İndiki davamedici zaman - Present Continuous tense
Present Continuous Tense yəni Azərbaycan dilində indiki davamedici zaman indiki anda həyata keçirilən hərəkətləri ifadə edərkən istifadə olunur. O zaman ingiliscə danışarkən ən çox istifadə edilən zamanlardan biri olan Present Continuous Tense mövzusunu və diqqət edilməsi lazım gələn yerləri dettalı bir formada öyrənmək üçün başlayaq.
İndiki Davamedici Zamanın İstifadəsi
● Danışıq müddətində reallaşan hərəkət və hallardan bəhsedərkən istifadə olunur.
I am reading a book – Mən bir kitab oxuyuram
She is having dinner now – O indi axşam yeməyini yeyir
● Hələ davamedən uzun müddətli hərəkətlərdən bəhsedərkən istifadə olunur. Burada diqqət edilməsi lazım gələn nöqtə hərəkətin o müddətdə real olması lazım gəlməz.
They are not working with us – Onlar bizimlə işləmir
She is studying in college – O kollecdə oxuyur
● Əvvəlcədən planlaşan və yaxın gələcəkdə olacaq hadisələrdən bəhsedərkən istifadə olunur.
We are having a meeting next Monday – Biz gələn 1 – ci günü iclasımız var
He is not working next week – O gələn həftə işləmir
● Daima başverən və xoşa gəlməyən hallrdan bəhsedərkən istifadə olunur. Bu cümlələrdə isə çox hallarda always və constantly zaman zərfləri yer almaqdadır.
My mother is very chatty. She is always talking too much.
Mənim anam çox söhbətcildir. O həmişə çox danışır
Look! She is constantly drinking coffee – Bax! O sürəkli kofe içir
● Dəyişən həqiqi vəziyətlədən bəhsedərkən istifadə olunur.
She is getting fatter and fatter because of this sickness. – O xəstəliyindən dolayı getdikcə kökəlir
The weather is getting warmer – Hava getdikcə istiləşir
İndiki Davamedici Zamanın İzahı
I am … |
I am not … |
Am I … ? |
You are … |
You aren’t … |
Are you …? |
He is … |
He isn’t … |
Is he …? |
She is … |
She isn’t … |
Is she …? |
It is … |
It isn’t … |
Is it ..? |
We are … |
We aren’t … |
Are we …? |
They are … |
They aren’t … |
Are they …? |
İndiki Davamedici Zaman Təsdiq Cümlələr
İngiliscə indiki davamedici zaman (Present Continuous Tense) təsdiq bir cümlə içində istifadə edilərkən mübtəda feldə deyil ancaq köməkçi feldə olduqca vacibdir. Present Continuous Tense üçün cümlə quruluşunda köməkçi fel mübtədaya görə dəyişərkən, felə -ing hissəciyi əlavə olunur.
Mübtəada + Köməkçi fel (am, is, are) + Fel-ing + Tamamlıq
İndiki Davamedici Zamana Aid Cümlələr
● I am learning Maths now – Mən indi riyaziyyat öyrənirəm
● She is sitting – O oturur
● We are riding a bike – Biz velosipet sürürük
İndiki Davamedici Zaman İnkar Cümlələr
İngilis dilində İndiki davamedici zaman inkar bir cümlə içində istifadə olunarkən mübtəda feldə deyil ancaq köməkçi feldə olduqca vacibdir. Present Continuous Tense üçün cümlə quruluşunda köməkçi fel mübtıadaya görə dəyişərkən, felə -ing hissəciyi əlavə olunur. Cümləni inkara çevirən not not hissəciyi isə köməkçi felə əlavə olunur.
Mübtəda + Köməkçi fel (am, is are) + not + Fel-ing + Tamamlıq
İndiki davamedici zamanda inkar cümlələr
● I am not learning Maths – Mən riyaziyyat öyrənmirəm
● He is not sitting – O oturmur
● You are not riding a bike – O velospet sürmür
İndiki Davamedici Zaman Sual Cümlələri
İngiliscə indiki davamedici zaman sual cümləsi içində istifadə olunarkən, mübtəda feldə deyil ancaq köməkçi feldə olduqca vacibdir. Present Continuous Tense üçün cümlə quruluşunda köməkçi fel mübtədaya görə dəyişərkən, felə -ing hissəciyi əlavə olunur. Cümləni sual formasına gətirmək üçün köməkçi fel başa gətirilir.
Köməkçi fel (am, is are) + Mübtəda + Fel-ing + Tamamlıq
İndiki davamedici zaman sual cümlələri
● Are you doing your homework? – Ev tapşırığını edirsən?
● Am I talking English right? – Mən İngiliscəni düzgün danışıram?
● Is Jane taking a photograph? – Jane şəkil çəkir?
Present Continuous Tense ilə İstifadə Olunmayan Fellər
State Verbs ( << Bax ) olaraq da adlandırılan bu fellər +ing hissəciyi əlavə olunmaz. Bu fellərlə əmələ gətirilən cümlələr məna olaraq İndiki davamedici zaman olsada present continuous tense cümlə quruluşu ilə qurulması düzgün deyildir.
I am hating you. (Səhv)
I hate you. (Düzgün)
He is loving cake (Səhv)
He loves cake (Düzgün)
Hiss bildirən fellər
● to love – sevmək
● to like - xoşlamaq
● to hate – nifrət etmək
● to dislike - xoşlamamaq
● to mind – diqqət etmək
● to want – istəmək
● to care – qayğısına qalmaq
● to fear - qorxmaq
● to wish – arzu etmək
● to prefer – üstün tutmaq
● to appreciate – dəyərləndirmək, qiymətləndirmək, qədrini bilmək
● to surprise – təəccübləndirmək
Zehni vəziyətləri ifadə edən fellər
● to notice – fikir vermək, diqqət etmək
● to know – bilmək
● to remember - xatırlamaq
● to imagine – təsəvvür etmək
● to understand – başa dümək
● to recognise - tanımaq
● to forget - unutmaq
Beş duyğu orqanımızla hiss edilən fellər
● to feel – hiss etmək
● to hear – eşitmək
● to see – görmək
● to smell – qoxu vermək, iyləmək
● to taste – dadmaq, dad vermək
Fikir bildirərkən istifadə olunan fellər
● to feel – hiss etmək
● to find - tapmaq
● to think – fikirləşmək
● to suppose – güman etmək
● to consider – hesab etmək
● to believe - inanmaq
● to doubt – şübhə etmək
● to assume – güman etmək
Digər fellər
● to look ( oxşamaq, bənzəmək )
● to seem – görünmək
● to be - olmaq
● to have ( sahib olmaq)
Çox pis
.