash the flat before we moved in. (Köçməzdən qabaq evi təmizləmək məcburiyyətində qaldıq.)

 

- I had to spend the whole day with my mother last Friday. (Keçən cüməni bütün günü anamla keçirmək məcburiyyətində qaldım.)

 

 

İNGİLİS DİLİ MODAL FELLƏR - Modals (Should / Ought to)

 

SHOULD

 

Should nəsihət ya da tövsiyə ifadə etmək üçün istifadə olunur. Hərhansı bir şeyin edilməsinin yaxşı olacağını demək üçün cümlədə "should" və feldə "to" hissəciyi olmadan, edilməsinin yaxşı olacağını söyləmək üçündə, "shouldn't" və yenə felin to-suz forması istifadə olunur.

 

                     

SHOULD MODAL FELİ VİDEO DƏRSLİK

 

 

Should, bütün şəxslər üçün heç bir dəyişiliyə məruz qalmadan istifadə olunur. Cümlədə köməkçi fel vəzifəsi gördüyü üçün fel ilə arasına " to" gəlmir. Keçmiş zamandakı hərəkətlər üçün istifadə olunarkən isə "should have" və felin üçüncü halı istifadə olunur.

 

"Should" ümumiyyətlə tövsiyyə üçün istifadə olunsada, fərqli istifadə formaları vardır. Aşağıda bu istifadə formalarına nümunələr verilmişdir.

 

- When you go to Berlin, you should visit the palace in Potsdam. (Berlinə getdiyində Potsdamda saraya baş çəkməlisən.)   

 

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

 

 (TÖVSİYYƏ) 

- You should focus more on your family and less on work. (İşdən daha çox ailənə fokuslanmalısan.)
  (TÖVSİYYƏ) 

- I really should be in the office by 7:00 AM. (Saat 7'də ofisdə olmalıyam)
  (MƏCBURİYYƏT) 

- By now, they should already be in Dubai. (İndiyə dubayda olmalıdırlar.)
  (GÖZLƏNTİ)

 

İNGİLİS DİLİ OUGHT TO HAQQINDA

Bütün şəxslər üçün heç bir dəyişikliyə məruz qalmadan ought to istifadə olunur. Sual formasını qurarkən ought mübtədan əvvəl  to isə ondan sonra istifadə olunur. İnkar cümlə qurarkən not hissəciyi əlavə olunur. Qısaltılmış forması  oughtn't dır. Həmişə fellərin birinci forması ilə istifadə olunur. Normal halı ilə present və future üçün istifadə olunur. Keçmişdəki hadisələr üçün ought to have ilə fellərin üçüncü halı istifadə olunur.

 

SHOULD VE OUGHT TO İSTİFADƏSİ

 

► Qarşı tərəfə tövsiyyə formasında birşey deyərkən, edilməsi lazım gələn işləri və vəzifələri xatırladarkən və ought to eyni mənada istifadə oluna bilirlər. Belə hallarda cümləni söyləyənin bir məcburiyyəti vəya xaricdən bir məcburi birşeyi yoxdur.

 

- You ought to / should drive more carefully than you do. (İndikindən daha diqqətli maşın sürməlisən.)

 

- The government should / ought to solve the traffic problem in Baku. (Hökümət bakidakı tıxac problemini həll etməlidir.)

- The headline of the today's newspaper is wrong. It shouldn't  / oughtn't to be like this. (Bugünki qazetin başlığı səhvdir. Belə olmamalıdır.)

 

- Doctors says that everybody should / ought to see a doctor at least once in six months. (Həkimlər hamı en azından altı ayda bir həkimə görünməlidir deyirlər.)

 

Yuxarıdakı cümlələrdə görüldüyü kimi hərhansı bir məcburiyyət söz mövzusu deyildir. Sadəcə edilməsi vəya edilməməsi lazım gələn hallar dilə gətirlilməkdədir.

 

► Keçmişdə qalmış hadisələrin yanlış olduğunu ifadə etmək üçün yəni “belə olmalıydı, belə olmamalıydı” kimi ifədələr istifadə etmək üçün həm "should have done" həm də "ought to have done" istifadəı olunur.

- You should have told your father the truth. (Atana həqiqəti deməliydin.)

- The goverment ought to have decreased the prices. (Hökümət qiymətləri düşürməlidi.)

- The lorry driver shouldn't have driven that fast on such a rainy day. (Yük maşını sürücüsü belə yağışlı bir gündə bu qədər sürətli sürməməliydi.)

 

Görüldüyü kimi yuxarıdakı cümlələrdə yenə hərhansı bir məcburiyyət vəya məcburiyyət söz mövzusu deyildir.

 

► Ehtimal daxilində olan hadisələrin izah edilməsində də həm should və həm də ought to istifadə olunabilir. 

- ( I think ) the teacher should come early this morning. (Düşünurəmki müəllimimin bu səhər tezdən gəlməsi lazımdı )

- ( To me ) ,  Hüseyin should play in the school team. Because he plays well enough. (Məncə, Hüseyin məktəb komandasında oynamalıdır.)

- ( I hope ) I ought to be home at nine tonight. (Ümid edirəm bu gecə evdə olacağam.)

 

Youtube kanalımız >>> İngilis dili qrammatik qaydalar

 

İngilis dili testləri modal fellər

 

arrow