Video lessons

İngilis dili have got/has got#16


15 20712

Have/has got Azərbaycan türkçəsində sahib olmaq, malik olmaq mənasında istifadə olunur. Sahib olduğumuz bir şeyi ifadə etmək üçün istifadə olunur. Aşağıda şəxslərə görə necə istifadə edildiyini göstərən cədvəl verilmişdir.  

 

POSITIVE (TƏSDİQ)

NEGATIVE (İNKAR)

QUESTION (SUAL)

have got a book.

haven't got a book.

Have I got a book?

You have got a book.

You haven't got a book.

Have you got a book?

He has got a book.

He hasn't got a book.

Has he got a book?

She has got a book.

She hasn't got a book.

Has she got a book?

It has got a book.

It hasn't got a book.

Has it got a book?

We have got a book.

We haven't got a book.

Have we got a book?

They have got a book.

They haven't got a book.

Have they got a book?

 

 

 

 

DİQQƏT!

 

- I have got a book. (Mənim bir maşınım var.)

 

Azərbaycan türkçəsinə tərcümə edərkən ümumilikdə "Bir kitaba sahibəm" formasında tərcümə edəbilmirik. İki dil arasındakı bu fərqlilik bəzən İngiliscəni yeni öyrənənlər üçün problem yarada bilər.  

 

"Mənim 2 bacım var" cümləsini ingilis dilinə tərcümə etməyə çalışan şəxs, "var" ifadəsinə aldanaraq "there is/are" qəlibini istifadə edəbilər və əlbəttəki səhv olar. Bu səbəbdən cümlənin sahiblik mənasına gəlib gəlmədiyinə nəzər yetiriliməlidir.  

 

- She has got two sisters. (Onun iki bacısı var və ya o iki bacıya sahibdir)
- We have got many pens. (Bizim çoxlu qələmimiz var vəya biz çoxlu qələməm sahibik)

 

► Have/has got vəya sadəcə have/has

 

Sahib olmaq anlayışı İngilis dilində iki dəyişik formada ifadə ediləbilər. Fərqli mətnlərdə fərqli istifadə formalarına rastlaya bilərik. Xüsusilədə İngilitərədə  istifadə olunan İngilis dilində "have/has got" daha çox istifadə olunur.

 

- I have got a sister. (Bir bacım var.)
- I have a sister. (Bir bacım var.)

 

Bu iki cümlə arasında məna olaraq fərq yoxdur. Ancaq inkar və suallarda vəziyyət eyni deyildir. Aşağıda iki fərqli formada qurulmuş  cümlələrin inkar və sual quruluş formalarına göz gəzdirə bilərik.

 

(+) I have got a car.
(-) I haven't got a car.
(?) Have I got a car?

(+) I have a car.
(-) I don't have a car.
(?) Do I have a car?

 

►  To have qaydası yanlış istifadə formaları

 

İki fərqli istifadə forması birbirilə  qarşılaşdırıldığında qrammatik nöqtəyi nəzərdən xətalı olar. Yəni sual hansı formada soruşuldusa, cavabın da eyni formada verilməsi lazım gəlir.

 

A: Have you got a computer?
B: No, I haven't. (Düzgün)
     No, I don't. (Səhv)

A: Do you have any money?
B: No, I don't. (Düzgün)
     No, I haven't. (Səhv)

 

►To have qaydası frazoloji istifadə formaları

 

Have və has in fraza kimi dəyişik formalarda istifadə formaları vardır. Bu istifadə formasında sahib olmaq mənası yoxdur və qətiyyən have got / has got qəlibiylə istifadə edilə bilməz.

 

- I usually have breakfast at seven. (Mən adətən saat 7 də səhər yeməyini yeyirəm.)

- He is having a bath now. (O, indi duş qəbul edir.)

- You'll have trouble with that boy. (Bu uşaqla başın problemdə olacaq.)

Hazırladı: Ceyhun Yusifov

arrow