İngilis dili sözönü sözlər
Round - ətrafında
She sat round the fire. - O, odun ətrafında oturdu.
There is a hedge round the house. - Evin ətrafında bir hasar var.
Regardless of - baxmayaraq, asılı olmayaraq, nə olursa olsun
I don't want it, regardless of the price. Even if it's free, I just don't want it. – Qiyməti nə olursa olsun, mən bunu istəmirəm
Save ( rəsmi formada) – Xaric, istisna olmaqla, başqa
All save Mrs Susan were present. - Xanım Susan xaric hamsı oradaydı.
Since – bəri, ... dan bəri
I haven't seen Jason since Tuesday. - Çərşənbə axşamından bəri Ceysonu görməmişəm.
Mr. Brown has been working in a company since 1992. - Cənab Braun 1992-ci ildən bir şirkətdə işləyir.
Save for - … dan başqa
Everyone came, save for Lek who had to work. - İşləməli olan Lekdən başqa hamı gəldi.
Than - .. dən
Your house is larger than my house. - Sənin evin mənim evimdən böyükdür.
Through (also thru - American English) – içindən, vasitəsilə, keçirtmək, sayəsində, dan/dən
The car goes through a tunnel. - Maşın tuneldən keçir.
I can see light through the keyhole. - Açar dəliyindən işığı görə bilirəm.
We have been through a difficult experience. - Biz çətin təcrübədən keçmişik.
They went thru a red light. - Onlar qırmızı işıqda keçdilər.
The error occurred through my own stupidity. - Səhv öz axmaqlığım sayəsində baş verdi.
They worked Tuesday through Friday. (American English) - Onlar çərşənbə axşamından cümə gününə qədər işləyirdilər. (Amerika İngilis dili)
Throughout – ərzində, boyunca, müddətində
It is raining throughout the whole country. - Ölkənin hər yerində yağış yağır.
He worked throughout the day, and most of the night. - O, bütün günü işləyirdi, hətta gecənin çox hissəsini belə.
Till - qədər, dək
I work from 9 am till 6 pm. - Səhər 9-dan axşam 6-ya kimi işləyirəm.
Please wait till they come. - Zəhmət olmasa onlar gələnə qədər gözləyin.
To - a/ə
Could you give this to Jacob? - Bunu Yaquba verə bilərsənmi?
My car does 11 kilometers to the litre. - Mənim maşınım litrə 11 kilometr gedir.
The museum is open from Monday to Saturday. - Muzey bazar ertəsindən şənbə gününə qədər açıqdır.
Touching – nəzərə alaraq, göz önünə gətirərək
Touching your homework, I think we need to speak. - Ev tapşırığını nəzərə alaraq, danışmağımız lazım olduğunu düşünürəm.
Towards (mainly British English), toward (mainly American English) – a/ə, doğru
He drove off toward(s) the mountain. - O, dağa tərəf getdi.
I'd better go. It's getting toward(s) midnight. - getsəm yaxşı olar. Gecə yarısına yaxınlaşır.
He contributed $200,000 toward(s) the new building. - O, yeni binaya 200.000 dollar töhfə verib.
It's the first step toward(s) peace. - Bu, sülhə doğru ilk addımdır.
He has a negative attitude toward(s) his work. - İşinə (işlərinə) mənfi münasibət bəsləyir.
Thanks to – sayəsində, görə
Thanks to Ceyhun, we learned to speak english well. - Ceyhunun sayəsində ingiliscə yaxşı danışmağı öyrəndik.
Together with - ilə birlikdə
I'd like beef please, together with vegetables. - Tərəvəzlə birlikdə mal əti istərdim.
Under – altında, altına, görə
The cockroach ran under the chair. - Tarakan stulun altına qaçdı.
The bucket is under the sink. – Vedrə lavabonun altındadır.
Submarines can travel under water. - Sualtı qayıqlar su altında hərəkət edə bilər.
They drove under a bridge. – Onlar bir körpünün altından sürdülər.
I have a T-shirt under my sweater. - Sviterimin altında köynəyim var.
Who do you work under? Who is your boss? - Kimin altında işləyirsən? Sizin müdiriniz kimdir?
What is the subject under discussion? - Müzakirə olunan mövzu nədir?
Under the company rules, we can't do that. - Şirkət qaydalarına görə, biz bunu edə bilmərik.
Please buy it if it's under $40. - Zəhmət olmasa qiyməti 40 dollardan azdırsa alın.
Underneath – altında, aşağıda, altına
The caretaker put a pillow underneath his head. - Baxıcı onun başının altına yastıq qoydu.
There is a small cellar underneath our house. - Evimizin altında kiçik bir zirzəmi var.
Unlike – fərqli olaraq
That's very unusual. It's unlike Jason to be so rude. - Bu çox qeyri-adi. Ceysonun bu qədər kobud olması fərqlidir.
This problem is unlike any we have met before. - Bu problem əvvəllər qarşılaşdığımız problemlərdən fərqlidir.
Unlike you, she can never do that - Səndən fərqli olaraq o, heç vaxt bunu edə bilməz
Until - qədər, dək
They continued the meeting until 12pm. - Onlar görüşü axşam saat 12-yə qədər davam etdirdilər.
Please wait until she comes - Zəhmət olmasa o gələnə qədər gözləyin
Upon – üstündə, üzərində, üstünə, üzrə
Please don't put your shoes upon the table. - Ayaqqabılarınızı masanın üstünə qoymayın.
There are now no dinosaurs upon Earth. - İndi Yer kürəsində dinozavrlar yoxdur.
I need a book upon bio-chemistry. - Mənə biokimya üzrə kitab lazımdır.
We met upon a Friday. - Cümə günü görüşdük.
He broke his leg upon getting out of the car. - O, maşından düşən kimi ayağını sındırıb.
Up against – qarşı – qarşıya
We are up against a powerful enemy. - Biz güclü düşmənlə qarşı-qarşıyayıq.
Up to – qədər, kimi
There was a shop here up to 2000. But it closed that year. - 2000-ci ilə qədər burada mağaza var idi. Amma həmin il bağlandı.
Up until – qədər
We worked up until they came. Then we stopped. - Onlar gələnə qədər çalışdıq. Sonra dayandıq.
Versus - əleyhinə, qarşı, qarşı – qarşıya
He was the judge in the case of Susan versus Bush. - O, Buşa qarşı Susanın işində hakim idi.
We should choose peace versus war. - Biz müharibəyə qarşı sülhü seçməliyik.
Via - üzərindən, vasitəsilə
We flew from Paris to Bangkok via Dubai. - Parisdən Banqkoka Dubay üzərindən uçduq.
With – ilə, bir yerdə, yanında
Does he live with his parents? - O, valideynləri ilə yaşayır?
He's been with Estudygram.com for two years. - O, iki ildir ki, Estudygram.com-da işləyir.
I discussed it with him. - Onunla bunu müzakirə etdim.
With your permission, I'd like to go. - İcazənizlə mən getmək istərdim.
If you mix red with yellow you get orange. - Əgər qırmızı ilə sarını qarışdırsanız, narıncı əldə edirsiniz.
Susan is the girl with black hair. - Susan qara saçlı qızdır.
Does he want to come with me? - Mənimlə gəlmək istəyir?
I made this table with my own hands. - Bu masanı öz əllərimlə hazırladım.
You'll forget her with time. - Zamanla onu unudacaqsan.
Within – daxilində, içində, ərzində
There is a modem within the computer. - Kompüterin içində modem var.
She will finish within 20 minutes. - O, 20 dəqiqə ərzində bitirəcək.
He lives within 20 miles of his work. - O, işindən 20 mil məsafədə yaşayır.
It's not within my power to help you. - Sənə kömək etmək mənim səlahiyyətimdə deyil.
Without – sız/siz, olmadan, kənar
I want trousers without buttons. - Mən düyməsiz şalvar istəyirəm.
I came without my husband because he is working. - Həyat yoldaşım işlədiyi üçün onsuz gəldim.
He watched without speaking. – O, danışmadan baxırdı.
you can't live without money – Sən pulsuz yaşaya bilməzsən
Worth – dəyər, qiymət
This house is worth $100,000. - Bu evin dəyəri 100.000 dollardır.
With reference to – istinadən
With reference to your comments, I'll reply soon. - Şərhlərinizə istinad edərək, tezliklə cavab verəcəyəm.
I am writing with reference to your order. - Sifarişinizə istinad edərək yazıram.
With regard to – dair, nəzərən, ilə bağlı
I'd like to speak to you with regard to your work. - Sizinlə işinizlə bağlı danışmaq istərdim.
Hazırladı: Ceyhun Yusifov
bilmediyim sozlerin izahin burdan tapmaq mene rahat oldu , sagolun Ceyhun Muellim