As nə deməkdir
As qaydası ingilis dilindən azərbaycan dilinə tərcümə edildikdə “kimi, dolayı, üçün,görə, arkən/ərkən ca/cə” kimi fərqli mənalar ifadə edir. Bundan əlavə as….as sifətin adi dərəcəsində istifadə olunur və “kimi, qədər” kimi tərcumə olunur. Ancaq sifətin adi dərəcəsində nümunələri başqa bir mövzuda genis izahını verəcəm. Mövzunu cox uzatmadan aşağıdakı nümunələrə bir göz gəzdirək
“ As” termini İngilis dilində ən çox istifadə olunan qaydalardan biridir və istifadə olunan cümlə strukturuna əsasən müxtəlif formalarda tərcümə olunur.
Cümlədən asılı olaraq Azərbaycan dilinə tərcümə olunduqda “ olaraq, kimi, qədər, dığı kimi, ikən, madəm ki, arkən(ərkən) ca ( cə) kimi ifadə olunur
Reading(oxu), listening( dinləmə qulaq asma) və speaking ( danışıq) bölməsində qarşılaşan bir çox dil öyrənən namizədlər bu ifadəni düzgün şəkildə tərcümə edə bilmədiyindən müxtəlif problemlər yaşayır. Bundan əlavə isə bu ifadənin ielts və toefl bölməsində, xüsusildə writing (yazı) üçün əhəmiyyəti olduqca vacibdir.
İndi isə bu ifadəni aşağıda cümlələrlə aydın şəkildə izah edək.
İngiliscə as haqqında cümlələr
- I consider everyone here as my brother
- Buradakı hərbirkəsi qardaşım kimi görürəm ( vəya hesab edirəm)
- The boy found everyone discussing about the case which occurred two years ago as he entered the room
- Oğlan otağa girən kimi hərkəsin 2 il əvvəl baş vermiş hadisə haqqında müzakirə etdiyini gördü
Hər iki nümunədə “ As” ifadəsi Azərbaycan dilinə “ kimi “ olaraq tərcümə olunur. Ancaq ikinci nümunədə “ kimi “ ifadəsi birinci cümlədən fərqli olaraq müddət mənasında işlədilmişdir.
Daha çox nümunə cümlələrə baxaq.
- As she left the house, she started to miss everyone whom she loved – whom she loved budaq cümləsidir
- Evi tərk edən kimi, sevdiyi hərkəs üçün darıxmağa başladı
- As I just opened the door to ask permission, suddenly I remembered that I had to give a monthly report to my boss
- İcazə istəmək üçün tam qapını açırdımki, anidən müdürümə aylıq hesab verməli olduğumu xatırladım
Sonucu nümunə digər nümunədən fərqli olaraq As just “ tam” mənasını ifadə edir.
Buna bənzər daha bir nümunəyə baxaq.
As the man just remembered where he left his key, all of sudden he forgot because of noise which came out of the room
Adam açarını harada qoyduğunu tam xatırlayırdıki, anidən otaqdan çıxan səs-küyə görə unutdu
We must unify as a state and fight against the enemy
Biz bir dövlət kimi birləşməli və düşmənə qarşı vuruşmalıyıq
As – kimi
As ingiliscə cümlələr
-
As everyone knows, we are here just to see you and what you invented – Hərkəsin bildiyi kimi, biz buraya sizə və sizin ixtira etdiyiniz şeyi görməyə gəldik
- As you see, nothing can stop him – Gördüyün kimi heçnə onu saxlaya bilməz
- I will try to do it as you wish – Bunu istədiyin kimi etməyə çalışacam
- Teacher, I cant express my thoughts as you just explain – Müəllim, mən fikirlərimi sırf sizin izah etdiyiniz kimi ifadə edə bilmirəm
As – dolayı/ üçün/ görə
As ingiliscə cümlələr
- As you are here, I can share my secret with you – burada olduguna görə səninlə sirrimi bölüşə bilərəm
- As I am so concerned about the disease which has been spread all around the world, I cant focus on doing anything - Bütün dünyaya yayılmış olan xəstəlik məni narahat etdiyindən dolayı, hec bir sey etməyə fikrimi cəmləyə bilmirəm
- As he will take an exam in June, he has deactivated his whatsapp account, so nobody can disturb him – İyunda imtahan verəcəyi üçün, whatsap hesabı deaktivasiya edib, beləki heçkəs onu narahat edə bilməz
- As there is a global disease that can be easily transmitted through breathing, nobody dares going outside – Nəfəs yolu ilə asanlıqla keçə bilən qlobal bir xəstəlik olduğundan dolayı, heçkəs çölə çıxmağa cəsarət edə bilmir.
- As he wished to be known and popular, he created his own youtube account – Tanınmaq və məşhur olmaq istədiyi üçün , o youtube hesabını yaratdı
As - arkən/ərkən
As ingiliscə cümlələr
I will visit to your house as you are sleeping - Yatarkən/Yatdığında sizin evinizə baş çəkəcəm
Only a few part of our body keeps working as we sleep – Yatarkən , sadəcə bədənimizin az hissəsi işləməyə davam edir
Every participant knows in training course that there must be silence as trainer starts speaking – Treyning kursunda hər iştirakçı bilirki, treyner danışmağa başlayarkən sakitlik olmalıdır
As - ca/cə”
As ingiliscə cümlələr
- As I keep living and learning new things, I understand better what is right and wrong – Yaşamağa və yeni şeylər öyrənməyə davam etdikcə, nəyin yanlış, nəyin doğru olduğunu daha yaxsi anlayıram
- As long as you don’t stop learning English, you will find it more easily – ingilis dilini dayandırmadığın müddətcə onun əslində nə qədər asan olduğunu görəcəksən
- As you keep spending your money for your needs, you will have more - Ehtiyacların üçün pulunu xərcləməyə davam etdikcə, daha cox qazanacaqsan
İndi isə “ As” qaydasının digər sözlərlə ifadəsinə baxaq - İngilis dili lüğət
As a result – nəticə olaraq, nəticədə
As soon as – arməz/ərməz
As far as – qədəriylə, ..ə görə
As far as i am concerned – mənim fikrimcə
As if – sanki, guya, elə bilki, mış kimi, mışcasına << Bax
As long as – dığı müddətcə << Bax
As such - əslində
As to – ilə əlaqədər olaraq, gəlincə, mövzusunda, haqqında, ə dair
As usual- adəti üzrə
As before - əvvəlki kimi
As always – həmişəki kimi
As well – eyni zamanda
As….as – qədər << Bax
As of – etibarilə, dən etibarən
As good as – kimi olmaq, demək olarki ( we have as good as finished – bitirmiş kimiyik/ it is as good as new – təzə kimi oldu
As regards – ilə əlaqəli olaraq
As a consequence – nəticə olaraq, nəticədə
As a whole – tam olaraq
As it is - olduğu kimi
As much as - qədər
As of today – bugün etibarilə, bugündən başlayaraq
As part of - çərçivəsində
As per – ə nəzərən
As though – sözdə, sözün gəlişi
As you wish – ürəyin necə istəyir, necə istəyirsənsə
As a rule – bir qayda olaraq, çoxluqla, ümumiyyətlə
As follows - beləcə
As is – heç bir dəyişiklik etmədən, olduğu kimi
as useful shares...thank you
Möhtəşəm paylaşımlar edirsiniz. Təşəkkürlər