Video lessons

Sayılan və sayılmayan isimlər


1 5860

Sayılan və sayılmayan isimlər

 

İngilis dilində  sayılabilən və sayılabilməyən isimlər arasındakı fərqi müəyyən edəbilmək vacibdir  çünki həm müəyyənləşdiricilər həm də hərəkətlər baxımından istifadə formaları fərqlidir.

Sayılmayan isimlər siyahı <<< Bura keçid edin

 

Sayılan isimlər - Countable nouns

Sayılabilən isimlər, saymaq üçün sayları istifadə edəbildiyimiz əşyalar üçündür. Tək və cəm formaya sahibdirlər. Tək formasında "a" vəya "an" artiklından istifadə edilir. Sayılabilən bir ismin necəliyini soruşmaq istəsək, ismin cəm halı ilə birləşdirərək "How many?" sualını veririk.

Tək

Cəm   

one cat                                   

two cats                                

one horse

two horses

one woman

two women

one idea

two ideas

one computer

two computers

 
Nümunə cümlələr

 

  • She has three cats – Onun 3 pişiyi var
  • I own a house – Mən bir evə sahibəm ( Mənim bir evim var )
  • I would like two books please – Zəhmət olmasa, iki kitab verərdiniz
  • How many friends do you have? – Neçə dənə dostun var?

 

Sayılmayan isimlər - Uncountable nouns

Sayılabilməyən isimlər, saylar ilə sayabilmədiyimiz əşyalar üçün istifadə olunur. Sayılmayan isimlər tək hərəkət ilə istifadə olunurlar. Ümumiyətlə cəm halları yoxdur.

Sayılabilməyən isimlər sözlər
  • Tea - çay
  • Sugar - şəkər
  • Water - su
  • Air - hava
  • Rice - düyü
  • Knowledge – bilik
  • Beauty – gözəllik
  • Anger – qəzəb
  • Fear - qorxu
  • Love - sevgi
  • Money – pul
  • Research – tədqiqat
  • Safety – təhlükəsizlik
  • Evidence - sübut

Bu isimlər ilə a/an istifadə edəbilmərik. Sayılmayan bir ismin necəliyini müəyyən etmək üçün some, a lot of, much, a bit of, a great deal of kimi bir söz vəya  ifadə  istifadə edilir, vəya a cup of, a bag of, 1kg of, 1L of, a handful of, a pinch of, an hour of, a day of kimi bir tam ölçü vahidi istifadə olunur. Sayılmayan bir ismin necəliyini soruşmaq üçün, "How much?" sual formasından istifadə edirik.

 

Sayılmayan isimlər nümunə cümlələr

There has been a lot of research into the causes of this disease - Bu xəstəliyin səbəbləri barədə bir çox araşdırma aparılmışdır.

He gave me a great deal of advice before my interview - Müsahibəmdən əvvəl mənə çox məsləhət verdi.

Can you give me some information about uncountable nouns? – Mənə sayılabilməyən isimlər haqqında bir qədər ( bir neçə ) məlumat verə bilərsənmi?

He did not have much sugar left. – Onun kifayət qədər şəkəri qalmayıb.

Measure 1 cup of water, 300g of flour, and 1 teaspoon of salt - 1 stəkan su, 300 qr un və 1 çay qaşığı duz ölçün.

How much rice do you want? – Nə qədər düyü istəyirsən?

 

İncə nöqtələr

Bəzi isimlər digər dillərdə sayılabilir ancaq  İngilis dilində sayılmır. Bu isimlər sayılmayan isimlər üçün bütün qaydalara tabe olur. En ümumiişlək olanları:


accommodation, advice, baggage, behavior, bread, furniture, information, luggage, news, progress, traffic, travel, trouble, weather, work

Nümunələr

I would like to give you some advice – Mən sənə bir qədər məsləhət vermək istərdim

How much bread should I bring? – Nə qədər çörək gətirməliyəm

I didn't make much progress today – Bugün çox irəliləmədim

    This looks like a lot of trouble to me - Bu, mənim üçün çox problem kimi görünür

We did an hour of work yesterday - Dünən bir saatlıq iş gördük

İngilis dilində normal hallarda sayılabilməyən hair ( saç ) isminin cəm halda olmadığına diqqət edin. Yalnızca saç telləri tek başlarına ifadə edildiyində  sayılabilən formada istifadə olunur.

 

Nümunə cümlələr

She has long blond hair – Onun uzun sarışın saçları var

The child's hair was curly - Uşağın saçı qıvrım idi.

I washed my hair yesterday – Mən dünən saçımı yudum

My father is getting a few grey hairs now. (refers to individual hairs) -  Atamın indi saçları getdikcə ağarır

I found a hair in my soup! (refers to a single strand of hair) – Şorbamın icində saç teli tapdım

 

arrow