Video lessons

Gələcək zaman - Will və Be going to fərqi


1 4585

WILL vs. GOING TO ARASINDAKI FƏRQLƏR

 

İngilis və Azərbaycan dili arasında oxşar məqamlar olduğu qədər birbirindən fərqləndirən çox incə hallar da var.

Məsələn; Will və Going to qəliblərinin ikisi də gələcək zamanı ifadə edir. Ancaq xarixi dil öyrənməyə çalışanlara çətinlik yaradan nöqtələr, ancaq bu mərhələdə ortaya çıxır. Bu iki qəlib, eyni zamanı ifadə etmələrinə baxmayaraq fərqli yerlərdə istifadə olunur. Yəni gələcək mənanı ifadə edən ancaq fərqli vəziyyətləri müəyyən edən istifadə formalarına malikdir.  

O zaman ‘will’ və ‘be going to’ haralarda üstünlük verilir, aralarında ne kimi istifadə fərqləri var, gəli bunlara birlikdə bir göz gəzdirək.

 

Will istifadə yerləri

Will’ İngilis dilində Future Tense mövzusundan bildiyiniz bir söz və gələcək zamanı müəyyən etmək məqsədiylə istifadə edilən köməkçi bir feldir.  Ümumi olaraq -acaq, -əcək mənalarına gəlir.

Mübtəda + Köməkçi fel + Fel düsturuna görə əmələ gətirilən cümlə qəliblərinə sahibdir.

I will eat.”, dediyinizdə “Mən yeyəcəm.” Mənasını ifadə etmiş oluruq.

 

Təsdiq cümlə

İnkar cümlə

Sual cümləsi

I will eat

I won’t eat

Will I eat?

You will eat

You won’t eat

Will you eat?

He will eat

He won’t eat

Will he eat?

She will eat

She won’t eat

Will she eat?

It will eat

It won’t eat

Will it eat?

We will eat

We won’t eat

Will we eat?

They will eat

They won’t eat

Will they eat?

Will cümlələr:

 

He won’t do anything today.

(O bugün heçnə etməyəcək.)

Will you take anything?

(Sən nəsə bir şey götürəcəksən mi?)

I will study this month.

(Mən bu ay dərs oxuyacam.)

He won’t wait too much.

(O çox gözləməyəcək.)

You will be successful.

(Sən müvəffəq olacaqsan.)

‘Will’ aşağıda göstərilən hallarda istifadə olunur;

Ani verilən qərarlarda

Bir şey etmək üçün anidən bir qərar versəniz, bunu deyərkən ‘will’ qəlibindən istifadə etməliyik. Bu hal, ümumiyətlə danışıq müddətlərində verilən qərarları əhatə edir. 

 Məsələn:

A: Did you send her a message?

(Ona mesaj göndərdin mi?)

B: No, I forgot. I will send it to her tomorrow.

(Xeyir, unutdum. Ona sabah göndərəcəm.)

A: I am hungry.

(acam - acmışam.)

B: Ok. I will make you something to eat.

(Yaxşı. Sənə yeməyə nəsə hazırlayacam-hazırlayım.)

A: I like this dress better than the other one. I will take it.

(Bu paltarı o birisindən daha çox bəyəndim. Bunu götürəcəm.)

A: You passed the exam.

(İmtahanı keçdin.)

B: Great! I will call my parents and tell them the good news.

(Əla! Valideynlərimə zəng edəcəm və onlara gözəl xəbəri verəcəm.)

Gələcəklə əlaqəli birşeyləri təxmin edərkən

Gələcəyə dair dəqiqliyi olmayan təxminlər edərkən ‘will’ istifadə edilir. Bir şeyin olacağı dəqiq deyilsə, ehtimal olaraq danışılırsa bu qəlibə üstünlük verilir.

Məsələn:

A: I am afraid we will be late for the meeting.

(Qorxuram iclasa gecikəcəyik.)

A: She doesn’t study enough.

(O kifayət qədər dərs çalışmır.)

B: I know. I think he won’t graduate from school.

(Bilirəm. Məncə o məktəbdən məzun olmayacaq.)

A: Science is developing very fast.

(Elm çox sürətlə inkişaf edir.)

B: I think we will use capsules instead of food one day.

(Məncə bir gün yemək əvəzinə kapsula istifadə etməyə başlayacayiq.)

Gələcəyə dair dəqiq olmayan bir ehtimaldan bəhsedərkən ‘I think..’‘I’m afraid..’ kimi cümlələrlə başlandığı görülür.

Təklif edilərkən vəya Söz verərkən

Birisinə, bir mövzu ilə əlaqəli bir söz verərkən ‘will’ istifadə olunur. Eyni zamanda bir təklif edilərkən yenə ‘will’ üstünlük verilir.

Məsələn:

A: My homework is very hard.

(Ev tapşırığım çox çətindir.)

B: Don’t worry! I will help you.

(Narahat olma! Mən sənə kömək edəcəm.) -söz

A: You look very tired. I will do the ironing for you.

(Çox yorğun görünürsən. Sən üçün mən ütüləyərəm.) –təklif

A: The bag is very heavy.

(Çanta çox ağırdır.)

B: Ok, I will carry it for you.

(Yaxşı, Sənin üçün mən daşıyaram.) –təklif

 

Be Going To İstifadə yerləri

Be going to’ eynən will kimi Future Tense mənasına gəlir və -acaq, -əcək mənasına gəlir. ‘Will’ qəlibiylə müqayisədə daha yaxın bir gələcəyi ifadə etmədə və güclü sübuta dayanan vəziyətlərə çox daha uyğun bir qəlibdir.

Mübtəda + Be Going To + Fel düstüruna görə istifadə edilir.

I’m going to buy a new bag.’ Dediyinizdə ‘Mən yeni bir çanta alacağam.’ deyildiyi və bunun yaxın vaxtda reallaşacağını başa düşürük.

 

Təsdiq cümlə

İnkar cümlə

Sual cümləsi

I am going to eat

I am not going to eat

Am I going to eat?

You are going to eat

You are not going to eat

Are you going to eat?

He is going to eat

He is not going to eat

Is he going to eat?

She is going to eat

She is not going to eat

Is she going to eat?

It is going to eat

It is not going to eat

Is it going to eat?

We are going to eat

We are not going to eat

Are we going to eat?

They are going to eat

They are not going to eat

Are they going to eat?

 

 

Be going to cümlələr:

Alex is going to take her to dinner.

(Alex onu axşam yeməyinə aparacaq.)

They are going to leave tonight.

(Onlar bugün gedəcəklər.)

I am going to play football.

(Mən futbol oynayacağam.)

She isn’t going to tell.

(O deməyəcək.)

It isn’t going to rain.

(Yağış yağmayacaq.)

Are you going to join the party?

(Qonaqlığa gedəcəksən mi)

Daha Əvvəldən Gələcəklə Əlaqəli Planlanmış Hərəkətlərdə

Əgər bir hərəkət əvvəlcədən planlanmışsa və yaxın bir zamanda olmasına qərar verilmişsə ‘going to’ istifadə edilir.

Be going to cümlələr:

A: They are going to get married in two months.
(Onlar iki ay içində evlənəcəklər.) -İki ay sonrası üçün evlilik planı edirlər.

 

A: Did you give him his present?
(Ona hədiyəsini verdin mi?)

B: No. I am going to give it to him tonight at dinner.
(Xeyir. Hədiyəni ona bugün axşam yeməyində verəcəm.)

A: Are you coming to the party tonight?
(Bugün qonaqlığa gəlirsən mi?)

B: No, I am not. I am going to go to the theatre with my sister.
(Xeyir, gəlmirəm. Bacımla teatra gedəcəyəm.)

Bir Hadisənin Reallaşacağına Dair Güclü Bir Sübut Varsa

Bir hadisənin yaxın zamanda olacağına dair güclü bir sübut varsa ‘be going to’ qəlibi üstünlük verilir.

 

Be going to cümlələr:

 

A: Look at the clouds!
(Buludlara bax!)

B: It is going to rain.
(Yağış yağacaq.)

A: It is very cold and the streets are frozen.
(Hava çox soyuqdur və küçələr buz tutub.)

B: Look! That woman is going to fall.
(Bax! O qadın düşəcək.)

A: Watch out! You are going to hit your head.
(Diqqətli ol! Başını vuracaqsan.)

B: Oh! I didn’t notice the door.
(Oh! Qapıya fikir vermədim.)

Gələcəyə Dair Bir Plan vəya Niyyət olduğunda

Gələcəklə əlaqəli planlarımız və niyyətlərimiz üçün ‘be going to’ qəlibini istifadə edirik.

 

Be going to cümlələr:

A: I am going to become a famous actress one day.
(Bir gün məşhur bir aktrist olacağam.)

A: You won the lottery, didn’t you?
(Lotereyanı qazandınız, elə deyilmi?)

B: Yes. We are going to buy a big house and a new car.
(Bəli. Böyük bir ev və yeni bir maşın alacağız.)

A: He is going to become a doctor when he finishes medical school.
(Tib fakultəsini bitirdiyində həkim olacaq.)

İki qəlib arasındakı fərqləri xülasə etsək;

  1. ‘Will’, heç bir əsaslı bir səbəb olmadan gələcəyə dair təxmin edilərkən istifadə olunur; ‘Going to’, güclü bir subuta əsaslanaraq istifadə olunur.
  2. ‘Will’, hadisə müddətində verdiyimiz ani qərarları əhatə edərkən; ‘Going to’, əvvəlcədən planlanmış yaxın bir gələcəkdə reallaşmasına qərar verilmiş hərəkətləri əhatə edir.

 

HAZIRLADI: CEYHUN YUSIFOV

arrow