Əmr cümləsi haqqında
İngilis dilində felin əmr forması ( Imperatives) Simple Present Tense ( İndiki sadə zaman ) ile qurulur və sadəcə qarşıdakına verilir. Bu da “sən və siz” olmaqla 2 şəxs olur.
İngilis dilində Simple Present Tense'də mübtəda deyilmədiyi zaman felin əmr forması ( Imperatives) meydana gəlmiş olur.
- Speak slowly.
- Don't speak loudly. (Yüksək səslə danışma.)
- Come here. (Bura gəl.)
- Don't look at me. (Mənə baxma.)
Sən və siz üçün felin əmr forması ( Imperatives ) bu şəkildə əmələ gətirilir. Bəs digər şəxslər üçün əmr forması sizcə necə ola bilər?
Digər şəxslər üçün əmr forması “icazə vermək” mənasına gələn “let” felindən yararlanaraq əmələ gətirilir.
- Let us speak. (Danışaq.)
- Let's finish this conversation. (Bu söhbətə bir son verək.)
Digər şəxslər üçün də felin əmr forması ( Imperatives ) əmələ gətirərkən əslində yenə Simple Present Tense'dən faydalanılır. Normal hallarda yuxarıdakı cümlədə yazılmamış bir “you” vardır. “İcazə ver danışaq” mənasına gəlir. “you” silinərək “we”üçün felin əmr forması ( Imperatives ) əmələ gətirlmişdir. Bunu Azərbaycan dilinə uyğun formada “danışaq ” deyə tərcümə edirik.
Əmr veriləcək “subject pronouns”lar Verb'dən sonra gəldiklərindən “object pronouns”lar mövqeyinə keçirlər və “gedim, getsin, gedək, getsinlər” mənasında əmr formasına keçərlər.
- Let me speak. (danışım.)
- Don't let me watch. (Baxmayım.)
- Let him/her speak. (Danışsın.)
- Doesn't let him/her watch. (Baxmasın.)
- Let us speak. (Danışaq.)
- Don't let us watch. (Baxmayaq.)
- Let them speak. (Danışsınlar)
- Don't let them watch. (Baxmasınlar.)
Normal halda “let”dən əvvəl you var və yazılmayaraq digər şəxslər üçün felin əmr forması ( Imperatives ) əmələ gətirilmiş demişdik. İnkar formasını yazarkən də eyni məntiqlə “let”dən əvvəl you var, silinmiş və sonrasında inkar (Do not) hissəciyi əlavə olunaraq digər şəxslər üçün inkar əmr forması əmələ gətirmiş olur.
Felin əmr formasının sualını əmələ gətirmək üçünsə “shall”dən istifadə olunur.
Təsdiq Sual Cümləsi
Shall I answer the phone? (Telefona cavab verim mi?)
Shall he come in? (....gəlsin mi?)
Shall we go out? (........çıxaq mı?)
Shall they be here? (Burda olsunlar mı.?)
İnkar Sual Cümləsi
Shall I not answer the phone? (Telefona cavab verməyim mi?)
Shall he not come in? (....gəlməsin mi?)
Shall we not go out? (........çıxmayaq mı?)
Shall they not be here? (Burda olmasınlar mı?)