Simple present tense - İndiki sadə zaman
İngilis dili qrammatika mövzuları arasında ən çox istifadə edilən Simple Present Tense ya da digər bir deyişlə Sadə indiki zaman İnglis dilində istifadəsi ən asan olan zamanlardan biri olaraq bilinir. Simple present tense ( İndiki sadə zaman ) edilən hərəkətləri ifadə etmək üçün istifadə olunur.
İndiki qeyri – müəyyən zaman istifadəsi
Hamı tərəfindən bilinən reallıqları, planlanan hərəkətləri izah edərkən, müəyyən bir müddət zərfində təkrar edən hərəkətləri, dəyişməyən hal, duyğu və arzuları ifadə edərkən istifadə olunur.
-
Həmişə təkrarlanan hərəkətləri izah edərkən istifadə olunur.
I drink 3 cups of coffee every morning – Mən hər səhər 3 fincan kofe içirəm.
He goes to the cinema once a week – O, həftədə bir dəfə kinoteatra gedir.
-
Dəyişməyən hal, hiss və halları ifadə edərkən istifadə edilir.
She works in Moscow – O, Moskvada yaşayır.
I like milk - Mən südü sevirəm
-
Planlanan hərəkətləri izah edərkən istifadə olunur.
She takes an exam in May – Onun Mayda imtahan verir.
My relatives visit to us on Monday – Qohumlarım 1 – ci günü bizə baş çəkirlər
-
Hərkəs tərəfindən bilinən hərəkətləri izah edərkən istifadə edilir.
The sun rises in the east – Günəş şərqdən çıxır ( doğur).
Water boils in 100 C – Su 100 dərəcədə qaynayır.
-
Əvvəlcədən planlanmış hadisələri izah edərkən istifadə edilir. Bu istifadə növündə cümlələr hər nə qədər gələcək zaman mənası ifadə etsədə indiki sadə zaman qaydalarına görə ifadə edilir.
The exam starts at 11 o’clock tomorrow – İmtahan sabah saat 11 də başlayır
The bus leaves 28 May at 9 p.m tonight – Avtobus bugün saat 9 da 28 May’ dan çıxır.
-
Xüsusilə uşaq kitablarında hekayə danışarkən istifadə edilir.
İndiki Sadə Zaman İzahı
Simple Present Tense Təsdiq Cümlələr
İndiki sadə zaman müsbət cümlə içində istifadə edilərkən İngiliscə düsturu olduqca asandır. Burada diqqət edilməsi lazım gələn tək qayda üçüncü şəxsin təkində fel quruluşuna görə ‘’-s ‘’ hissəciyi qəbul edir.
Subject + Verb (he/she/it -s) + Object
Mübtəda + Xəbər (üçüncü şəxsin təkində fel s hissəciyi qəbul edir) + Tamamlıq
İndiki sadə zaman cümlələr
- You work at the weekends – Siz həftə sonları işləyirsiniz.
- He gets up early – O, erkəndən qalxır
- My mom goes to work every day – Anam hərgün işə gedir
İndiki sadə zaman inkar cümlələr
İngiliscə indiki sadə zamanın köməkçi feli olan do, üçüncü şəxsin təkində -es hissəciyi qəbul edərək does olaraq istifadə edilir. İngiliscə inkar cümlələrdə köməkçi fel -s s hissəciyi gəldiyi üçün əsl fel məsdər formasında olmaq məcburiyətindədir.
Subject + do/does + not + Verb + Object
Mübtəda + do/does + not + Xəbər + Tamamlıq
İndiki sadə zaman inkar cümlələr
- She does not (doesn’t) like basketball – O, basketbol oynamağı xoşlamır
- We don’t (do not) speak French – Biz Fransızca danışmırıq
- I don’t drink milk – Mən süd işmirəm
İndiki sadə zaman sual cümlələri
İngiliscə indiki sadə zamanın köməkçi feli olan ‘’do’’, üçüncü şəxsin təkində -es hissəciyi qəbul edərək does olaraq istifadə olunur. İngilis dili sual cümlələrində köməkçi fel -s hissəciyi qəbul etdiyi üçün əsl fel məsdər halında olmaq məcburiyətindədir.
Do/Does + Subject + Verb + Object
Do/Does + Mübtəda + Xəbər + Tamamlıq
İndiki sadə zaman nümunə cümlələri
- Do I like Maths? – Mən riyaziyyatı xoşlayıram?
- Does it eat dried cat food? – O, qurudulmuş pişik qidası yeyir?
- Do they play football? – Onlar futbol oyanıyırlar mı?
- Üçüncü şəxsin təkində qurulan inkar ya da sual cümlələrində isə ‘’does’’ olaraq -s hissəciyi istifadə edildiyi üçün ardından fel məsdər halıyla istifadə edilir.
She does not want ice cream / She doesn’t want ice cream – O, dondurma istəmir
Does she want ice cream? – O, dondurma istəyir?
- Üçüncü şəxsin təkində -y ilə bitən fellər -s hissəciyi qəbul edərkən, çox hallarda felin sonunda gələn -y hərfi -ies çevrilir.
fly – flies
cry – cries
marry – marries
- Yuxarıda qeyd edilən qayda isə bəzi istisna fellərdə uyğun olmur. Bu fellər -y hərfi silinmədən -s hissəciyi qəbul edir.
play – plays
pray – prays
- Üçüncü şəxsin təkində -ss, -x, -ch, -sh ilə bitən fellər isə -es hissəciyi qəbul edir.
pass – passes
fix – fixes
catch – catches
push – pushes
İndiki sadə zaman nümunə cümlələr
- Sue goes to the theater every day – Sue hər gün teatra gedir
- He talks english – O, ingiliscə danışır
- She mixes crema and milk – O, krem və südü qarışdırır
- He enjoys playing the violin – O, skripka çalmaqdan zövq alır
İndiki zaman zərfləri
always |
Həmişə |
I always love you |
sometimes |
Bəzən |
I sometimes go to the cinema |
usually |
Adətən |
I usually listen to classical music |
often |
Tez tez |
I often visit him |
never |
heçvaxt |
I never smoke |
every .. |
Hər .. |
I go fishing every Monday |
every day |
Hər gün |
I read a book every day |
rarely |
Nadir hallarda |
I rarely smoke |
İngiliscə indiki zaman cümləsi qurarkən diqqət edilməsi lazım gələn ən vacib nöqtə ‘’never’’ kimi cümlənin mənasını inkar formaya gətirən zaman zərfləri istifadə edərkən cümlə içində ‘’not’’ istifadə edilməz.
Mukemmelsinizz
Mukemmelsinizz
Mukemmelsinizz