Video lessons

İngilis dili artikl mövzusu (a, an, the artiklı) ətraflı#5


30 23200

● A/AN

 

 

A-AN isimlərin əvvəlinə gəlir və onların bütün oxşarlarının içindən hərhansı bir dənəsi olduğunu göstərməyə kömək edir. Misal üçün bir keçi sürüsündən heç bir fərq qoymadan bir dənəsini seçək. Bu seçdiyimiz keçi hərhansı bir xüsusiyəti olmayan, bütün oxşarları içindən sadəcə hər hansı biridir. Vəya bir şeyi eyd etmək üçün qarşımızdakından bir qələm istədəyimizdə, hərhansı bir qələm istəyirik. İngilis dilində isimləri istifadə etmə ehtiyacı hissetdiyimizdə mütləq onları ümumiləşdirən bəzi əlavəliklərə ehtiyac olur və əlavəliklər ingilis dili qrammatikasında “artikl” deyə adlandırılır

İngilis dili artikl testlərini bu >> keçiddən  << izləyin
 

► İsimlər samit bir hərflə ilə başlayırsa ismin əvvəlinə (a), sait bir hərflə başlayırsa (an) gətirilir.

 

NÜMUNƏLƏR;

 

- a pencil (bir qələm)

 

- a book (bir kitab)

 

- a teacher (bir müəllim)

 

- an apple (bir alma)

 

- an engineer (bir mühəndis)

 

- an inspector (bir müstəntiq)

 

► “ a və an “ sadəcə isimlərin əvvəlinə gəlir, sifət və ya fellərin əvvəlinə qətiyyən gəlmirlər. Eyni zamanda a vəya an gələn isimlər mütləq tək olmalıdırlar, cəm isimlər artikl qəbul etmirlər.

 

- a house

- an animal

- a go (səhv, çünki go bir feldir)

 

Samit vəya sait səs anlayışı İngilis dilində sözlərin yazılışı ilə deyil oxunuşuyla əlaqəlidir. Misal üçün “university sözünün ilk hərfi sait olduğu halda oxunuşu yunivörsiti şəklində olduğu üçün əvvəlinə a gəlir. Vəya hoursözünün ilk hərfi samit olduğu halda aır şəklində oxunduğundan sözün başına an gəlməsi lazım gəlir.

 

 

-  a university

-  an hour

 

 

İngilis dilində sayılmayan isimlərin qarşısına "a" veya "an" gələ bilməz. İngilis dilində sayılabilən və sayılabilməyən sözlərin məntiqi Azərbaycan türkçəsinə görə tərsdir. Məsələn Azərbaycan dilində “bir stəkan vəya bir butulka su” mənasında “bir su” deyəbildiyimiz halda, İngilis dilində belə bir istifadə forması yoxdur.

 

 

- a water (bir su olmaz)

- a weather (bir hava olmaz)

 

 

 THE

 

A ve an article'larını izah edərkən bir qələm nümunəsindən bəhs etmişdik. Bu nümunə üstündən indi də “the” artiklını başa düşməyə çalışaq. Stolun üstündə çoxlu qələm olduğunu düşünün. Stolun düz yanında oturan dostumuzdan bir qələm istəyək. Əgər o anda məqsədimiz sadəcə birşeylər yazmaqsa, qarşımızdakı insana Azərbaycan dilində belə deyərik.

 

Bir qələm verə bilərsənmi? (Can you give me a pencil?)

 

İndi gəlin nümunəni biraz daha dəyişdirək. Dostunuza bir neçə gün əvvəl bir qələm verdiyinizi düşünün. Qələmi dostunuzdan necə istəyərdiniz?

 

-  Bir qələm verə bilərsənmi? (Can you give me a pencil?)
-  Qələmi verə bilərsənmi? (Can you give me the pencil?)

 

 

Ikinci cümlədə “qələmi” ifadəsi bizə bu qələmin müəyyən bir qələm olduğu fikrini verir. Qarşımızdakı şəxs “qələmi” dediyinizdə o dəqiqə onun götürdüyü qələm olduğunu başa düşər. Ona görə bu tərz sözlərin əvvəlində “the” istifadə edirik.

Qısaca bir pəncərə aç dediyimizdə "a" veya "an", pəncərəni aç dediyimizdə isətheistifadə olunur.

"The", "a" veya "an" kimi rəqəmsal bir dəyərə sahib deyildir, bu səbəbdən tək və cəm isimlər ilə istifadə oluna bilir, onların bilinib bilinmədiyindən bəhsedər.

 

- the book kitab

- the books kitablar

- a book hərhansı bir kitab

- a books qətiyyən olmaz

 

Daha çox nümunəyə göz gəzdirək

 

- Mənə bir kitab ver (Give me a book)
- Mənə kitabı ver (Give me the book)

 

- Bir pəncərə aça bilərsənmi? (Can you open a window?)
- Pəncərəni aça bilərsənmi? (Can you open the window?)
 

"The"nın istifadə olunduğu xüsusi vəziyətlər

 

► Təbiətdə sadəcə bir ədəd olan isimlərin əvvəlində istifadə olunur.

 

the sun (Günəş)

 

the North pole (Şimal qütbü)

 

the South pole (Cənub qütbü)

 

the earth (Yer kürəsi)

 

the world (dünya)

 

the moon (ay)

 

the sky (Səma )

 

the air (hava)

 

the weather (hava)

 

the wind (Külək)

 

the rain (Yağış)

 

► Coğrafi isimlərin əvvəlində istifadə olunur.

 

the Everest (dağlar) - Everest

 

the Nile (Çaylar) – Nil çayı

 

the Mediterrenian (Dənizlər) – Aralıq dənizi

 

the Atlantic Ocean (Okeanlar) – Atlantik okeanı

 

the Bahamas (adalar) - Bahamalar

 

►  Xüsusi isimlər qətiyyən “the” qəbul etmirlər. Ancaq əgər ölkələr birləşmiş dövlətlərdən əmələ gəlirsə “the” əlavə oluna bilir.

 

the John (Səhv)
the Mary (Səhv)
the Baku (Səhv)
the England (Səhv)
the United States of America (Düzgün)

 

► Elm sahələri "the" gətirilmədən istifadə olunur.

 

Chemistry (kimya)

Economics (iqtisadiyyat)

Linguistics (dil elmi)

 

► istiqamət ilə əlaqəli sözlərə "the" əlavə olunmur.

 

north (Şimal)

south (Cənub)

west (Qərb)

east (Şərq)

 

 Oyunlar ve idman sahələrinə "the" əlavə olunmur.

 

backgommon (Nərd)
chess (Şahmat)
football (futbol)
basketball (basketbol)

 

► Musiqi alətləri "the" ile istifadə olunur.

 

the piano
the guitar

 

arrow