Materials

İngilis dili danışıq qəlibləri - Whoever, Whenever, Wherever, Whichever, However haqqında


0 886

Whatever, whenever, wherever, whoever, whichever və however sözlərinin istifadə formaları

 

Bu dərsimizdə, tez tez istifadə olunan sual sözlərinə yəni  how, what ,where, which, when, who kimi  sözlərə “ever” əlavə olunduğunda əmələ gələn whatever, wherever, whichever, whenever və however sözlərini nümunələr üstündən analiz edəcəyik. Beləliklə siz də bu sözləri rahatlıqla istifadə edəbiləcəksiniz. .

 

Sözlərin istifadə formaları ilə başlayaq. Bu sözlərin bir neçə fərqli  istifadəsi var. Məsələn;

  • Sözə görə “necə/nə üçün/niyə/harada vacib deyil mənasını ifadə etmək üçün istifadə olunabilirlər.
  • Sualları vurğulamaq üçün istifadə oluna bilirlər.
  • Dəqiq olmamaq vəya dəqiq olmadığını müəyyən etmək üçün kullanılabilirler.

Bu sözlərə “ever” əlavə olunduğunda ümumi olaraq nə olduğuna bir baxaq. “Ever” sözü  əlavə olunduğunda sözə hər, .. sa, sə mənasını qatır. Ən  təməl mənasıyla  bu sözlər cümləyə Nə olduğu vacib deyil”, “Nə edildiyi vacib deyil”“Hansı olduğu vacib deyil”“Kim olduğu vacib deyil kimi mənalar qatmaq üçün istifadə edilir. Gəlin sözlərin əsas mənalarına baxaq.

 

  • “However”, “necə ... sa, sə” vəya “hər necəsə”
  • “Whatever” sözü “hər nəsə” vəya “nə .... sa, sə”
  • “Whichever”, “hərhansı” vəya “hansı.... sa, sə”
  • “Whenever”, “Hərhansı bir vaxt” ya da “nə zaman .... sa, sə”
  • “Wherever”, “Hərhansı yer” vəya “hara ... sa, sə”
  • “Whoever” isə “hərhansı kimsə” vəya “kim..... sa, sə” mənasına  gəlir.

 

 

Gəlin bir neçə nümunə cümlə nümunələrinə bir gözgəzdirək

Məsələn “However you try to do it, it won’t open.” Cümləsi Necə etməyə çalışırsan çalış, açılmayacaq.” 

Burada “however” cümləyə “necə .. sa, sə” mənasını  qatır. “Etmək” mənası da “do” felindən  gəlir. Məsələn  “However you play” desəydiniz Necə oynayırsan oyna” mənasını verərdi.

 

  • Whatever you do, don’t forget to lock the door.
  • Nə edərsən et, qapını kilitləməyi unutma
  • Wherever you go, I will find you.
  • Haraya gedərsən get səni tapacam.

  • Whoever you call, they will tell you the same thing.
  • Kimə zəng edərsən et sənə eyni şeyi deyəcəklər.

  • You can take whichever card you like.
  • Hansı kartı bəyənsən, götürəbilərsən .

  • You can come whenever you like.
  • Nə vaxt istəsən gələ bilərsən.

Bu istifadə formasının xaricində bu sözlər xüsusilə İngilis İngiliscəsində ki  sualları vurğulamaq  üçün də istifadə olunabilir. Nə demək istədiyimi nümunələr üstündən daha yaxşı göstərəbilərəm.

Məsələn “Whatever will you do?” sualı “Nə edəcəksən? deməkdir. Ancaq bu formada  “Whatever will you do?” demək “What will you do?” deməyə görə daha vurğulu və “Nə edəcəksən?” yerinə daha çox “Nə edəcəksən çox maraqlıdı mənə.” kimi  bir mənanı ifadə edir.

 

Vəya “How will you finish the project?” yəni “Layihəni necə bitirəcəksən?” yerinə “However will you finish the project?” dediyiniz zaman sualı daha da vurğulamış oluruq və “Mənə maraqlıdır bu layihəni necə bitirəcəksən.” kimi bir məna ifadə edir.

Bunun xaricində  whatever, whenever, wherever, however kimi sözlər dəqiq olmadığını müəyyən edərkən də istifadə edilir. Bunu da nümunələr üstündən daha yaxşı göstərəbilərik.

 

Məsələn, deyək ki kimsə “Should I send you all of the files or just the important ones?” yəni “Sənə bütün sənədlərimi göndərim yoxsa yalnızca vacib olanlarımı?” sualına cavab olaraq “Whatever you want.” dedin. Bu durumda “Nə istəsən ( Ürəyin necə istəyirsə).” demiş oluruq və dəqiq olmamış oluruq. Qısaca, “Özün bilərsən.” Demiş oluruq.

 

Ya da ki biri sənə “When do you want to go to the cafe?” deyə sual verərsə sən də buna cavab olaraq “Whenever.” deyərsən “Nə vaxt istəsən.” Vəya “Vaxt problem deyil.” demiş oluruq. Yenə burada dəqiq birşey deməmiş oluruq.

Bəli, artıq bu sözlərin fərqli istifadə formalarınıda başa düşdüksə əgər, bir neçə qarışıq cümləyə və fərqli nümunələrə baxa bilərik.

  • We took it to whoever we could.
  • Kimi apara bildiksə apardıq.

  • Whatever noise I made, the dogs kept following me.
  • Nə cür səs çıxartdımsa da itlərdə ardımca gəlməyə davam etdi.

  • However you finish this task, you will pass the exam.
  • Bu tapşırığı necə tamamlayırsan tamamla imtahanı keçəcəksən.

  • Whatever happens, you will always be my friend.
  • Nə olursa olsun həmişə dostum olaraq qalacaqsan.

  • Just don’t forget to call me wherever you go.
  • Hara gedirsən get, mənə zəng etməyi unutma.

  • We can put the rug wherever we want.
  • Xalçanı istədiyimiz yerə qoyabilərik vəya xalçanı hara istəsək qoya bilərik.

  • I’ll be ready whenever you come.
  • Nə vaxt gəlsən hazır olacam.

  • Whichever side you are on, always be respectful.
  • Hansı tərəfdə olursan ol,  həmişə hörmətli ol.

Bəli, artıq sonu “ever” ilə bitən sözlərin mənalarını və istifadə formalarını bilirik, bu şəkildə siz də istifadə edə bilər və bunu günlük danışıq dilində vəya yazılarınızda məşq edəbilərsiniz. 

 

arrow