No Longer - Any Longer İzahı və Nümunə Cümlələr
Dəyərli izləyicilərimiz, No longer, Any longer, Not Any longer və Any more şəklindəki zaman zərfləri tamamilə eyni mənaya gəlməktədir. Məna cəhətdən Azərbaycan türkçəsinə “artıq yox, daha yox” deyə tərcümə olunur; Yəni, keçmişdə daha əvvəl var olan bir hadisənin vəya vəziyətin artıq olmadığını yaxud daha əvvəl doğru vəya yanlış olan bir hadisə vəya fenomenin dəyişikliyə məruz qalmış olduğu mənasını çıxarda bilərik.
Aralarında məna olaraq bir fərq yoxdur sadəcə No Longer biraz daha rəsmi(formal) dildə üstünlük verilir.
- Food shortages are no longer a problem.
- Qida qıtlığı artıq bir problem deyil.
- I noticed that he wasn't sitting by the window any longer.
- Artıq onun pəncərənin yanında oturmadığına fikir verdim.
- He no longer works here.
- O, artıq burada işləmir.
- Perhaps yes I did love her once but not any more.
- Bəlkə də hə onu sevdim ancaq artıq deyil ( sevmirəm).
- We can't ignore these problems any longer.
- Artıq bu problemləri görməzlikdən gələ bilmərik.
- The extra workers won’t be needed any longer.
- Əlavə işçilərə artıq ehtiyac olmayacaq.
- It’s no longer a secret.
- Bu artıq bir sirr deyil.
Qısa cavab lazım gələn vəziyyətlərdə isə No longer demək yerinə Not any longer – a üstünlük verməyimiz daha uyğun olacaqdır.
- Are you still living in Agdash? - Hələ də Ağdaşda yaşayırsan
- Not any longer. – Artıq deyil
➤ No Longer daha rəsmidir və mübtədayla xəbər arasında özünə yer tapır. Digərləri isə nümunələrdə gördüyünüz kimi cümlə sonlarında da gələ bilməkdədir.
- She could no longer afford to keep him at school.
- O, onu məktəbdə artıq saxlamağa gücü çata bilməzdi.
➤ Eyni formada cümlənin başında istifadə etsək bu dəfə cümlə sıralamasını inverse etməyimiz lazım gələcək.
- No longer does she dream of becoming rich.
- Artıq o, zəngin olmanın xəyalını qurmur.
''No Longer -Any Longer'' cümlə nümunələri
I do not need you any longer. – Sənə artıq ehtiyacım yoxdur
"Father, why did you do this?" she asked, unable to keep her silence any longer. - "Ata, niyə bunu etdin?" deyə artıq sakitliyini saxlaya bilmədiyi üçün soruşdu.
There's no reason to wait any longer – burda artıq gözləməyin bir səbəbi yoxdur
She wasn't there to help him any longer. – O, artıq ona kömək etmək üçün orada deyildi
I can't put up with it any longer. – artıq buna dözə bilmirəm
I can' t tolerate your bad manners any longer. – artıq pis davranışlarına dözə bilmirəm