I wish və If only
I Wish / If Only (Kaşki)
Azərbaycan dilində ümumiyyətlə “kaşki” olaraq tərcümə edilən və arzulardan bəhsedilərkən istifadə olunan ingiliscə danışıq qəlibidir.
I Wish/If Only + Past Tense ( Keçmiş zaman )
► Əgər past tense'li cümlələrlə birlikdə istifadə olunarsa keçmişdən bəhsetmir, indiki zamanlı mənalar üçün istifadə olunur. Ayrıca bu şablonda was yerinə yenədə were istifadə olunur.
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
Aşağıdakı nümunələri analiz edək.
- I wish I were more handsome. (Kaşki daha yaraşıqlı olsaydım.)
- If only I had a car! (Kaşki bir maşınım olsa.)
- She wishes she could swim. (Üzəbilməyi çox istiyir / arzu edir)
- I wish I were in Agdash now. (Kaşki indi Ağdaşda olsaydım.)
- If only the school weren't so far! (Kaşki məktəb bu qədər uzaq olmasaydı.)
- I wish I had a lot of money. (Kaşki çox pulum olsa.)
- I wish my father were here now. (Kaşki atam indi burada olsa.)
- I wish he helped me. (Kaşki mənə kömək etsə.)
- I wish my wife could drive. (Kaşki arvadım maşın sürə bilsə.)
- I wish I were better. (Kaşki daha yaxşı olsam.)
- He wishes he knew the answer. (Kaşki cavabı bilsəydim.)
Wish/If only + past perfect ( Keçmiş bitmiş zaman )
► Əgər past perfect tense'li cümləylə birlikdə istifadə olunursa keçmişlə əlaqəli arzulardan bəhsedir. Aşağıdakı nümunələri incəliyək.
- I got a low mark from maths. I wish I'd studied harder. (Cəbrdən zəif qiymət aldım. Kaşki daha çox oxusaydım.)
- You've broken the vase. If only you'd been more careful! (Güldanı qırdın. Kaşki daha diqqətli olsaydın.)
- I wish I hadn't sold that car. (Kaşki o maşını satmasaydın.)
- I wish they had left earlier. (Kaşki daha erkən getsəydilər.)
- I wish I had given him the money. (Kaşki pulu ona versəydim.)
- I wish I had been more careful. (Kaşki daha diqqətli olsaydım.)
- He wishes he hadn't stolen the money. (Kaşki pulu oğurlamasaydım deyir.)
► Danışan şəxsin bu andakı halla əlaqəli narazılığını, qəzəbini vəya gələcəkdə bir dəyişiklik olmağını istənildiyində istifadə olunur. Bu şablonda bir mübtəda, would və felin birinci halı istifadə olunur. Ancaq bu şablonda would'dan əvvəldən I və we mübtədaları istifadə olunmur.
- I wish you wouldn't ask me so many questions. (Kaşki bu qədər sual soruşmasaydın.)
- I wish it would stop raining. (Kaşki yağış dayansa.)
Möhtəşəm paylaşımlar edirsiniz. Təşəkkürlər