Video lessons

Sadə keçmiş zaman - Simple past tense


0 12745

Simple Past Tense (Keçmiş Zaman)

 

Simple Past Tense, Azərbaycan dilində tərcüməsi Keçmiş Zaman, keçmişdə müəyyən bir zaman içərisində başlamış və artıq sonlanmış olan hərəkətləri vəya vəziyətləri izah etmək məqsədiylə istifadə edilən zaman formasıdır. 

Bu zaman formasını öyrənərkən mütləq Past Continuous Tense ilə qarışdırmamalıyıq. Bu səbəblə iki zaman forması arasındakı fərqləri və Past Tense istifadə yerlərini bilməkdə fayda var.

Simple Past Tense (Keçmiş Zaman) qaydası

 

Simple Past Tense (Keçmiş Zaman) qrammatika qaydaları, “təsdiq cümlə”, “inkar cümlə” və “sual cümləsi” olaraq 3 əsas formada nəzərdən keçirilməlidir.  

Keçmiş zaman təsdiq cümlə

  • Keçmiş zamanda təsdiq cümlə qurmaq üçün əvvəlcə uyğun mübtədanı seçirik.
  • Ardından felimizin ikinci halını qeyd edirik.
  • Son olaraq isə tamamlığımızı (object) yerləşdirərək cümləmizi qurmuş oluruq. 

Məsələn:

We came from Baku last month
(Biz keçən ay Bakıdan gəldik.)

She studied business administration at university
(O universitetdə biznes idarəçiliyini oxudu.) 

Our favorite team became champion at our national league last week.
(bizim sevimli komandamız keçən həftə milli liqada çempion oldu.)

My sister made a cake to us yesterday.
(Bacım bizə dünən kek düzəltdi.)

He was the manager of our hospital.
(O bizim xəstəxanamızın müdürü idi.)

Aşağıdakı cədvəldə keçmiş zaman təsdiq cümlə formasının qurluşu verilmişdir.  

MÜBTƏDA

XƏBƏR

TAMAMLIQ

I

VERB 2

OBJECT

YOU

WE 

THEY

HE

SHE

IT

 

İngilis dilində fellər qaydalı (regular) və qaydasız (irregular) olmaqla 2’yə bölünür. Qaydalı fellər, sonlarına “ed” hissəciyi qəbul edirlər. Ancaq qaydasız fellərin istifadəsində hər hansı bir qayda olmamasından dolayı bu fellərin əzbərlənməsi mütləq vacibdir.  .

Qaydalı fellər (regular verbs), felin sonuna –ed hissəciyi əlavə olunaraq istifadə olunur. Aşağıdakı bir neçə nümunəyə göz gəzdirək;

 

FEL 1. HALI

FEL 2. HALI

Like (xoşlamaq)

Liked ( xoşladı )

Work (işləmək)

Worked ( işlədi )

Watch (izləmək, baxmaq)

Watched ( baxdı )

 

 

Qeyd: Sonu “y” ilə bitən qaydalı fellər –ed hissəciyi əlavə olunduğunda “y” silinir və yerinə “-ied” hissəciyi gəlir.  Nümunə: Study (oxumaq, çalışmaq), fellinin 2. halını istifadə etmək istədiyimizdə söz sonundakı “y” hərfini silərək yerinə “-ied” hissəciyini gətiririk və felimiz “studied” halına gəlmiş olur.  

Qaydasız felləri (irregular verbs) öyrənəbilmək üçün bu fellərin birinci və ikinci hallarını əzbərləmək lazım gəlir. Gəlin indidə qaydasız fellərin bəzilərinin birinci və ikinci hallarına birlikdə göz gəzdirək.

 

FEL 1. HALI

FEL 2. HALI

Go (Getmək)

Went ( Getdi)

Win (Qalib gəlmək)

Won ( Qalib gəldi)

See (Görmək)

Saw ( Gördü)

 

 

Keçmiş zaman inkar cümlə forması

  • Keçmiş zamanda inkar cümlə qurarkən, xüsusilə uyğun mübtəda seçilir.
  • Ardından inkar mənanı vermək məqsədiylə “didn’t” köməkçi fel gətirilir.
  • Felin 1. halı istifadə olunur.
  • Son olaraq da tamamlıq (object) gətirilərək cümlə sonlandırılır.

Məsələn:

I didn’t meet my friends at that cafe because i was out of the city.
(Şəhərdən kənarda olduğum üçün dostlarımla o kafedə görüşmədim.)

They didn’t tell us that it was difficult.
(Onlar mənə bunun çətin olduğunu demədilər.)

Our teacher didn’t give homework to us for the holiday.
(Müəllimimiz tətil üçün bizə ev tapşırığı vermədi.)

I didn’t buy that t-shirt from that shop as it was very expensive.
(O jaket çox bahalı olduğu üçün o mağazadan almadım.)

My brother didn’t come with us yesterday.
(Qardaşım dünən bizimlə gəlmədi.)

QEYD: Simple Past Tense’də inkar cümlə qurarkən, “didn’t” köməkçi felinin ardından mütləq fellərin 1. halı gəlir. İnkar cümlə quruluşunu, təsdiq cümlə quruluşu ilə qarıştırıp qətiyyən felin 2. halını istifadə etməyin.

Aşağıdakı cədvəldə inkar cümlə qurluş forması verilmişdir. 

MÜBTƏDA

KÖMƏKÇİ FEL

FEL

TAMAMLIQ

I

DIDN’T

VERB1

OBJECT

YOU

WE 

THEY

HE

SHE

IT

 

 

Keçmiş zaman sual cümlə forması

  • Keçmiş zamanda sual cümləsi qurarkən əvvəlcə “did” köməkçi feli cümlənin əvvəlinə gətirilir.
  • İkinci olaraq uyğun mübtəda seçilir.
  • Ardından felin 1. halı gətirilir.
  • Son olaraq isq tamamlıq əlavə olunaraq cümlə tamamlanır.

Məsələn:

Sual: Did you visit Tovuz last spring?
(Keçən yaz Tovuza getdin mi?)
Cavab: Yes, I did. /No,  I didn’t.
(Bəli getdim. /Xeyir, getmədim.) 

Sual: Did they come to the meeting?
(Onlar iclasa gəldilər mi?)
Cavab: Yes, they did. /No, they didn’t.
(Bəli, gəldilər. /Xeyir, gəlmədilər.)

Sual: Did she pass the exam?
(O imtahanı keçdi mi?)
Cavab: Yes, she did. /No, she didn’t.
(Bəli, keçdi. /Xeyir, keçmədi.)

Sual: Did your mother prepare a lunch box for you?
(Anan sənin üçün günorta yeməyi hazırladı mı?)
Cavab: Yes, she did. /No, she didn’t.
(Bəli, hazırladı. /Xeyir, hazırlamadı.)

Sual: Did your friend study at that college?
(Sənin dostun o kollecdə mi oxudu?)
Cavab: Yes, she did. /No, she didn’t.
(Bəli, oxudu. /Xeyir, oxumadı.)

Aşağıdakı cədvəldə Simple Past Tense sual cümləsi quruluş forması verilmişdir.

KÖMƏKÇİ FEL

MÜBTƏDA

FEL

TAMAMLIQ

DID

I

VERB1

OBJECT

YOU

WE 

THEY

HE

SHE

IT

QEYD: Keçmiş zamanda sual cümləsi qurarkən mütləq fellərin 1. halı istifadə edilməlidir.

WH QUESTIONS?

Yuxarıda bəhs etmiş olduğumuz sual qəliblərinin iki cavabı vardır. “Bəli” veya “Xeyir”. Ancaq qarşı tərəflə qurmuş olduğumuz ünsiyətdə çox zaman bu iki cavab kifayət etmir. Zaman zaman söhbətin axışına görə, qarşımızdakına “Nə?”“Nə vaxt?”“Kim?”“Harada?”“Niyə?” kimi cavabı bəli ya da xeyirdəm fərqli olan suallar soruşmaq vəziyətində də qalabilirik. Tam bu nğqtədə WH QUESTIONS adını verdiğimiz sual qəlibləri köməyimizə çatır. 

WH QUESTIONS sual qəliblərini bu şəkildə sıralayabilərik:

  •  
    • What: Nə?
    • When: Nə vaxt
    • Who: Kim?
    • Where: Harada?
    • Why: Nə üçün? 

Əlaqəli sual sözlərini daha əvvəl bəhsetmiş olduğumuz, Simple Past Tense sual cümləsinin başına gətirərək, soruşmaq istədiyimiz sualı qarşı tərəfə soruşa bilərik.

Məsələn: 

Sual: What did you study at university?
(Universitetdə nəyi oxudun?)
Cavab: I studied Geography at the university.
(Mən universitetdə coğrafiya təhsili aldım.)

Sual: When did they graduate from university?
(Onlar universitetdən nə vaxt məzun oldular?)
Cavab: I graduated from university 10 years ago.
(Universitetdəm 10 il əvvəl məzun oldum.)

Sual: Who came to your office yesterday?
(Dünən sənin ofisinə kim gəldi?)
Cavab: Alex came to my office yesterday.
(Alex dünən ofisimə gəldi.)

Sual: Where did you spend your holiday last year?
(Keçən il tərili harada keçirdin?)
Cavab: I spent my holiday in Istanbul last year.
(Keçən il tətilimi İstanbulda keçirdim.)

Sual: Why did they come to the meeting?
(Onlar niyə iclasa gəldilər?)
Cavab: They came to the meeting because they wanted to express their point of view.
(İclasa gəldilər çünki fikirlərini ifadə etmək istədilər.)

Used To qaydası  - Ardı/ Ərdi

Used to keçmişdə müəyyən bir müddət etdiyimiz ancaq içində olduğumuz zaman formasında etməyi kənara qoyduğumuz vərdişlər üçün istiafdə edilən bir qəlibdir.

Məsələn:

I used to eat fast food when I was young.
(Gənc ikən fast food yeyərdim ancaq artıq yemirəm.)

They used to visit us in the summers when I was a child.
(Mən uşaq ikən onlar bizə yayda ziyarət edərlərdi ancaq artıq etmirlər.)

We used to go to school on foot before the new bus line opened.
(Yeni avtobus xətti açılmadan əvvəl məktəbə piyada gedərdik ancaq artıq piyada getmirik.)

My friend used to buy expensive clothes in the past.
(Dostum keçmişdə bahalı paltarlar alardı ancaq artıq almır.)

I used to watch cartoons when I was a little kid.
(Balaca bir uçaq ikən çizgi filmlərə baxardım ancaq artıq baxmıram.)

HAZIRLADI: CEYHUN YUSIFOV

arrow