Video lessons

Sözönləri ( In, on, at) - Prepositions


4 12453

In- On – At Zaman ədatları – Sözönləri

 

Qrammatika qaydalarında ‘ədatlar ( sözönü ), heç şübhəsiz təkrar etməyə ən çox ehtiyac görülən mövzuların başında gəlir. Halbuki tək başlarına heçbir məna ifadə etməyən sözlər bunlardır.

Ədatlar ( Sözönləri ) yəni prepositions, Azərbaycan türkçəsində olduğu kimi İngilis dilindədə boldur. Hətta bəzi sözləri birçox yerdə fərqli mənada istifadə etmək lazım gəlir.

Məsələn; in, on və at zaman ədatlarını ( sözönlərini ) İngiliscə yer ədatları ( sözönləri ) olaraq da hesab etmək mümkündür. Bu səbəblə; aradakı fərqi öyrənmək üçün, İngilis dli qrammatika başlanğıc təməllərini qurmaq nöqteyi nəzərdən çox mühümdür.

Gəlin in-on-at zaman ədatlarını (prepositions of time) nümunələrlə daha yaxşı anlamağa çalışaq.

‘İn’ istifadə forması

‘In’ zaman ədatı ( sözönü ), müəyyən bir zaman aralığını izah etmək üçün tez tez istifadə olunur.

  • Həftələrdən bəhsedərkən ‘in’ istifadə olunur. (weeks)
    Məsələn: in 2 weeks- 2 həftədə/ 2 həftə içində
  • Aylardan bəhsedərkən ayların qarşısına ‘in’ gətirlir. (months)
    Ör: in September– Sentyabrda/ Sentyabr ayında
    in July– İyulda
  • İllərdən bəhsedərkən ilin qarşısına ‘in’ gəlir. (years)
    Məsələn: in 1992- 1992’də
    in 1980s- 1980’lərdə
    in six years- 6 ildə/ 6 il içində
  • Fəsillərdən bəhsedərkən hansı fəsildirsə onun qarşısına ‘in’ gəlir. (seasons)
    Məsələn: in winter– Qışda/Qış fəslindəminde
  • Yüzillik (əsr) və dövrlərdən bəhsedərkən ‘in’ istifadə edilir. (centuries, ages)
    Məsələn: in 19th century- 19. əsrdə
    in the ice Age- Buz dövründə
  • Günü üç peryodunu söyləyərkən ‘in’ istifadə edilir.
    Məsələn: in the morning- Səhər/ Səhərləri/ Səhər vaxtı,
    in the afternoon- Günorta/ Günortaları/ Günorta vaxtı
    in the evening- Axşam/ Axşamları/ Axşam vaxtı

Qeyd: ‘in’ sözönünün istifadə edildiyi bəzi qəliblər vardır. Yuxarıda göstərilənlərin xaricində qəlibləşmiş bəzi halları izah edərkən bu söz frazalarını istifadə bilərsiniz.

in the future– Gələcəkdə,
in the past– Keçmişdə,
in a few days– Bir neçə gün içində

 

‘On’ istifadə forması

‘On’  zaman ədatı (sözönü), tarix və günləri izah edərkən tez tez istifadə edilir.

  • Günlərdən əvvəl ‘on’ ədatı ( sözünü) gəlir. (days)
    Məsələn: on Fridays- Cümələri/ Cümə günləri
    on Saturday- Şənbə/ Şənbə günü
  • Ayın tarixlərində istifadə edilir.
    Məsələn: on February 21-  Fevralın 21 – i / 21 Fevralda
    on the 12th of November- Noyabrın 12’si
  • Günün hissələrindən bəhsedərkən müəyyən bir günün müəyyən bir vaxtını demək üçün ‘on’ istifadə edilir.
    Ör: on Sunday morning- Bazar günü səhəri

Qeyd: Bəzi xüsusi günləri izah etmək üçün ‘on’ ədatı ( sözünü ) istifadə edilir. Burada diqqət edilməsi lazım gələn ‘day’ sözü keçən qəliblər olmasıdır. 

On my birthday– Doğum günümdə,
On New Year’s Eve– Yeni il ərəfəsində,
On Christmas Day– Milad günündə

‘At’ istifadə forması

‘at’ zaman ədatı ( sözönü ), dəqiq bir zaman aralığını ifadə etmək üçün istifadə edilir.

  • Dəqiq bir saatı demək üçün ‘at’ zaman ədatı istifadə edilir.
    Məsələn: at 6 o’clock- Saat 6’da
    at 11.30 am- Səhər 11:30 ‘da
  • Gün içindəki müəyyən bir zaman aralığını izah etmək istədiyimizdə istifadə edilir.
    Məsələn: at night- Gecə
    at noon- Gündüz,
    at midnight- Gece yarısı
  • Bəzi xüsusi günlərdən əvvəl ‘at’ zaman ədatı ( sözünü ) gəlir.
    Məsələn: at Christmas- Milad’da
    at Ramadan- Ramazan’da
  • Dəqiq bir zaman varsa bunun əvvəlinə ‘at’ gəlir.
    Məsələn:at sunset- Gün batışında
    at sunrise- Gün doğumunda
    at dinner time- 
    Axşam yeməyi vaxtı,
    at breakfast time- Səhər yeməyi vaxtında

Qeyd: ‘At’ quruluşunun istifadə edildiyi bəzi qəliblər isə bu formadadır;

At the same time– Eyni zamanda,
At the moment– İndiki anda
At present– hal hazırda/ indi
At the weekend– Həftə sonunda

Sual qəlibləri:

Zaman ədatlarının ( sözönü ) istifadə edildiyi ‘What time?’ və ‘When?’ kimi vacib qəlibləri vardır.

Bəzi sual cümlələrini gördüyünüzdə cavab olaraq in, on vəya at ilə başlayacaq bir cavab verməyimiz lazım gəldiyini bilməliyik.

Məsələn: 

Q: What time does your car leave? – Maşın saat neçədə çıxır?
A: My car leaves at 9 o’clock – Maşınım saat 9’da çıxır.

Q: When does your school start? – Məktəbin nə zaman başlayır?
A: My school starts in September– Məktəbim Sentyabrda başlayır.

Xəbərdarlıq:

In, on və at zaman ədatı istifadə formaları ümumi olaraq bu formadadır. Ancaq zaman anlayışı heçbir şəkildə hər hansı bir  preposition ( özünü ) almayan müəyyən qəliblərdə mövcuddur. Ancaq bunları qarışdırmamaq üçün əzbərləməyimiz lazım gəlir.

This morning– Bu səhər
Last night– Dünən gecə
Next week– Gələcək/Gələn həftə
Tomorrow– Sabah
Yesterday– Dünən
Today– Bugün
Every year– Hər il

HAZIRLADI: CEYHUN YUSIFOV

arrow