İngiliscə bağlayıcı nədir
Bağlayıcı, iki sözü vəya iki ayrı cümləni bir birinə bağlamağa kömək edən və cümlələrə məna çeşitliliyi qazandıran qəliblərə deyilir. Azərbaycan türkçəsində də olduğu kimi İngilis dilində də bu istifadə forması sizə bir sıra üstünlüklər qazandıracaqdır. Conjunction istifadəsi sayəsində birbiri ilə əlaqəli iki ayrı cümləni birbirinə bağlaya bilər, sözləri sıralayabilər vəya birbirindən ayrı iki cümlə arasında bir məna əlaqəsi əmələ gətirəbilərsiniz. Mənasına və bağlayıcılığına görə qəliblər cümlənin başına, ortasına vəya hər ikisinə birdən əlavə olunabilər
İngilis dilində bağlayıcılar və cümlələr
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
İngilis dilində istifadə olunan bütün növ bağlayıcılar <<< Bura Click Et
And: (və) paralellik.
He parked the bus in front of the house and headed down the hill. – O, avtobusu evin qabağında saxladı və təpədən aşağı yönəldi.
He laughed at that, and his laugh was merry and frank. – O, buna güldü və onun gülüşü şən və səmimi idi.
Whether you are rich or poor, live in the developed world or the developing world, life today is better and easier than it was a century ago by virtually any measure. - İstər zəngin ol, istər kasıb, istər inkişaf etmiş dünyada yaşa, istərsə də inkişaf etməkdə olan dünyada, həyat bugün demək olar ki, bir əsr əvvəl olduğundan daha yaxşı və asandır.
But: (ancaq, lakin, fəqət) zidlik bildirir.
She objected at first but finally submitted. – O, əvvəlcə etiraz etdi ancaq sonda təslim oldu
Such a pleasant day and evening should have ended with a sweet night and happy dreams, but it didn't. – beləsinə xoş bir gün və axşam şirin bir gecə və xoşbəxt xəyallarla sonlanmalı idi, ancaq olmadı
We were sadly in the way, but that did not interfere with our pleasure in the least. – biz təəssüfki, yola çıxdıq ancaq bu bizim əhvalımıza azacıqda olsa mane olmadı
Or: (vəya, yaxud, ya da) seçim edildiyində istifadə olunur.
Are you guilty, or not guilty? – siz günahkarsınız yoxsa yox?
"You're supposed to eat with a spoon or a fork," she instructed calmly as she finished wiping the little hand - "Qaşıq və ya çəngəllə yeməyiniz lazım idi" deyə kiçik əlini silib bitirdikdən sonra sakitcə ona göstəriş verdi.
Right or wrong, the decision had been made. - Doğru ya da səhv, qərar verildi.
Yet: (halbuki, ancaq, hələ də, yenə də,)
He is my worst enemy, and yet, I admire him as the wisest man in the world. – O, mənim ən piş düşmənimdir, ancaq yenə də, ona dünyanın ən müdrik adamı kimi heyranam.
I haven’t seen that movie yet, so don’t tell me how it ends! - Hələ o filmi görməmişəm, ona görə necə başa çatdığını söyləməyin!
Christmas was only a few days away, and yet it didn't seem like Christmas. - Milad bayramına cəmi bir neçə gün qalmışdı, yenə də Milad kimi görünmürdü.
Daha çox nümunəyə bax
So: (beləki) nəticə bildirir.
I know you must be tired, so I will let you rest. - Bilirəm ki, yorğun olmalısan ( yorğunsan), beləki istirahətinə icazə verəcəyəm.
He didn't want to go, so maybe this was his expression of resistance. - Getmək istəmədi, beləki bəlkə də bu onun müqavimət ifadəsi idi.
He wants to do business as a limited liability company, so she creates an LLC online for $300. – O, Məhdud məsuliyyətli bir şirkət olaraq iş görmək istəyir, buna görə 300 dollar qarşılığında onlayn bir MMC yaradır.
Nor: (nə də) inkar bir mənanı ifadə edir.
We cannot understand it nor the reason of it. – nə bunu nədə bunun səbəbini başa düşə bilmirik
The problem is, you neither asked nor listened. – Məsələ bueasındadır ki, nə soruşdun, nə də qulaq asdın.
He heard neither the clock nor the birds. - Nə saatı, nə də quşları eşitdi.
Zaman bildirən bağlayıcı cümlələr:
After: (sonra, -dan sonra, -dıqdan sonra, arxasınca)
After he left, she lifted one of the suitcases and placed it on the bed. - Gedəndən sonra çamadanlardan birini qaldırdı və yatağın üstünə qoydu.
Carmen stared after her and shook her head. - Karmen arxasınca baxdı və başını yellədi.
After many adventures I reached Omaha, only to find that all my old friends were dead or had moved away. - Bir çox sərgüzəştlərdən sonra Omaha çatdım, ancaq bütün köhnə dostlarımın öldüyünü və ya köçdüyünü öyrəndim.
After that: (bundan sonra)
After that they were friends. – Bundan sonra onlar dost oldular
After that he spoke no more – Bundan sonra o, daha danışmadı
After that they ate. – Bundan sonra onlar yedilər
As: (ikən, olduğu kimi)
Her face warmed as she thought of it. – düşünən kimi onun sifəti istiləndi
He slapped her on the backside playfully as she passed. – o, onun yanından keçərkən zarafatla onun arxasından vurdu
As long as: (əgər –sə, müddətcə)
As long as I know where to go I will manage to find the directions - Haraya gedəcəyimi bildiyim müddətdə istiqamətləri tapmağı bacaracağam
The food will be delivered to your doorstep for as long as you want it. – İstədiyiniz müddətcə yemək qapınıza çatdırılacaq
His wife will be keeping the child as long as she can. But if her life is in danger then they may consider an abortion. - Arvadı bacardığı müddətcə uşağı saxlayacaq. Ancaq həyatı təhlükədədirsə, abort etdirməyi düşünə bilərlər.
Ingiliscə cümlələr bağlayıcılar 2 - ci hissə
Hazırladı: Ceyhun Yusifov