Materials

Ingilis dilində istifadə olunan bütün növ bağlayıcılar - conjunctions


4 17926

Bağlayıcılar - Conjunctions qayda

 

Bağlayıcılar iki cümləni bir birinə bağlayırlar. Danışıq və yazı dilində mənalı və axıcı cümlələrin qurulabilməsi üçün bağlayıcların istifadəsi çox vacibdir.

 

► Coordinating Conjunction

 

a) Iki cümlə arasındakı əlaqəni qurur.


And (və) : paralellik ifadə edir. .

But (ama, ancaq, fəqət) : ziddlik ifadə edir. 

Or (vəya, yaxud, ya da) : alternatifləri ifadə edir.

 

Nor (ne de) : or'un inkar forması olub iki alternatifdən hiç biri mənasını ifadə edir.

So (bundan dolayı, beləcə) : nəticəyə aparan bir bağlayıcıdır.

For (ədat olaraq,“üçün”) : bağlayıcı olaraq iki cümlə arasında “üçün” mənasını ifadə edir. 

Yet (halbuki, hələ, hələki) 

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

 

b) Bu bağlayıcıların istifadəsi zamanı iki əsas xüsusiyyət vardır. .

 

1 : Coordinating Conjunction bağlayıcıları mütləq iki cümlə arasında olmalı.

2 : Coordinating Conjunction bağlayıcılarından əvvəl mütləq bir vergül (,) istifadə olunmalıdır.

 

c) And, So, But Bağlayıcıları

 

- So = bundan dolayı, bu səbəblə, beləcə mənalarını ifadə edir. But = Fəqət, amma,ancaq deməkdir və ziddlik bildirir.

 

- It was snowing heavily so we cancelled the match.  (Çox qar yağırdı, bu səbəblə (bundan dolayı) yarışı təxirə saldıq.)

 

- He ran as fast as he could but he couldn't win the race. (Bacardığı qədər sürətli qaçdı ancaq yarışı qazana bilmədi)

 

 

- And = və, bəs mənasını ifadə edir. İngilis dilində bu bağlayıcılar, Azərbaycan dilində olduğundan daha çox istifadə olunur. Maraqlıdırki, “və” bağlayıcısı Ərəbcədən alınmışdır, həqiqi Türkcədə bu bağlayıcı yoxdur.

 

- The trade union asked for a twenty percent increase in wages and salaries and the company management accepted it.  


  (Ticarət birliyi, qiymət ve maaşlarda iyirmi faizlik bir artım istədi və şirkət idarəsi bunu qəbul etdi.)


“and” “but ve “so” bağlayıcılarında xüsusilə mübtəda ortaq olduğu üçün ümumiyyətlə mübtəda təkrar yazılmır. Əlavə olaraq, bu qısaltmalarda vergül istifadə olunmaz.

 

- The commander was tired but confident (Komandir yorğun ancaq özündən arxayın idi.)

 

d) Yet, Or, Nor Bağlayıcıları

 

Yet = halbuki, deməkdir və “but” kimi ziddiyyət bildirir. Bu arada not alaq ki: günlük danışıqlarda daha rahat olduğundan “but” üstün tutulur. “yet” daha rəsmi yazılı İngiliscəyə aitdir və daha irəli bir İngiliscə səviyyəsinə şamil olunur.

 

- I was expecting him to be a great man, yet he amounted to nothing. (Onun böyük bir adam olmasını gözləyirdim halbuki o heçbirşey olmadı.)

 

Or = ya da, vəyaxud , yaxud, vəya mənalarını ifadə edir. Alternativ bildirir.

 

- You must love family life or never get married. (Ailə həyatını sevməlisən ya da heç evlənməməlisən.)

 

- I can go to a movie or stay at home. (Sinemaya gedəbilər vəya evdə qalabilərəm.)

 

Nor = Nə də mənasını ifadə edir. Cümləyə inkarlıq verir.

 

- He didn't contact his doctor nor did he call his family. (o həkimiylə təmasa keçmədi. Nə dəki ailəsinə zəng etdi.)

 

- I don't want to visit anybody nor do I want anybody to come to me.  (kimsəni ziyarət etmək istəmirəm nə də kimsənin məni ziyarət etməsini.)

 

 

e) Independent Clauses = Müstəqil cümlələr

 

Cordinating Conjunctions ilə əlaqələndirilən cümlələrə İngilis dilində “independent clause” yəni müstəqil cümlə deyilir. Çox diqqət edilməsi vacib və fəqli yönləri vardır.

 

- I have seen her several times, but I can't recognize him now. (Onu bir neçə dəfə görmüşəm ancaq  indi taniya bilmirəm.)

 

- I did my best and I am tired. (Əlimdən gələni etdim və yorğunam.)

 

f) Sentence Connector = Cümlə Birləşdiriciləri

 

Bu grupdakı bağlayıcılar cümləcik deyil də cümlələr arasında əlaqəni təmin edirlər. Bu xüsusiyyətlərinə  görə bağlayıcı mövqeyinə uyğun gəlmirlər. Bu səbəbdən bunlara bağlayıcı deyil də “cümlə birləşdiriciləri” deyilir

.

Bu strukturda iki cümlə vardır. Birinci cümlə bitmişdir. Amma ikinci cümlə birinci cümlə ilə əlaqəlidir. Bu tərz cümlə bağlayıcıları ikinci cümlənin əvvəlində, ortasında vəya sonunda olabilirlər.

 

Fərqli növləri vardır:
 

- Iki cümlə arasında paralellik quran bağlayıcılar

 

Furthermore, Moreover, What's More, In addition, Also : Bundan əlavə, əlavə olaraq, savayı, başqa, bir də, bununla birlikdə, üstəlik

 

- We have welcomed our guests. Furthermore, we sent them back their home at our expenses. 
  (Qonaqlarımızı yaxşı qarşıladıq. Bundan əlavə, xərcləri öz üstümüzə götürərək onları evlərinə geri göndərdik.)

 

- He is praised by his friends for the good results he got from the finals. Also, he is expecting to be rewarded by the school administration. (Yekun imtahanlarındakı yaxşı nəticələr səbəbiylə dostlarından tərif aldı. Ayrıca, məktəb idarəçiliyindən mükafat gözləyir.)

 

- Iki müstəqil cümlə arasında ziddiyət əlaqəsi quran bağlayıcılar

 

However, Nevertheless, Nonetheless, On the contrary, Still: Buna qarşılıq, olmaya-olmaya, fəqət, halbuki, əksinə, yenədə, ancaq

 

- Last Sunday, we were ready to receive company. However, noone showed up  (keçən bazar günü qonaq qəbul etməyə hazır idik (istəkliydik). Ancaq, heçkəs gəlmədi. )

 

- Nəticə bildirən bağlayıcılar

 

Therefore, Thus, Hence, As a result, Consequently: Bu səbəblə, bundan dolayı, beləliklə, nəticə olaraq, nəticədə

 

There is a hospital in our neighborhood. Therefore, we refrain from making noise. (məhəlləmizdə bir xəstəxana var. Bu səbəblə, səs küy cıxartmaqdan qaçınırıq.)

 

“Therefore”, ikinci cümlədə fərqli yerlərdə olabilər. Hər üçündə də məna eynidir.

Cümlə başında

 

- The players were very tired after the match. Therefore, they needed some rest. (Oyunçular oyundan sonra çox yorğun idilər. Bu səbəbdən, istirahət etməyə ehtiyacları var idi.)

 

Cümlə ortasında (Daha mükəmməl İngilis dili səviyyəsini ifadə edir)

 

- The professor tried to be fair to his students. He, therefore, made an oral exam in addition to the three written exams.  


  (Professor, tələbələrindən ədalətli olmağını istiyirdi. Bu səbəblə, üç yazılı imtahana əlavə olaraq şifahi bir imtahan etdi.)

 

Cümlə sonunda (nadir hallarda istifadə olunur)

 

- He was mistreated by his manager. He submitted his resignation, therefore. (O, müdüründən pis bir rəftar gördü. Bu səbəbdən işdən ayrıldı)

 

- Alternativ ifadə edən bağlayıcılar

 

Or else, Otherwise : Əksi təqdirdə, yoxsa, olmazsa

 

- You have to attend the class. Or else, you will fail in the exam. (Dərslərdə iştirak etmək məcburiyyətindəsən. Yoxsa, imtahanlardan kəsiləcəksən.)

 

- Watch your mouth. Otherwise, you will suffer. (Danışığına diqqət et. Yoxsa, sənin üçün yaxşı olmayacaq.)

 

3) Correlative Conjunction (Əlaqəli Bağlayıcılar)

 

Əlaqəli Bağlayıcılar, ikili sözlərdən əmələ gəlir və hər iki cümlədə yer alırlar.

 

 

 

- Not only ..........but also, sadəcə( təkcə,yalnızca) deyil ..........eyni zamanda

 

- He is not only a successful manager but also a good father. (O təkcə uğurluı bir idarəçi deyil, eyni zamanda yaxşı bir atadır.)

 

- Both ..........and = həm..........həm də

 

- She has both the courage and the will to get rid of difficulties she encounters. (O, qarşılaşdığı çətinliklərlə baş etmək üçün həm cəsarətə həm də iradəyə sahibdir.)

 

- Either ..........or = ya ..........ya da 

 

- While shopping, you either need cash or a credit card. (Alışveriş edərkən ya nağd ya da kredit kartına ehtiyacınız olur.)

 

- Neither ..........nor = nə ..........nə də..

 

- I love neither flowers nor trees. (Nə çiçəkləri nə də ağacları sevirəm.)

 

- Whether ..........or = (olsun ..........olmasın, olub olmadığını)

 

- I love my family whether they love me or not.  (Ailəmi, onlar məni sevsə də sevməsə də sevirəm.)

- I don't care whether you go or stay. (Getsən də qalsan da vecimə deyil.)

 

 

“also” də, da, ayrıca mənasına gəlir. “as well” ifadəsi də eyni mənadadır ancaq həmişə cümlə sonuna əlavə olunur.

 

* Not only ..........but also bağlayıcısının istifadəsində “not only” qismi cümlənin əvvəlinə gətirilərək də yazılabilir. Bunun səbəbi, cümləyə vurğu qoyulmaq istənilməsidir.


- I not only want to make money (=not only do I want to make money), but also earn respect. (Mən sadəcə pul qazanmaq deyil, eyni zamanda hörmət qazanmaqda istəyirəm.)

 

4.) Adverbial (Subordinating) Conjunction = Zərf Bağlayıcıları

 

Bir zərf ifadəsinin etdiyi işi bir cümləcik də edə bilər. Bu vəziyyətdə iki cümləcik olur və birbirinə bağlamaq üçündə  bir bağlayıcıya ehtiyacımız vardır. Bu bağlayıcı “adverbial conjunction” dır.

 

- I saw him last year. (Onu keçən il gördüm.)

 

Burada “last year” zərfinin etdiyi işi bir cümləcik də edə bilər.

 

- I saw him when I was at university. (Üniversitetdə ikən, onu gördüm.)


a) Time Conjunction = Zaman bağlayıcıları.

 

Hərəkətin nə vaxt edildiyini bilidir.

As soon as: ( ..........ir, .......... məz, arməz…..ərməz)

As long as: (..........dığı müddətcə)

Hardly / Scarcely (..........when: tam ............mışdı ki ...........oldu)

 

When: (..........dığı zaman)

After: (..........dən sonra)

Before: (..........dən əvvəl)

As: (..........ikən)

While: (..........ikən)

Just as: (..........tam ikən)

Until / Till: (..........nə qədər)

By the time: (..........cəyə qədər)

Once: (...........ca / cə)

No sooner (..........than: .....məsi ilə .....məsi bir oldu)

Since: (..........dığından bəri)

 

 

b) As və While bağlayıcıları

 

Her iki bağlayıcı da “.........ikən” mənasını ifadə edir.


- As I was walking alone in the street, the policeman stopped me. (Küçədə tək başıma gəzərkən, polis məni saxladı.)

 

- I witnessed a traffic accident while I was looking out of the window. (Pəncərədən baxarkən, bir nəqliyyat qəzasına şahid oldum.)

 

c) Just as (Tam …… ikən)

 

Ümumiyyətlə past continuous zamanda istifadə olunur. Bir hərəkətin tam başlamaq üzərə olduğunu göstərir.

 

- Just as I was entering the house, the baby started to cry. (Tam mən eve girərkən, uşaq ağlamağa başladı.)

 

d) By the time = until = till = …..'ə qədər

 

“By the time” past tense və future perfect tense ile istifadə olunur. “till”, “Until” bağlayıcısının qısaldılmış halıdır yəni ikisi eyni mənaya gəlir.

 

- By the time I got home, the visitors had left. (Mən evə gələnə qədər qonaqlar getmişdi.)


- By the time you learn how to behave, I will have left the country. (Sən terbiyəli olmağı öyrənənə qədər mən ölkəni tərketmiş olacağam.)

 

e) no sooner …… then

 

- No sooner had I started to swim then it began to rain. (Tam üzməyə başlamışdım ki yağış yağmağa başladı.)

 

 

Bu bağlayıcı ilə qurulan cümlələr  “hardly…..when” ilə də mənaya gələcək şəkildə qurula bilir.

 

- We had hardly seen each other when we separated. (Tam birbirimizi görmüşdük ki ayrıldıq.)


Qeyd: “no sooner..........than” və “hardly............when” bağlayıcıları vurgu üçün cümlənin əvvəlinə gətirilə bilər.

 

5) Cause Conjunction (Səbəb Bildirən Bağlayıcılar)

 

a) Because, As, Since, Seeing that, Now that, Given that (çünki,…dən dolayı,madamki … olduğu üçün)

 

- I have failed the exam because I didn't study enough. (İmtahandan kəsildim çünki kifayət qədər oxumadım.)

 

- As it was a fine day, everybody went out. (Gözəl bir gün olduğu üçün, hər birkəs bayıra çıxdı.)

 

- Since you are a rich man, you can spend much money. (Zəngin bir insan olduğun üçün çox pul xərcləyəbilərsən.)

 

- Given that the circumstances are convenient, we have to start implementing the project. (Şərtlər uyğun olduğundan dolayı, layihəni həyata keçirməliyik.)

 

b) Due to the fact that, Owing to the fact that, Because of the fact that, On account of the fact that,  In view of the fact that ( ..........dən dolayı, dığından,baxımından,səbəbiylə)

 

- Due to the fact that the economy was in recession, the company cut down its production. (iqtisadiyyatın durğun olması səbəbiylə, şirkət istehsalını azaltdı


Bu cümlədə “due to the fact that” ilə eyni mənaya gəlmək üzərə “owing to the fact that” istifadə olunabilər.

 

 

6) Ziddiyət bildirən bağlayıcılar = Concession Conjunctions

 

Though, Even though, Although, Despite the fact that, In spite of the fact that ( ……baxmayaraq)

 

- Despite the fact that (=In spite of the fact that) his company was going bankrupt, he continued his extravagant life. 
  (Şirkətinin iflasa getməsinə baxmayaraq, bahalı həyatına davam etdi.)

 

Whereas, While  (Halbuki , Madamki)

 

- Nobody gave him a hand when he was in difficulty, whereas (=while) he had been helpful to everybody in past. 
  (Çətin vaxtında ona heçkimsə kömək etmədi, halbuki o keçmişdə hərkəsə köməkçi olmuşdu.)

 

However, Nə qədər (…..olsa da …)

 

- However hard he tries, he can't get anything from his work. (Ne qədər zəhmət çəkirsə çəksin, gördüyü işdən heçbir nəticə ala bilmir.)

 

d) Whatever

 

- Whatever he does, he can't please his wife. (Ne edirsə etsin həyat yoldaşını məmnun edə bilmir.)

- Whatever your ideas are, you have to explain them. (Fikirlərin her nədisə, onları izah etməli olacaqsan.)

- Whatever your problem is, you have to tackle it. (Problemin nə olursa olsun, onu həlletməlisən.)

 

e) No Matter

 

- No matter what happens, I will stand by you. (Nə olursa olsun səni dəstəkləyəcəm.)

 

7) Nəticə bildirən bağlayıcılar = Result Conjunction

 

a) So that

- I was so embarrassed that I wanted to die. (O qədər utandım ki ölmək istədim.)

 

- She is so beautiful that everyman in the town fell in love with her. (O qədər gözəl ki, şəhərdəki hər kişi ona eşqə düşdü.)

 

b) Such that

 

- He is such an idiot that he may make every foolishness. (O elə bir axmaqki ki, hər cür axmaqlığı edə bilər.)

 

8) Purpose Conjunctions (Məqsəd Bildirən Bağlayıcılar)

 

a) In order to ( …-məq,-maq üçün)

 

- I have spared much money in order to afford a car. (Maşın alabiləcək maddi gücə çatmaq üçün pul yığdım.)

 

- In order to avoid problems, we have taken strict measures. (Problemlərdən uzaq durmaq üçün sərt tədbirlər aldıq  .)

 

Not: “in order to” əvəzinə sadəcə “to” da istifadə olunabilər.

 

- We all went out for a picnic to get some fresh air. (Təmiz hava almaq üçün hamımız pikniyə getdik.)

 

b) In order that

 

- In order that I could watch the football match on TV, I kicked everybody out of the room. (Futbol oyununa baxa bilməm üçün hərkəsi otaqdan qovdum.)

 

c) So as to

 

- We have arranged everything for the party so as to please all the guests. (Qonaqlıqda bütün qonaqları razı salacaq şəkildə hərşeyi tərtib etdik.)

 

- I am leaving the house immediately so as not to miss the airplane. (Evdən uçağı keçirməmək üçün dərhal çıxıram.)

 

- They made the meeting at a quiet place so as not to hear the noise of the traffic. (İclası nəqliyyatın səs-küyünü eşitməyəcək şəkildə sakin bir yerdə etdilər.)

 

d) So that

 

- Please stand up so that I can see how tall you are. (Zəhmət olmasa ayağa qalxanda nə qədər uzun olduğunu görəbilim.)

 

e) So

 

- It is rush hour so be careful when you are driving. (Bu saat iş saatı bu səbəblə maşın sürərkən diqqətli ol.)

 

9) Expectation Conjunction (Gözlənti ifadə edən bağlayıcılar)


a) In case, Just in case

 

- You have to take an umbrella with you in case it rains. (Yağış yağma ehtimalına qarşı yanında çətir götürməlisən.)

 

- I will punish you in case you disobey the rules. (Qaydalara itaət etməmən halında səni cəzalandıracağam.)

 

- Just in case a fire breaks out, we should have several fire distinguishers. (Yanğın çıxması halında bir neçə yanğın söndürəmiz olmalıdır.)

 

b) Lest

 

Az istifadə edilən bir bağlayıcıdır.

 

- The children obey their parents lest they cut down their pocket money. (Uşaqlar, cib xərcliklərini azaltmasınlar deyə valideynlərinin sözünə qulaq asırlar.)

 

- The technician controls everything carefully lest no problem arises during the operation. (Texnik, əməliyyat müddətində heç problem çıxmasın deyə hərşeyi diqqətlicə kontrol etdi.)

 

c) For fear that  (..qorxusuyla)

 

- She left her husband for fear that he should give her a beating. (O, onu döymək qorxusuyla ərini tərk etdi.)

 

- The colonel forbid the soldiers to light fires for fear that the enemy might locate them. (Polkovnik düşmən yerlərini təsbit edər qorxusuyla əsgərlərinin ocaq qalamasına qadağa qoydu.)

.

Hazırladı: Ceyhun Yusifov

arrow