Video lessons

İngilis dili işarə əvəzlikləri- this/that/these/those #10


1 4322

Demonstrative pronouns - İşarə əvəzlikləri

 

İşarə əvəzlikləri danışan şəxsin cism vəya insanla olan münasibətini ifadə edirlər və Azərbaycan türkçəsində bu, o, bunlar, onlar kimi mənalarda ifadə olunurlar.

 

This (bu) and these (bunlar) cism ( obyekt ) vəya insanın danışan şəxsə  yaxın olduğunu bildirir.  That (o) and those (onlar) obyekt  vəya insanın danışan şəxsə uzaq olduğunu bildirir. Bu fiziki olaraq yaxınlıq ya da uzaklıq olabilir. Məsələn:

 

- Who owns that house? (Uzaq) (O evin sahibi kimdir?)
- Is this John's house? (yakın) (Bu John'un evidir?)

Ya da bu psixoloji bir uzaklıq da olabilər. Məsələn:

- That's nothing to do with me (Uzaq) (Onun mənimlə heçbir əlaqəsi yoxdur)
- This is a nice surprise! (Yaxın) (Bu nə gözəl xoş bir sürpriz!)

 

USE (İSTİFADƏ FORMASI)

 

Before the noun. (İsimdən əvvəl)

- Can you see that house? (O evi görə bilirsənmi?)

► Before the word 'one'. ('one' ifadəsindən əvvəl)

- This car looks cleaner than that one. (Bu maşın, o birindən daha təmiz görünür.)

► Before an adjective + noun. (Sifət + isimdən əvvəl)

- Do you remember that great day in London? (Londondakı o mükəmməl günü xatırlayırsanmı?)

► Alone when the noun is 'understood'. (İsim əvvəldən bilinir və başadüşülürsə tək başına istifadə olunabilir.)

 

- I will never forget this. (Bunu heçvaxt unutmayacam.)

 

► This vəya that istifadə formasına qərar verən şəxs dinləyən deyil, danışandır. Dinləyən də cavab verərkən özünə görə uzaqlığı  və yaxınlığı qərarlaşdıracaqdır. Aşağıdakı nümunə cümlələrə göz gəzdirək.

 

- Is this a phone? (Bu bir telefondur mu?)
- Yes, it is a phone. (Bəli, o bir telefondur.)

- Is this a pen? (Bu bir qələmdir?)
- No, it is not a pen. (Xeyir, bu bir qələm deyildir.)

 

arrow