Video lessons

İsmin yiyəlik halı- Possessive case ( ‘S və Of fərqi )


33 20278

İsmin yiyəlik halı - Possessive case

 

► Yiyəliklik, sahiblik bildirir və bir ismin sonuna bir  (‘s) gətirilərək qurulur. Aşağıdakı nümunə cümlələrə nəzər yetirək

- John's car (John'un maşını)

- Jane's book (
Jane'in kitabı)

 

► sonu -s ile bitən isimlərin sonuna yiyəlik  gətirmək üçün sadəcə ' (apostrof) gətirilir:

The Pepins' house is the big blue one on the corner. (Pepinlərin evi küncdə böyük, mavi olan evdir.)

The lions' usual source of water has dried up. (
Şirlərin su mənbələri qurudu)

The babies' beds were all in a row. (
Körpələrin çarpayıları sıralı şəkildə düzülüb)

 

She plans on opening a women's clothing boutique. (O xanımlarla əlaqəli bir butik açmağı planlaşdırır.)

The geese's food supply was endangered. (
qazların qida mənbələri risk altındadı.)

 

► İngilis dilində isim birləşdirmələri iki fərqli formada qurulur. Birincisi bir şəxsə aid hərhansı birşeydən bəhsedərkən istifadə olunurlar. Bu vəziyətdə Azərbaycan türkçəsindəki -nın, -nin, -nün, -nun əlavə hissəciyi olaraq şəxs isminin sonuna apostrof ilə bağlanmış  “s” gətirilir.

- Jane's book (Jane'in kitabı)

- John's father (
John'un atası)

- This is Mary's pen. (Bu, Mary'nin qələmidir.)

- This is Jim's table. (Bu, Jim'in stoludur.)

- Where is Tom's sister? (Tom'un bacısı haradadır?)

- Tom's sister is at home. (Tom'un bacısı evdədir.)


► İkinci formada isə birləşən isim bir şəxs deyil, əşyadır ( cism ). Məsələn: “Evin qapısı” vəya “otağın pəncərəsi” demək istəyiriksə Azərbaycan türkçəsindən fərqli bir hal ortaya çıxır. İngilis dilində birləşən isim əvvəldə istifadə olunur.  Yəni maşının qapısı yerinə qapısı maşının şəklində bir sıralama ortaya çıxır və iki sözün arasına "of" gətirilir. Həmişə olmasada, ümumiyətlə insanlardan bəhsedərkən 's hissəciyi, əşyalardan bəhsedərkən isə də "of" istifadə edilir.


- The door of the house.  (Evin qapısı.)

- The window of the room. (Otağın pəncərəsi.)

- This is the door of the room. (Bu, otağın qapısıdır.)

- That is the wall of the room. (O, otağın divarıdır.)

- This is the room of the house. (Bu, evin otağıdır.)

 

arrow