İngilis dili sözönü sözlər
Aboard - a/ə - da/ də
We climbed aboard the boat - Biz gəmiyə mindik.
Is there a doctor aboard the train? - Qatarda həkim varmı?
About – haqqında, barəsində
What do you think about Susan? - Susan haqqında nə düşünürsünüz?
Let's talk about something interesting - Maraqlı bir şey haqqında danışaq.
I've just read a book about President Haydar Aliyev. - Bayaq Prezident Heydər Əliyev haqqında bir kitab oxudum.
She was talking about her problem - O, öz problemindən danışırdı
Above – üstündə, üzərində, üstündən
We are flying above the clouds. - Biz buludların üstündən uçuruq.
We live in the hills, 2,000 metres above sea-level. - Dəniz səviyyəsindən 2000 metr yüksəklikdəki təpələrdə yaşayırıq.
It's only three degrees above freezing point. [+3ºC] - Donma nöqtəsindən cəmi üç dərəcə yuxarıdır [+3ºC].
Who came above you in the test results? - Test nəticələrində kim sizdən üstün oldu?
Across – qarşısından, qarşısı, qarşısına
They drove across the plain. – Onlar düzənlikdən keçdilər.
The cat ran across the road. - Pişik yolun qarşısına qaçdı.
There is a bridge across the river. - Çayın qarşısında bir körpü var.
He lives in the house across the street. It's nearly opposite mine – O, küçənin qarşısındakı evdə yaşayır. Demək olar ki, mənimki ilə üzbəüzdür.
After - sonra
We had dinner after the meeting. - Görüşdən sonra nahar etdik.
Let's meet the day after tomorrow – Gəl birisigün görüşək
Against - əleyhinə, qarşı, ziddinə
Did you vote for or against the suggestion? - Təklifin lehinə yoxsa əleyhinə səs verdin?
She put his bicycle against the wall - Velosipedini divara ( qarşı) söykədi.
Along – boyunca, uzununca
We walked along the beach for three miles. - Sahil boyu üç mil getdik.
There are colorful flowers along the road. - Yol boyu rəngli çiçəklər var.
The toilet is along the corridor. - Tualet dəhlizin yanındadır.
Alongside – yanaşı, yan yana, birlikdə
Their boat came alongside our boat. - Onların qayığı bizim qayıqla yanaşı ( yan yana) gəldi.
Team A worked alongside Team B during construction. - A komandası tikinti zamanı B komandası ilə birlikdə çalışmışdır.
Amid | amidst – arasında, ortasında, içərisində
I couldn't hear her amid the noise. - Səs -küy içərisində onu eşidə bilmədim.
We were lost amidst the buildings. - Binalar arasında azdıq ( itdik).
Among | amongst – arasında
Is there a nurse among us? - Aramızda tibb bacısı var?
There were secret police among them. - Onların arasında gizli polislər də var idi.
I was amongst strangers. I didn't know anyone - Mən yad adamların arasında idim.
Anti - əks, əleyhinə, qarşı
She seems to be anti my idea. – O, deyəsən mənim fikrimə qarşıdır
Some people are anti everything – Bəzi insanlar hərşeyin əleyhinə olurlar
Around - ətrafında, civarında
We walked around the town for an hour. - Bir saat şəhəri ( ətrafı) gəzdik.
She sat around the campfire. - O, tonqalın ətrafında oturdu.
There are fruit trees around the house. - Evin ətrafında meyvə ağacları var.
He was born around 1459. – O, təxminən 1459 -cu ildə anadan olub.
Let's meet around 6 pm. – Gəl saat 6 civarında görüşək
As – kimi, olaraq, qədər
He is working as a doctor. - Həkim işləyir.
The risk is as nothing compared to the profit. - Mənfəətlə müqayisədə risk heç bir şey deyil.
Michael is as tall as Mark. - Michael Mark qədər hündürdür.
Astride – ata minən kimi, ayaqlarını ayıraraq
She sat astride the horse. –O, ayaqlarını ayıraraq atın üstünə oturdu
At – da/də
He is at university. – O, universitetdədir.
We first met at a wedding. - İlk dəfə bir toyda tanış olduq.
Let's start the meeting at 10 o'clock. - İclasa saat 10 -da başlayaq.
He started work at 15 (years of age). - 15 yaşında işə başladı.
We are aiming at sales of $2,000,000 - 2.000.000 ABŞ dolları satış etməyi hədəfləyirik.
Atop – üstündə, üstünə
The mosque is situated atop a hill. - Məscid təpənin üstündə yerləşir.
Complex prepositions – Mürəkkəb sözönləri
According to – görə, üzrə
According to Susan, Mary was late. I believe Susan. - Syuzanın dediyinə görə, Meri gecikmişdi.
Ahead of – irəlidə, qabaqda
Mark is ahead of John in the race. He'll win. - Mark yarışda Condan qabaqdadır. O qalib gələcək.
We have a long day ahead of us. Let's get going – Qarşıda ( qabaqda) bizi uzun bir gün gözləyir.
Along with – ilə birlikdə, yanında
Do you want some beef along with the chicken? - Toyuqla yanında ( ilə birlikdə) mal əti istəyirsiniz?
Apart from - əlavə, … dan başqa
Nobody objected apart from you, so we did it - Səndən başqa heç kim etiraz etmədi, ona görə də etdik
As for - gəlincə, o ki qaldı
As for Mark, he will arrive later - Marka gəlincə ( o ki qaldı), o, daha sonra gələcək
Apart from - … dan başqa
I have another phone aside from this one. Both are blue - Bu telefondan başqa bir telefonum var. Hər ikisi mavidir
As per – görə, nəzərən, uyğun
We must work strictly as per the law. - Biz ciddi şəkildə qanuna uyğun işləməliyik.
As to – gəlincə, gəldiyində
As to your behaviour, I think you were wrong. - Davranışınıza gəlincə, səhv etdiyinizi düşünürəm.
As well as – həmçinin, həm də, birlikdə
You should telephone as well as write, just to be sure. – Əmin olmaq üçün zəng etməlisiniz, həmçinin yazmalısınız
Away from - uzaqda
The mouse ran away from the cat and escaped. – Siçan pişikdən uzaqlaşdı və qaçıb canını qurtardı
Bar – xariç, saymasaq, çıxmaq şərtiylə
Everyone came bar Samuel – Samueli saymasaq hərkəs gəldi
Barring – xariç, olmazsa, başqa
Barring rain, we'll play football tomorrow. - Yağış yağmasa, sabah futbol oynayacağıq.
Before - əvvəl, önündə, qarşısında, əvvəlcə, qabaq
We had dinner before the meeting. - Görüşdən əvvəl axşam yeməyi yedik.
We met the day before yesterday. – Biz sırağagün görüşdük
She was before me in the queue. – O, növbədə məndən qabaqda idi
I would rather die before doing that. – Bunu etməzdən qabaq ölməyi üstün tuturam
Behind – arxasında, geridə
There is a police car behind us. It's following us. - Arxamızda polis maşını var. Bizi izləyir.
We have a garage behind our house. - Evimizin arxasında qarajımız var.
The child was hiding behind the door. - Uşaq qapının arxasında gizlənmişdi.
I am behind your project. I will support it. - Layihənizin arxasındayam. Mən bunu dəstəkləyəcəm.
Samuel finished behind Mark in the race. - Samuel yarışı Markın arxasında bitirdi.
She is behind the other children in her class. - Sinifindəki digər uşaqlardan geri qalır.
Below – aşağı, altda, aşağıda
Much of Holland is below sea-level. - Hollandiyanın çox hissəsi dəniz səviyyəsindən aşağıdır.
There is a family in the flat below us. - Aşağıdakı mənzildə bir ailə var.
The temperature is 6 degrees below freezing point. [-6ºC] - Temperatur donma nöqtəsindən 6 dərəcə aşağıdır. [-5ºC]
I came below Samuel in the test. - Testdə Samuelin altına düşdüm.
You can buy it if it's below $50. - 50 dollardan aşağı olarsa ala bilərsiniz.
Beneath - altında, altda
The market is beneath our apartment. - Mənzilimizin altında market yerləşir.
The tunnel runs beneath the ground. - Tunel yerin altından keçir.
Michael is beneath the General Manager. - Maykıl baş menecerdən aşağı vəzifədədir.
It was beneath his dignity to do that. -Bunu etmək ləyaqətinin altında idi.
Beside - yanında
The river runs beside our house. - Çay evimizin yanından axır.
James was sitting beside Miriam - Ceyms Miriamın yanında oturmuşdu
Besides – başqa, savayı, əlavə
What shall we have besides tea? - Çaydan başqa nə içək?
Between – arasında
James was sitting between Ram and Ati. - James Ram və Ati arasında oturmuşdu.
Between you and me, I think she's crazy. – Səninlə mənim armada qalsın, məncə o, dəlidir
I can eat this between 1pm and 2pm. – Mən bunu saat 1 ilə 2 arasında yeyə bilərəm
Beyond – o tərəfində, kanarında, o tayında
Can you see someone in the distance, beyond that hut? - Uzaqda, o daxmanın o tayında kimsə görə bilərsən?
This is too difficult. It's beyond me. – Bu çox çətindir. Mənim edəbiləcəyim bir şey deyil
But - … dan başqa
Everyone came but Ulkar - Ülkərdən başqa hamı gəldi
By – üzrə, ilə, yanında, tərəfindən, qədər
We came by train. - Qatarla gəldik.
Fireworks were invented by the Chinese. – Atəşfəşanlıq çinlilər tərəfindən icad edildi
He was shot by a professional killer. - O, peşəkar qatil tərəfindən güllələndi.
It happened by accident. - Bu, təsadüfən baş verib.
He lost the race by for six seconds. - Yarışı altı saniyə uduzdu.
The room is 11 metres by 7 metres. - Otaq 11 in 7 metrdir.
We must finish by Thursday. - Cümə axşamına qədər bitirməliyik.
We were sitting by the window. - Pəncərənin yanında oturmuşduq.
By my calculation, he must be 55. - Mənim hesablamama görə onun 55 yaşı olmalıdır.
Mürəkkəb sözönləri
Because of – ucbatından, görə, ötrü, üzündən, görə, səbədən
We can't play football because of the rain. - Yağışa görə futbol oynaya bilmirik.
I couldn't dance with her because of you - Sənin üzündən onunla rəqs edə bilmədim
But for – olmasaydı
It's your fault! But for you, I'd have been on time. - Sənin günahındır! Sən olmasaydın, vaxtında olardım
By means of – vasitəsilə, köməyilə
You open a door by means of its handle. – Tutacağın köməyilə qapını açın
Circa – təqribən
She died circa 1560 – O, təqribən 1560 – cı ildə öldü
Concerning - aid, dair, haqqında, əlaqəli olaraq, bağlı
Your teacher talked to me concerning your homework. - Müəlliminiz mənimlə ev tapşırığı haqqında danışdı.
I have some questions concerning your decision. - Qərarınızla bağlı bəzi suallarım var.
Considering – nəzərə alaraq, nəzərə alsaq
Considering the poor quality, I think the price is too high. - Keyfiyyətsizliyi nəzərə alsaq, qiymətin çox yüksək olduğunu düşünürəm.
I think I must be going, considering the time. - Düşünürəm ki, vaxtı nəzərə alaraq getməliyəm.
Counting – saysaq, sayılmaqla
There were five people, or six counting the baby. - Körpənidə saysaq beş və ya altı nəfər var idi.
That makes $60, not counting the tax. – Vergini saymasaq, 60 dollar qazanır
Mürəkkəb sözönləri
Close to - yaxın
My car is close to your car. About two cars away - Mənim maşınım sizin maşınınıza yaxındır. Təxminən iki maşın uzaqda
Contrary to - əksinə, rəğmən
Contrary to expectations, the dollar fell in value. - Gözlənilənlərin əksinə, dollar dəyərdən düşdü.
Despite - rəğmən, baxmayaraq
We went swimming despite the cold weather. - Soyuq havaya baxmayaraq üzməyə getdik.
He passed the test despite being ill. - Xəstə olmasına baxmayaraq, imtahandan keçdi.
Down - aşağı, aşağıya, aşağıda, altına
She ran down the hill. – O, təpədən aşağı qaçdı.
The dental clinic is down the road. - Stomatoloji klinika yolun aşağısındadır.
They have had many wars down the years - Bu illər ərzində onlar çoxlu müharibələr keçiriblər
During - müddətində, ərzində, əsnasında, boyu, zamanı
She fell asleep during the meeting. - Görüş müddətində o, yuxuya getdi.
I want to go swimming during the weekend. - Həftə sonu üzgüçülük etmək istəyirəm.
I was bored during the whole picnic. - Bütün piknik boyu sıxıldım.
Depending on – asılı olaraq
We'll play football tomorrow, depending on the rain. - Yağışdan asılı olaraq sabah futbol oynayacağıq.
Due to - səbəbiylə, görə, ilə əlaqəli
Our work's postponement was due to the rain. There was no other reason. - İşimizin təxirə salınması yağışla ( yağışa görə) əlaqədar idi. Başqa səbəb yox idi.
Except – başqa, savayı, bundan başqa, ondan başqa
You can have any colour except black. There is no more black - Qaradan başqa istənilən rəngi götürə bilərsiniz. Daha qara yoxdur
They all came except Jason. He didn't want to come. - Ceysondan başqa hamısı gəldi. Gəlmək istəmirdi.
Excepting – istisna olmaqla, … dan başqa
I can eat anything excepting pork. It makes me sick. - Donuz ətindən başqa hər şeyi yeyə bilərəm. Məni xəstə edir ( iyrənirəm).
Excepting Susan, everyone was present. No-one knew where Susan was - Susandan başqa hamı orada idi. Susanın harada olduğunu heç kim bilmirdi
Hazırladı: Ceyhun Yusifov