Materials

İndiki bitmiş davamedici zaman ( Present perfect continuous tense ) forması + Cümlələr


0 3775

İndiki bitmiş davamedici zaman ( Present perfect continuous tense ) forması  + Cümlələr

 

İndiki bitmiş davamedici zaman  - Present Perfect Continuous Tense (I have been going)

 

Present Perfect Continuous Tense ( İndiki bitmiş davamedici ), Present Perfect Tense'e ( İndiki bitmiş zaman ) çox yaxın bir zamandır və yaxşı başa düşülməsi üçün bu iki zaman müqayisə edilərək izah ediləcəktir. Bu zaman da Azərbaycan dilində yoxdur və  bu səbəbdən öyrənilməsi digər zamanlarla müqayisədə biraz daha çox çətindir.

 

► Present perfect simple ( indiki bitmiş zaman ) bir işin tamamlandığını veya tamamlanan nəticəni bildirir. Present perfect contininuous ( indiki bitmiş davamedici zaman ) etməkdə olduğumuz hərəkətin özünü bildirir.

 

Aşağıdaki nümunə cümlələri qarşılaşdırın:

 

- I have  repaired the car. We can drive it now. (Maşını təmir etmişəm. Artıq sürəbilərik.)

 - I have been repairing the car. That‘s why my hands are greasy.  (Maşını təmir edirəm- edirdim. Bu səbəbdən əllərim yağ içində.)

 

- She  has  made five cakes.  (Beş dənə kek düzəldib.)

- She is in the kitchen. She  has been making cake.  (O mətbəxdədir. Kek düzəldir.)

 

- How many cigarettes have  you smoked this morning?  (Bu səhər neçə dənə siqaret çəkmisən?)

- What's that smell? Have you been smoking?  (Bu iy nədir? Siqaret mi çəkirdin?)

 

Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol  <<<

 

► Keçmişdə başlayıb, hələ davam edən və hələ tamamlanmamış hərəkətlərdən bəhsedərkən, əğər hərəkətin nə qədər zamandır davametdiyini vurğulamak istəsək həm Present Perfect Tense ( İndiki bitmiş zaman ), həm də Present Perfect Continuous Tense ( İndiki bitmiş davamedici zaman ) istifadə edəbilərik. İki zaman arasında belə istifadələrdə hərhansı bir fərq yoxdur.


- Her sister has lived here since 1992. (Bacısı 1992'dən bəri burada yaşayıb.)

- Her sister has been living here since 1992.  (Bacısı 1992'dən bəri burada yaşayır.)

- How long have they played in this room? (Nə qədər müddətdir bu otaqda oynayıblar?)

- How long have they been playing in this room? (Nə qədər müddətdir bu otaqda oynayırlar?)

► Eyni halda olan hadisələrin nə qədər müddətdir  olduğundan bəhsetmək üçündə Present Perfect Continuous ( İndiki bitmiş davamedici zaman ) istifadə olunabilir. Hadisə bitib bitmədiyi bu halda vacib deyildir.

- She has been reading this book. (Bir müddətdir - bu kitabı oxuyur ).

- The mechanic has been repairing my car. (Təmirci -bir müddəttir- maşınımı təmir edir?)

► Ancaq eyni halda olan hadisələrin nə qədər müddətdir olduğu bəhsedilmədiyi zaman, Present Perfect ( İndiki bitmiş zaman) istifadə olunursa, hadisənin tamamlanmış olduğu başa düşülür.

- She has read this magazine. (O bu jurnalı oxuyub.)

- The mechanic has repaired my washing machine. (Təmirci paltar yuyan maşını təmir edib.)

 

►Dəqiq bir şəkildə davam edən hadislər Present Perfect Continuous ( İndiki bitmiş davamedici zaman ) ilə başa düşülür. 

Ancaq görülən hərəkətin neçə dəfə edildiyini, miqdarını vəya neçə dənə olduğunu söyləmək üçün Present Perfect Tense istifadə edirik.

- I have been washing cars for five hours. (Beş saatdır maşın yuyuram.)

- I have washed five cars for five hours. (Beş saatdır beş maşın yumuşam.)

- She has been walking since she got up. (Qalxdığından bəri gəzir.)

- She has walked quite a long way since she got up. (Qalxdığından bəri xeyli yol gedib.)

- They have been quarrelling since breakfast. (Səhər yeməyindən bəridir dava edirlər.)

- They have quarrelled three times this morning. (Bu səhər üç dəfə dava ediblər.)

- How long have you been telephoning?  (Nə qədər müddətdir zəng edirsən?)

- How many people have you telephoned? (Neçə nəfərə zəng eləmisən?)

 

     Daha çox nümunəyə bax




► Present Perfect Continuous Tense ( İndiki bitmiş davamedici zaman ) eyni zamanda keçmişdə başlayan  və  yaxın  keçmişə  qədər davam edən hərəkətləri ifadə edir. Bu şəkildə istifadə edərkən  çox zaman hərəkətin indiki zamanda  görülən  təsirləriylə  əlaqə qurulur.

 

- He has been drinking beer. (Pivə içir.)

 

Bu cümləni qurabilmək üçün, özündən bəhsettiğimiz insanın əlində pivə butulkasının olmasına gərək yoxdur. Yanında boş duran butulkalar, üzünün qızartısı vəya ağzının içki iyi verməsi, yaxın keçmişdə bitən bir hərəkətin təsirləri olaraq görülür və bu cümlə Present Perfect Continuous Tense ilə qurulur.

 

- A: Why are you so wet? (Nəyə görə bu qədər islanmısan?)
  B: It has been raining outside and I've just arrived home. (Çöldə yağış yağır və mən evə yeni gəldim.)

 

Bu nümunədə yağışın davam edib etməməsi vacib deyildir. Vacib olan danışan insanın ıslanmasına səbəb olan şeyin yağan yağıs olmasıdır.

 

- What have you done in the classroom? (Siniftə nə eləmisən?)

Bu nümunədə bir insana siniftə nə etdiyi soruşulur və hərhansı bir gizli məna daşımır.

- What have you been doing in the classroom?  It's in a mess. Have you been searching for something?  
  (Siniftə nə edirdin? Ətraf qarmaqarışıq. Birşey mi axtarırdın?)

Bu cümlədə isə yenə otaqda nə etdiyi soruşulur ancaq əslində ətrafın nəyə görə dağıldığı soruşulmaq istənilir.)

 

- “Why is he tired?” ''Because he has been running.'  (O niyə yorğun?” “Çünkü qaçırdı.)

- I've been washing the dishes. That's why my hands are wet.  (Qabları yuyurdum. Bu səbəbdən əllərim nəmdir.)

- What's that smell? Have you been smoking?  (Bu iy nədi belə? Siqaret mi çəkirdin?)

 


- Ahmet has cut his finger. Because he's been peeling onion and chopping them up. (Əhməd barmağını kəsib. Çünkü soğan soyur  ve doğruyurdu.)

Yukarıdakı nümunələrdə də görüldüyü kimi  Present Perfect Tense bitən bir hərəkəti izah edir. Present Perfect Continuous isə meydana gələn səbəblərini izah edir. 

 

► Bir dəfə edilib bitirilən işlərin hələ davam etməkdə olduğunu izah etmədə  Present Perfact Continuous istifadə edilir.

- You have been looking for that pen all morning. Haven't you found it? (Bütün səhərdir ( səhərdən bəri) o qələmi axtarırsan. Tapa bilməmisən?)

- You have been cleaning the room since breakfast. I think you have nearly finished. (Səhər yeməyindən bəri otağı təmizliyirsən. Fikirləşirəm demək olarki bitirmisən.)

- The sparrow has been making a nest in that tree for three days. (Bu sərçə üç gündür bu ağaca yuva qurur.)

Mother has been cleaning the room since 8 o'clock. (Anam səhər  8'dən bəri otağı təmizləyir.)

 

Hazırladı: Ceyhun Yusifov

 

arrow