Passive voice qayda və cümlələr
Bu məqaləmizdə sizlərə ingilis dili öyrənən tələbələr üçün məchul növdə olan cümlələri təqdim edəcəyik. Ancaq məchul növdə ( passive voice sentences) cümlələri təqdim etməzdən qabaq əvvəlcə Məchul və Məlum növün nə olduğunu başa düşməyə çalışaq
Active Voice (Məlum növ) və Passive Voice ( Məchul növ) Fərqi
Active voice mübtədanın etdiyi bir hərəkəti ifadə etmək üçün istifadə edilərkən; Passive voice isə bir şeyin biri ya da biriləri tərəfindən edildiyini ifadə etmək üçün istifadə edilir. Məsələn;
Active Voice – Məlum növ : I do my homeworks every night
Hər gecə ev tapşırıqlarımı edirəm.
Passive Voice – Məchul növ : My homeworks are done by me every night
Ev tapşırıqlarım hər gecə mənim tərəfimdən edilir.
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
● Nümunədə də göründüyü kimi məlum növ cümlələrdə yer alan cisimlər (tamamlıq) məchul növ cümlələrdə mübtədaya çevrilməkdədir.
>>>> Məchul növ ətraflı məqalə <<<<
Passive Voice Təsdiq cümlələr
Mübtəda + to be + felin 3. halı + by
Passive voice inkar cümlə qəlibində hərəkətin kimin tərəfindən edildiyini müəyyən edən by əlavəsi istəyə bağlı olaraq istifadə edilir
This television was repaired by me - Bu televizor mənim tərəfimdən təmir edildi
This television was repaired – Bu televizor təmir edildi
The cake was eaten by guests – tort qonaqlar tərəfindən yeyildi
The man stood by the gate was bitten by a dog – Qapıda dayanan adam bir it tərəfindən dişlənildi
The window was broken – Pəncərə qırıldı
All his debts were paid by a stranger man - Onun bütün borcları yad bir adam tərəfindən ödənildi
He doesnt consider that glasses will be broken once again - O, şüşələrin yenidən qırılacağını düşünmür ( hesab etmir)
The house that you see over there was bought her by her husband – Orada gördüyün ev ona əri tərəfindən alınıbdı
Everything we remember is forgotten in time – Xatırladığımız hərşey zamanla unudulur
The house was painted last week - Ev keçən həftə boyandı
Champagne is drunk on New Year’s Eve. – Şampan Yeni il ərəfəsində içilir
George Washington was elected president in 1788. – George Washington 1788-ci ildə prezident seçildi
The lion was killed by the hunter. – Şir ovçu tərəfindən öldürüldü
The windows have been cleaned. – Pəncərələr təmizlənib
The doors are going to be locked at ten o'clock. – Qapılar saat 10 da bağlanacaq
He was given a book for his birthday. – Ona ad günü üçün bir kitab hədiyyə etdilər
She was sent a cheque for a thousand euros. – Ona min avroluq bir çek göndərildi
The meeting was called off. - İclas təxirə salındı
İngiliscə qrammatika mövzuları Video dərsliklər ətraflı
Məchul növ inkar cümlələr
Daha çox nümunəyə bax
Mübtəda + to be + not + felin 3. halı + by
Passive voice inkar cümlə qəlibində hərəkətin kimin tərəfindən edildiyini müəyyən edən by əlavəsi ( hissəcik) eynilə təsdiq cümlə formasındakı kimi istəyə bağlı olaraq istifadə edilir.
This television was not repaired by me - Bu televizor mənim tərəfimdən təmir edilmədi
This television was not repaired – Bu televizor təmir edilmədi
She was not chosen as a candidate – O, namizəd kimi seçilmədi
They were not given any reward at the competition - Yarışda onlara heç bir mükafat verilmədi
The book that she lost in the school was not found - Onun məktəbdə itirdiyi kitab tapılmadı
Although he owns countless properties, he is not known as millionaire - O, bir çox mülkə sahib olmasına baxmayaraq, o milyonçu olaraq tanınmır
As long as they live, they will not ever been forgotten - Onlar yaşadıqları müddətcə heç vaxt unudulmayacaqlar
Their belongings will be kept at customs at least a day - Ən azı bir gün, onların əşyaları gömrükdə saxlanılacaq
She will not be compensated for some reasons - Ona bəzi səbələrdən dolayı müavinat ödəniləməyəcək
Most of articles written in English for kids will not be shared on internet - Uşaqlar üçün ingilis dilində yazılan məqalələrin əksəriyəti internetdə paylaşılmayacaq
The idea which we offered were not accepted by the jury - Onların təklif etdiyi fikir jüri heyəti tərəfindən qəbul edilmədi
Məchul növ sual cümlələri
to be + Mübtəda + felin 3. halı + by
Passive voice sual cümləsi qəlibində hərəkətin kimin tərəfindən edildiyini müəyyən edən by əlavəsi eynilə təsdiq və inkar cümlə formasındakı kimi istəyə bağlı olaraq istifadə edilir.
Was this television repaired by me ? – Bu televizor mənim tərəfimdən təmir edildi?
Was this television repaired ? – Bu televizor təmir edildi?
Is Shamakhi known for its excellent wines? – Şamaxı gözəl şərabları ilə tanınır?
How many civilians were killed in the bomb explosion? – Bomba partlayışında neçə nəfər mülki vətəndaş öldürüldü?
Why was your laptop stolen? – Sizin diz üstü kompyuteriniz oğurlandı?
Was the Mona Lisa painted by Leonardo Da Vinci? – Mona lisa Leonardo Da Vinci tərəfindən çəkilib?
İs the document being sent to head office right now? – Sənəd hal hazırda baş ofisə göndərilir?
Who was invited to speak at the conference? - Konfransda danışmağa kim dəvət olundu?
Were their cars being washed while they were in the shopping mall? – Onlar alışveriş mərkəzində olduqları zaman onların maşını yuyulurdu?
Were they invited to Daniel and Mary’s wedding? – Onlar Daniel və Merinin toyuna dəvət olundular?
Will it be deleted automatically after being confirmed? - Təsdiqləndikdən sonra bu avtomatik olaraq silinəcək?
Will the contract be signed tomorrow? – Sabah müqavilə imzalanacaq?
Is this bridge going to be built within the next three years? – Bu körpü növbəti 3 il içində tikiləcək?
Are new houses going to be built in our neighborhood? - Məhəlləmizdə yeni evlər tikiləcək mi?
5 ulduz
cox sagolun
Hello I am interested in Paris last night and the food is delicious and then we will go
perfect