İngiliscə danışıq ifadələri
Prefer / Would Rather (Üstün tutmaq)
EXAMPLES (NÜMUNƏLƏR)
- I prefer to live in the country. (Kənddə yaşamağı üstün tuturam.)
- I prefer to play basketball rather than play football. (Futbol oynamaqdansa basketbol oynamağı üstün tuturam)
● PREFER
Ümumi olaraq həyatda nəyi üstün tutduğumuzu ifadə edərkən "prefer" qəlibi üç fərqli şəkildə istifadə ediləbilir:
a) prefer something to something else (birşeyi başqa birşeyə üstün tutmaq)
- I prefer football to basketball. (Futbolu basketbola üstün tuturam.)
- I prefer city to country. (Şəhəri kənddə üstün tuturam.)
- I prefer friends to family. (Dostlarımı ailəmə üstün tuturam.)
b) prefer to do something rather than do something else. (Birşeyi etmək yerinə başqa birşeyi etməyi üstün tutmaq.)
- I prefer to drink tea. (Çay içməyi üstün tuturam.)
- I prefer to drink tea rather than (drink) coffee. (Çay içməkdənsə kofe içməyi üstün tuturam.)
- I prefer to stay at home rather than go out. (Çölə çıxmaqdansa evdə qalmağı üstün tuturam)
- I prefer to spend time with my children rather than work. (İşləməkdənsə uşaqlarımla vaxt keçirməyi üstün tuturam.)
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
c) prefer doing something to doing something else (Birşeyi etmək yerinə başqa birşeyi etməyi üstün tutmaq.)
- I prefer drinking tea. (Çay içməyi üstün tuturam.)
- I prefer drinking tea to drinking coffee. (Çay içməyi kofe içməyə üstün tuturam)
- I prefer reading novels to reading comics. (Çizgi roman yerinə roman oxumağa üstün tuturam.)
Yuxarıda göstərilən üç istifadə arasında məna baxımından hərhansı bir fərq yoxdur.
● WOULD RATHER (I'd rather) qaydası
"would rather" və "would prefer" qəlibləri arasında məna olaraq fərq yoxdur. Sadəcə istifadəsində quruluş olaraq aşağıdakı fərq vardır.
- would rather do
- would prefer to do
"would rather" qəlibindən sonra birbaşa fel gəlir və “ to” hissəciyi almaz.
EXAMPLES (Nümunələr)
- I'd rather go by car. (Maşınla getməyi üstün tuturam vəya əksinə maşınla gedərdim.)
- I'd rather stay at home. (Evdə qalmağı üstün tuturam vəya əksinə evdə qalardım.)
USED TO / DIDN'T USE TO qaydası
“Used to + V1” qəlibi, keçmişdə edilən ancaq indi edilməyən vərdişləri, təkrarlanan prosesləri,halları ya da indiki vəziyyətdə etmiş olmağa alışdığınız halları ifadə edər. Hadisə keçmişdə meydana gəldiyi üçün “use” ifadəsininn past (keçmiş) halı olan “used” istifadə olunur.
- I used to drink milk every night when I was a child. (uşaq ikən hər gecə süt içərdim.)
► Bütün şəxslər üçün heç bir dəyişikliyə məruz qalmadan used to istifadə olunur. Sual formasını qurarkən Simple Past Tense qaydalarında olduğu kimi did köməkçi feli başa gətirilir və use felinin sonundakı -d hissəciyi silinir
.
- Did you use to drink milk when you were a child? (Sən uşaq ikən süt içərdin mi?)
► İnkar formasını qurarkən simple past( keçmiş zaman) qaydasında olduğu kimi Didn't istifadə edilir və use felinin sonundakı-d hissəciyi silinir.
- I didn't use to drink milk when I was a child. (Mən uşaq ikən süt içməzdim.)
EXAMPLES (Nümunələr)
- I used to run every day when I was at university. (Üniversitetdəykən hərgün qaçardım.)
(Bu cümləni deyən şəxs bir mənada, indi qaçmadığını ifadə etməkdədir.)
The girl used to wash her dress by hand but now she washes them in her full automatic washing-machine. (Qız paltarlarını əliylə yuyardı ancaq indi paltar yuyan maşınla yuyur.)
BE / BECOME / GET USED TO qaydası
► be / become / get used to hərhansı bir şeyə vəya hadisəyə öyrəşmək hallarını izah etmədə istifadə olunur. Bu istifadə forması, used to qəlibində olduğu kimi əvvəl edilən vərdişləri ifadə etməz. İndiki zamanda bir şəxsin hərhansı bir hadisəyə vəya vəziyyətə öyrəşmiş olduğunu ifadfə edər. Used to qəlibinin başına am/is/are veya diğer köməkçi fellər gəlir və felə -ing hissəciyi əlavə olunur
EXAMPLES (NÜMUNƏLƏR)
- I am used to getting up early. (Səhərləri erkən qalxmağa öyrəşdim.)
- You'll soon get used to driving your new car. (Qısa müddət sonra yeni maşınınızı istifadə etməyə öyrəşəcəksiniz.)
- The new rules were quite different for them but they got used to them in a short time. (Yeni qaydalar onlar üçün olduqca fəqliydi ancaq qısa zamanda öyrəşdilər.)
They were used to the heavy traffic when they were in London. (Londonda ikən ağır tıxaca öyrəşdilər)
Hazırladı: Ceyhun Yusifov