İngilis dilində bütün fellər hal ( vəziyyət) (state/stative/non-progressive) və hərəkət felləri (action/dynamic) olaraq ikiyə bölünür. Bu iki növü bir birindən ayıran ən vacib xüsusiyət, hərəkət fellərinin “continuous tense”lər yəni mütamadilik ( daimilik) bildirən zamanlar (Present Continuous, Past Continuous, Future Continous, vs.) ilə istifadə olunabilir. Hal – vəziyyət felləri ( State verbs) ümumiyətlə dərketmə, hisslər, duyğular, olma vəziyəti ilə felləri əhatə edir. Ümumi olaraq istifadə edilən Hal – vəziyyət fellərinin ( Stative verbs ) cədvəlinə aşağıdan baxa bilərsiniz:
be |
have |
own |
taste |
believe |
hear |
prefer |
think |
belong |
know |
remember |
understand |
cost |
like |
see |
want |
forget |
love |
seem |
|
hate |
need |
smell |
|
Yuxarıdakı cədvəldə göstərilən bəzi fellərin hərəkət feli olabildiyini yəni “davamedici zamanlarla istifadə edildiyini görmüş olabilərsiniz. Bəli, bəzi fellər həm state verbs həm də hərəkət feli olabilirlər. Ancaq bu vəziyətdə mənalarıda dəyişir. İndi bu fellərə bir göz gəzdirək.
Have – Sahib olmaq
- “Sahiblik” mənasına gəldiyində hal vəziyət feli olur.
Məsələn: I have a dog. (Mənim bir pişiyim var./Bir pişiyə sahibəm.)
My brother has a good job. (Qardaşımın yaxşı bir işi var./Qardaşım yaxşı bir işə sahibdir.)
The book has nice exercises. (Kitapda gözəl tapşırıqlar var./Kitab gğzəl tapşırıqlara sahibdir.)
- Aşağıda nümunələrdə isə hərəkət feli olaraq istifadə edilməkdə və mənası istifadəsinə görə dəyişməkdədir.
Məsələn: I’m having dinner at the moment – Mən hal –hazırda axşam yeməyini yeyirəm
Hal hazırda axşam yeməyini yeyirəm. (“Have” burada “eat” yəni “yemək” mənasında istifadə edilmişdir.)
Alex is having a bath –
Alex duş qəbul edir. (“Have” burada “duş qəbul etmək” mənasındadır.)
Are you having a good time?
Yaxşı vaxt keçirirsiniz? (“Have” burada “Yaxşı vaxt keçirmək” mənasında istifadə edilmişdir.)
Think
- “Fikir bildirmək” mənasında istifadə edilirsə hal – vəziyyət ( State verbs )feli olur.
Məsələn: I think Sam doesn’t like school – Mən Sam-in məktəbi xoşlamadığını düşünürəm
Məncə Saç məktəbi xoşlamır. (Burada “think”, “in my opinion” yəni “məncə” mənasında istifadə edilmişdir.)
- “Düşünmək” mənasında istifadə edilirsə hərəkət feli olur. Düşünmək, bir prosesdir və dolayısıyla hərəkət felidir ( Action verbs).
Məsələn: I’m thinking about my childhood right now.
Hal hazırda uşaqlığım haqqında danışıram.
See
- “Görmək” ya da “başa düşmək” mənasında istifadə edilirsə hal vəziyyət felidir.
Məsələn: Do you see the bird in the tree? (Ağacdakı quşu görürsənmi?)
I see what you mean. (Nə demək istədiyini başa düşürəm.)
- “Görüşmək”, “gğrüş təyin etmək” mənasında istifadə edilirsə bir hərəkət feli olur.
Məsləən: I’m seeing my boyfriend this afternoon. (Bu günortadan sonra oğlan dostumla görüşəcəm.)
Be
- “Olmaq” mənasına gəlirsə hal – vəziyyət felidir ( State verb ).
Məsələn: Becky is childish.
Becky, uşaq kimidir. (Uşaq kimi olmaq onun xasiyətidir.)
- “Davranmaq” mənasına gəlirsə hərəkət felidir.
Məsələn: Why are you being so childish?
Niyə belə uşaqca davranırsan? (Hal hazırda uşaqca davranır, normal halda uşaq kimi deyil.)
Smell
- “İy vermək” mənasına gəlirsə hal vəziyət felidir ( State verb )
Məsələn: The flower smells great. (Çiçək gözəl iy verir.)
- “İyləmək, qoxlamaq” mənasına gəlirsə hərəkət felidir.
Məsələn: Why are you smelling the fish? (Niyə balığı iyləyirsən?)
Taste
- “Dad vermək” mənasına gəlirsə hal – vəziyət felidir ( State verb ).
Məsələn: The soup tastes awful. (Şorba çox pis dadır./Şorbanın dadı xoşagəlməzdir.)
- “Dadına baxmaq” mənasına gəlirsə hərəkət felidir.
Məsələn: She is tasting the soup. (O, şorbanın dadına baxır.)
Look
- “Görünmək” mənasına gəlirsə hal vəziyyət felidir ( State verb ).
Məsələn: You look great. (Mükəmməl görünürsən.)
- “Baxmaq” mənasına gəlirsə hərəkət felidir.
Məsələn: Why are you looking at me? (Niyə mənə baxırsan?)
Feel
- “Fikir bildirmək, düşünmək” mənasında istifadə edilirsə hal – vəziyyət felidir ( state verbs ).
Məsələn: I feel that you are angry. (Əsəbi olduöunu düşünürəm.)
- “Fiziki vəziyyət” ilə əlaqəliysə həm hal həm də hərəkət feli olaraqda istifadə oluna bilir.
Məsələn: How do you feel? I feel sick/angry. (Necə hissedirsən? Xəstə/əsəbi hissedirəm)
How are you feeling? I’m feeling sick/angry. (Necə hissedirsən? Xəstə/əsəbi hissedirəm)
VACİB: Hal – vəziyyət felləri davamedici zamanlarla istifadə edilməz ancaq hərəkət felləri bütün zamanlar ilə istifadə ediləbilər.
Məsələn, “look” felini hərəkət feli olaraq yəni “baxmaq” mənasında bütün zamanlarda istifadə edəbilirik. “He is looking at me” desək “hal hazırda mənə baxır” demiş oluruq; “He always looks at me” desək “sürəkli mənə baxırıq” demiş oluruq.
- He is looking at me √
- He looks at me. √
Ancaq “look” felini hal – vəziyyət feli olaraq yəni “görünmək” istifadə ediriksə, məsələn “he looks great”, bu cümləni “davamedici” olaraq qurabilmərik, yəni “he is looking great” deyə bilmərik.
- After his hair transplant in Turkey he looks great. √
- After his hair transplant in Turkey he is looking great. X