Yiyəlik sifətləri - Possessive adjectives
Yiyəlik sifətləri ( Possessive adjectives ) ismin kimə aid olduğunu göstərərək, şəxs əvəzliklərinə aid əşyaları izah etmək üçün istifadə olunur. Bundan əlavə aidlik, sahib olma bildirirlər və İngilis dilində əvəzlik (pronoun) sayı qədər yiyəlik əvəzlikləri vardır.
I Mən |
Me Məni/Mənə |
My Mənim |
|
You Sən |
You Səni/Sənə |
Your Sənin |
|
He O (kişi) |
Him Onu/Ona |
His Onun |
|
She O (qadın) |
Her Onu/Ona |
Her Onun |
|
It O (cansız/heyvan) |
It Onu/Ona |
Its Onun |
|
We Biz |
Us Bizi/Bizə |
Our Bizim |
|
You Siz |
You Sizi/Sizə |
Your Sizin |
|
They Onlar |
Them Onları/Onlara |
Their Onların |
► Yiyəlik sifəti ( Possessive adjectives) heç vaxt tək istifadə edilə bilməz. Onların ardınca bir isim gəlməlidir. Başqa sözlə, sahiblik bildirən əvəzliklər (Yiyəlik əvəzliyi) bir isimlə istifadə olunur və ismin əvvəlinə gələrək onu təsvir edir
Bu vəziyyətə ən çox tanış olduğumuz cümlələrlə bir nümunə verək.
A : What is your name ?
B: My name is Ceyhun
Bu nümunədə, “your” və “my” sözləri əvvəlində gəldikləri ismin (name) kimə ait olduğu məlumatını verdi..
► Bu mövzu ilə əlaqəli ən çox rast gəlinən səhvlərdən biri, Azərbaycan dilində düşünərək bir cümlə yazmaq və ya söyləməkdir. Aşağıdakı nümunəni araşdırsanız, vəziyyət daha aydın olacaq.
Azərbaycan dilində düşünərək ingilis dilində danışmağa çalışan kimsə bu kimi bir cümlə qura bilər.
A: Hey, this pen is my. (Hey, bu qələm mənimdir.) SƏHV!
Göründüyü kimi, “my” Azərbaycan türkçəsində “ mənim olmaq” mənasına gəlsə də, cümlə içində bu formada istifadə edilə bilməz. Mütləq sonrasında bir isim gəlmək məcburiyətindədir.
► Yiyəlik əvəzlikləri istər tək olsun, istərsə də cəm, vacib olan yiyəlik əvəzliyindən sonra istifadə olunan isimdir.
- My book is blue. (Mənim kitabım mavidir.)
- My books are blue (Mənim kitaplarım mavidir.)
- Our teacher is good. (Bizim müəllimimiz yaxşıdır.)
- Our teachers are good. (Bizim müəllimlərimiz yaxşıdır.)
EXAMPLES (NÜMUNƏLƏR)
His school (onun məktəbi)
His girlfriend (onun qız dostu)
Her car (onun maşını)
Her house (onun evi)
Your mother (sənin anan )
Your mistake (sənin səhvin)
Our family (bizim ailəmiz)
Our living room (bizim oturma otağımız)
Our teacher (bizim müəllimimiz)
Their money (onların pulu)
Their table (onların stolu)
Their television (onların televizoru)
My sister (Mənim bacım)
My exam (Mənim imtahanım)
Var ol qardaş