Materials

As if və İn case qaydası nədir


0 610

İngilis dili qrammatika As if və İn case qaydası ətraflı + Cümlələr

 

 

In Case / As If (...ır deyə / guya)

 

IN CASE

 

"In Case" present tense, past tense ya da should ilə istifadə olunur və bir tədbir vəziyyətini  izah edir. Azərbaycan dilinə, Baxarsan olar,  …ır deyə, şəklində tərcümə olunur.

 

 

EXAMPLES (NÜMUNƏLƏR)

 

- I always carry my jack in the car in case I have a flat tyre. (Təkərim deşilər deyə domqratımı həmişə maşında daşıyıram)

 

- The man always locked his car in case somebody stole it. (Adam kimsə oğurlayar deyə həmişə maşınını kilitləyərdi)

 

- I got his address in case I should have oportunity to visit him. (Ona baş çəkmə fürsətim olar deyə adresini götürdüm)

 

- Take this umbrella in case it rains. (Bu çətiri götür, baxarsan yağış yağar.)

 

AS IF / AS THOUGH

 

as if / as though həm ehtimal vəziyyətlərini və həmdə xəyali halları izah etmək üçün istifadə olunur. Ehtimal hallarındakı cümlə quruluşu, normal cümlə quruluşu kimidir. Hər ikisi də eyni mənayı verməkdədir və birbirlərinin yerinə istifadə oluna bilirlər. Azərbaycan dilinə "sanki, guya, elə bilki" şəklində tərcümə olunurlar.

 

EXAMPLES (NÜMUNƏLƏR)

 

- The baby looks as if / as though it is going to cry. (Körpə sanki ( elə bilki)  ağlayacaq kimi görünür.)

- The man is talking as if / as though  he has been the accident. (Adam qəzayı görmüş kimi danışır.)

- They are panting as if / as though they have been running. (Sanki qaçmışlar kimi dərin dərin nəfəs alırlar.)

 

Bu cümlədə də as if / as though ilə başlayan cümləciklərdə ifadə edilən xüsuslar ehtimal daxilindədir. Yəni gerçəkləşmiş yada gerçəkləşəcək olabilər. Birinci cümlədə körpə sanki ağlayacaqdır. İkinci cümlədə adamın qəzanı görüb görmədiyini bilmirik. Üçüncü cümlədə də qaçıb qaçmadıqları aydın deyildir.

 

Ancaq as if / as though‘un xəyali vəziyyətlərdə istifadəsində həqiqət payı heç yoxdur, yalnızca bənzətmə vardır. Bu hallarda as if / as though dan sonra gələn cümlədə, if clause type 1 və if clause type 3 quruluşu kimi istifadə forması vardır.

 

- The baby looks as if / as though he was going to cry. (Körpə sanki( elə bilki)  ağlayacaq kimi görünür.)

 

Bu cümlədə körpə ağlamır və ağlamayacaqdır. Ancaq ağlayacaq kimi görünür.

 

- The man is talking as if / as though he had seen the accident. (Adam elə bilki qəzayı görmüş kimi danışır.)

 

Bu cümlədə adam qəzayı görməmişdir. Ancaq görmüş kimi danışmaqdadır. Cümləni deyən birisi, adamla əlaqəli lağ vəya heyranlıq bildirən hisslər ifadə etməkdədir.

 

- They are panting as if / as though they had been running. (Sanki qaçmışlar kimi dərin dərin nəfəs alırlar.)

 

Bu cümlədə də bəhsedilən kişilərin əslində qaçmadıqlarını başa düşürük.

 

► Bu tərz cümlələrdə çoxluqla  was yerinə were istifadə olunur. Was daha çox danışıq dilində istifadə olunur.

 

- The woman walks as if / as though she were the queen. (Qadın elə danışırki guya bu kraliçadı.)

- The man was so worried that he looked as if / as though he were drunk. (Adam o qədər məyusduki, elə bil sərxoş kimi görünür.)

- It's dark as if / as though it were night. (Hava gecə kimi qaranlıqdı.)


- The children were looking at me as if / as though I were a shepherd. (Uşaqlar mənə sanki çobanmışam kimi baxırlardı.)

 

 

arrow