Materials

İngilis dili İndiki bitmiş və İndiki bitmiş davamedici zamanın fərqi + Cümlələr


0 3865

İngilis dili İndiki bitmiş və İndiki bitmiş davamedici zamanın fərqi  + Cümlələr

 

Present Perfect Simple ( İndiki bitmiş zaman ) or Present Perfect Continuous ( İndiki bitmiş davamedici zaman ) (I have gone or I have been going)

 

Bir əvvəlki dərsimizdə Present Perfect Simple ( İndiki bitmiş zaman ) və Present Perfect Continuous Tense ( İndiki bitmiş davamedici zaman ) arasındakı fərqlər izah edilmişdi. Bu dərsimizdə isə iki zaman arasındakı fərqlərin izahına nümunələr üzərindən davam edirik.

 

Aşağıdakı iki nümunəyə göz gəzdirək.

 

- John's clothes are covered in paint. She has been painting the walls. (John'un paltarları boya içindədir. Divarları boyuyur.)

- The walls were white. Now it is blue. He has painted the walls. (Divarlar ağ idi, indi isə mavi. O divarları boyayıb.)

► Birinci nümunədə Present Perfect Continuous Tense istifadə edilmişdir. Bu cümlədə vacib  olan hərəkətin özüdür. Bitib bitmədiyinin heçbir mənası yoxdur. Ama bu nümunədə hərəkətin hələ tamamlanmamış olduğu başa düşülür.

 

İkinci nümunədə isə Present Perfect Simple Tense ( İndiki bitmiş zaman ) istifadə edilmişdir. Burada izah edilən və vurğulanan nöqtə,hərəkətin tamamlanmış olmasıdır. Yəni divarların boyanması nəticəsində rənginin dəyişməsidir. Digər bir deyişlə, bu cümləni söyləyən şəxs divarların boyanma hərəkətindən çox, hərəkət nəticəsində meydana gələn dəyişiklik üzərində durmaqdadır. 

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

► Bu iki zaman arasındakı fərqi daha yaxşı başadüşmək üçün aşağıdakı nümunələrədə göz gəzdirək. Diqqət edərsəniz birinci nümunələr, yəni Present Perfect Continuous Tense ( İndiki bitmiş davamedici zaman ) ilə qurulan cümlələrdə, hərəkətlərin davamlılığı üzərinə vurğu vardır. İkinci nümunələrdə, yəni Present Perfect Simple Tense ( İndiki bitmiş zaman ) ilə qurulan cümlələrdə isə hərəkətin bitmiş olduğu izah edilməkdədir.

 

İndiki bitmiş və İndiki bitmiş davamedici zaman nümunə cümlələr

 

- My hands are very dirty, I've been repairing the bike. (Əllərim çirkli. Velosipeti təmir edirdim.)


- The bike is OK again now. I've repaired it. (Velosipetin işi tamamdır. Təmir etdim.)

 

- He's been smoking too much recently. She should smoke less. (Son zamanlarda çox siqaret çəkir.

Daha az çəkməli)


- Somebody has smoked all my cigarettes. The packet is empty. (Birisi bütün siqaretlərimi çəkmiş. Paketim bomboş.)

 

- It's nice to see you again. What have you been doing since we last met? (Səni yenidən görmək gözəl. Son gördüyümdən bəri nə etmisən?)


- Where's the book I gave you? What have you done with it? (Sənə verdiyim kitab harada? Ona nə etmisən?)

 

- Where have you been? Have you been playing tennis? (Haralardaydın? Futbol mu oynuyurdun?)
- Have you ever played tennis? (Heç tennis oynamısanmı?)

 

► Present Perfect Continuous Tense ( İndiki bitmiş davamedici zaman ) hələ davam edən bir hərəkətin nə qədər müddətdir çəkdiyini izah etmək üçün izah etmədə istifadə olunur.

 

İndiki bitmiş davamedici zaman nümunə cümlələr

 

-  How long have you been reading that newspaper? (Bu qazeti nə qədər müddətdən bəri oxuyursan?)
 
-  Sue is still writing letters. She's been writing letters all day. (Sue hələ məktub yazır. Bütün gün məktub yazırdı.)
 
- They've been playing basketball since 3 o'clock. (Saat 3'dən bəri  basketbol oynayırlar.)

 

       Daha çox nümunəyə bax

    

 

► Present Perfect Simple tense ( İndiki bitmiş zaman)  bitmiş bir hərəkətin neçə dəfə tekrarlandığını vəya neçə dənə  olduğunu, yəni miqdarını soruşarkən istifadə olunur.

 

İndiki bitmiş zaman nümunə cümlələr

 

- How many pages of that book have you read? (Bu kitabın neçə səhifəsini oxumusan?)

- Michael has written five e-mails today. (Michael bugün beş dənə e-mail yazıb.)

- They've played tennis three times this week. (Bu həftə üç dəfə tennis oynayıblar.)

 

 

arrow