Materials

Qeyri-müəyyən əvəzliklər ( Indefinite pronouns )


0 6022

Qeyri-müəyyən əvəzliklər ( Indefinite pronouns ) ətraflı + Cümlələr

 

Indefinite Pronouns (Somebody, Anybody, Nobody)

 

Bir əvvəlki dərsdə izah edilən some və any istifadə qaydaları, bu dərsdəki əvəzliklər üçündə eynidir. Yəni təsdiq, inkar və sual cümlələrində istifadələri eynidir . Ancaq məna olaraq birbirlərindən fərqlidirlər. Aşağıdaki cədvəldə, indefinite pronouns (qeyri müəyyən əvəzliklər )in istifadəsinə dair ətraflı izahlar və nümunələr verilmişdir.

 

somebody

Kimsə

Somebody stole my wallet (kimsə pul qabımı oğurladı)

someone

Kimsə

I saw somene outside. (çöldə kimisə gördüm.)

something

Nəsə

There is something on your head. (Başında birşey var.)

somewhere

harasa

I left my glassess somewhere. (eynəyimi hardasa unutdum.)

anybody

Heç kimsə / Hərhansı bir kimsə

I didn't see anybody at home. (Evdə heç kimsəni görmədim.)

anyone

Heç kimsə / Hərhansı bir kimsə

Is there anyone in the class? (Sinifdə kimsə var?)

anything

Heçnə / nə isə

I didn't buy anything yesterday. (Dünən heçbir şey almadım.)

anywhere

Heç hara / Harasa

We didn't go anywhere last summer. (Keçən yay heç hara getmədik.)

nobody

Heç kimsə

I saw nobody at school. (Məktəbdə heçkimsəni görmədim

noone

Heç kimsə

I met noone at the party. Qonaqlıqda heç kimsəylə tanış olmadım.)

nothing

Heçnə

I sold nothing yesterday. (Dünən heçbir( heçnə) şey satmadım.)

nowhere

Heçhara

I went nowhere last holiday. (Keçən tətil heçhara getmədim.)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<


 

EXAMPLES (NÜMUNƏLƏR)

 

- They didn't see anyone/any body in the room. (Otaqda heçkəsi görmədilər.)

- They saw no one / nobody in the room. (Otaqda heçkəsi görmədilər.)

- He doesn't want anything. (O heçnə istəmir.)

- He wants nothing. (O heçnə istəmir.)

- I am not going anywhere. (Heç hara getmirəm.)

- I am going nowhere. (Heç hara getmirəm.)

- We want go to somewhere. (Harasa getmək istəyirik.)

- The man is going to buy something. (Adam nə isə alacaq.)

- Your father is talking to somebody / someone. (Atan kimsəylə danışır.)

- Can anybody lift this heavy stone? (Kimsə bu daşı qaldıra bilərmi?)

- Will you go anywhere? (harasa gedəcəksən?)

- Do you want anything to read? (Oxuyacaq birşey istəyirsən?)

 

► No ile başlayan əvəzliklər struktur olaraq təsdiq cümlədə istifadə olunurlar, ancaq mənaları inkardır. Bu hal Azərbaycan dilində yoxdur.

 

- I saw nobody at the party. (Qonaqlıqda heçkimi görmədim )

 

Bu cümlənin Azərbaycan dilinə tərcümə edilmiş halı, "Qonaqlıqda heç kimi görmədim" şəklindədir. Görüldüyü kimi cümlədə inkar əlavəsi olaraq not istifadə olunmuşdur, ancaq cümlənin mənası inkardır.

 

► Any ilə başlayan əvəzliklər inkar cümlələrdə istifadə olunduğunda, heç mənasını verir.

- I didn't see anybody at the party. (Qonaqlıqda heçkimi görmədim.)

 

► Nobody və somebody mübtəda olaraq istifadəoluna bilirlər və daima tək olaraq düşünülürlər.

 

- Somebody called my name. (Kimsə adımı çəkdi.)

- Somebody always follows me. (Kimsə məni hər zaman təqib edir.)

► Anybody də mübtəda olaraq istifadə olunur ancaq o zaman hərhansı biri mənaya gəlir. 

- No one / nobody is coming to my wedding. (Toyuma heçkəs gəlmir.)

- Anybody can cook an egg. (kimsə / hərkəs yumurta bişirəbilir.)

 

► Some, bir, hərhansı bir mənasında istifadə olunur və təkdir. 

- Some day I'll be rich and help the poor. (Bir gün zəngin olub kasıblara kömək edəcəyəm.)

 

► Any, (her, hərhansı bir) manasında istifadə olunur və təsdiq məna verir. Tək olaraq düşünülür. 

- Any man in my company can solve this problem. (Şirkətimdəki hərhansı birisi / hərkəs bu problemi həll edəbilər.)

 

- Anything in this shop is expensive. (Bu mağazadakı hərşey bahalıdır.)

- You can ride any horse in my stable. (Tövləmdəki hər atı çapa bilərsən.)

 

► No, (heçbir ) mənasında istifadə olunur. Bu mənada istifadə olunduğu zaman həm tək həm də cəm olaraq isifadə olunur

 

- No man in his village will invite you for dinner. (Kəntdəki heç bir adam səni axşam yeməyinə dəvət etmiyəcək.)

 

- There is no bus now. We have to walk. (İndi avtobus yoxdu. Piyada getmək məcburiyyətindəyik.)

- We slept in the car. Because there were no hotels in the town. (Maşında yatdıq. Çünki qəsəbədə heç yoxdu.)

. 

 

arrow