As Long As İstifadəsi: Mənası və Cümlə Nümunələri
‘As… as’ ilə əmələ gəlmiş birçox danışıq və yazı qəlibləri İngilis dili qrammatika mövzuları arasında özlərinə xüsusi bir yer tutmaqdadırlar. Bu tərz ingiliscə qəliblərin nə mənasına gəldiyini və hansı vəziyətlərdə hansı formullar ilə istifadə edildiyini bilmək, həm qulaq asarkən həmdə oxuyarkən, eşitdiyiniz və oxuduğunuz bir şeyi daha rahat anlamanıza köməkçi olacaqdır. “ dığı müddətcə, təqdirdə, ta ki, boyunca” kimi mənalara gələn as long as ifadəsi ilə əlaqəli ətraflı məlumat və cümlə nümunələrini məqaləmizin davamında görə bilərsiniz.
As long as qəlibinin qrammatika quruluşuna birlikdə göz gəzdirək;
As long as, quruluş olaraq iki fərqli formada istifadə olunabilir
Bu formalardan ən birincisi, ‘as long as + cümlə + cümlə’ şəklindədir. Məsələn,
As long as he is weak, they will give him damage. (Zəif olduğu müddətcə, onlar ona zərər verəcəklər.)
As long as bağlayıcısını iki cümlənin arasında istifadə etməyimiz lazım gəlmir. İstəsəniz yuxarıdakı nümunə cümlədə göründüyü kimi cümləyə bağlayıcı ilə başlayıb sonra iki cümləni ard arda yaza bilərsiniz. Bu vəziyətdə ard arda yazılan cümlələr arasında vergül istifadə etməyi unutmayın.
Digər düstur isə bu şəkildə; ‘cümlə + as long as + nəticə. (Burada as long as’in iki yanındakı cümlələr arasında bir nəticə əlaqəsi vardır.) Məsələn;
He will call you, as long as you behave nice. (Sən ona yaxşı davrandığın müddətcə, o sənə zəng edəcək.)
As long as qəlibinin hansı formada istifadə olunacağını düstur olaraq baxmağın ardından bir də hansı vəziyətlərdə və hansı formada istifadə ediləbiləcəyinə göz gəzdirək;
As long as bağlayıcısı, üç fərqli mənada istifadə edilməkdədir:
As long as bağlayıcısı, şərt vəziyəti bildirən cümlələr içərisində istifadə olunabilir. Əgər bir şey olursa, bir şey olar mənasını vermək məqsədilə istifadə olunur.
I will lend you my favourite book, as long as you promise me to turn it back on Monday. (Sənə ən sevdiyim kitabımı, mənə onu bazar ertəsi günü qaytaracağına söz verməyin qarşlığında verərəm.) Gördüyünüz kimi burada, ‘əgər söz verməsən, kitabımı verməyəcəm, kitabı almaq üçün bu şərti yerinə yetirməlisən kimi bir məna mövzu bəhs olunur.
İkinci olaraq as long as, bir şeyin bir başqa şeylə əlaqəli olduğunu, yəni onla əlaqəli olaraq reallaşacağını ifadə etmək istədiyimiz cümlələrdə istifadə olunur. Başqa bir deyişlə, iki cümlə arasında bir səbəb nəticə əlaqəsi qurmaq məqsədilə istifadə olunabilir. Məsələn;
You can meet with her as long as you come back before six a.m. (Səhər saat altıdan əvvəl qayıtmaq şərtiylə, onunla görüşə bilərsən) / Əslində burada da bir şərt mənası mövcuddur. Yenə bir hadisənin reallaşması bir digərinin reallaşıb reallaşmayacağı vəziyətinə tabe olmuşdur.
Son olaraq as long as qəlibinin if, providing və provided formaları ilə bənzər formada istifadə olunabildiyini demək istəyirəm. Bu quruluşlar da eyni şəkildə bir şərt vəziyətini ifadə etməkdədir. Məsələn;
We are going running next week if/providing/provided there won’t be snow. (Gələn həftə, əgər qar yağmasa qaçışa gedəcəyik.)
As long as qəlibi yuxarıda görmüş olduğunuz formada və vəziyətlərdə istifadə edilməkdədir. İstəsəniz yazımızın davamındakı cümlə nümunələri ilə as long as bağlayıcısı ilə əlaqəli öyrəndiklərinizi bərkidə bilərsiniz.
As Long As ilə Cümlə Nümunələri
- As long as you work hard, you can make lots of money. (Çox çalışdığın müddətcə çoxlu pul qazana bilərsən.)
- As long as I try, I can succeed. (Calışdığım müddətcə, müvəffəq olabilərəm.)
- They can catch the train as long as they leave early. (Erkəndən çıxdıqları müddətcə qatara çata bilərlər.)
- As long as you are sick, I won’t let you go to work . (Xəstə olduğun müddətcə, sənin işə getməyinə icazə verməyəcəm.)
- I told you that you can not go to the movies as long as you do not eat with us first. (Sənə əvvəlində bizimlə yemək yemədiyin müddətcə sinemaya gedəbilməzsən dedim.)
- As long as you behave this way, I do not think that you will get good responses. (Belə davrandığın müddətcə yaxşı cavablar alacağını zənn etmirəm.)
- As long as you let him give advice to you, you can not be happy together with him. (Sənə məsləhət verməsinə icazə verdiyin müddətcə, onunla xoşbəxt olabilməzsən.)
- As long as she is lying, it looks like it is hard to believe. (Yalan danışdığı müddətcə, inanmaq çətin görünür.)
- As long as it is snowing this hard, I can not go running. (Belə sərt qar yağdığı müddətcə, qaçışa gedə bilmərəm.)
- As long as the computer is broken, I will not be able to send you that email. (Kompyuter xarab olduğu müddətcə, sənə o email’i göndərə bilməyəcəm.)
- He can not succeed in the project as long as he does not work enoughly this week. ( Bu hafta yeterince çalışmadığı sürece projede başarılı olamaz.)
- We can share the house as long as we share the rent too. (Kirayəni də bölüşdüyümüz müddətcə, evi bölüşə bilərik / birlikdə yaşaya bilərik.)
- As long as they promise not to give any harm, the visitors can take a photo. (Zərər verməməyə söz verdikləri müddətcə, ziyarətçilər şəkil çəkəbilərlər.)
- They will remember that party, as long as they live. (Yaşadıqları müddət boyunca bu qonaqlığı xatırlayacaqlar.)
- My aim is to work here as long as I can. (Məqsədim, burada işləyə bildiyim qədər işləmək.)
- As long as they keep quiet, they can watch the show. (Səssiz olduqları müddətcə şova baxabilərlər.)
- One forgives as long as one loves. (sevən bağışlayar.)
- You should hope, as long as you breathe. (Nəfəs aldığınız müddətcə ümüt etməlisiniz.
- People learn as long as they live. (İnsanlar yaşadıqları müddət boyunca öyrənir.)
- I will accept your gift as long as you promise me not to buy a new one. (Hədiyəni, mənə təzəsini almayacağına dair söz versən qəbul edərəm.)
Salam Ceyhun müəllim. Çox gözəl qəliblər hazırlamısan