İngilis dili sözönü sözlər
Excluding – istisna olmaqla, xaric
It costs $80, excluding $20 for delivery. (Total = $100.) - Çatdırılma üçün 20 dollar istisna olmaqla, 80 dollara başa gəlir. (Ümumi = $100.)
We go for a walk every day excluding Sunday. Sunday is our resting day - Bazar günü istisna olmaqla ( xaric), hər gün gəzintiyə çıxırıq. Bazar bizim istirahet günümüzdür
Except for - … dan başqa, xaric
Everyone was present, except for Ceyhun. He stayed at home. - Ceyhundan başqa hamı orada idi. O, evdə qaldı.
Following - ardından, sonra
We had coffee following breakfast. – Biz səhər yeməyindən sonra ( ardından) qəhvə içdik.
She couldn't work following his illness. – O, xəstəliyinin ardından işləyə bilmədi.
For – üçün, uğrunda, ötrü
This is for you. - Bu sizin üçündür.
Do you want to go for a walk? - Gəzintiyə çıxmaq istəyirsən?
You can use an interpretation for understanding the meaning of it. – Bunun mənasını başa düşmək üçün təfsirdən istifadə edə bilərsiniz.
Cigarettes are bad for you. – Siqaret sizin üçün zərərlidir
I'm saving for a new house. – Yeni bir ev almaq üçün pul yığıram
Is this good for his family? – Bu onun ailəsi üçün yaxşıdır?
They passed me over for John. Onlar məni Cona ötürdülər.
Is this the train for Baku? - Bu, Bakıya gedən qatardır?
I bought it for $7. - Mən onu 7 dollara almışam.
We worked for five hours. – Biz beş saat işlədik.
Keep walking for three kilometers. - Üç kilometr gəzməyə davam edin.
From - dan/dən, etibarən
Where does he come from? - O haradan gəlir?
This letter is from my husband. - Bu məktub ərimdəndir.
I bought this car from Jacob. - Mən bu maşını Yaqubdan almışam.
They prevented me from entering. - İçəri girməyimə mane oldular.
My car is different from hers. - Mənim maşınım onunkundan fərqlidir.
We worked from Monday to Thursday. - Bazar ertəsindən cümə axşamına kimi işlədik.
Paper is made from wood. - Kağız ağacdan hazırlanır.
It can cost anything from $10 to $25. - 10 dollardan 25 dollara qədər hər şeyə başa gələ bilər.
The police took my driving license from me. - Polis sürücülük vəsiqəmi əlimdən aldı.
He died from overwork. – O, həddindən artıq işdən öldü.
Forward of - irəli, ... dan qabaqda
He was sitting forward of me in the plane. I could just see the back of his head. - O, təyyarədə məndən qabaq oturmuşdu. Sadəcə başının arxasını görə bildim.
Further to - daha da, əlavə olaraq
Further to your letter, I have spoken to Mr Brown. - Məktubunuza əlavə olaraq mən cənab Braunla danışdım.
Given – Nəzərə alsaq, nəzərə alaraq
He is in very good health, given his age. He's at least 95. - Yaşını nəzərə alsaq, səhhəti çox yaxşıdır. Onun ən azı 95 yaşı var.
Given the time, you ought to leave now - Vaxtı nəzərə alaraq, indi getməlisən
Gone – keçib
It's certainly gone 12 o'clock. It must be 12.30. – Dəqiq olaraq, saat 12-i keçib. Saat 12.30 olmalıdır.
He's gone 40. He must be nearly 50 years old. - Onun yaşı 40 ı keçib. Onun təxminən 50 yaşı olmalıdır.
In - içəridə, içində, da/də
Jaguars live in the jungle. - Yaquarlar cəngəllikdə yaşayır.
Akshin is the man with his hand in his pocket. - Akşin əli cibində olan adamdır.
She lives in an apartment. – O, bir mənzildə yaşayır.
They live in Bangkok. - Onlar Banqkokda yaşayırlar.
Susan was born in 1988. - Susan 1988-ci ildə anadan olub.
Trains were invented in the nineteenth century. - Qatarlar on doqquzuncu əsrdə icad edilmişdir.
I'll come back in three weeks. - Üç həftəyə ( içində) qayıdacağam.
Let's meet in the afternoon. - Günorta görüşək.
There are 60 seconds in a minute. - Bir dəqiqədə 60 saniyə var.
Including – daxil olmaqla
The price is $80 including $10 for delivery. (Total = $80.) – Çatdırılma daxil olmaqla qiyməti 80 dollardır
There were four of us, including the baby. - Körpə də daxil olmaqla dörd nəfər idik.
Inside - içində, içərisində, içəri
It was dark inside the tunnel. - Tunelin içərisi qaranlıq idi.
My modem is inside my computer. It's an internal modem. - Modemim kompüterimin içərisindədir. Daxili modemdir.
Into – içinə, içəri
Jacob went into that shop. - Yaqub həmin mağazaya girdi.
If you heat ice it turns into water. - Buzu qızdırsanız, suya çevrilir.
We cut the cake into five pieces. - Tortu beş hissəyə kəsdik.
Five into ten makes two. – Onu beşə böləndə iki edir
In addition to - savayı, əlavə olaraq
There were two people in addition to me. So that made three of us. - Məndən başqa iki nəfər də var idi. Beləliklə, üç olduq
In between - arasında, ortada
He is in between the two opinions. He wants to compromise. - O, iki fikir arasındadır. O, güzəştə getmək istəyir.
In case of – halında, olduğu təqdirdə, olması halında
You can phone me in case of need. Day or night. – Ehtiyac halında mənə zəng edə bilərsən. Gecə vəya Gündüz
In face of - qarşısında
He reacts bravely in face of danger. - O, təhlükə qarşısında cəsarətlə reaksiya verir.
In front of - qarşısında
She can park her car in front of our building. - Maşını bizim binanın qarşısında saxlaya bilər.
I couldn't see the film because the woman in front of me was wearing a big hat. - Qarşımdakı qadın böyük papaq geyindiyi üçün filmə baxa bilmədim.
in lieu of – yerinə
I don't have any euros. Can I pay sterling in lieu of dollars? - Mənim avrom yoxdur. Dollar əvəzinə sterlinq ödəyə bilərəmmi?
In spite of - rəğmən, baxmayaraq
They went swimming in spite of the cold water. - Soyuq suya rəğmən çimməyə getdilər.
Instead of - əvəzinə, yerinə, müqabilində, əvəzində
We don't have any tea. Would you like coffee instead of tea? - Çayımız yoxdur. Çay yerinə qəhvə istərdinizmi?
In view of – baxımından, nəzərə alaraq
In view of your illness, we will wait for a week. - Xəstəliyinizi nəzərə alaraq bir həftə gözləyəcəyik.
Less - əksik, çıxaq
10 less 3 = 7. - 10 çıxaq 3 = 7.
Like – kimi
He is like his brother. - O, qardaşı kimidir.
She sings like a nightingale. – O, bülbül kimi oxuyur.
It's not like John to complain. - Con kimi şikayət etmək olmaz.
Do it like this. - Bunu belə edin.
I feel like swimming. – Ürəyim üzmək istəyir
It looks like rain. – Bu yağış kimi görünür
I want something cold, like iced-coffee. - Mən soyuq bir şey istəyirəm, buzlu qəhvə kimi.
Minus – minus
10 minus 3 = 7. - 10 minus 3 = 7.
The temperature is minus 20 degrees centigrade. - Havanın temperaturu mənfi 20 dərəcədir.
Near – yaxın, yaxınlığında, yanında, bərabər
The school is near the post office. - Məktəb poçtun yanındadır.
It's 20 December. We are very near Christmas Day. - Dekabrın 20-dir. Milad gününə çox yaxınıq.
Notwithstanding. – baxmayaraq, rəğmən
Notwithstanding the low price, they don't want it. - Qiymətin aşağı olmasına baxmayaraq, bunu istəmirlər.
She went swimming, notwithstanding the rain. - Yağışa baxmayaraq üzməyə getdi.
Near to – yanında, yaxınlığında
There is a restaurant near to my house. Just three minutes away. - Evimin yaxınlığında restoran var. Cəmi üç dəqiqə.
Next to – yaxınlığında
The school is next to the bank. Between the hotel and the bank. - Məktəb bankın yaxınlığındadır. Otellə bank arasındadır.
Of – haqqında, barədə, dair, xüsusda, ın/in/un/ ün
We live in the house at the end of the road. – Biz yolun sonundakı evdə yaşayırıq.
Do you like the work of Da Vinci? - Da Vinçinin işini bəyənirsinizmi?
What was the cost of this journal? - Bu jurnalın qiyməti nə qədərdi?
He lives in the City of Westminster. - O, Vestminster şəhərində yaşayır.
It was kind of you to help me. - Mənə kömək etmək yaxşı idi.
This is the cause of the problem. - Problemin səbəbi budur.
She died of cancer. - O, xərçəngdən vəfat edib.
Most tables are made of wood. - Masaların əksəriyyəti ağacdan hazırlanır.
Can I have a cup of tea? - Bir fincan çay içə bilərəm?
I know some of these people. - Mən bu insanların bəzilərini tanıyıram.
I don't know any of these people. - Mən bu insanların heç birini tanımıram.
They live north of London. - Onlar Londonun şimalında yaşayırlar.
He lives in the south of London. - Londonun cənubunda yaşayır.
Off – kənar, aralı
Please take your books off the table. - Zəhmət olmasa kitablarınızı masadan götürün.
Keep off the grass. - Otdan uzaq durun.
It fell off the table and broke. - Masadan düşdü və qırıldı.
They live in a street off Fifth Avenue - Onlar Beşinci prospektdən bir küçədə aralıda yaşayırlar
On – üstündə, üzərində
Please don't put your clothes on the table. - Xahiş edirəm paltarlarınızı masanın üstünə qoymayın.
The picture is on page 6. - Şəkil 6-cı səhifədədir.
We live on a busy road. It's very noisy. - Biz sıx bir yolda yaşayırıq. Çox səs-küylüdür.
She is sunbathing on the beach. - O, sahildə günəş vannası qəbul edir.
Is there water on Mars? - Marsda su varmı?
I need a book on bio-chemistry. - Mənə biokimyadan kitab lazımdır.
My birthday is on Sunday. - Mənim ad günüm bazar günüdür.
I start work on 8 August. - Avqustun 8-də işə başlayıram.
Let's meet on the weekend. (American English) - Həftə sonu görüşək. (Amerikan İngilis dili)
I'll see you on Thanksgiving Day. - Şükran Günündə görüşəcəm.
You must be on time. - Vaxtında olmalısınız.
He broke his leg on getting out of the car. - Maşından düşən kimi ayağını sındırıb.
Onto – üstünə, üzərinə
The cat jumped onto the armchair. - Pişik kresloya atıldı.
The police are onto us. (slang) - Polis üstümüzdədir. (jarqon)
Opposite – qarşısında, üzbəüz
There is a police station opposite my house. - Evimlə üzbəüz polis bölməsi var.
He sat opposite him and looked into his eyes. - Onunla üzbəüz oturub gözlərinin içinə baxdı.
Outside – kənarda, çöldə
I don’t live in Baku. I live outside Baku. - Bakıda yaşamıram. Bakıdan kənarda yaşayıram.
It was very hot outside the car. - Maşının xaricində çox isti idi.
This is outside my scope. - Bu mənim əhatə dairəmdən kənardadır.
Over – üzərində, üstündə, üstündən
They are flying over the mountains. – Onlar, dağların üstündən uçurlar.
Put the blanket over the bed. - Yorğanı çarpayının üstünə qoyun.
The cat jumped over the wall. - Pişik divarın üstündən tullandı.
Let’s discuss it over lunch. - Günorta yeməyində bunu müzakirə edək.
The king ruled over the country for many years. - Kral uzun illər ölkəni idarə etdi.
The town is just over the border. - Şəhər sərhədin bir az üstündədir.
It cost over $60. It was $63.25. - Qiyməti 60 dollardan çoxdur. 63,25 dollar idi.
There is rain over the whole country. - Ölkənin hər yerində yağış yağır.
It took over an hour to do my homework. - Ev tapşırığımı etmək bir saatdan çox çəkdi.
The population has increased over the past twenty years. - Son iyirmi ildə əhalinin sayı artıb.
Can you stay with us over Christmas? - Miladda bizimlə qala bilərsən?
On account of – münasibətilə, səbəbdən, ötrü, görə, ucbatından
Don't worry on account of me. Think about yourself. - Mənə görə narahat olmayın. Özünüzü düşünün
On behalf of – adından, əvəzindən
I'm calling you on behalf of Mr Brown. I represent him in legal matters. - Mən sizə cənab Braunun adından zəng edirəm. Mən onu hüquqi məsələlərdə təmsil edirəm.
On top of – üstündə
The dog is sitting on top of the television. - Köpək televizorun üstündə oturub.
Opposite to – qarşı
There is a tree opposite to the house. Straight across the road. - Evin qarşısında ağac var. Düz yol boyu.
Other than – başqa
Sorry, we're out of wine. But we have every drink other than wine. - Bağışlayın, şərabımız bitdi. Amma bizdə şərabdan başqa bütün içkilər var.
Out of – dan, dən, içindən, bitdi
Take your hands out of your pockets and help me! - Əllərinizi cibinizdən çıxarın və mənə kömək edin!
He went out of the room to smoke a cigarette. - Siqaret çəkmək üçün otaqdan çıxdı.
We're out of eggs. Shall I buy some? - Yumurtamız bitdi. Bir az alım?
Outside of – xaricində, çölündə, kənarda
They stopped outside of the city to check the map before entering. - İçəri girməzdən əvvəl xəritəni yoxlamaq üçün şəhərdən kənarda dayandılar.
Owing to – səbəbiylə, görə, dolayı
We didn't go swimming, owing to the cold weather. - Soyuq havaya görə çimməyə getmədik.
Pending – sırasında, əsnasında, müddətində, gözləyən
We cannot supply you pending payment. – Ödəmə əsnasında biz sizə tədarük edə bilmərik
Pending his return, we can do nothing. – dönüşünüzü gözləyərkən, biz heçnə edə bilmərik
There were many arguments pending the negotiations. - Danışıqlar sırasında çoxlu arqumentlər var idi.
Per – vasitəsilə, başına, nəzərən
The speed limit is 90 miles per hour. - Sürət həddi saatda 90 mildir.
The carpet costs $30 per square metre. - Xalçanın hər kvadrat metri 30 dollardır.
Plus – pilus, müsbət, üstəgəl
2 plus 2 = 4. - 2 üstəgəl 2 = 4.
There will be four of us, plus the baby. So that's five in total. - Biz dörd nəfər olacağıq, üstəlik körpə. Beləliklə, cəmi beş nəfərik.
Pro – lehinə, tərafdarı
Are you pro capital punishment or against it? - Siz ölüm cəzasının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?
He is very modern. He is generally pro new ideas - O, çox müasirdir. O, ümumiyyətlə yeni ideyaların tərəfdarıdır
Preparatory to – hazırlıq üçün
I made a graph preparatory to the meeting, so everything was ready. - Mən iclasa hazırlıq üçün qrafik hazırladım, ona görə də hər şey hazır idi.
Prior to – ... dan əvvəl
I never spoke French prior to living in France. But I learned quickly after coming to France. - Fransada yaşamamışdan əvvəl heç vaxt fransızca danışammırdım. Amma Fransaya gələndən sonra tez öyrəndim.
Regarding - ilə əlaqəli, haqqında, dair, nəzərən, bağlı
I would like to speak to you regarding my homework. - Ev tapşırığımla bağlı sizinlə danışmaq istərdim.
Regarding Susan, let's talk later. – Susana gəlincə, gəlin sonra danışaq
Respecting – dair, gəlincə, haqqında, bağlı olaraq
I would like to speak to you respecting my homework. - Ev tapşırığıma bağlı olaraq sizinlə danışmaq istərdim.
I am writing to you respecting our latest products. - Ən son məhsullarımızla əlaqəli olaraq sizə yazıram.
Hazırladı: Ceyhun Yusifov