Materials

As if və As though qaydası


1 774

İngiliscə As If / As Though İstifadəsi

 

İngilis dili qrammatika mövzuları arasında tez tez qarışdırılan quruluşlardan biri də as if / as though cümlə qəlibləridir. As if və yaxud as though qəlibləri, ehtimal hallarını və xəyali vəziyətləri ifadə etmək məqsədilə istifadə edilməkdədir. As if və as though eyni mənanı ifadə edir. Bu iki struktur Azərbaycan türkçəsinə .... mış/miş kimi, elə bil, guya, sanki şəklində tərcümə olunur. Bu məqaləmizdə as if və as though quruluşu ilə nümunələri və bu nümunə cümlələrin izahlarını öyrənə bilərsiniz. Hazırsanız, başlayaq!

İngilis dili As If / As Though ilə əlaqəli cümlələr

  • The man  looks as if / as though he is going to tell us something. (Adam sanki ( elə bil)  bizə nəsə deyəcək kimi görünür.)
  • The little boy  is talking as if / as though she has seen the accident before. (Balaca oğlan qəzanı sanki  daha əvvəl  görmüş  kimi  danışır.)
  • They are looking at us as if / as though they have committed a crime. (Onlar bizə sanki cinayət  ediblər kimi baxırlar.)

Yuxarıda gördüyünüz 3 cümlədə də həm əsas cümləciklərdə həm də ‘as if / as though’ ilə başlayan yan cümləciklərdə əmələ gələn hallar ehtimallar ifadə etməkdədir. Bu hallar reallaşmış olabiləcəkləri kimi, reallaşma ehtimalları olan vəziyətlərdə də olabilirlər. İlk cümlədə adamın nəsə deyib deməyəcəyi dəqiq deyildir. Bəlkə də deyəcəkdir. İkinci cümlədə isə balaca oğlanın qəzanı görüb görmədiyi dəqiq olaraq bilinmir. Görmüşdə olabilər vəya görmüş kimi görünə də bilər. Və üçüncü cümlədə də gördüyünüz kimi, bir cinayət olub olmadığı dəqiq bir şəkildə müyyən edilməyib. Hər iki vəziyyətdə mümkün ola bilər.

Bunlardan başqa, as if və as though qəliblərinin xəyali vəziyyətlərdə istifadəsi halında, reallıq ehtimalı mövzu bəhs deyildir. Bu tərz cümlələr sadəcə bənzətmə, oxşatma mənalarını ifadə etməkdədir. Əgər xəyali bir hal mövzu bəhs isə, as if və as though istifadə olunan cümlələrdə bu qəliblərin ardından gələn cümlədə if clause type 1 yəni tip 1, və if clause type three yəni tip 3 istifadə edilməlidir.

  • The man  looks as if / as though he was going to tell us something. (Adam sanki ( elə bil)  bizə nəsə deyəcək kimi görünürdü.)

Bu cümlədən başa düşdüyümüz məna budur. Adam nəsə deyəcək kimi görünürdü ancaq demədi. Sadə nəsə deyəcək kimi görünürdü.  

  • The little boy  is talking as if / as though she had seen the accident before. (Balaca oğlan qəzanı sanki  daha əvvəl  görmüş  kimi  danışır.)

Bu cümlədə də belə bir məna var; balaca oğlan sözü keçən qəzanı daha əvvəl görməmişdir. Ancaq elə danışırdı ki, sanki qəzanı daha əvvəl görüb. Bu cümlənin qurulma məqsədi, balaca oğlanla əlaqəli lağa qoymaq kimi bir yanaşma göstərmək ya da ona olan heyranlığını göstərmək ola bilər.   

  • They are looking at us as if / as though they had committed a crime. (Onlar bizə sanki onlar cinayət  ediblər  kimi baxırlar.)

 

Bu cümlədə də bəhsedilən şəxslərin əslində cinayət etmədikləri nəticəsini çıxarda bilərik. Yalnızca cinayət işləmiş vəya etmiş kimi baxmaları, yəni bir insanın cinayət etdiyi zaman baxdığı baxışın, hal hazırki baxışlarına oxşar olduğunun ifadə edildiyini deyə bilərik.

Aşağıdakı nümunə cümlələr kimi cümlələrdə ümumiyətlə was istifadəsi  yerinə  were istifadə edilməkdədir. . Was istifadə ediləcəksə, bu daha çox danışıq dilində qarşımıza  çıxmaqdadır.

  • The little girl seems as if / as though she were the principal of the school. (Balaca qız, sanki ( guya)  məktəbin direktoru kimi görünür vəya balaca qız sanki ( guya)  məktəbin direktorudur, elə görünür.)  Əlbəttə bu cümlədə, balaca qızın məktəbin direktoru  olmadığı açıq aydındır. Was yerinə  were istifadə olunması, cümləyə  real olmayan bir şeydən bəhsedildiyi mənasını verir.
  •  
  • The little girl was so excited that she looked as if / as though she were in an exam. (Balaca qız elə həyacanlı idi ki, sanki( eləbil)  imtahanda imiş kimi görünürdü.)  Bu cümlədən də ortaya çıxan məna, balaca qızın əslində imtahanda  olmadığı və yalnızca elə imiş kimi göründüyü, imtahanda  olması vəziyətinin  real bir hadisə olmamasıdır.
  •  
  • They were expecting me to pay the bills as if / as though I were a rich man. (Sanki ( elə bil, guya) zəngin bir adammışam kimi kommunal xərcləri mənim ödəməyimi gözləyirlər.)  Bu cümlədə də sözü keçən şəxsin əslində zəngin olmadığı, yəni zəngin olması vəziyətinin real olmadığı mənası ortaya çıxmaqdadır.
  •  
  • The workers were looking at me as if / as though I were the responsible person for that situation. (İşçilər mənə guya ( sanki) o vəziyətin cavabdehi mənəmmiş  kimi baxırdılar.)  Son olaraq bu cümlədə də dəqiq bir şəkildə çıxardığımız nəticə, cümləni quran şəxsin, sözü keçən vəziyətin məsulu ( cavabdehi) olmadığıdır. Yenə  real olmayan bir hal vardır.
  • Super izahdir həqiqətən çox təşəkkür

arrow