Video lessons

İngilis dili to be feli haqqında #1


4 10637

İngilis dili to be feli haqqında

 

TO BE “ ətrafımızdakı əşyaları karakterizə etmək, {{xüsusiyyətlərini}}  və yerlərini bildirmək istədiyimizdə istifadə edəcəyimiz təməl feldir. İngilis dilində bir cümlə qurarkən həmişə köməkçi vəya əsas fellərə ehtiyac olur. İçində köməkçi vəya əsas fel olmayan heçbir struktur cümlə ola bilməz.

Mary kökdür” vəya “ Jane gözəldir” kimi cümlələrdə ilk baxışdan bir əsas felin olduğu görülə bilmir. Bunlar Azərbaycan türkçəsində isim və sifət felləridir. Halbuki ingilis dilində isim və sifət felləri deyə formalar yoxdur. Ona görədə isim və sifət cümlələri qurarkən bu boşluğu biz “olmaq (to be)” feli ilə dolduruq.

Qısaca TO BE yəni olmaq feli ya bir obyekti yada obyekti karakterizə edən sifəti təyin edir. İçində  dır/dir mənasını ifadə edir. To Be cümlələri qəti şəkildə hərəkət cümləsi deyildirlər. İçində hərəkət ifadə edən heçbir cümlə formasını izah etməzlər (getmək, qaçmaq, gəlmək)

 

► To be + sifət

Ceyhun is handsome (Ceyhun yaraşıqlıdır)

 

► To be + isim

Akshin is a teacher (Akşin bir müəllimdir)

 

► To be + fel ( qəti surətdə olmaz) X


indi isə TO BE köməkçi fellərinin əvəzliklərə görə cədvəlimizdə necə dəyişdiyinə bir göz gəzdirək.

 

 

Normal Yazılış

Qısaltma       

I am (Mən)

I'm

You are (Sən)

You're

He is (O, Kişi)

He's

She is (O, Qadın)

She's

It is (O, cansız, heyvan)

It's

We are (Biz)

We're

They are (Onlar)

They're

 

EXAMPLES (NÜMUNƏLƏR)

 

She is my sister (O mənim bacımdır)

 

His shoes are dirty  (Onun ayaqqabıları kirlidir)

 

Tom is tired  (Tom yorgundur)

 

Shops are closed (Mağazalar bağlıdır)

 

Jane is at home (Jane evdədir)

 

I am 21years old (Mən 21 yaşındayam)

 

The movie is wonderful  (Film möhtəşəmdir)

 

Karen's eyes are green (Karen'in gözləri yaşıldır)

 

It is Linda's bag  (Bu Linda'ın çantasıdır)

 

They are in the kitchen (Onlar mətbəxdədirlər)

 

 

QUESTIONS AND NEGATIVES (İNKAR VƏ SUAL CÜMLƏLƏRİ)

 

"am-is-are" köməkçi felləriylə qurulan cümlələri sual formasına çevirmək üçün sadəcə köməkçi fel cümlənin əvvəlinə gətirilir. Inkar cümlə qurarkəndə köməkçi feldən sonra “not” inkar hissəciyi gətirilir. Bu qəlib forması ingilis dilinin bütün zaman formalarında eynidir.

 

QUESTIONS (SUAL CÜMLƏLƏRİ)

 

am I.......?      

                               
are you.......?        

                 

is he.......?        

               

is she.......?          

      

is it.......?       

            

are we.......?        

                  

are they.......?     

                

 

EXAMPLES (NÜMUNƏ CÜMLƏLƏR)

 

Is she my daugther? (O mənim qızımdırmı?)

 

Are his shoes dirty? (Onun ayaqqabıları kirlidir?)

 

Is Tom tired? (Tom yorgundur?)

 

Are shops closed? (Mağazalar bağlıdır?)

 

Is Jane at home? (Jane evdədir)

 

NEGATIVES (İNKAR CÜMLƏLƏR)

 

"am-is-are" köməkçi feliylə qurulan cümlələri inkar formaya çevirmək üçün köməkçi feldən sonra “not” inkar hissəciyi istifadə olunur.  


I am not

 

You are not (aren't)

 

He is not (He isn't)

 

She is not (She isn't)

 

It is not (It isn't)

 

We are not (aren't)

 

They are not (aren't)

 

 

EXAMPLES (NÜMUNƏ CÜMLƏLƏR)

 

She isn't my daughter. (O mənim qızım deyildir.)

 

His shoes aren't dirty. (Onun ayaqqabıları kirli deyildir.)

 

Tom isn't tired. (Tom yorgun deyildir.)

 

Shops aren't closed. (Mağazalar bağlı deyildir.)

 

Jane isn't at home. (Jane evdə deyildir.)

 

  • Əla

  • Eger bele bir cumle varsa: Kate and I ___from Italy Burda am yazilmalidir yoxsa are

  • Are yazilmalidir

  • Kate and l am from Italy olacaq Amma sual cümləsi olduqda are olacaq

arrow